yaxın qohumları söyləyirlər ki, o, vəfat edəndə onu dəfn
etməyə gedənlər o qədər də çox olmayıb. Və yəqin ki, 1937-
ci ilədək yaşasaydı, onu da digər Şahtaxtinskilər kimi həbs
edəcəkdilər. Bəlkə də Ulu Yaradan belə bir taleyə qıymamış-
dı, çünki onun əmisi Nəcəfqulu Sultanın oğlu II isa Sultan
kimi görkəmli bir şəxsiyyətin qızı, istedadlı, tanınmış gine-
koloq həkim Adilə xanımın başına gətirilənlər bu gün də
adamı ağrıdır. Atasının Rusiya imperiyasındakı böyük xid
mətlərinə
baxmayaraq, o, əksinqilabçı kimi bolşevik Rusiya
sı tərəfindən həbs edilmişdi. Bu illərdə Məhəmmədtağı Sul
tanın sağ qalan övladlarını, qızlarını və nəvələrini güllələyir,
sürgün edir, ən asanı isə təqib edirdilər. Onları Naxçıvandan
və Şahtaxtından köçürürdülər. Məhəmmədtağı Sultanın di
gər oğlu Baxşəli ağa uzun illər Culfada, Şahtaxtıda, Şərurda
və Həştərxanda gömrükdə işləmişdir. Onu 1918-ci ildə iki
oğlu ilə birlikdə doğradılar, qalan övladlarını isə 1937-ci ildə
təhlükəsizlik idarələrinin zirzəmilərində amansız üsullarla
istintaq edirdilər. Bütün bunların hamısının sənədləri durur.
Yeri gəlmişkən, o əzablara baxmayaraq, onların böyütdük
ləri övladları bu gün Azərbaycanın texniki elmlər sahəsində
əvəzolunmaz alimləridir. Məhəmmədtağı Sultanın digər oğ
lu Cahangirin inqilabdan əvvəl Naxçıvanda polis məmuru
işlədiyi haqqında arxiv sənədləri var. 1920-ci ildən sonra
başqa Şahtaxtinskilər kimi onun da izləri itir. Naxçıvanı er
məni daşnaklarından qoruyan Araz-Türk Respublikasının
ən fəal üzvlərindən olan Şahtaxtinskilər türk qoşunlarının
Naxçıvana gətirilməsində böyük xidmətlər göstəriblər. Şah
taxtı kəndinin Ağalıq meydanında qoşunlara başçılıq edən
Xəlil bəyin oturduğu bina indiyədək durur. Qeyd etmək
yerinə düşər ki, Mahəmmədəli xan Naxçıvanskinin qızı ilə
evlənən Xəlil bəy türk qoşunları Çanaqqalaya dönərkən onu
da özü ilə aparıb. Mirzə Cəlil Məmmədquluzadənin həyat
yoldaşı Həmidə xanım xatirələrinin birində belə yazır:
10
həmrnəd ağanın qardaş-bacılarından azacıq da olsa söhbət
açdıq. Onun digər oğlanları Nəcəfqulıı sultanın. Hacı Vəli
ağanın, qaraman Zeynalabdin sultanın (arxiv sənədlərində
ona aid işlərdə şəxsi işin üzərində "qaraman" yazılıb, içəridə
isə kapitan hərbi titulu göstərilib.
Onu da qeyd edək ki, ADR-iıı 1918-ci ildə hökumət
üzvlərindən biri olan Həmid ağa Şahtaxtinski Xəlil ağa oğlu
da Hacı İsa Sultanın varislərindəndir. Repressiya illərində
onu uzaq Arxangelskdə, çox qorxulu yer
olan Solovetsk mo-
nastrında məhv etdilər. Həmin monastırda insanlar üzərində
dəhşətli təcrübələr aparırdılar...
Bir vaxtlar müstəqil Türkiyə dövlətinin yaradıcısı Mus
tafa Kamal Atatürkün və Rusiyada bolşevik hakimiyyətinin
lideri Vladimir İliç Leninin yaxından tanıdığı Behbud ağa
Şahtaxtinskinin tariximizdə xidmətləri də əvəzsizdir. Amma
çox təəssüf ki, onu da Tiflisdə qətlə yetirə biliblər. Və qəribə
sənədlər tərtibləyib, arxivlərə, mənzilinə qoyublar ki, intihar
edib. Belə bir əsas da irəli sürüblər ki, həyat yoldaşı ilə yola
getmirmiş. Əlbəttə, bunlar uydurulmuş, DTK tərəfindən
qurulmuş bir tələ idi. Çünki Qars müqaviləsinin əsas sə
bəbkarı Behbud ağanın ağlı və hünəri sonrakı illərdə bol
şevik daşnaklara mane ola bilərdi.
Fikrimizcə, ciddi axtarışlar aparılsa, əsl həqiqətləri üzə
çıxaracaq.
Bir vaxtlar Tehranda şah saraylarında, sonralar Rusiya
və Osmanlı imperiyalarında çox namusla Azərbaycan və
onun ayrılmaz hissəsi Naxçıvanın müstəqilliyi amalı ilə ya
şayan və dövlət işlərində çalışan Şahtaxtinskilərin fəaliyyəti
olduqca maraqlıdır. Onların Qars, Kaqızman, Ərzurum,
İğdır və digər yerlərdə dövlət işlərində çalışmaları haqqında
olan arxiv sənədlərinin öyrənilməsi tariximiz üçün olduqca
faydalıdır.
12