sonra müəyyən qədər bu qayda pozulub. Buna baxmayaraq,
yenə də çarın və onun canişininin göstərişi olmadan heç kim
istədiyi titulu və familiyanı işlədə bilməzdi. Arxivlərimizdə
bunlar haqqında maraqlı sənədlər var. Yəqin ki, gələcəkdə
tədqiqatçılar öz tədqiqatlarında bu barədə ətraflı məlumat
verəcəklər. Belıbud ağanın babaları da (əlimizdə olan sənəd
lərə görə) XII-XIII yüzilliklərdən "ağa" titulunu çox səda
qətlə daşımışlar. Naxçıvan tarixini kompleks şəkildə öyrən
dikcə və tədqiqat apardıqca Şahtaxtinskiləriıı də xidmətləri
nin çox əvəzsiz olduğu görünür. Bəzən aralarında olan mü
naqişələrə baxmayaraq onlar həmişə Naxçıvan xanlığının
əsas aparıcı qüvvələri olmuşlar.
Rəsmi sənədlərə əsasən I isa Sultan Şahsultan oğlunun
Cəfərqulu sultan, Hacı Vəli ağa, Nəcəfqulu sultan, Məm-
mədtağı sultan, Hüseynqulu sultan, Zeynalabdin sultan və
Məmmədqulu sultan adlı oğlanları olub. Ola bilsin ki, gələ
cəkdə digər övladlarının da adlarına rast gəlinsin. Onun bu
övladlarının hamısı məşhur hərbçilər olub. Həmin şəxslər
dən biri də Məmmədqulu sultandır. Şahtaxtinskilərdən olan
ağsaqqalların və ağbirçəklərin (1978-80-ci illərdə) dedikləri
nə görə, Belıbud ağanın atası Əli ağa Məmmədqulu sultanın
oğludur. Əlimizdə olan məlumata görə, Əli ağanın Məmməd
ağa və Belıbud ağa adında iki oğlu olub. Ancaq Belıbud
ağanın sağ qalan qohumlarının dediklərinə görə, Əli ağanın
Mustafa ağa adında da oğlu olub. Varisləri indi Şərurdakı
Dərvişlər kəndində və Bakıda yaşayırlar. Hələlik biz əsasən
Behbud ağanın qardaşı Məmməd ağa haqqında danışmaq
istərdik.
Məmməd ağa Əli ağa oğlu Şahtaxtinski 1886-cı ildə
Şərur mahalının Kəngərli elində, Şahtaxtı kəndində anadan
olub. Onun babaları təməli Elxanilər tərəfindən qoyulan
Şahtaxtı şəhərinin (XII1-XIV əsrlər) sahibləri olmuşlar və
Ağacıq titulunu daşımışlar (bu haqda I isa Sultanın rus
26
elçilərinə dediyi cümlələrin sənədi Naxçıvan MR Dövləl
Arxivində saxlanılır).
Məmməd ağa haqqında olan məlumata görə o, mükəm
məl təhsilli vol mühəndisi kimi 1918-ci ildə demokratik hö-
kumətdə çalışmışdır. Ancaq XI Qızıl Ordu Bakını işğal
edəndən sonra dərhal həbs edilənlərdən biri də o olmuşdur.
Ağıllı başları dərhal gilyotində (edam maşını) kəsən erməni
bolşevikləri Məmməd ağaya da əlüstü ölüm hökmü kəsirlər.
Ancaq özünün iti ağlı və bacarığı onu ölümdən qurtarır.
Həbsxanada olan qarışıqlıqdan istifadə edən Məmməd ağa
məhbuslarla görüşə gəlmiş adam kimi çıxıb gedir. Bəzi qo
humlarının dediyinə görə o, gözətçiyə xeyli miqdarda qızıl
onluq verib aradan çıxır. Həmin gecə yubanmadan qatarla
Naxçıvana yola düşür. Naxçıvanda buraxılış sənədi əldə
edir. Əvvəlcə qatarla irana gedir. Orada bolşeviklərin casus
larından ehtiyat edərək Türkiyəyə yollanan Məmməd ağaya
buraxılış vəsiqəsini böyük qardaşı Behbud ağa vermişdir,
ideya cəhətdən tamam ayrı fərdlər olsalar da, onlar doğma
qardaş idilər. Yəqin ki, doğmalıq hissi kommunist ideyaları
na qalib gəlib.
Behbud ağa Azərbaycanda sovetləşmə dövründən
sonra çox yüksək vəzifələrdə işləyib. Bu haqda çox yazıl
dığından biz onları təkrarlamağı məqsədəuyğun bilmədik.
Hələlik Məmməd ağanın Türkiyədə nə ilə məşğul olmasın
dan, harada yaşamasından heç nə deyə bilmərik.
Ancaq tədqiqatçı və Şahtaxtinskilərin yaxın qohumu
olan Giılrəna Mirzə Qacarın axtarışları Məmməd ağanın
oğlunun və nəvəsinin Fransada - Parisdə yaşamaları haqqın
da ilkin məlumat verdi. Məmməd ağanın oğlu Jan ingilis dili
professoru olsa da, gənclik illərində Fransa Hərbi Dəniz
Donanmasının zabiti olmuşdu. Hətta NATO-nun mənzil
qərargahı Parisdə yerləşdiyi illərdə orada əlaqələr şöbəsinin
işçisi olmuşdur. Əldə olan məlumatlara görə, Jan Fransa
27
Prezidenti de Qolun tərcüməçisi kimi fəaliyyət göstərmişdir.
Maraqlı haldır ki, o, bu vaxtlar Şahtaxtinski familiyasını
fəxrlə daşımışdır.
Jan mahir səyyah kimi öz maşını ilə dünya ölkələrini
qarış-qarış gəzib-dolaşsa da, onu Azərbaycana və əcdadları
nın vətəni olan Naxçıvana buraxmırdılar.
Əlbəttə, o vaxt SSRI-nin təhlükəsizlik orqanları Janın
kimlərin varisi olduğunu yaxşı bilirdilər. 1985-ci ilin yayında
Jan Kiyevə gəlir və şəhər telefon kitabçasında üç nəfərin
Şahtaxtinski familiyasına rast gəlir, onları axtarıb tapır. Ya
xın qohum olduqları məlum olur. 1986-cı ildə Jan ilk dəfə
həyat yoldaşı, rus mühacirlərinin qızı olan Marqarita Ko
valenko və oğlu Aleksislə birlikdə Bakıya gələ bilir. Amma
onun xahişlərinə baxmayaraq, ona yenə də Naxçıvana get
məyə icazə verməyiblər.
O da atası kimi vətən həsrətilə 1990-cı ilin əvvəllərində
qürbətdə vəfat edir. Atasının arzusunu onun oğlu Aleksis
1991-ci ildə yerinə yetirir. 1967-ci ildə Fransanın paytaxtı
Paris şəhərində anadan olan Aleksis Şahtaxtinski uşaqlıq
dan poliqlot kimi tanınmışdır. O, 10-a qədər xarici dil bilir.
Anası Fransada poliqlot kimi tanındığından öz oğluna rus
dilini də mükəmməl öyrətmişdi, çünki Aleksis siyasət və
diplomatiya yolunu seçmişdi. O, Fransanın ən ali diploma
tiya məktəbi sayılan "Sciences Politique"də təhsil almışdır.
Onun Bakıda yaşayan yaxın qohumlarının dediyinə görə,
Aleksis uşaq yaşlarından fitri istedada malik olub.
Seçdiyi fəal həyat mövqeyi - diplomatik fəaliyyət onu
Fransanın XİN-nə və Yuqoslaviyadakı hərbi xidmətə gətirib
4
çıxarmışdır. O, 1998-ci ilin yanvar ayından Moskvada
NATO-nun Rusiyadakı nümayəndəsi vəzifəsini çox məha
rətlə yerinə yetirmişdir. O, bu fürsətdən istifadə edərək keç
miş SSRİ məkanını xeyli gəzib dolaşmışdır. Sonralar isə
yenidən Parisə qayıtmışdır.
28
#
Dostları ilə paylaş: |