Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

55 

 

Tədqiqatçılar ən müxtəlif adamlar tərəfindən söylənilən və bir-birinə oxşar olan 



hadisə  və  əhvalatların  doğruluğunu  göstərən  xeyli  sayda  faktik  material  tapmışlar. 

Danışılan söz-söbətlərin gerçəkliyinə inanmaq üçün faktlara söykənən sübutlardan yaxşı 

heç nə ola bilməz. 

 

 



 

 

Şəkil 58. «Sükut zonası»nda aşkar olunmuş xarabalıq (qədim rəsədxananın 



qalığı) 


56 

 

«Sükut zonası»nda daha bir müəmma, sirr vardır. Belə ki, burada son dərəcə 



böyük daşlardan qurulan naməlum təyinatlı inanılmayacaq dərəcədə qədim tikilidən ibarət 

çox  qədim  kompleksin  xarabalığı  onu  görənləri  heyrətə  salır.  Artıq  xeyli  vaxtdır  ki, 

xarabalığın sirr və müəmmaları üzərində çoxlu arxeoloq və tarixçi baş sındırır. Arxeoloqlar 

tərəfindən səhrada tapılmış xarabalıq sadəcə köhnə tikilinin viranə qalığı kimi deyil, daşdan 

ərsəyə  gətirilmiş  əzəmətli  bir  abidə  olaraq  qarşılanır.  Əsrarəngiz  xarabalıq  işin  həqiqi 

kökünü axtarıb tapmağa kömək edə biləcək qiymətli bir dəlildir. Piramida xarabalığında 

aşkara  çıxarılan  müəmmalı  və  anlaşılmaz  daş  barelyeflər  əvvəllər  olduğu  kimi,  indi  də 

keçmişdə  baş  verənlər  haqqında  min  illərin  sirrini  səssiz-səmirsiz  halda  saxlamaqda 

qalırlar. Onları ən müasir elmi metodlarla «danışdırmağa» çalışan, «ürəklərini boşaltmağa» 

səsləyən alimlər hələlik elə bir nəticə əldə edə bilməmiş, qəti qərara gəlməmişlər. Demək 

olar  ki,  ideal  formada  böyük  daş  kürələrin  buraya  kim  tərəfindən  və  hansı  məqsədlə 

gətirilməsi,  yoxsa  onların  birbaşa  səhrada  hazırlanması  sualı  özünün  dəqiq  cavabını 

gözləyir.  

Xarabalığın  yaşını  müəyyənləşdirmək  hələlik  araşdırıcılara  müyəssər 

olmamışdır. Alimlər çox böyük ölçüdə olan qurğunun yaşını ona görə indiyə qədər dəqiq 

müəyyən  edə  bilməmişlər  ki,  daşlar  ümumiyyətlə,  heç  bir  ölçüyə  gəlmir,  tarixinin 

qoyulmasına heç bir vəchlə tabe olmaq istəmir, necə deyərlər, onu təsvir etməyə qələm 

acizdir.  Buna  görə  «Tetis  dənizi»nin  daş  abidəsi  qalıqlarının  yaşınının  dəqiq 

müəyyənləşdirilməsi alınmır. Yalnız çox böyük çətinliklərdən sonra güc-bəla ilə cəmi bir 

neçə əlamət üzərində dayanmaq mümkün olmuşdur. 

Şübhəsiz  ki,  xarabalığın  yaşı  bir  neçə  min  il  təşkil  edir.  Xarabalığın  böyük 

ehtimalla  bir  neçə  min  il  bundan  əvvəl  tikilməsi  haqqında  olan  fikir  əksər  araşdırıcılar 

tərəfindən  dəstəklənir.  Alimlər  irəli  sürülən  bütün  fikirləri  mühakimə  edərək  belə  bir 

nəticəyə  gəlmişlər ki, xarabalıq çox uzaq  zamanlarda tikilmiş nəhəng  unikal  astronomik 

observatoriyanın (rəsədxananın) qalıqlarıdır. Araşdırıcılar aşkara çıxarılmış obyektin yalnız 

rəsədxana  kimi  fəaliyyət  göstrərdiyinə  əmin  olsalar  da,  fəqət  elmin  yetərincə  inkişaf 

etmədiyi  və  texniki  imkanların  həddən  ziyadə  məhdud  olduğu  bir  dövrdə  onun  kimlər 

tərəfindən və  necə inşa  edilməsi  sualının qarşısında  aciz qalır, heç bir  dürüst cavab tapa 

bilmirlər.  

Həqiqətən  çox  uzaq  dövrdə  onun  hansı  məqsədlə,  kimlər  tərəfindən  və  necə 

tikilməsi  sualını  cavablandırmaq  çox  çətindir.  Aydındır  ki,  abidənin  mükəmməlliyini 

nəzərə aldıqda qədim dövrdə bu yerdə gec-gec rast gəlinən bulaqların qırağında məskən 

salmış, elmli və yüksək mədəniyyətli olmasına görə seçilmiş, yaxşı təhsil almış, xüsusən 

riyaziyyat,  fizika  və  astronomiya  kimi  elmlərlə  müfəssəl  tanış  olmuş,  göy  cisimlərini 

diqqətlə  müşahidə  etmiş,  parlaq  ulduzlar  barəsində  hərtərəfli  biliyə  malik  olmuş,  uzaq 

planetlərdən yer kürəsinə təşrif buyuran səmavi varlıqlar haqqında, göyün ənginliklərindən 

uçub  gələn  ilahi  məxluqlar  barəsində  ideyaya  tərəfdar  çıxmış  bir  xalq  yaşadığı  güman 

edilir.  Çünki  mürəkkəb  qurğunun  müəmmalarla  dolu  bütün  nişanə  və  xüsusiyyətlərini 

dərindən təhlil etdikdə bu nadir yerdə nə vaxtsa məskunlaşmış primitiv adamlar tərəfindən 

onun  tikilməsi  qətiyyən  mümkün  ola  bilməzdi.  Beləliklə,  ecazkar  meqalitik  tikilini  başa 

gətirmək,  onu  inşa  edə  bilmək  üçün  kifayət  qədər  qabaqcıl  biliklərə  və  inkişaf  etmiş 



57 

 

texnologiyaya malik adamların burada olması və yaxud həmişəlik yaşaması, belə bir şeyin 



mümkün olub-olmaması növbəti sual olaraq ortaya çıxır.  

Aydındır  ki,  tarixi  mənbələrdə  verilən  məlumatlara  əsasən  uzaq  epoxalarda 

müəmmalı  diyarda  yalnız  primitiv  hindi  tayfaları  məskunlaşa  bilərdilər.  Halbuki  həmin 

fikir daş abidənin möhtəşəmliyilə ziddiyyət təşkil edir, bir qədər əvvəl qeyd etdiyimiz kimi, 

belə  bir  azman  tikilini  ibtidai  tayfalar  inşa  edə  bilməzdilər.  Deməli,  qeyd  edilən  ərazidə 

tayfalardan savayı ağıllı məxluqlar olmuşlar. Həqiqətən bəzi arxeoloqlar hesab edirlər ki, 

burada  çox  qədim  zamanlarda  hansısa  başqa  adamlar  və  yaxud  digər  dərrakəli  varlıqlar 

olmuş və çox gərgin fəaliyyət göstərmişlər. Ehtimal edilir ki, müasir geoloq və astronomlar 

kimi  onları  da  «Tetis  dənizi»  torpağına  çoxlu  miqdarda  meteorit  düşməsi  hədsiz 

maraqlandırmışdır. Əks təqdirdə astronomik rəsədxana yaradılması labüd olmazdı.  

 

 

 



 

Şəkil  59.  Kiniç  Xanaab  Pakalın  (K’ihnich  Janaahb  Pakal).  Mexiko  şəhərində 

Milli antropologiya muzeyində saxlanılır. 

 



58 

 

 



 

Şəkil  60.  Palenke  şəhərinin  yaxınlığında  yerləşən  və  «Kitabə  məbədi» 

adlandırılan baş piramida 

 

 



Şəkil 61. İlan simasında olan Kukulkan. Drezden kodeksi (Codex Dresdensis – 

mayyaların bizim günlərə qədər saxlanılmış və tədqiqatçılar tərəfindən tapılmış əlyazması 

şəklində  olan  dörd  kitabından  biri).  Drezden  şəhərində  Sakson  dövlət  və  universitet 

kitabxanasının kitablar muzeyində saxlanılır. 

 

 

Şəkil 62. Mayya sivilizasiyasının keçmiş şəhəri olan və adı hərfən «yaşıl daşlar» 



anlamına gələn Yaşçilan divarında Kukulkanın ilan simasında olan təsviri 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə