Sükut zonası Şahin Böyükağa oğlu Əlibəyli Zone of silence



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix21.07.2018
ölçüsü3,31 Mb.
#57515
1   ...   14   15   16   17   18   19   20   21   22

66 

 

görmədən gecənin zülmət qaranlığı içərisində elə çətin şəraitdə piyada getmələri qətiyyən 



inandırıcı deyildir. Heyvanlara gəldikdə əlbəttə ki, orada heç bir qoyun və yaxud keçi ola 

bilməz. Çünki heyvanlara baxmaq üçün burada heç bir şərait yoxdur. Səhrada heyvanın 

yemək  üçün  bir  qida  tapa  bilməsi  ağlabatan  deyildir.  Bundan  başqa,  jurnalistin 

«görüşdüyü» və «söhbət etdiyi» adamları hökmən fotoqraf da görməliydi.  

Növbəti  günlərdə  qəribə  yerin  aparılmış  müayinəsi  səhranın  bir  neçə  on  milə 

bərabər  (16  kilometrdən  çox)  ərazisində  tam  adamsızlıq  olduğuna  inanmağa,  insanların 

gediş-gəlişinin mümkünsüzlüyünə əmin olmağa imkan vermişdir. Bütün bunları özü ilə 

heç bir lazımi ləvazimat götürməyən yorğun jurnalistin qorxunc səhrada gecənin zəhmli 

aurasının  əlavə  olaraq  vəziyyəti  qəlizləşdirdiyi  bir  şəraitdə  duyğu  orqanlarının 

funksiyasında baş vermiş müvəqqəti pozğunluğun əlaməti kimi qiymətləndirmək olardı. 

Bundan  əlavə,  söylənilmiş  müəmmalı  və  dolaşıq  hekayə  kifayət  qədər  qarışıq  və 

anlaşılmaz olduğundan fantastik uydurma kimi görünə, elə jurnalist təxəyyülünün məhsulu 

olaraq qarşılana bilərdi.  

Fəqət  başqa  adamların  şəhadətlərində  oxşar  hadisələr  təsdiqini  tapmışdı. 

Xüsusən «sükut zonası»nın lap qırağında yerləşən kiçik ranço sahiblərinin humanoid tipli 

qəribə məxluqlarla görüşlərinin olmaları haqqında verdikləri məlumatlar hər kəsdə heyrət 

doğurmuşdu. Onlar ağlı başında olan, sağlam düşüncəli və tamamilə anlaqlı adamlar idilər. 

Bu ayıq adamların danışdıqlarına görə, üç qəribə insan bir neçə dəfə qonaq kimi onlara baş 

çəkiblər.  Uzun  tükləri  və  açıq  rəngdə  dərisi  olan,  qəşəng  görünüşlü  sarışın  adam  təsiri 

bağışlayan,  lakin  qəribə  stildə  geyinib-keçinən  qonaqlar  ispan  dilində  əla,  nöqsansız 

danışırlar, lakin onların səsində nəsə bir musiqi tembri (cingilti), nitqində bir qədər qəribə 

təsir  bağışlayan  «mexaniki»  aksent  duyulur  (özgə  dildə  danışanlara  xas  tərzdə  qeyri-adi 

tələffüz  xüsusiyyəti  hiss  olunur).  Özlərini  həddən  ziyadə  qanacaqlı,  ədəbli,  nəzakətli  və 

səmimi aparan qonaqlardan ikisinin kişi, birinin isə qadın cinsli olması qeyd edilir. Verilən 

məlumata görə, onların mehriban, gülərüz, nəvazişkar və xeyirxah olduqları dərhal sezilir. 

Çağrılmamış  qonaqların  kifayət  qədər  tərbiyəli,  üzügülər,  xoşrəftar  və  iltifatlı  olmaları 

onların  bir  kimsəyə  zərər  yetirə  biləcəkləri  qənaətinə  gəlməyə  imkan  verməmişdir. 

Sarıyağız qonaqlar həmişə quyudan su götürməyə, özlərilə gətirdikləri qabı doldurmağa 

icazə verilməsini xahiş etmişlər. Maraqlıdır ki, onlar yalnız suya görə ağız açmış, heç vaxt 

proviziya  (ərzaq)  haqqında  söz  salmamış,  heç  bir  qidanın  adını  çəkməmişlər.  Ranço 

sahibləri  bir  neçə  dəfə  onların  kim  olduğunu  və  haradan  gəldiklərini  soruşublar.  Tanış 

olmayan  məxluqlar  kim  olmaları  sualından  yayınmış,  ona  heç  vaxt  cavab  verməmişlər. 

Ancaq  mərifətli  və  xoşüzlü  qonaqlar  ikinci  suala  münasibət  bildirərək  yalnız  anlaşılmaz 

surətdə, müəmmalı şəkildə gülümsəmiş və göyü göstərmiş, «yuxarıdan» gəldiklərinə işarə 

etmişlər.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  onlara  oxşar  olan  uzun  saçlı  sarışınları 

Kaliforniyada  Syerra-Nevada  yaxınlığında  və  Pireneidə  görmüşlər.  Şayələrə  görə,  onlar 

yerli sakinlərə müraciət edərək verdikləri qızıl külçələri süd və çörəklə dəyişdirirmişlər. 

Ranço  sahibləri  gecə  səmada  müəmmalı  işıqlar  və  üzən  boşqablar  görmüşlər. 

Şahidlər həmin obyektlərin səhraya sanki vertikal istiqamətdə endiklərini qeyd etmişlər. 

Tanınmamış  uçan  obyektlərin  məhz  həmin  yerə  enmələri  və  yerli  insanlarla 

yadplanetlilərin görüşünün olması haqqında əhali arasında yayılmış rəvayət və əfsanələrə 



67 

 

gəldikdə  burada  bir  vaqonun  və  kiçik  ölçüdə  arabanın  tapılması  artıq  lazımsız  söz-



söhbətlərə son qoyulmasını və dərin tədqiqatlar aparılmasını labüd etmişdir.  

Boyu  cəmi  bir  neçə  on  santimetr  olan  və  qəribə  tərzdə  geyinən  cırtdanlarla 

görüşlər  olmasına  dair  çoxsaylı  xəbərlər  vardır.  Bir  dəfə  yerli  biznesmen  Ruben  Lopes 

gecə  «zonadan»  keçməklə  Sebalyos  şəhərinə  gedirdi.  Səhrada  getdiyi  vaxt  birdən  onun 

avtomobilinin  mühərrikində  qeyri-müntəzəmlik  şəklində  pozğunluq  başlayır,  onun 

işləməsində fasilələr olur. R. Lopes buna çox möhkəm təəccüblənir. Çünki onun maşını lap 

yaxın günlərdə tam texniki xidmətdən keçirilmişdir. Lopes qabaqda təxminən otuz metr 

məsafədə  alçaqboylu  beş  fiqurun  yol  qırağında  dayandığını  görür.  Ağlına  gələn  ilk  fikir 

onların azmış uşaqlar olması ehtimalını ortaya qoyur. Lopes lap yaxına gələndə fiqurların 

əyinlərinə  gümüşü  kombinezonlar  geyindiklərini  və  motosiklet  şlemini  xatırladan  bir 

dəbilqə  ilə  başlarını  örtdüklərini  görür.  Təxminən  50  santimetr  boyu  olan  cırtdanlar 

avtomobilə  yaxınlaşır,  sanki  onu  hər  tərəfdən  əhatə  edirlər.  Bərk  qorxmuş  Lopes  sürət 

ötürücüsünün neytral vəziyyətdə olmasına baxmayaraq qaz pedalını birdən möhkəm basır. 

Mühərrik  bərkdən  uğuldayır,  uca  küy  qopanda  gəlmə  fiqurlar  dağınıq,  pərakəndə  halda 

qaranlıq olan tərəfə atılırlar. Qəribə fiqurlar gözdən itdikdən sonra avtomobilin mühərriki 

yenidən  normal  işləməyə  başlayır  və  biznesmen  yoluna  davam  edir.  Yolun  sonrakı 

hissəsində heç bir macəra olmur. 

Bakirə  qızın  yadplanetlilər  tərəfindən  süni  mayalanmaya  məruz  qoyulması 

haqqında XX əsrin axırlarında yayılmış bir xəbər Meksikadakı «sükut zonası» ilə əlaqədar 

olduğundan  güclü  rezonans  doğurmuşdu.  1993-cü  ildə  meksikalı  bir  qızın  hibrid  uşaq 

doğması haqqında xəbər onu eşidən hər kəsi həyəcanlandırmışdı. Hər şeylə maraqlanan, 

qeyri-adi  hadisələri  bilmək  istəyən,  onlar  barəsində  çoxlu  məlumat  əldə  etməyə  çalışan 

insanlar üçün meksikalı qızın hibrid uşaq dünyaya gətirməsi kifayət qədər cəlbedici fakt 

sayılırdı. Hadisə internet ixtira olunana qədər baş verdiyindən onun barəsində xəbər bütün 

dünyaya yayıla bilməzdi. Meksikada olmuş qəribə hadisədən çoxlarının bixəbər qalması 

məhz buradan qaynaqlanırdı. Rus dilində nəşr olunmuş ufoloji mənbələrin yalnız cüzi bir 

qismində ona toxunulmuşdu. Çox nadir hallarda xatırladılan hadisə haqqında televiziyada 

yayımlanan verilişlərdən birində meksikalı jurnalist Luis Ramires Rayes özü danışmışdı. 

Jurnalist  barəsində  danışdığı  qıza  qarşı  yüksək  maraq  doğurmamaq,  hamının  nəzərlərini 

ona  ünvanlamamaq  və  yaranmış  xoşagəlməz  vəziyyəti  yenidən  qəlizləşdirməmək  üçün 

qəsdən onun adını çəkmir.  

Kosmetik  vasitələrin  satıcısı  işləyən  bir  gənc  qız  Mexiko,  Verakruz  və  Poza-

Rika şəhərləri arasında dəfələrlə səfərdə olmuş, oraları çox gəzmişdir. Günlərin birində qız 

asteklərin qədim şəhəri olan Teotiuakanın yanından maşınla ötüb keçərkən birdən göydə 

qeyri-adi,  qəribə  obyekt  görür.  Bundan  dərhal  sonra  qız  getdiyi  şəhərin  yaxınlığındakı 

yolda maşındaca qəflətən diksinib ayılır, özünə gələndə nəyin baş verdiyini başa düşməkdə 

çətinlik  çəkir.  Dəhşət  içərisində  olan  qız  özünü  toparlayıb  saata  baxanda  əqrəblərin 

Teotiuakanda gördüyü yerdəcə donub qaldığına əmin olur. Yoldan ötüb keçənlərdən saatın 

neçə olduğunu soruşur. Qız əsl vaxtı bildikdə saatının düz üç saata bərabər müddətdə dala 

qaldığını  özü  üçün  aydınlaşdırır.  Həmin  müddət  ərzində  qız  300  kilometrə  yaxın  bir 

məsafə qət etmiş, ancaq bunu necə etdiyini heç cür yadına sala bilməmişdir. Fəqət qeyri-

adilik  bununla  bitməmişdir.  Bir  neçə  həftə  keçdikdən  sonra  qız  özündə  yorğunluq  hiss 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə