Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

43 

 

«Sükut  zonası»nda  radiasiya  səviyyəsi  yol  verilən  çərçivədə  olmasına 



baxmayaraq reallığı nəzərə aldıqda yüksək səviyyədədir. Hərçənd mütəxəssislər «zonada» 

radioaktiv şüalanma aşkar olunmadığını qeyd edirlər, amma bunu tamamilə inkar etmək 

mümkün  deyildir.  Birincisi,  ərazinin  zəngin  uran  ehtiyatı  olduğu  sübuta  yetirilmişdir. 

İkincisi, «zonada» baş verən qəzalardan, anomal hadisələrdən sonra dəfələrlə radioaktivliyi 

yüksək olan maddə qalıqları aşkar edilmişdir. 

 

 



 

Şəkil  55.  «Sükut  zonası»nın  həddən  ziyadə  düz  olması  və  avtomobilin  təkər 

izlərinin qalması oraya gələnlərin hərəkətini asanlaşdırır. 

 

Planetin  digər  isti  nöqtələrinə  nisbətən  burada  ultrabənövşəyi  şüalanma  orta 



hesabla  30  %  çoxdur.  Yer  kürəsinin  ən  isti  yerlərilə  müqayisədə  burada  Günəş 

şüalanmasının təxminən 30 % civarında artıq olmasını dərindən araşdırmaq lazım gəlirdi. 

Bu  qəribə  hadisənin  dürüst  izahını  vermək  hələ  indiyə  qədər  heç  kimə  müyəssər 

olmamışdır.  

 

 



44 

 

 



 

 

 



 

Şəkil 56. «Radiosükut zonası»nın fauna və florası alimlər tərəfindən diqqətlə 

öyrənilir. 

 



45 

 

«Sükut zonası»nın maraqla qarşılanan daha bir cəhəti burada yerli fauna və flora 



nümayəndələrində  qeyri-adi  mutasiyaların  qeydə  alınmasıdır.  «Radiosükut  zonası»nın 

fauna  və  florası  müxtəlif  dərəcədə  mutasiyaya  malikdir.  Həqiqətən  Meksikanın  «sükut 

zonası»  dünyada  bitki  və  heyvanların  bir  neçə  nadir  növünün  (bənövşəyi  kaktus,  səhra 

tısbağasının  endemik  versiyası)  yaşadığı  yerdir.  Ekoloq  alimlər  bəzi  heyvan  növlərini, 

məsələn, ölçüsünə görə dünyada ən böyük hesab edilən və sarı gözləri olan nəhəng quru 

tısbağasını məhz burada aşkara çıxarmışlar. Rast gəlinən heyvanlar arasında sarı gözləri 

olan nəhəng ölçüdə tısbağadan başqa,  bədən ölçülərinə  görə ondan bir qədər  geri qalan, 

lakin  əvəzində  iki  başı  olan  tısbağa,  həmçinin  ikibaşlı  kərtənkələ,  qorxulu  düşmənlər 

olmadığı halda zəhər vəziləri həddən artıq inkişaf etmiş ilanlar haqqında dolğun məlumat 

əldə edilməsi lazım gəlir. Güman olunur ki, heyvanların qeyri-adi forma qazanmaları və 

əcaib-qəraib  rəng  almaları  onların  Günəş  şüalanmasına  uyğunlaşmasının  məhsuludur. 

Canlılar ultrabənövşəyi şüalanmanın Yer kürəsinin başqa isti yerlərində olduğuna nisbətən 

daha artıq səviyyəyə çatdığı bir əraziyə məhz bu yolla uyğunlaşmışlar.  

Öz  həyatının  xeyli  hissəsini  anomal  rayonu  öyrənməyə  həsr  etmiş  doktor, 

Meksika professoru Santyaqo Qarsia apardığı tədqiqatlarla qəribə səhra haqqında fikirlərin 

yaxın  illərdə  meydana  çıxmadığını  göstərmişdir.  Əlbəttə,  ərazinin  qeyri-adi  olması 

haqqında məlumatlar əbəs yerə belə geniş yayıla bilməzdi.  

«Radiosükut zonası» ilk dəfə XX əsrin 30-cu illərində aşkar olunmuşdur. Belə 

ki, 1930-cu ildə  Meksikanın şimal ştatlarından birinin sakini,  aviator  Fransisko  Sarabiya 

vadinin (dərənin) üzərindən uçarkən səyyar radio stansiyası hesab edilən ratsiyanın sıradan 

çıxdığını,  naviqasiya  cihazlarının  göstərdiyi  məlumatların  vizual  müşahidəyə  müvafiq 

gəlmədiyini  müəyyənləşdirmiş,  lakin  anomal  zonanı  tərk  etdikdən  sonra  aparat  və 

qurğuların  hamısının  normal  iş  qabiliyyətinin  bərpa  olunduğunu  müşahidə  etmiş,  baş 

verənlər  barəsində  rəhbərliyə  raport  vermişdir.  Təyyarəçi  rəhbərliyə  təqdim  etdiyi 

hesabatında  yazmışdır  ki,  «sükut  zonası»  üzərindən  uçub  keçərkən  təyyarənin  radio 

rabitəsi daxil olmaqla bütün cihazları çox müəmmalı, anlaşılmaz surətdə eyni vaxtda işini 

dayandırmışdır. Fransisko Sarabiya yazılı və şifahi məlumatında onlara qiymət verilməsini 

istəmişdir. Aviabazanın texniki xidmət üzrə mütəxəssisləri məsələni araşdırmağa başlamış, 

cihazları yoxlamış, bir neçə testdən keçirmiş, lakin heç bir nasazlıq və kənarlanma əlaməti 

aşkara  çıxarmamışlar.  Fransisko  Sarabiya  «lənətlənmiş  yerin»  ilk  qurbanı  kimi  tarixə 

düşmüşdür.  Lakin  həmin  vaxt  heç  kim  onun  başına  gələnlərə  lazımi  qədər  qiymət 

verməmişdir. 

Təmiz təsadüf olan bir hadisə «lənətə gəlmiş ərazinin» prinsip etibarilə «rəsmi 

surətdə» müəyyənləşdirilməsinə kömək etmişdir. 1964-cü ildə mühəndis və kimyaçı Harri 

de la Penya bu səhra rayonunda San-İqnasio təpəsinin yaxınlığında olan ərazidə geofiziki 

kəşfiyyat  işləri  aparırdı.  Mühəndis  qeyd  edilən  ərazidə  daha  çox  dayanmalı  olur.  Lakin 

kəşfiyyatçı  gözlənilmədən  rabitəsiz  qalır,  çünki  onun  ratsiyası  işini  dayandırır.  Harri  öz 

radiostansiyasının qurulma dəstəyini nə qədər burursa da, ancaq efir ona ölü bir sakitliklə 

cavab  verir.  Dəstəyin  bir  neçə  dəfə  istiqamətinin  dəyişdirilməsindən  lazımi  nəticə 

alınmadığını  görən  mühəndis  aparatın  sındığını  güman  edir,  cihazın  sıradan  çıxmasına 

təəssüflənir  və  onu  təmir  etdirmək  məqsədilə  vadini  tərk  edərək  bazaya  qayıdır.  Lakin 

bazada ratsiyanın qırılmadığı, nasaz olmadığı aydınlaşdırılır, onun mütləq işçi vəziyyətdə 




46 

 

olduğu tədqiqatçıya bildirilir. Kəşfiyyatçı «mənhus regionun» müəmmalı yerinə növbəti 



dəfə  gedəndə  xoşagəlməz  hadisə  yenidən  təkrarlanır  –  ratsiya  yenə  işləmək  istəmir. 

Aparatın fəaliyyətinə məhz ərazinin təsir etməsindən şübhələnən diqqətli təyyarəçi oranı 

tərk  edən  kimi  hər  şeyin  qaydaya  düşdüyünü,  birdən  ratsiyanın  cana  gəldiyini  görür  və 

buna çox təəccüblənir. Baş verənləri maraqla izləyən mühəndis əringəclik etməyib bir daha 

«şübhəli əraziyə» girir, qeyri-adi sahəyə təzədən baş vurduqda hər şeyin təkrarlandığının 

şahidi  olur.  Artıq  yanılmadığına  əmin  olan  mühəndis  sonra  dəqiqləşdirmə  apararaq 

təxminən 50–51 kilometr diametrində yalnız müəyyən bir zona hüdudunda əlaqələndirici 

cihazın susduğuna əmin olur və oranı «sükut zonası» adlandırır. Beləliklə, 1964-cü ildə 

növbəti  həyəcan  təbili  çalan  kəşfiyyatçı  Harri  öz  xəbərilə  ictimaiyyətin  və  ayrı-ayrı 

entuziast  tədqiqatçıların  diqqətini  qeyri-adi  dərəyə  cəlb  edir.  Elə  həmin  andan  «sükut 

zonası»nda radio cihazlarının sıradan çıxmasının ifşa olunduğu hallar bir-birinin ardınca 

düzülməyə,  sıralanmağa  başlayır.  Göydən  sözün  tam  mənasında  yağış  kimi  tökülən 

meteoritlər haqqında insanlar məhz həmin dövrdə xəbərlər eşidib məlumatlar əldə etdilər.  

Ancaq  Amerika  Birləşmiş  Ştaları  nədənsə  «qulağının  dibində»  baş  verənlərə 

laqeyd qalmışdı. Təbiətin sirrini öyrənmək üçün hamı tədqiqat işlərinin yubadılmayacağını 

və  tezliklə  yaxınlıqdakı  nəhəng  ölkədən  onlarla  alimin  gələcəyini  gözləsə  də,  buna 

baxmayaraq rəsmi Vaşinqton heç bir reaksiya verməmişdir. Buna görə də orada heç kim 

tamdəyərli və hərtərəfli təcrübələr aparmaqla məşğul olmamışdır. Məntiqi olaraq burada 

nəhəng bir hərbi baza yerləşməsi güman edilirdi. Ola bilsin ki, ərazinin yanında, yaxud elə 

oradaca  torpağın  altında  yerləşən  məxfi  hərbi  bazanın  həddən  ziyadə  güclü  qurğu  və 

cihazları bütün efiri alt-üst, baş-ayaq edirdi. Lakin amerikanlar daxil olmaqla regionun heç 

bir xalqında hələlik belə bir texnika olduğuna çoxları inanmaq istəmirdi. Xüsusən 1964-cü 

ildə  elektron-hesablama  maşınlarının  hələ  təkmilləşdirilmədiyi  bir  vaxtda  güclü  texnika 

yaradılması inandırıcı görünmürdü. 

XX əsrin 70-ci illərində həm hökumət, həm də ictimaiyyət qəribə zona ilə ciddi 

surətdə maraqlanmağa başladı. Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatındakı Ağ 

qumsallıq (ingiliscə Uayt Sends – White Sands) bazasının poliqonundan buraxılan «Afina» 

adlı eksperimental ballistik raket start meydançasından havaya qalxdıqdan sonra birdən, 

qəfildən  əvvəlcədən  müəyyənləşdirilmiş  kursu  (uçuş  yolunu  və  səmtini)  dəyişir,  elə  bil 

maqnit tərəfindən cəlb edilirmiş kimi düz «sükut zonası»na tərəf istiqamət götürür. «Sirli 

zona»  istiqamətində  gedən  raket  elə  oradaca  müəmmalı  ərazinin  düz  mərkəzində  yerə 

(torpağa)  çırpılıb  partlayır  və  tikə-tikə  olur, onun hissələri  ətrafa  dağılır.  Qəzadan  sonra 

səhra  sözün  həqiqi  mənasında  amerikanlarla  dolur.  Onlar  raketin  praktik  olaraq  qırılıb 

dağılmış bütün hissələrini diqqətlə toplayır, həmçinin onun düşdüyü yerdən bir neçə yük 

maşını qrunt götürüb özlərilə aparırlar. Aparılmış hissələrdə və torpaqda onların nə tapması 

indiyə qədər heç kimə məlum deyildir, çünki müayinələrdən əldə olunan bütün məlumatlar 

və onların təhlilinə əsasən çıxarılan nəticələr çox ciddi şəkildə məxfiləşdirilir. 

«Afina»  qəzasından  cəmi  bir  neçə  il  keçdikdən  sonra  Amerikanın  üçyerlik 

məşhur «Apollon» («Apollo») kosmik gəmisinin raket daşıyıcısı olan «Saturn» raketinin 

pillələrindən biri, onun yuxarı hissəsi «zona» üzərində olarkən eyni aqibətlə üzləşir, yerə 

düşməklə  çox  güclü  partlayışa  səbəb  olur,  büsbütün  dağılır.  Aya  uçuş  proqramında 

«Apollon»  proyektində  amerikanlar  tərəfindən  istifadə  edilən  qurğunun  partlaması  çox 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə