Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

53 

 

Yadplanetlilərlə  əlaqədar  olan  cürbəcür  hallar  –  qəribə  işıqlar,  üzən  kürələr, 



yanar qruplar, uçan boşqablar bu rayonda həddindən artıq müşahidə edilir. Burada tez-tez 

«uçan  boşqablar»  görünür,  başqa  aləm  və  planetlərdən  olan  gəlmələr  dolaşırlar.  Bütün 

bunlardan sonra «sükut zonası»nın tam mənzərəsini əldə edərək oranın nə qədər qəribə yer 

olduğuna heç kimdə şübhə qalmır. 

Yaxınlıqdakı Sebalyos qəsəbəsinin sakinləri «sükut zonası»nda yanar halqalar 

şəklində cihazların ucduğunu çox tez-tez gördüklərini söyləyir, onların yerdənkənar uçuş 

obyektləri olmalarına qətiyyən şübhə etmirlər. Hətta yerli əhali uçan boşqabların müşahidə 

edilməsi xəbərini bir-birilə bölüşməyi lazımi hesab etmir, çünki belə məlumatlarla orada 

artıq heç kimi təəccübləndirmək mümkün deyildir. 

Qaşqaralan vaxt «zonada» sükut sözün həqiqi mənasında pozulur. Axşam düşən 

kimi  «sükut  zonası»  üzərindəki  göydə  kiçik  ölçüdə  halqalar  şəklində  aydın  işıqlanma, 

aşkar parıldama müşahidə olunur. Sonra halqalar yanan kürələr halında bir-birinə qarışır, 

birləşir və göyün daha yüksək qatlarına doğru gedirlər. Yerli sakinlər onları «dəli işığı», 

«dəlilərin  odu»  adlandırırlar.  Görünür,  ona  görə  ki,  «işıqlar»  səhra  üzərində  nizamsız 

hərəkətlər  edirlər.  «Yanan  kürənin»  sağlam  düşüncəyə  sığmayan,  ağıl  tərəfindən  təhlil 

olunması  mümkünsüz  görünən  bir  şey  hesab  edilməsi  hər  halda  buradakı  vəziyyətin 

qaranlıqda kifayət qədər gərgin olduğunu bildirir. Ancaq «göy işıqları» insanlara heç vaxt 

yaxınlaşmamışlar. 

«Sükut zonası»nı müntəzəm olaraq ziyarət edən alimlər, tez-tez oraya baş çəkən 

səyyahlar, maraqlı məqalə yazmaq məqsədilə qeyri-adi ərazidən keçməli olan jurnalistlər 

(müxbirlər, fotoqraflar), həmçinin yerli sakinlər əvvəlki dövrlərdə olduğu kimi işıq saçan 

qəribə  əşyalar  və  yaxud  gecələr  planetin  üzərində  gəzişən,  tez-tez  yerini  dəyişən  yanan 

kürələr  haqqında xəbər  verirlər.  Obyektlər  bir  müddət havada hərəkətsiz qalır,  yalnız  öz 

rəngini dəyişdirir, sonra birdən yerindən götürülür, sanki ildırım sürətilə itib yoxa çıxırlar. 

Hətta  bir  neçə  dəfə  enmə  yerinə  polis  əməkdaşları  yollanmalı  olmuşlar.  Axşam 

qonaqlığından  gələn,  evlərinə  qayıdan  iki  fermer  danışırdılar  ki,  parlaq  işıq  saçan  kürə 

şəklində nəhəng obyekt görürlər. Tanınmamış uçan obyekt onların gözləri önündə qaranlıq 

səmadan  yerə  enir,  ondan  eyni  şəkildə  qəribə  rənglərilə  işıq  saçan  humanoidlər  bayıra 

çıxırlar.  Təəccüb  və  qorxudan  ayaq  üstəcə  yerlərində  donub  qalmış  fermerlər 

humanoidlərin gözündən yayınmır. Sonra onlar fermerlərə tərəf istiqamət götürürlər. Lakin 

fermerlər yaşama instinkti sayəsində özlərinə gəlir və güc taparaq sürətlə qaçır, təhlükəli 

nöqtədən  uzaqlaşmağa  müvəffəq  olurlar.  Onlar  gördükləri  barəsində  həyəcan  içərisində 

alimlərə xəbər verirlər.  Oxşar söhbətləri dəfələrlə  eşitmiş alimlər dinlədikləri  fermerlərin 

emosionallıqla  hər  şeyi  necə  varsa,  heç  nəyi  şişirtmədən  təsvir  etmələrini  görüb  ağlı 

başında  olan  bu  adamlarla  birlikdə  səhərisi  günü  hadisə  yerinə  qayıdırlar.  Tanınmamış 

uçan obyektin enməsinə dair xəbər verildikdən bir gün sonra «sükut zonası»na göndərilən 

alimlər qrupu şahidlərin göstərdikləri yerdə növbəti dəfə yanmış torpaq sahəsini və otların 

ütülmüş dəstələrini (bitki örtüyünün odla yandırılmış sahəsini) aşkara çıxarmışlar. Əlbəttə, 

yanğının  fermerlər  tərəfindən  bilərəkdən  törədilə  bilməsi  də  mümkün  variantlardan  biri 

kimi  ortaya  atıla  bilər.  Lakin  yanmış  torpaq  sahəsindən  başqa  alimlərin  tapdıqları 

materialın  tərkibində  elmə  məlum  olmayan  komponent  (yanar  maddə  hissəciklərinin) 

tapılması,  həmçinin  radiasiyanın  inanılmaz  yüksək  səviyyəsinin  qeydə  alınması 




54 

 

(gözlənilməz dərəcədə yüksək radioaktivliyə malik naməlum kütlənin aşkara çıxarılması) 



artıq gəlmələrin burada olduğunu danılmaz surətdə sübut edir. Mütəxəssislər gah yanacaq 

izləri, gah da yanar-sürtkü materiallarının olduğu qruntdan sınaq nümunələri götürmüşlər. 

Baş  verən  hadisələri  öz  gözlərilə  görən  insanların  şəhadətlərinə  əsasən  əldə  olunmuş 

onlarla  belə  «dəlil»  hazırda  Meksikanın  və  Amerika  Birləşmiş  Ştatlarının  elmi 

laboratoriyalarında saxlanılır. 

«Sükut zonası»nda tanınmamış  uçan obyektin ilk fotoqrafik  əksi  1976-cı ildə 

əldə  olunmuşdur.  Maqnit  dağı  yaxınlığında  yerə  enən  hansısa  bir  obyektin  şəkli 

çəkilmişdir.  Şəkildə  parıldayan,  işıldayan,  şəfəq  saçan  gümüşü  obyekt  aydın  görünür. 

Obyekt  evdar  qadınların  kartof  qızardarkən  və  yaxud  kotlet  bişirərkən  onları  çevirmək 

üçün  istifadə  etdiyi  sevimli  alətə  –  böyük  ölçüdə  olan  mətbəx  kürəkciyinə  çox  oxşayır. 

Yerli qəzetin bəxti gətirən reportyoru tanınmamış uçan obyektin uçub gedərkən də bir neçə 

şəklini  çəkməyi  bacarmışdır.  Gündəlik  yerli  xəbərlər  toplayan  qəzet  işçisi  üçün  bundan 

yaxşı  bir  tapıntı  olacağını  təsəvvür  etmək  çətindir.  Obyekt  möhkəm  uğultu  şəklində 

gurultulu  səs  çıxararaq  göyə  qalxmış,  qərbə  tərəf  yönəlmiş  və  tez  bir  vaxtda  görünməz 

olmuşdur.  Çəkilən  şəkillər  furor  (gurultu)  qoparmış,  çox  böyük  təəssürat  yaratmışdır. 

Lakin yenə ortodoksal alimlər reportyorun yanında şahidlərin də olmasına qətiyyən məhəl 

qoymaraq  tamamilə  birtərəfli  qaydada  şəkillərin  saxta  olduğunu  elan  etmişdilər.  Ancaq 

şəkillərin  plyonkada  çəkilməsi,  çoxlu  sayda  olması  –  bütöv  seriya  təşkil  etməsi,  orada 

təsvir  edilənlərin  bir-birini  ardıcıl  surətdə  tamamlaması  bəxtəvər  reportyorun  yalançı 

olmadığını  göstərmişdir.  Şəkillərin  plyonkadan  çıxarılması  xüsusən  inandırıcılığı 

artırmışdır.  Çünki  şəkillərin  plyonkaya  düşməsi  müasir  dövrün  fotoşopu  qədər  sadə 

deyildir,  onları  eyniləşdirərək  hər  ikisini  saxta  hesab  etmək  haqsızlıq  olardı.  Niyə  məhz 

«sükut zonası»nda tez-tez tanınmamış uçan obyektlərin görünməsi, onların ekipajlarının 

haradan gəlməsi kimi suallara birmənalı cavab vermək hələlik mümkün olmamışdır. Təbii 

ki, çoxlu sayda tanınmamış uçan obyektin məhz «sükut zonası»nda görünməsinin, onların 

haradan  uçub  gəlməsinin,  neçə-neçə  anomal  hadisənin  elə  burada  qeydə  alınmasının 

səbəbi, qeyri-adi ərazidə uzaq zamanlarda hansı xalqın yaşaması alimləri maraqlandırmaya 

bilməz. Suallardan heç birinin dəqiq cavabı hələlik yoxdur.  

«Zonanın»  mahir  tədqiqatçılarından  biri,  doktor  Santyaqo  Qarsia  tanınmamış 

uçan obyektlərlə bağlı suala cavab verərkən əslində bunların Amerika Birləşmiş Ştatlarının 

məxfi  eksperimentlər  aparan  hərbçilərinin  buraxdıqları  zondlardan  başqa  bir  şey 

olmadığını güman edir. Santyaqo Qarsia belə bir mülahizə söyləmişdir ki, burada gəzişən 

bəzi işıqların mənbəyi hərbi silahlı qüvvələrin sınaqdan keçirdikləri kəşfiyyatçı robotların 

gecə  vaxtı  görünən  lampalarının  şüalarıdır.  Robotun  Günəş  batareyaları  gündüzlər 

avtomatik olaraq dolur (yüklənir). Artıq kifayət qədər enerjiyə malik olan robot gecə düşən 

kimi gizlincə qarşısına qoyduğu vəzifəni yerinə yetirməyə başlayır – tədqiqatlarını aparır. 

Santyaqo  Qarsia ona  sual  ünvanlayanların  yadına  salır ki,  «Afina» eksperimental  raketi 

qəzaya uğradıqdan sonra onun sınmış hissələrini yığmaq üçün hadisə yerinə gələn hərbi-

hava  qüvvələri  komandası  təkcə  qırılmış  parçaları  toplamaqla  kifayətlənməmiş,  eyni 

zamanda analiz üçün səhradan götürdükləri xeyli torpağı bir neçə yük maşını ilə özlərilə 

aparmışlar.  



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə