Musa Quliyev Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri Naхçıvan 2013



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/52
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32213
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

-62-
döndü  və  bizim  evlərimizi  düşmənlərimiz  dağıtdılar,  onda
Rusiyaya  xidmət  edərəm.  Knyaz  Sisiyanovu  mənə  pis  adam
kimi məlumatlandırıblar. əgər ruslar Gürcüstanda qərar tutarlarsa,
onda mən sizin hökmdarınıza xidmət edərəm: Ayın 28-də (fevral
ayında–M.Q.)  İrana  şahın  yanına  yola  düşəcəyəm  ki,  patriarx
Danili Naxçıvana gətirim”. 
I Kalbalı xan bu məktubu 6 fevral 1803-cü ildə yazıb (67, s.
633). Məlumat üçün deyək ki, Osmanlı imperiyasında yaşayan
ermənilər  istəyirdilər  ki,  Üçmüəzzindəki  (Üçkilsədə)  Danil
patriarx  olsun,  David  yox.  Buna  görə  də  Rusiya  tərəfi  İrəvan
xanı  Məhəmməd  xandan  və  Naxçıvan  xanı  I  Kalbalı  xandan
tələb  edirdi  ki,  Danilin  Tehrandan  qayıtmasını  təmin  etsinlər,
onda işğaldan kənarda qalarlar (134, s. 127-128).
Əlbəttə, Rusiya tərəfi də diplomatik hiylə işlədirdi. çünki
ön planda Irəvan və Naxçıvan xanlıqlarını zəbt edib Rusiya im-
periyasına qatmaq onların ən vacib planlarından biri idi.
Bölgədə vəziyyət gərginləşmişdi. Artıq 1804-cü ildə Rusiya
və İran qoşunları döyüşməyə başladılar. Elə bu vaxt Fətəli şah I
Kalbalı xana məktubla bildirirdi ki, ruslarla döyüşsün. Kəngərli
arxivinə məxsus əlyazma sənədlərindəki məlumata görə I Kalbalı
xan cavab verir ki, naxçıvanlılar rus qoşunları ilə döyüşməyəcəklər
(129, s. 22-27).
1804-cü ilin mart ayında Fətəli şahın əmri ilə Pirqulu xanın
qoşunları Naxçıvana hücum edir və Naxçıvan qalasını tuturlar
(123, s. 31). Bu zaman artıq I Kalbalı xan döyüşçüləri ilə İrəvan
qalasına  çəkilmişdi.  Mayor  Montrezor  3  aprel  1804-cü  ildə
Qarakilsədən knyaz Sisianova göndərdiyi raportunda yazırdı ki,
I Kalbalı xan Qacarlarla axıradək döyüşməyi qərara alıb (67, s.
806). Fətəli şahın oğlu Abbas Mirzə 60 min qoşun toplayaraq II
İraklinin oğlu şahzadə Aleksandrla birgə İrəvan qalasına tələsirdi
(123, s. 31).
Öz müstəqillikləri uğrunda döyüşmək üçün İrəvan qalasına
sığınan I Kalbalı xana və irəvanlı Məhəmməd xana Fətəli şah


-63-
hədələyici  məktublar  göndərərək  yazırdı  ki,  Irəvan  qalasını
onlara  təslim  etməsələr,  girovluqda  olan  oğullarını  öldürəcək
(67, s. 611-612).
1804-cü  il  mayın  5-də  knyaz  Sisiyanov  I  Kalbalı  xana
məktub göndərmiş, tələblərini bildirmiş və həvəslə istifadə etdiyi
“hədələmə” üsulunu da unutmamışdı: “çox razıyam ki, siz al-
icənablıq göstərərək Rusiyanın tərəfini saxlayırsınız. Nə vaxt iş
uğurla  nəticələnsə,  Allaha  and  içirəm  ki,  siz–mənim  dostum,
Naxçıvan  xanlığının  taxtında  oturacaqsınız”.  Knyaz  Sisiyanov
hər iki xanlıqdan tələb edirdi: 1) Peterburqa xeyirli olan Danili
Üçmüəzzinə patriarx təyin etmək; 2) İrəvana rus qoşunlarını bu-
raxmaq; 3) Rusiya çarına sədaqət andı içmək; 4) hər il 80 min
rubl bac-xərac vermək. Knyaz Rusiya hökuməti adından I Kalbalı
xana bildirirdi: 1) Bütün bunların əvəzində siz əvvəlki hüquqlarınızı
saxlayacaqsınız, ancaq edam etməkdən başqa; 2) Xanlıq titulu
veriləcək sizə; 3) İranda olan və əmanat saxlanılan yaxınlarınızı
sizə qaytaracağıq. Məktubun sonundakı hədə isə knyaz Sisiyanovun
işğalçı niyyətlərini apaydın ortaya gətirirdi: “Allaha and olsun
ki, əgər mənim yürüşüm dəyişilsə, onda gərək günəş qərbdən-
şərqə hərəkət etsin, Xəzər dənizində gərək bir damla su qalmasın.
Fərq ondadır ki, ya oraya xilas edən kimi gələcəyəm, ya da əgər
imperatorun iradəsinin əleyhinə getsəniz sizi Gəncəli Cavad xan
kimi cəzalandıracağam” (67, s. 634).
Knyaz Sisiyanovun hədələyəci məktubu I Kalbalı xanı çox
qəzəbləndirdi. çünki Gəncə xanlığı hələ 1752-ci ildən Naxçıvan
xanlığının yaxın müttəfiqlərindən biri idi. Ona görə də I Kalbalı
xan  əmr  verdi  ki,  İrəvan  qalası  müdafiə  üçün  var  gücü  ilə
döyüşəcək. Sisianov xanların cavablarını gözləyə bilmədi. Gen-
eral-mayor Leontyevə əmr verdi ki, iki piyada batalyonu ilə və 5
topla Pəmbəkə doğru yürüş etsinlər (123, s. 32).
Artıq  iyunun  1-də  hücum  yürüşü  reallaşdı.  19  iyunda
Sisiyanovun  qoşunları  Üçmüəzzinin  yaxınlığında  dayanmışdı
(67, s. 615).


-64-
Mirzə Adıgözəl  bəy  “Qarabağnamə”də  yazır:  “Bu  zaman
Naxçıvan hakimi Kalbalı xan da İrəvanda idi. Doğrudur, Məmməd
xan  İrəvanın  müstəqil  hakimi  idi,  lakin  o,  məmləkəti  idarə
etmək, yaxın və uzağın mühüm işlərini nizama salmaqda Kalbalı
xanın rəyinə tabe idi... ” (34, s. 67).
1804-cü  il  iyun  ayının  axırında  Rusiya  qoşunları  knyaz
Sisiyanovun  rəhbərliyi  altında  İrəvan  qalasına  yaxınlaşdılar.
Çünki knyazın irəvanlı Məmməd xana ünvanlanan 318 nömrəli
məktubu 26 iyun 1804-cü ildə yazılmışdır. Qafqaz Aktlarının II
cildində  bu  haqda  da  məlumat  vardır  (67).  Məktubun  mətni
aktlarda  verilmişdir.  I  Kalbalı  xan  qaynı  Məhəmməd  xanla
qərara  aldılar  ki,  Qacarlarla  və  Sisianovun  qoşunları  ilə  son
nəfəsədək döyüşəcəklər. Knyaz Sisiyanov çar II İraklinin ocağını,
yurdunu-yuvasını dağıtmışdı. II İraklinin gəlini Məryəm erməni
mənşəli general Lazarevi xəncərlə öldürmüşdü. Çünki Lazarev
İraklinin varislərini zorla Rusiyaya deportasiya edirdi. Sisiyanov
istəyirdi  ki,  hakimiyyətdə  marağı  olan  varislərdən  biri  belə
qalmasın. Məryəm Kartli-Kaxetiyanın axırıncı çarı, II İraklinin
oğlu XII Georginin həyat yoldaşı idi. Sisiyanovun qohumu olsa
da, onu Voronejə aparıb, Beloqorsk monastrına saldılar (123, s.
33). Çar II İraklinin dul arvadı Darecanı isə Moskvaya apardılar
(134,  s.  652).  Darecanı  dəfələrlə  azərbaycanlılar  ölümün  cay-
nağından  qurtarmışdılar.  Onun  oğlanlarından  yalnız Teymuraz
qaçıb dağlarda gizlənmişdi. O biri oğlu Aleksandr isə müsəlmanlığı
qəbul  etmiş  və  Fətəli  şahın  yanında  qalmışdı.  Ona  sığınacaq
verib uzun müddət Naxçıvanda gizlədən I Kalbalı xan olmuşdu
(82,s.545).
Bütün bunlara görə I Kalbalı xan Sisiyanova və Naxçıvanı
dağıdan  Fətəli  şaha  möhkəm  dərs  vermək  qərarına  gəldi.  Bu
döyüş həm də böyük risk idi, çünki naxçıvanlıların və irəvanlıların
taleyi indi onların necə döyüşmələrindən çox asılı idi.
I Kalbalı xan və Məhəmməd xan birlikdə hərəkət etməyə
qərar  verirlər.  Əslində  Məhəmməd  xanın  buna  böyük  mənəvi


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə