Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

29 

 

 



 

 

 



Şəkil 38. «Radiosükut zonasının» əmələ gəlməsinin sxemi 

 

İkinci fəsil. Coğrafiyada «sükut zonası» 



 

§ 2.1. İstənilən rabitə formasının qadağan olunduğu «sükut zonası» 

 

Müasir  insan  gündəlik  həyatında  «radio»,  «televizor»,  «telefon»,  «internet», 

«vay-fay»  və  başqa  texnogen  sözlərdən  hər  gün  istifadə  edir.  Əlbəttə,  indiki  insanın 

həyatını mükəmməl texniki vasitələr olmadan təsəvvür etmək çətindir.  

Bildiyimiz kimi, «vay fay» istilahı ingilis dilində olan «Wireless Fidelity» söz 

birləşməsinin  qısaldılaraq  «Wi-Fi»  şəklinə  salınmasından  yaranmışdır.  Həmin  söz 

birləşməsini «simsiz dəqiqlik» («məftilsiz dəqiqlik», «telsiz dəqiqlik») və yaxud «simsiz 

keyfiyyət»  («məftilsiz  keyfiyyət»,  «telsiz  keyfiyyət»)  kimi  tərcümə  etmək  olar.  «Wi-Fi» 

özü simsiz şəbəkə üçün «Wi-Fi Alliance» ticarət markasıdır (şəkil 39).  

 

Şəkil 39. «Wi-Fi» ticarət markası 



 

«Vay  fay»  ilk  dəfə  1996-cı  ildə  Avstraliya  İttifaqının  paytaxtı  Kanberra 

şəhərində «Elmi və Sənaye Tədqiqatlarının Təşkili Birliyi»nə («Commonwealth Scientific 



30 

 

and  Industrial  Research  Organization»)  məxsus  radioastronomiya  laboratoriyasında 



yaradılmışdır. Simsiz mübadilə protokolunun yaradıcısı mühəndis Con O’Sallivan (John 

O’Sullivan) olmuşdur (şəkil 40). 

 

 

Şəkil 40. Con O’Sallivan (John O’Sullivan). 2013-cü ilin 29 mayında 



çəkilmişdir. 

 

«Vay  fay»  tez  və  etibarlı  simsiz  lokal  şəbəkə  yaradılmasına  imkan  verən 



mükəmməl  texnologiyadır.  Hal-hazırda  radio  kanalları üzrə  rəqəmsal  məlumatlar selinin 

(axınının) daha rahat ötürülməsi standratlarının tam bir ailəsi inkişaf etdirilir. Ancaq texniki 

proqres (tərəqqi) ilə bir yerdə sivilizasiyaya elektromaqnit şüalanması kimi görünməyən bir 

təhlükə gətirilmiş oldu. Elektromaqnit şüalanmasının insan orqanizmi üçün zərər yetirməsi, 

sağlamlığa mənfi təsir bağışlaması haqqında çox danışmaq olar. Həmin məsələ ayrıca bir 

tədqiqat mövzusudur. 

Təbiblər  simsiz  internetin  orqanizmdə  çoxlu  sayda  naxoşluğa  səbəb  olduğunu 

öyrəndikdə bundan çox təəccüblənmişlər. Hətta soyuqlama, miqren, artralgiya (oynaqlarda 

ağrı) və hissəvi korluq kimi halların çoxalmasında «vay fay» şüalanmasının özünəməxsus 

rolu  vardır.  Bir  çox  insanlarda  elektromaqnit  dalğalarının  təsirinə  qarşı  həddən  ziyadə 

yüksək  həssaslıq  olur.  Buna  «elektromaqnit  hipersensitivliyi»  adı  verilmişdir. 

Elektromaqnit hipersensitivliyi olan xəstələr təsdiqləyirlər ki, elektrik cihazlarından, simsiz 

və  elektrik  şəbəkələrindən  gələn  şüalanma  onlarda  ağrı,  ürək  bulanması,  ürək 

döyüntülərinin tezləşməsi və digər arzuolunmaz hallar törədir. Fenomen artıq 15 ildən çox 

bir  müddətdə  məlum  olmasına  baxmayaraq  hələlik  alimlər  qeyd  edilən  simptomların 

şüalanma  ilə  əlaqəsini  aşkara  çıxara  bilməmişlər.  Ümumdünya  Səhiyyə  Təşkilatı  və 

ölkələrin  böyük  əksəriyyəti  elektromaqnit  hipersensitivliyini  ayrıca  xəstəlik  hesab  etmir. 

Aparılan sorğu nəticələrinin təhlili göstərir ki, avropalı və amerikalıların 2 %-dən 5 %-ə 

qədəri özlərini texnogen xəstəliyin daşıyıcısı hesab edirlər. 

Həkimlər  oxşar  şikayətlərlə  əlaqədar  olan  müraciətləri  dinlədikdə  sadəcə 

bunların «allergiya» növü olduğunu söyləyir, ancaq mövcud simptomları müalicə etməkdə 

pasiyentlərə  yardım  göstərə  bilmədiklərini  boyunlarına  alır,  yalnız  təbiətin  qoynunda  və 

«vay fay» olmayan yerlərdə çox vaxt keçirmələrini tövsiyə etməklə kifayətlənirlər. Hazırda 

simsiz texnologiyanın, «vay fay» şəbəkəsinin olmadığı yer tapmaq olduqca çətindir. Üz 

tutduğumuz park və xiyabanlarda, heç olmasa qısa müddət ərzində şəhərin səs-küyündən 

canımızı qurtarmaq üçün yollandığımız kəndlərdə, bir sözlə, hər yerdə mobil texnologiya 

və  «vay  fay»  vardır.  Hal-hazırda  «vay  fay»  şəbəkəsinin  olmadığı  yeganə  yer  Amerika 



31 

 

Birləşmiş  Ştatlarındadır.  Hətta  zarafatı  xoşlayan  həkimlər  «texnogen  allergiklərin» 



sağlamlığının bərpası üçün məhz həmin yerə getməyi onlara məsləhət görürlər. 

 

 



 

 

Şəkil 41. Planetimizin ən sakit şəhəri olan Qrin Benkin xəritədəki yeri 



 


32 

 

 



Şəkil 42. Qrin Benk şəhərciyi insanların sadə həyat sürə bildiyi yerdir. 

 

Həqiqətən Qərbi Virciniya ştatında yerləşən Qrin Benk şəhərciyində «vay fay» 



və mobil rabitə yoxdur [5; 29]. Saytlardan bir çoxunda Amerika Birləşmiş Ştatlarının Qrin 

Benk  şəhərciyi  «vay  fay  qaçqınları»  («Wi-Fi-refugees»)  üçün  bir  Məkkə  kimi  təsvir 

edilmişdir [5]. 

 

 



Şəkil 43. Qrin Benk radioteleskopunun yaxınlığında yaşayan insanların başlıca 

məşğuliyyəti mal-qara saxlamaqdır. 

 

Qrin 


Benkdə 

Milli 


Radioastronomiya 

Observatoriyasının 

(National 

Radioastronomy Observatory) tam dönən parabolik radioteleskopu yerləşir. Radioteleskop 

1959-cu  ildən  2010-cu  ilə  kimi  Qərbi  Virciniya  ştatından  ABŞ  senatoru  kimi  çalışmış 

məşhur amerikan siyasətçisi Robert Karlayl Berdin (Robert Carlyle Byrd) şərəfinə olaraq 




33 

 

«Qrin Benk radioteleskopu» («Green Bank radiotelescope») adlandırılmışdır. Cihaz 2000-



ci  ilin  22  avqustunda  açılmış,  işə  salınmışdır.  Radioteleskopun  yanında  tikilmiş  nəzarət 

binasında onun mərkəzi idarəedici kompüteri, yazan qurğu (qeydə alan sistem) və antenna 

vasitəsilə qəbul edilmiş radio siqnallarının emal edilməsilə əlaqədar olan digər avadanlıqlar 

yerləşir. 

 

 

Şəkil 44. Robert Karlayl Berd (Robert Carlyle Byrd; 1917–2010) 



 

Observatoriya kodu «256», fokus məsafəsi 60 metr, hündürlüyü 148 metr, çəkisi 

8500 ton, antenna güzgüsünün toplayıcı sahəsi 7854 kvadrat metr, tezlik diapazonu 0,1–

116  hektohers  (10

2

  hers)  olan,  tam  dönən  (fırlanan)  parabolik  radioteleskop  2015-ci  ilin 



iyun  ayındakı  qiymətləndirmələrə  görə  dünyada  bu  qəbildən  olan  qurğular  arasında  ən 

böyüyü hesab edilir. Onun antennasının (radio dalğalarını tutmaq və yaymaq üçün çəkilən 

məftilin) diametri 100 metdən artıqdır. Nəhəng qurğunun güzgüsü müvafiq oxları boyunca 

100  x  110  metr  ölçülərinə  malikdir.  Yerli  sakinlər  onu  «böyük  əşya»,  «nəhəng  şey» 

adlandırırlar. Radioteleskopun üstünlüyü 1000 dərəcəni keçən dəqiqliklə göyün istənilən 

nöqtəsinə  istiqamətlənə  bilməsidir.  Dalğanın  minimal  işçi  uzunluğu  6  millimetr  hesab 

edilir.  Qurğunun  qarşısında  duran  başlıca  vəzifə  planet,  komet,  pulsar  və  digər  kosmik 

cisimlər,  uzaq  qalaktikalar  və  erkən  kainat  tərəfindən  şüalandırılan  radio  dalğalarını 

müfəssəl tədqiq etməkdir.  

 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə