dövləti arasında münasibətlərin nizama salınmasında oyna
dığı əhəmiyyətli diplomatik fəaliyyətinə görə Türkiyə höku
məti onu üçüncü dərəcəli "Məcidiyyə" ordeni ilə təltif etmiş
di. Axı, İsa Sultan Rusiya məmuru oisa da. türk balası idi.
İsa Sultan Şahtaxtinskinin diplomatik fəaliyyətinə görə
İran dövləti ona "Şiri-Xurşid” ("Şir və Günəş") ordeninə la
yiq görmüşdü. Rusiya dövlətinin də bir çox ordenlərinin sa
hibi olmuşdu. Hətta ona mükafat olaraq brılyant üzük də
Qafqaz canişini tərəfindən təqdim edilmişdi. 1883-cü ilin ap
rel ayında o, Qars vilayəti hərbi qubernatorunun dəftərxana
rəisi təyin olunur.
isa Sultan hətta Qarsda da ədəbi, elmi fəaliyyətindən əl
çəkmir. Burada rus dilində "Qars" qəzetini nəşr etdirir.
1885-ci ildə Tiflisdə yaşayan və istefada olan kapitan Allah-
yar Ağalarovun qızı Səkinə xanımla evlənir. Tiflisdə Səkinə
xanımı hamı "Sofiya xanım" deyə çağırırdı. Ağalarovlar əsa
sən Tiflisdə, Gəncədə və Bakıda yaşayırdılar. Bu nəsil də Azər
baycan tarixində məşhur şəxsiyyətlər yetirib. Səkinə (Sofiya)
xanım rus və Azərbaycan dillərində savadlı idi. Bu qadın
Mirzə Cəlillə Həmidə xanımın da ailə qurmasına səbəb ol
muşdu. Sonralar Mirzə Cəlil özünün sələfi olan İsa Sultanın
ailəsindən maddi, mənəvi köməyini əsirgəməmişdi.
İsa Sultan ilə Sofiya xanımın nikahından 6 övlad dün
yaya gəlib. Tiflisdə arxivdə işləyərkən onun əmək (formul-
yar) kitabçasında qızlarının adlarına rast gəldik. Amma nə
dənsə beşinin adı yazılıb. Leyla Banu (bəyim deməkdir).
(Doğulma tarixi 13 yanvar, 1886), Nazlı Banu (25 sentyabr, 1887),
Fatma Banu (3 may, 1889), Adilə Banu (4 aprel, 1891), Cə
milə Banu (5 fevral, 1893). Burada bir məsələni deyək ki,
Adilə bəyimin doğum tarixi sovet hakimiyyəti illərində olan
nəşrlərdə 17 aprel 1894-cü il kimi göstərilib. Yəqin ki, axta
rışlar həqiqəti deyəcək.
Gənc ailəni kədər tez tapdı, isa Sultan Şahtaxtinski 1894-
41
cü il oktyabrın 17-də 43 yaşında Tiflisdə vəfat etdi. O, Səkinə
xanımla 9 il ailə sevincində yaşaya bildi. Qarsın sərt dağ iq-
♦
limi onun səhhətinə pis təsir etsə də, çar hökuməti isa Sulta
nın işdən ayrılıb müharibəyə getməsinə imkan vermədi.
Səkinə (Sofiya) xanım ərini Qarsdan Tiflisə ağır xəstə
halında gətirdi. Bəzən onun vəfat məkanını Qarsda yazırlar.
Bu, doğru deyil. Çünki o vaxtlar çox populyar "Kavkaz" qə
zeti verdiyi nekroloqda onun haqqında müfəssəl məlumat
yazıb. Qəzetin yazdığına görə dəfn mərasimi oktyabrın 21-
də olub. Çünki onun ata-anasınııı, qardaşının (Əli ağanın)
və digər qohumlarının gəlişini gözləmişdilər. O biri qardaşı
Əbülfət ağa Rusiya ordusunda hərbi xidmətdə idi. İsa
Sultanın qardaşları Əbülfət ağa və Əliağa Rusiya ordusunun
polkovniki olublar. Onu şəhərin müsəlman qəbiristanlığında
torpağa tapşırmışdılar. Bu haqda "Kavkaz" və "Novoye
obozreniye" qəzetləri ətraflı məlumat yermişdilər. Qəzetlər
yazırdılar ki, Zaqafqaziya Şeyxülislamı cənazə üzərində ölü
namazı qılıb, ağsaçlı Qafqaz müftisi Hüseyn əfəndi Qayıbov
göz yaşları içində hamım təsirləndirən nitq söyləyib.
Bu isə İsa Sultanın böyük vətənpərvər və şəxsiyyət olma
sından xəbər verirdi. O, 1891-ci ildə kollegiya müşaviri mülki
rütbəsini almışdı. Bu isə Rusiya ordusunda polkovnik rütbəsi
demək idi. Atanın ölümündən sonra gənc ana olmazın əziy
yətlərini çəkməyə başladı. Səkinə (Sofiya) xanım təkbaşına 6
qızı böyütmək və oxutmaq üçün bütün iradəsi ilə həyatın çə
tinliklərinə sinə gərdi. O, Naxçıvanın kəndlərində olan torpaq
sahələrini satdı. Bununla bağlı arxiv sənədləri də var. Elə
indinin özündə də "Səhnə xanımın yeri (torpağı)" adı Cəhridə
işlənməkdədir. O, qızı Leyla bəyimi təhsil üçün Cenevrəyə
göndərdi. Lakin Leyla xanım İsveçrədə xəstələnib vəfat etdi.
Bu münasibətlə hətta satirik jurnal olan "Molla Nəsrəddin"
kədər dolu nekroloq dərc etdi (1908-ci il 52-ci say). Bu nekro
loqu böyük ədib, Şahtaxtinskilər nəslinin ən sədaqətli dost
42
larından biri, lirəyi vətən qüssəsilə dolu Mirzə Cəlil yazmışdı.
Hər dəfə Tbilisiyə yolum düşəndə İsa Sultanın varisləri
nin taleyi məni çox maraqlandırıb. Hələlikdə Nazlı bəyim
dən başqa, o birilər haqqında məlumat öyrənmək mümkün
olmayıb. Azərbaycan MTN-nin arxivində elmi axtarışlar
zamanı İsa Sultanın həkim qızı Adilə xanımın həbs kağızını
tapa bildik. 1937-ci il 4 sentyabrda Bakıda yaşayan Adilə
xanımı həbs ediblər. O sənəddə yazılıb ki, Tiflis sakini olan
Adilə xanımın əri əksinqilabçı olduğu üçün evində axtarış
aparılsın. Hətta onun və əri Qulam Həmid oğlu Sultanovun
yaşadığı ünvan da göstərilib. Bakı, Kooperativ küçəsi, 7.
Dindirilmə vaxtı məşhur həkim ginekoloq babalarına məx
sus qürurla günahsız olduğunu etiraf edib.
Bakıda Bayıl həbsxanasında saxlanılan bu ziyalı qadını
nahaqdan çox incidiblər. Onun həbsi haqqında yazılan ara
yışda göstərilir ki, 25 iyun 1938-ci ildə Adilə xanımın əri,
millətçi, əksinqilabçı, terrorçu Qulam Sultanov Azərbaycan
NKVD-si tərəfindən həbs olunub. Onların 18 yaşlı oğulları
Rauf Tiflisdə, Səkinə (Sofiya) xanımın yanında yaşayır. Ax
tarış zamanı evdə olan fotoşəkillərin, kitabların müsadirəsi
ni də yazıblar. Və bu kağıza DTK-nın 8-ci şöbəsinin rəisi ley
tenant Roqan imza atıb. Professor Adilə xanım ömrünün
sonlarını Tiflisdə yaşayıb. Vətənpərvər bir şəxsiyyətin - İsa
Sultan Şahtaxtinskinin ailəsindən, övladlarından qisas alır
dılar. Müstəntiqlərin hamısı ermənilər olub. Bəs, görəsən,
isa Sultanın digər övladlarının taleyi necə olub? Bu barədə
isə ancaq axtarışlar çox həqiqətləri üzə çıxarda bilər. Bu gün
isa Sultanın məzarı qalmasa da, adı dillər əzbəridir. Naxçı
vanda İsa Sultan deyəndə, hamı fəxrlə, səmimiyyətlə gülüm-
səyir. II isa Sultan Şahtaxtinskinin adı bu gün də ehtiramla
xatırlanıb yad edilir.
43
Dostları ilə paylaş: |