Musa Quliyev Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri Naхçıvan 2013



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/52
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32213
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

-53-
O, bu illərdə İrəvan хanlarının apardığı siyasəti dəstəkləmirdi.
Bunun bir çoх səbəbləri var. O səbəblərdən biri İrəvan qalasını
Paskеviçə təslim еtdi. Bu səbəbi еrməni tariхçiləri 1972-ci ildə
İrəvanda  nəşr  еtdikləri  sənədlər  toplusunda  yazıblar.  Onların
yazdıqlarında  məlum  olur  ki,  Hüsеynqulu  хanın  ən  yaхın
adamlarından biri İrəvan məliyi Abrahamın oğlu Məlik Ağamalıyan
Saak olmuşdur. Qеyd еdirlər ki, İrəvan хanı еrmənilərdən ibarət
piyada  qoşun  dəstəsi  yaratmışdı  və  adını  yuхarıda  çəkdiyimiz
məliyi komandir təyin еtmişdi. Müəlliflərin həmin piyada qoşun
dəstələri haqqında yazdıqlarını olduğu kimi vеririk: “1826-1828-
ci  illərdə  Rusiya-İran  müharibəsində  rus  ordusuna  çoх  böyük
хidmətlər göstərmişlər” (134, s. 659). Bəzi tədqiqatçıların səbəbi
Abbasabadda aхtarmaları doğru deyil. Çünki I Kalbalı хan və
oğlu  I  Еhsan  хan  bеlə  еrməni  qoşun  birləşmələrinin  əlеyhinə
idilər. Müstəqilliyi əldə еdən хalq ancaq özü onu qorumaq sə-
daqətində olar. Əldə еtdiyimiz sənədlərə görə, Kəngərli süvariləri
ancaq və ancaq özləri Naхçıvan uğrunda döyüşmüşlər. 
İrəvan xanlığının apardığı diplomatiyanı əks etdirən məktublar
külliyatı haqqında bir az ətraflı danışmağı məqsədəuyğun sayırıq.
1747-ci  ildə  Azərbaycanda  yaranan  xanlıqlardan  biri  də
İrəvan xanlığı olub. Əsasən Dəvəli (Ziyadoğlu) Qacarların idarə
etdiyi  İrəvan  xanlığı  da  Naxçıvan  xanlığının  siyasi  taleyini
yaşamışdır.  O  da  Naxçıvan  xanlığı  kimi  1747-1797-ci  illərdə
müstəqil  dövlət  olmuş,  1797-1828-ci  illərdə  isə  burada  Fətəli
şahın hakimiyyəti hökm sürmüşdür. Tarixən qədim Azərbaycan
torpaqlarını əhatə edən İrəvan xanlığı mürəkkəb və uzun tarixi
yol keçmişdir. Sovet hakimiyyəti illərində erməni tarixşünasları
İrəvan xanlığının yaranması, ictimai-iqtisadi vəziyyəti və siyasi
tarixi haqqında arxiv sənədlərini öz xeyirlərinə dəyişmiş, uydurma
kitablar yazmışlar. Bu azmış kimi İrəvan və Naxçıvan xanlıqlarının
tarixini şərqi Ermənistanın tarixi kimi yazıb ictimaiyyəti aldatmışlar.
Bu sırada M.Q. Nersesyanın, Q.A. Ezovun, B.M. Arutunyanın,
V.R.Qriqoryanın yazdıqlarında olan kobud səhvləri, uydurmaları


-54-
İrəvan xanlığı haqqında tədqiqat aparan alimlərimiz elmi faktlarla,
ilkin mənbə olan arxiv sənədləri ilə təkzib etmişlər. Ciddi tədqiqat
əsərlərindən Fuad Əliyevin, Urfan Həsənovun “İrəvan xanlığı”
(17)  və  “İrəvan  xanlığı”(27)  monoqrafiyalarını  qeyd  etmək
yerinə düşər.
Eləcə də Naxçıvan xanlığının tarixinə dair yazılmış mono-
qrafiyalarda İrəvan xanlığı ilə bağlı xeyli məsələlərə toxunulmuşdur.
Akademik  İsa  Həbibbəylinin  “İrəvan  şəhəri  necə  varsa”  (21)
adlı elmi məqaləsi tariximizdə mühüm hadisədir. Çünki müəllif
bu  məqaləsində  İrəvan  şəhərinin  tarixinə  aktual  yanaşmış  və
saxtakar ermənişünaslara layiqli cavab vermişdir.
Hər  bir  xanlığın  tarixində  olduğu  kimi,  İrəvan  xanlığının
keçdiyi inkişaf yolunda onun xarici siyasəti əsas yer tutur. Gür-
cüstanın paytaxtı Tiflis şəhərindəki Milli Əlyazmalar Mərkəzində
görkəmli  rus  şərqşünası  K.N.Smirnovun  39  nömrəli  fondunda
XVIII  əsrdə  İrəvan  xanlarının  qonşu  dövlətlərlə  yazışmaları
(Məktublar külliyyatı) saxlanılır (154).
İrəvan xanlarının məktubları (təxminən 197 məktub) 1936-
cı ildə mütəxəssis alim K.N.Smirnov tərəfindən kitab kimi nəşrə
hazırlansa da, bu günədək nəşr olunmamışdur .
Alimin “Giriş”də yazdıqlarından məlum olur ki, o, ərəbşünas
C.Qayıbovla birlikdə İrəvana yaradıcılıq ezamiyyətinə getmişdir.
K.N.Smirnovun yazdığına görə, məktubların orijinalı Ermənistanın
Ədəbiyyat  Muzeyində  saxlanılır.  Məktubların  əksəriyyəti  fars
dilində, bir neçəsinin isə ərəbcə olduğunu qeyd edən tərcüməçi
daha  sonra  bildirir  ki,  diplomatik  yazışmaların  hamısının
fotosurətini çıxartmış və gətirib Tiflisdə Gürcüstan Milli Tarix
Muzeyinə təqdim etmişdir (157)
Maraqlı  haldır  ki,  şərqşünas  Smirnov  İrəvan  xanlarının
diplomatik  məktublarını  olduqca  səmimi  bir  dillə  oxuculara
təqdim edir. O, bu məktublarla tanış olandan sonra Rusiya hər-
biçilərinin  Azərbaycan  xanlıqları,  o  cümlədən  İrəvan  xanlığı
haqqında  olan  bəsit  fikirlərini  kəskin  tənqid  etmişdir.  Hətta


-55-
göstərir ki, bu diplomatik yazışmalara ancaq qibtə etmək olar.
Məqamındaca deyək ki, Məhəmməd xanın hakimiyyəti dövründə
İrəvan  xanlığının  diplomatiyasının  çox  orijinal  olduğunu  önə
çəkən  müəllif  yazır  ki,  görəsən,  gənc  xanın  apardığı  siyasətin
arxasında kim dayanırdı.
Müəllif belə bir maraqlı sual verir: Bəzən deyirlər ki, onun
anası  əsas  diplomatik  yazışmaların  sahibidir.  Belə  ağıllı  bir
siyasəti istiqamətləndirən İrəvan Taleyranı kimdir? Sonra alim
davam edərək deyir: “Gənc xan belə yüksək səviyyədə hərəkət
edə  bilməzdi,  ola  bilər,  bəlkə  bu  onun  Şadlı  tayfasından  olan
anasıdır?”
Amma  bu  doğru  deyil. Aparılan  araşdırmalar  göstərir  ki,
1802-1804-cü illərdə İrəvan xanlığını Dəvəli Qacarların kürəkəni,
Məhəmməd xanın bacısının əri Naxçıvanlı I Kalbalı xan idarə
etmişdir (34). Ona görə də cəsarətlə söyləmək olar ki, bu dövrdə
aparılan  xarici  siyasətin  arxasında  I  Kalbalı  xan  dayanırdı.
Deməli, K.N.Smirnovu heyrətləndirən İrəvan taleyranı naxçıvanlı
I Kalbalı xan olmuşdur. Əslində dolayısı yolla alim bu suala elə
belə bir sualla da cavab verib: 
Aparılan  araşdırmalar  göstərir  ki,  həmin  illərdə  İrəvan
xanlığını  idarə  edən  İrəvan Taleyranı  naxçıvanlı  I  Kalbalı  xan
idi.
K.N.Smirnov qeyd edir ki, məktublar külliyyatı nəfis xətlə
yazılıb. Elə şairanə dildə yazılıb ki, bəzi yerləri tərcümə etməkdə
çətinlik  çəkirdik.  Bu  məktublarda  İrəvan  xanlığının  münşisi
(katibi)  Mirzə  Məhəmməd  Müslüm  (ədəbi  ləqəbi  Əl-Qüdsi)
haqqında da ətraflı məlumat vardır. İrəvan xanlığının məktublar
külliyyatını nəfis, orijinal və diplomatik dillə nəşrə hazırlayan
da Qüdsidir.
Smirnov Qüdsi və onun yazı üslubu haqqında danışmaqla
bərabər, həm də qeyd edir ki, Qüdsinin özü belə yazı formasına
təxminən  40  səhifə  ithaf  etmişdir.  Münşinin  üslubu  haqqında
Smirnov  yazır:  “Qüdsinin  üslub  nümunələri  göstərir  ki,  ruslar


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə