t a r i x i m i z d ə
v ə
t a l e y i m i z d ə
ŞAHTAXTİNSKİLƏR
Azərbaycan və onun ayrılmaz lərkib hissəsi olan Nax
çıvanın tarixinin, mədəniyyətinin, ictimai-siyasi fikrinin tə
rəqqisində bir çox nəsillərin əvəzsiz rolu olub. Belə nəsillər
dən biri də Şahtaxtinskilərdir ki, onlar Azərbaycan tarixində
öz adlarını ön sırada yazmışlar. Bu məşhur nəsil Azərbay
cana görkəmli alimlər, həkimlər, dövlət adamları, diplomat
lar, incəsənət xadimləri və eyni zamanda böyük sərkərdələr
bəxş etmişdir.
Onların ata-baba yurdu olan Şahtaxtı kəndi çox qədim
tarixə malik bir yurd yeridir. Hətta məxəzlərdə Şahtaxtı kən
dinin yerində eradan əvvəl III minilliyin sonu. II minilliyin
əvvəlində şəhər olduğu göstərilir. Bir az da dərinə getsək,
əvvəlki yüzilliklərdə - XIII-XIV əsrlərdə Şahtaxtının sahib
ləri Şahtaxtinskilər olub. Bu kənd onlara miras kimi nəsil-
dən-nəslə ötürülüb. Onlar hər zaman Şahtaxtı - öz ata-baba
yurdları ilə öyünüblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir
dəfə İrəvan qubernatoruna Şahtaxtinskilərin ağsaqqalı Hacı
Vəli ağa çox qürurla deyib: Bizim təzə familiya qəbul etməyə
ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki. Şahtaxtılı
familiyasını daşıyırıq.
Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın hansı
şəhərlərində, eləcə də dünyanın hansı ölkəsində yaşayıb-
yaratsalar da, öz doğma yurdlarını heç vaxt unutmamışdılar
və Şahtaxtı kəndi ilə əlaqələri olmuşdur.
XIX və XX əsrdə elm aləmində böyük nailiyyətlər, uğur
lar əldə edən alimlərin əksəriyyəti Şahtaxtinskilərdəıı olub.
Amma çox təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib.
Ümumiyyətlə, Azərbaycanda şəcərə tarixi demək olar ki, iş
lənilməyib. Elə bu unutqanlığın nəticəsidir ki, Azərbaycan
diplomatiyasında mühüm rol oynamış böyük diplomat
13
Behbud ağa Şahtaxtinskinin atasının adı da elmi əsərlərdə,
ensiklopediyalarda göstərilməmişdir.
Bir neçə ildir biz Şahtaxtinskilərin nəsil şəcərəsini
araşdırırıq. Sənədlərdə bu nəslin adı Ağacıq kimi də qeyd
olunub. Məsələn, I isa Sultan Ağacıq, Əli bəy Ağacıq və s.
Son illərə qədər Şahtaxtı kəndində onların malikanələri yer
ləşən əraziyə də "Ağalıq" deyirdilər. Elə indinin özündə də
həmin ərazi yaşlılar tərəfindən "Ağalıq" adlandırılır. Çox eh
timal ki, bu söz "Ağacığ"m təhrif olunmuş variantıdır, çün-
ki 1840-1859-cu illərdə İrəvan bəy komissiyasında onlar ulu
babalarının adının Ağa-Cir ağa kimi qeyd etmişlər.
Əlimizdə olan sənədlərə görə 1 isa Sultan Şahsultanm
oğludur. Və bu gün 200 ildən artıqdır ki, dünyam heyrətdə
•
•
qoyan Şahtaxtinskilər I isa Sultanın törəmələridir. II isa
Sultan Nəcəfqulu Sultan oğlu isə onun nəvəsidir. II İsa
Sultanın həyatı və şəxsiyyəti, eləcə də fəaliyyəti nəsillərə bir
nümunədir. Onun haqqında ədəbiyyatşünas alim V.Quliye-
vin "isa Sultan Şahtaxtinskinin qəribə həyatı" (Bakı. 1999)
monoqrafiyasında yazdıqlarını təkrarlamaq istəmirik. Bir
onu demək istəyirik ki, qürbətdə əbədiyyətə gedən bu həm
yerlimizin həyatını və fəaliyyətini lazımınca təbliğ edə bilmə
mişik. O, bütün həyatını imperiya əsarətinə qarşı mübari
zəyə həsr edib.
Yeri gəlmişkən onu da deyək ki, Şahtaxtinskilər əsasən
Şahtaxtı, Naxçıvan, İrəvan və Tiflisdə yaşayıblar. Bu yerlər
də onların iri torpaq sahələri və mülkləri olub. Naxçıvanın
Kəngərlilər yaşayan kəndlərinin bir neçəsində - Cəhridə,
Xəlillidə, Yamxaııada, Tumbulda, Şahtaxtında və Yurdçu-
da da onların çox böyük torpaq sahələri var idi. Onlar yük
sək təbəqəyə daxil olsalar da, həmişə sadə xalqla birgə ol
muşlar. Övladlarını sadə xalqın içərisində böyüdüb tərbiyə
etmişdilər və təhsillərinin də qayğısına qalmışdılar. Məsələn,
I İsa Sultanın oğlu Məhəmmədtağı Sultan öz oğlu
14
Məhəmməd ağa Şahtaxtinskini (1846-1931) Moskvada, Al
maniyada və Parisdə oxutmuşdu. Məhəmməd ağa Şahtax
tinski ensiklopedik biliyə malik bir alim kimi 8 dildə mü
kəmməl yazıb-oxumuş, məqalələr yazmışdır. Onun elmi fəa
liyyətinə nəzər yetirsək, görərik ki, o, ömrünü Azərbaycan
xalqının gələcəyi naminə sərf edib.
Məhəmməd ağanın qardaşı Baxşəli ağa da Peterburq
Universitetinin hüquq fakültəsini bitirib Naxçıvana qayıt
mışdı. Onun oğlu Hüseyn ağa da Peterburq Universitetinin
hüquq fakültəsində təhsil alırdı. Lakin 1918-ci ildə ata və
oğul Culfadan Naxçıvana qayıdarkən Nehrəm kəndi yaxın
lığındakı "Dərəlik" adlı yerdə irticaçılar tərəfindən vəhşicə
sinə qətl olunurlar. Qatillərin dediklərinə görə, Baxşəli ağa
yalvarırmış ki, əvvəlcə məni öldürün, sonra oğlumu. Amma
qatillər atanın gözləri önündə oğlunu əzabla, işgəncə ilə qət
lə yetirirlər. Sonra da Baxşəli ağanı öldürürlər. Onlar həmin
yerdə dəfn olunublar. Məzarları yaxınlıqdakı C'amaldın kən
dindədir.
Yeri gəlmişkən, bu ölüm haqqında müxtəlif versiyalar
var. Ancaq 1918-20-ci illərdə baş verən hadisələr düzgün təh
lil edilməyincə, yazılanlara inanmaq çətindir. Çünki 1920-ci
ildən sonra yazılanların hamısı o dövrün siyasətinə uyğun
laşdırılıb. Guya Araz-Türk Respublikası daxilində gedən
feodal çəkişmələri bu qətldə əsas rol oynayıb.
Baxşəli ağanın o biri oğlanları - Nemətulla bəy, Ətaulla
bəy və Həbi bulla bəy Azərbaycan elmində çox böyük xid
mətlər göstərmişlər. Onların üçü də Bəhmən Mirzənin nəvə
ləri olan 3 bacıyla - Zəlııa, Ziba və Leyla xanımlarla ailə qur
muşlar. Bu nikahlardan doğulan övladlar da Azərbaycan el
minə, mədəniyyətinə, incəsənətinə böyük töhfələr vermişlər.
Belə ki, Nemətulla bəy Şahtaxtinski ilə Zəhra xanımın oğlu
Toğrul Şahtaxtinski akademikdir. Həbibulla bəy də akade
mik olub. Övladlarının digərləri də elmin müxtəlif sahələri
15
Dostları ilə paylaş: |