Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

1991-ci ildə hərbi təyyarənin heyəti ilə dil taparaq qorxu 
bilmədən  böyük  risklə  Naxçıvana  uçub  gələn  Aleksis  Şah­
taxtinski  özünü  dünyanın  ən  xoşbəxt  adamı  sanırdı.  Qəribə 
bir  təsadüf onu  bu  qədim  məkanla  görüşürdü.  Bir  vaxtlar 
sağ qalmaq ümidi ilə babası Məmməd ağa Qərbə üz tutmuş- 
du.  indi  onun  23  yaşlı  diplomat  nəvəsi  babalarının  ruhları 
gəzib  dolaşan  qədimdən-qədim Naxçıvanı  görməyə  və  doğ­
ma  vətən  havasını  udmağa  gəlmişdi.  Onun  ulu  əcdadları 
Qafqazdan  Şərqi Avropayadək at üstündə -  süvari  kimi vu­
ruşa-vuruşa getmiş və misilsiz hünərlərin sahibləri  olmuşlar. 
O,  ulu  babalarını  unuda  bilmir  və  onlarla  haqlı  olaraq  fəxr 
edir.
29


TÜRKİYƏNİN  İSTİQLAL SAVAŞINDA  İŞTİRAK 
EDƏN  QAZİ  NAXÇIVANLI ÇİNGİZ YURTÇU
ŞAHTAXTİNSKİ KİMDİR?
Türkiyəli  yazar  Fəthi  Gədiklinin  mətbuatda  çap  olun­
muş  "Danışan  məzarlar"  adlı  bir  yazısını  maraqla  oxuduq. 
Onun  böyük  məhəbbət  və  dərin  yanğıyla  Çingiz  bəy  Şah­
taxtinski  haqqında  yazdıqları  diqqətimizi  daha  çox  çəkdi, 
çünki  Türkiyənin  istiqlal  savaşında  mərdliklə  döyüşən, 
həlak  olan  və əlil  Qazi  kimi  ömrünü  yaşayıb  dünyadan  kö­
çən  azərbaycanlı oğullarımız yüzlərindir. Yəqin ki,  bu yöndə 
ciddi  axtarışlar onların unudulmasına  imkan  verməz.
Biz  də  Çingiz  Yurtçu  Şahtaxtinski  haqqında  bildikləri­
mizi  yazmaq  arzusunda  olduq.  Çingiz bəy  1898-ci  ildə Nax­
çıvanda - Şərur mahalının  Şahtaxtı kəndində anadan  olmuş­
dur.  Onun  atası  Əliqulu  ağa  Rusiya  ordusunun  mayoru  ol­
muşdu.  Ordudan  əlil  kimi  istefaya  buraxıldıqdan  sonra  ulu 
əcdadlarının  çox  sevib  öyündüyii  Şahtaxtı  kəndində  yaşa­
yırdı.  Əliqulu  ağanın atası  Hacı  Vəli  ağa  nəinki Naxçıvan və 
İrəvanda,  hətta  o  vaxtlar  Qafqazın  mərkəzi  sayılan  Tiflisdə 
çox tanınan bir zadəgan olub. "Kavkaz" qəzetində ( 1856-cı il) 
Qafqazın  baş  komandanı  general-adyutant  Muravyovun 
həmin  ilin  6  iyulunda  verdiyi  bir  əmrdə  Hacı  Vəli  ağa  Hacı


•  
ч  
^
isa  Sultan  oğlunun  "igidliyə  görə"  qızıl  medalla  təltif  olun­
ması haqda  məlumatı da  tapa bildik.  Hətta onun Rusiya  or­
dusunda daşıdığı vəzifənin adı da göstərilib: müsəlmanlardan 
ibarət  olan  atlı  süvari  polkunun  naibi,  yəni  ki,  komandiri. 
Qeyd edək ki, bu polkun hamısı Naxçıvan Kəngərliləri idilər.
Belə  bir babanın ailəsində böyüyən və tərbiyə alan Çin­
giz  bəy  ilk  təhsilini  Naxçıvandakı  rus-tatar  (azərbaycanlı) 
məktəbində  almışdı.  Hələlik  tapdığımız  arxiv  sənədlərinə 
əsasən  Əliqulu  ağanın  İlyas  ağa  (o  da  Türkiyədə  yaşayıb), 
İsmayıl  ağa və  Məmmədhüseyn  ağa  adlı  oğlanlarının  olma­
sını  bilirik.  Bunlar Çingiz bəyin doğma qardaşlarıdır.
30


1918-ci  ilə  qədər  Çingiz  bəyin  Tiflisdə  və  Sankt-Peter­
burqda  hərbi  təhsil  alması  haqqında  hələlik  şifahi  məlu­
matımız  var.  Yəqin  ki,  Tiflis  arxivlərində  bu  haqda  onun  sə­
nədləri  vardır.  1918-ci  ildən  sonra  Çingiz  Şahtaxtinskinin 
adma Naxçıvan  tarixi  ilə bağlı yazılan  sənədlərdə rast gəlirik. 
Erməni daşnakları Qarsda,  İrəvanda,  Şərurda və Naxçıvanda 
azğınlıq  etdiyi  illərdə  (1918-1920)  onun  adı  ən  yaxşı  döyüşçü 
kimi  çəkilir.  Plətta  türkiyəli  araşdırıcıların  da  bu  illərə  aid 
yazdıqları kitablarda da Çingiz bəyin adı çəkilir.
Çingiz bəyin Naxçıvanda yaşayan əmisi oğlu Şahtaxtinskilərin 
ağsaqqalı Kamil ağanın dediyinə görə. Çingiz Yurtçıı könüllü 
olaraq  Rusiya  hökumətinin  rəsmi  icazəsi  ilə Türkiyəyə gedib. 
Kamil  ağanın anası qarxunlu  Zivər xanımın  oğluna  söylədiyi 
xatirələrindən məlum olur ki, həmin illərdə Naxçıvana köməyə 
gələn  türk  əsgərlərinin  qərargahı  Şahtaxtı  kəndində  yerləşir­
miş.  Və Xəlil bəy Şahtaxtinskilərin yaxın dostları imiş.  1921-ci 
ildə  Moskvaya  gedən  Türkiyə  hökumət  nümayəndə  heyətini 
mühafizə edənlərdən  biri də Çingiz bəy Şahtaxtinski  idi.  Son- 
ralar Türkiyə istiqlal savaşında mərdlik göstərən bu naxçıvanlı 
igidi  Kamal  Atatürkün  də  yaxşı  tanıdığını  söyləyirlər. 
Qohumlarının  dediyinə görə.  Çingiz bəyin  İstanbulda  bir qızı 
yaşayıb,  yaxud  yaşayır.  Bu  haqda  dəqiq  məlumat  öyrənə 
bilmədik.  Qohumlarının dedikləri  bir  əhvalat  çox  maraqlıdır. 
Döyüşlərdə əlil  olan  Çingiz bəy  ömür-gün yoldaşına yazır ki, 
artıq yarımadam olmuşam.  Bilmirəm indi məni sevəcəksən, ya 
yox? Əgər sevməyəcəksənsə evə qayıtmayım.  Həyat yoldaşı isə 
ona  yazır  ki,  indi  daha  çox  sevəcəyəm,  sən  Türkiyənin  müs­
təqilliyi uğrunda  Qazi  oldun.  Qaldı onun məzar daşında yazı­
lan  "Yurtçıı'’  sözünə.  Bunu  incələmək  üçün  bir  az  Kəngər- 
lilərin  soykökü  tarixinə  ekskurs  etməliyik.  Bu  hamımız  üçün 
maraq  doğurar.  Əvvəlcə  onu  deyək  ki,  Şahtaxtinskilər rus  et- 
noqrafçı şərqşünas alimlər tərəfindən Kəngərlilərin  ümumi si­
yahısına daxil edilsələr də, bu elmi məsələ ciddi araşdırılmayıb.
31


1859-cu  ildə  Rusiyada  aparılan  kameral  siyahılarda 
Şahtaxtinskilərin ulıı  babalarının adı Ağacir ağa olduğu bil­
dirilir.  Çox  qədim zamanlardan  zadəgan  nəsil  olduğunu  da 
qeydə  alıblar.  Və  burada  göstərilib  ki,  onlar  qazaxlar  tay­
fasına mənsubdurlar. Bəzən onlara Cümşüdlü də deyilib.  Bir 
vaxtlar I  isa  Sultanın da çar canişininə dediyi  "Biz qazaxlar 
tayfasmdamq!"  -  sözləri  bu  məsələnin  ciddiliyindən  xəbər 
verir.  Məsələni  araşdırarkən  aydın  oldu  ki,  qazaxlar  tayfası 
əsasən  Araz  çayının  vadilərində  yaşayırlar.  Belə  mənbələr­
dən  biri  1843-cü  ilə  aiddir:  "Xozyastvennıye  oçerki  çasti 
Arakskoy  dolinı,  voşedsey  v  sostav  Qruzino-Imeretinskoy 
qubernii"  (SPb.,  səh.  46)  sənədlər  toplusudur.  Orada  göstə­
rilir ki, qazaxlar da Kəngərlilərdir.  Hətta qarapapaqlarm da 
qazaxlar tayfasına daxil olduğunu yazıblar.  Bir ip ucu olsun 
deyə  Şahbuzun  Kolanı  kəndində  əsasən  Kəngərlilərin 
yaşadıqlarını  bildiririk.  Oradakı  nəsillərdən  biri  elə  indinin 
özündə  qazaxlar  adlanır.  Bəzən  çoxlarına  elə  gəlir  ki,  bu 
Qazax rayonunun adı ilə bağlıdır. Yox, elə deyil. Yuxarıdakı 
mənbə  qazaxların  çox  qədimlərdən  Araz çayı  vadisində  ya­
şadıqlarını  xəbər  verir.  Bunun  ciddi  araşdırmalara  ehtiyacı 
var.  Kəngərlilərin  bir  qolu  Yurdçu  adlanır.  Onlar  əsasən 
Kəngərli  rayonunun  kəndlərində,  o  cümlədən  Şahtaxtı  kən­
dində və  Babək  rayonunun  Cəhri,  Xəlilli  kəndlərində,  həm­
çinin  Naxçıvanda  yaşamaqdadırlar.  Kəngərlidəki  Yurdçu 
kəndi  Şahtaxtinskilərin  ata-babadan  miras  kəndləri  olub. 
Əliqulu ağanın da miras torpaqları əsasən Şahtaxtı və Yurd- 
çuda yerləşib.  Bu  haqda  arxiv sənədlərində  məlumat  vardır.
Bizcə, Çingiz bəyin məzar daşında yazılan  "Yurtçu"  adı 
onun  Kəngərli  tayfasına  mənsubluğunu  bildirir.  Fəthi  Gə- 
diklinin  yazdığından  məlum  olur  ki,  Çingiz bəy  1961-ci  il  4 
fevralda  istanbulda  vəfat  edib  və  Qaracaəhməd  məzarlığın­
da torpağa tapşırılıb.
İstanbul dünyanın qədim və gözəl şəhərlərindən  biridir.
32


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə