1991-ci ildə hərbi təyyarənin heyəti ilə dil taparaq qorxu
bilmədən böyük risklə Naxçıvana uçub gələn Aleksis Şah
taxtinski özünü dünyanın ən xoşbəxt adamı sanırdı. Qəribə
bir təsadüf onu bu qədim məkanla görüşürdü. Bir vaxtlar
sağ qalmaq ümidi ilə babası Məmməd ağa Qərbə üz tutmuş-
du. indi onun 23 yaşlı diplomat nəvəsi babalarının ruhları
gəzib dolaşan qədimdən-qədim Naxçıvanı görməyə və doğ
ma vətən havasını udmağa gəlmişdi. Onun ulu əcdadları
Qafqazdan Şərqi Avropayadək at üstündə - süvari kimi vu
ruşa-vuruşa getmiş və misilsiz hünərlərin sahibləri olmuşlar.
O, ulu babalarını unuda bilmir və onlarla haqlı olaraq fəxr
edir.
29
TÜRKİYƏNİN İSTİQLAL SAVAŞINDA İŞTİRAK
EDƏN QAZİ NAXÇIVANLI ÇİNGİZ YURTÇU
ŞAHTAXTİNSKİ KİMDİR?
Türkiyəli yazar Fəthi Gədiklinin mətbuatda çap olun
muş "Danışan məzarlar" adlı bir yazısını maraqla oxuduq.
Onun böyük məhəbbət və dərin yanğıyla Çingiz bəy Şah
taxtinski haqqında yazdıqları diqqətimizi daha çox çəkdi,
çünki Türkiyənin istiqlal savaşında mərdliklə döyüşən,
həlak olan və əlil Qazi kimi ömrünü yaşayıb dünyadan kö
çən azərbaycanlı oğullarımız yüzlərindir. Yəqin ki, bu yöndə
ciddi axtarışlar onların unudulmasına imkan verməz.
Biz də Çingiz Yurtçu Şahtaxtinski haqqında bildikləri
mizi yazmaq arzusunda olduq. Çingiz bəy 1898-ci ildə Nax
çıvanda - Şərur mahalının Şahtaxtı kəndində anadan olmuş
dur. Onun atası Əliqulu ağa Rusiya ordusunun mayoru ol
muşdu. Ordudan əlil kimi istefaya buraxıldıqdan sonra ulu
əcdadlarının çox sevib öyündüyii Şahtaxtı kəndində yaşa
yırdı. Əliqulu ağanın atası Hacı Vəli ağa nəinki Naxçıvan və
İrəvanda, hətta o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisdə
çox tanınan bir zadəgan olub. "Kavkaz" qəzetində ( 1856-cı il)
Qafqazın baş komandanı general-adyutant Muravyovun
həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı
*
*
•
ч
^
isa Sultan oğlunun "igidliyə görə" qızıl medalla təltif olun
ması haqda məlumatı da tapa bildik. Hətta onun Rusiya or
dusunda daşıdığı vəzifənin adı da göstərilib: müsəlmanlardan
ibarət olan atlı süvari polkunun naibi, yəni ki, komandiri.
Qeyd edək ki, bu polkun hamısı Naxçıvan Kəngərliləri idilər.
Belə bir babanın ailəsində böyüyən və tərbiyə alan Çin
giz bəy ilk təhsilini Naxçıvandakı rus-tatar (azərbaycanlı)
məktəbində almışdı. Hələlik tapdığımız arxiv sənədlərinə
əsasən Əliqulu ağanın İlyas ağa (o da Türkiyədə yaşayıb),
İsmayıl ağa və Məmmədhüseyn ağa adlı oğlanlarının olma
sını bilirik. Bunlar Çingiz bəyin doğma qardaşlarıdır.
30
1918-ci ilə qədər Çingiz bəyin Tiflisdə və Sankt-Peter
burqda hərbi təhsil alması haqqında hələlik şifahi məlu
matımız var. Yəqin ki, Tiflis arxivlərində bu haqda onun sə
nədləri vardır. 1918-ci ildən sonra Çingiz Şahtaxtinskinin
adma Naxçıvan tarixi ilə bağlı yazılan sənədlərdə rast gəlirik.
Erməni daşnakları Qarsda, İrəvanda, Şərurda və Naxçıvanda
azğınlıq etdiyi illərdə (1918-1920) onun adı ən yaxşı döyüşçü
kimi çəkilir. Plətta türkiyəli araşdırıcıların da bu illərə aid
yazdıqları kitablarda da Çingiz bəyin adı çəkilir.
Çingiz bəyin Naxçıvanda yaşayan əmisi oğlu Şahtaxtinskilərin
ağsaqqalı Kamil ağanın dediyinə görə. Çingiz Yurtçıı könüllü
olaraq Rusiya hökumətinin rəsmi icazəsi ilə Türkiyəyə gedib.
Kamil ağanın anası qarxunlu Zivər xanımın oğluna söylədiyi
xatirələrindən məlum olur ki, həmin illərdə Naxçıvana köməyə
gələn türk əsgərlərinin qərargahı Şahtaxtı kəndində yerləşir
miş. Və Xəlil bəy Şahtaxtinskilərin yaxın dostları imiş. 1921-ci
ildə Moskvaya gedən Türkiyə hökumət nümayəndə heyətini
mühafizə edənlərdən biri də Çingiz bəy Şahtaxtinski idi. Son-
ralar Türkiyə istiqlal savaşında mərdlik göstərən bu naxçıvanlı
igidi Kamal Atatürkün də yaxşı tanıdığını söyləyirlər.
Qohumlarının dediyinə görə. Çingiz bəyin İstanbulda bir qızı
yaşayıb, yaxud yaşayır. Bu haqda dəqiq məlumat öyrənə
bilmədik. Qohumlarının dedikləri bir əhvalat çox maraqlıdır.
Döyüşlərdə əlil olan Çingiz bəy ömür-gün yoldaşına yazır ki,
artıq yarımadam olmuşam. Bilmirəm indi məni sevəcəksən, ya
yox? Əgər sevməyəcəksənsə evə qayıtmayım. Həyat yoldaşı isə
ona yazır ki, indi daha çox sevəcəyəm, sən Türkiyənin müs
təqilliyi uğrunda Qazi oldun. Qaldı onun məzar daşında yazı
lan "Yurtçıı'’ sözünə. Bunu incələmək üçün bir az Kəngər-
lilərin soykökü tarixinə ekskurs etməliyik. Bu hamımız üçün
maraq doğurar. Əvvəlcə onu deyək ki, Şahtaxtinskilər rus et-
noqrafçı şərqşünas alimlər tərəfindən Kəngərlilərin ümumi si
yahısına daxil edilsələr də, bu elmi məsələ ciddi araşdırılmayıb.
31
1859-cu ildə Rusiyada aparılan kameral siyahılarda
Şahtaxtinskilərin ulıı babalarının adı Ağacir ağa olduğu bil
dirilir. Çox qədim zamanlardan zadəgan nəsil olduğunu da
qeydə alıblar. Və burada göstərilib ki, onlar qazaxlar tay
fasına mənsubdurlar. Bəzən onlara Cümşüdlü də deyilib. Bir
vaxtlar I isa Sultanın da çar canişininə dediyi "Biz qazaxlar
tayfasmdamq!" - sözləri bu məsələnin ciddiliyindən xəbər
verir. Məsələni araşdırarkən aydın oldu ki, qazaxlar tayfası
əsasən Araz çayının vadilərində yaşayırlar. Belə mənbələr
dən biri 1843-cü ilə aiddir: "Xozyastvennıye oçerki çasti
Arakskoy dolinı, voşedsey v sostav Qruzino-Imeretinskoy
qubernii" (SPb., səh. 46) sənədlər toplusudur. Orada göstə
rilir ki, qazaxlar da Kəngərlilərdir. Hətta qarapapaqlarm da
qazaxlar tayfasına daxil olduğunu yazıblar. Bir ip ucu olsun
deyə Şahbuzun Kolanı kəndində əsasən Kəngərlilərin
yaşadıqlarını bildiririk. Oradakı nəsillərdən biri elə indinin
özündə qazaxlar adlanır. Bəzən çoxlarına elə gəlir ki, bu
Qazax rayonunun adı ilə bağlıdır. Yox, elə deyil. Yuxarıdakı
mənbə qazaxların çox qədimlərdən Araz çayı vadisində ya
şadıqlarını xəbər verir. Bunun ciddi araşdırmalara ehtiyacı
var. Kəngərlilərin bir qolu Yurdçu adlanır. Onlar əsasən
Kəngərli rayonunun kəndlərində, o cümlədən Şahtaxtı kən
dində və Babək rayonunun Cəhri, Xəlilli kəndlərində, həm
çinin Naxçıvanda yaşamaqdadırlar. Kəngərlidəki Yurdçu
kəndi Şahtaxtinskilərin ata-babadan miras kəndləri olub.
Əliqulu ağanın da miras torpaqları əsasən Şahtaxtı və Yurd-
çuda yerləşib. Bu haqda arxiv sənədlərində məlumat vardır.
Bizcə, Çingiz bəyin məzar daşında yazılan "Yurtçu" adı
onun Kəngərli tayfasına mənsubluğunu bildirir. Fəthi Gə-
diklinin yazdığından məlum olur ki, Çingiz bəy 1961-ci il 4
fevralda istanbulda vəfat edib və Qaracaəhməd məzarlığın
da torpağa tapşırılıb.
İstanbul dünyanın qədim və gözəl şəhərlərindən biridir.
32
Dostları ilə paylaş: |