Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   13   14   15   16   17   18   19   20   21

günü təqvimə yazdı:  Kəngərli rayonunun  Şahtaxtı kəndində 
Şahtaxtinskilər in ev-muzeyi istifadəyə verildi.  2010-cu il fev­
ralın 9-da  Naxçıvan  Muxtar Respublikası Ali Məclisi  Sədri­
nin  imzaladığı  tarixi  sərəncamı  Şahtaxtinskilərə  əbədilik, 
həm də ikinci  ömür bağışladı.
26  fevral  2006-cı  ildən  başlayaraq  dövlətimizin  qayğısı 
ilə bu nəslə mənsub olan görkəmli ictimai xadim, publisist və 
maarifçi Məhəmməd  ağa Şahtaxtinskinin elmi  irsi çap olun­
maqdadır.
Zəfər və  faciə dolu  yolları  olan Şahtaxtinskilər  haqqın­
da axtarışlarımızı dərinləşdirdikcə tariximiz daha da zəngin­
ləşir.  Dövlətimizin tariximizə və onun öyrənilməyən səhifələ­
rinin araşdırılmasına göstərdiyi  böyük qayğını  bir daha ma­
yın  13-də ürəkdolusu sevinclə yaşadıq.
Belə  bir  sevincin  aurasmda  mətləbimizi  yazmaq  üçün 
tariximizin  qəhrəmanlıq  dolu  səhifələrindən  birini  vərəqlə­
yək. Birinci Dünya müharibəsi başlayanda Naxçıvanda Şah­
taxtının və Culfanın mövqeyi əvəzsiz idi.  Çfınki  Yaxın  Şərqi 
və  Orta  Şərqi  birləşdirən  körpülər,  rahat  keçidlər  burada 
yerləşirdi.  Bundan savayı Qafqazı  bu Şərq ölkələri  ilə birləş­
dirən ən  kəsə, etibarlı hərbi yollar Naxçıvandakı Şahtaxtı  və 
Culfa  körpülərindən  istiqamətlənirdi.  Şahtaxtının  həm  də 
tarixi  mövqeyi  vardı.  Onun  sinəsində  dünyaya  göz  açan 
Şahtaxtinskilər həm  Qərb və həm də Şərq ölkələrində bu ta­
rixi  mövqeyi  uca  zirvələrə  qaldıra  bilmişdilər.  Ən  maraqlısı 
isə  onlar  bu  tarixi  mövqeyi  bir  neçə sahələrdə qoruyub sax­
laya bilmişlər.
1914-1917-ci illərdə Şahtaxtinskilərin Rusiyanın və Qər­
bi  Avropanın  ən  məşhur  elm  ocaqlarında  təhsil  alan  gənc 
övladları yeni  bir demokratik  ruhla  doğma yurdlarına  tətilə 
gəlir  və  buradakı  siyasi  hadisələrin  əsl  iştirakçısına  çevrilir­
dilər.  Onu  da  deyək  ki,  onlarda  bu  azadlıq  duyğusu  ulu  əc­
dadlarından  gəlirdi.  Bu  işdə  onlara  nümunə  ola  biləcək
71


məşhur qohumları  Məhəmməd ağa və onun əmisi Nəcəfqulu 
ağanın  oğlu  II  isa  Sultan  mənəvi  ataları  idilər.  II  isa  Sultan 
1894-cü  ildə  Qarsda  vəfat  edib,  Tiflisdə  dəfn  olunmuşdusa 
da, əməlləri doğma  kəndi  Şahtaxtında  davam edirdi.
II  isa  Sultanın  əmisi  Məhəmmədtağı  Sultanın  oğlu 
Baxşəli ağa  1859-cu ildə Qafqazın mötəbər, zəngin şəxslərin­
dən və məşhur hərbiçilərindən olan  Məhəmmədtağı Sultanın 
ailəsində,  Şahtaxtı  kəndində  doğulub.  Hələlikdə  öyrəndiyi­
miz  dəqiq  məlumatlar  budur  ki.  o,  1898-ci  ildə  sosial-de­
mokrat  partiyasının  üzvii  olub.  Həştərxanda  və  Culfada 
gömriıkxana məmuru vəzifəsində çalışmışdı.  1908-ci  ildə çar 
hökuməti  onu  həbs  etmiş  və  işdən  çıxartmışdı.  1914-cü  ildə 
İrəvan  şəhərində  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  sədri 
seçilmişdi.  Öyrəndiyimiz  arxiv  sənədlərindən  görünür  ki. 
Baxşəli ağa  1917-1918-ci  illərdə yenə də Culfa gömrükxana- 
sında işləyirmiş.  Culfada işləməsinə baxmayaraq, onun Şah- 
taxtı  kəndində və İrəvan şəhərində mülkləri  var  idi.
Tarixi mənbələrə görə,  Baxşəli  ağa  əmisi  Hacı Vəli  ağa­
nın  qızı  ilə  ailə  qurub.  Onun  həyat  yoldaşının  Sona  xanım
olduğunu  təsdiqləyənlər  də  var.  Çünki  bir  çox  sənədlərdə
•  

Sona  xanımın  adı  tez-tez  çəkilir.  İrəvanda  və  Naxçıvanda 
yaşaması  haqqında  məlumatlar  vardır.  Onların  nikahından 
Nemətulla  ağa  (1885-1954),  Əsədulla  ağa  (1885-1939), 
Məmmədtağı  Sultan  (1892-1918),  Həbibulla  ağa  (1900- 
1986),  Ətaulla  ağa  (1901,  yaxud  1904-1974),  Hüseyn  ağa 
(1893-1918) adlı oğlanları, Məhcəbin və Məhluqə adlı qızları 
olmuşdur.
Nemətulla  ağa  Peterburq  Ali  Politexnik  məktəbində 
Skryabinlə  (Molotovla)  1916-cı  ildə  bir  yerdə  oxumuşlar. 
1917-ci  ildə  Naxçıvana  gəlmiş  və  Naxçıvanın  ermənilərdən 
müdafiə  olunmasında  yaxından  iştirak  etmişdir.  O,  sovet 
hökuməti  illərində  Azərbaycan  Sənaye  institutunda  metal­
ların  texnologiyası  kafedrasının  müdiri  olmuşdur.  Qeyd
72


edək  ki,  bu sahə üzrə Azər-baycanda ilk mütəxəssis olub.
Əsədıılla  ağa  1885-ci  ildə  Şahtaxtı  kəndində  doğulub. 
Kiyev  Tibb  İnstitutunu  bitirib.  Uzun  illər  Gəncədə  işləmiş­
dir.  O,  həm də folklorçu və tərcüməçi olmuşdur.
Məmmədtaeı  Sultan  1892-ci  ildə  doğulub.  Tiflisdə  və 
Rusiyanın  hərbi  məktəblərində  təhsil  alıb.  Tiflisdə  oxuyar­
kən çex qızı Olqa Stefanovna Bosiko (Kuzmina) ilə ailə qur­
muş və Gülnaz adlı qızları olmuşdur. Naxçıvanın daşnaklar­
dan  müdafiə  olunmasında  fəal  iştirak  edən  Məmməd tağı 
Sultanı  quldurlar  atalan  Baxşəli  ağanın  gözləri  önündə 
amansızcasına  Dərəlikdə (Culfa)  öldürmüşlər.
Hiısevn  asa  1893-cü  ildə  Şahtaxtı  kəndində  dünyaya
J  
К - *
 
У  
J  
m/
gəlmiş,  İrəvan  gimnaziyasında,  sonralaı*  isə  Sankt-Peter­
burqda  oxumuşdur.  Hüquqşünas  kimi  Naxçıvana  dönən 
Hüseyn  ağa  da  digər  Şahtaxtinskilərlə  birlikdə  Naxçıvanın 
müdafiəsində  cəsurluqla  döyüşənlərdən  biri  olmuşdur.  O, 
sosial-demokrat olmuş  və dostu  Hüseyn  Mamayevin  yazdı­
ğına  görə,  1915-ci  ildə  Moskva  universitetində  oxumuşdur. 
Sənədlərin  dili  ilə  desək,  1917-ci  ildə  Peterburqdan  İrəvana 
dönmüş  və  burada  "Gecə  kursları"nda  dərs  demişdir.  Onu 
sovet  hakimiyyəti  illərində  bolşevik  kimi  təqdim  etsələr  də, 
bu, doğru deyil.  Çünki o, müstəqilliyin əsl təbliğatçılarından 
biri  olmuşdur.  Hüseyn  ağa  İrəvanda,  Şahtaxtıda xalqa  izah 
edirdi  ki, oktyabristlərin və kadetlərin qurduqları Tuçkovlar 
və  Milyukovlar  hökumətinə  inanmayın.  Sözlərində  səmimi 
olsalar  da,  onlar  müharibə  hökuməti  qurmuşlar.  Müharibə 
hökuməti  isə  xalqa  sülh  və  çörək,  həmçinin  azadlıq  verə 
bilməz.  Bu  hökumət  "Polesyeni,  Türkiyəni  talan  etmək,  İs­
tanbulu  ələ  keçirmək,  Polşanı,  Hollandiyanı,  Litva  ölkəsini 
və  başqa  ölkələri  işğal  etmək  istəyən  soyğunçuluq  höku- 
mətidir"-deyən  Hüseyn  ağanı  hər  yerdə  çar  tərəfdarları  və 
xəfiyyələri  təqib  edirdilər.  O,  Şahtaxtı  kəndinin  mərkəzində 
təşkil  etdiyi  yığıncaqlarda  öz  çıxışlarında  belə  şüarları  tez-
73


tez səsləndirirdi:  "Yox olsun müharibə!  Yaşasın sülh!".
O  da  digər  qardaşları  kimi  əyninə  əsgər  paltarı  geyi­
nərək  erməni  daşnakları  ilə  döyüşürdü.  Tarixi  sənədlərə 
görə,  "Müdafiye-məzluman  təşkilan"m  yaratmışdı.  Onu  da 
atası  və qardaşı  ilə birlikdə  Dərəlikdə amansızlıqla  qətlə ye­
tiriblər.  Qeyd  etmək  yerinə  düşər.  1919-cu  ildə  Bakıda  nəşr 
edilən  "Zəhmət"  qəzeti  (oktyabr)  böyük  ürək  ağrısı  ilə 
onların  faciəli  qətlə  yetirilməsi  ilə  bağlı  yazı  dərc  edib.  Hü­
seyn ağanın tələbəlik dostu  M.Ə.Nasir adlı  bir nəfər sonralar 
onun  haqqında  1967-ci  ildə "Şərq qapısı"  qəzetində kiçik  bir 
xatirə dərc etdirib.
Bir  sıra  tədqiqatçılar  Baxşəli  ağanın  Culfanın  Yaycı 
kəndində, oğlanlarının  isə Ərəzində dəfn olunmasını yazmış­
lar.  Amma  axtarışlar göstərdi  ki,  bu  həqiqət deyil.  Buna  ay­
dınlıq  gətirmək  istərdik.  Bu  hadisə haqqında  müxtəlif versi­
yalar  bəzi  kitablarda  yazılıb.  Axtarışlar  aparıb  əsl  həqiqəti 
demək  daha  düzgün  olardı.  Culfadan  Naxçıvana  faytonla 
qayıdan atanın  və üç oğulun qarşısını  muzdlu,  xüsusi  hazır­
lanmış  quldurlar  kəsərək.  Dərəlikdə,  Darbənd  deyilən  bir 
yerdə qətlə yetiriblər. Onların ailəvi dostları Qurbanəli Şərif­
zadənin  oğlu  Əziz  Şərif bu  amansız  faciə  haqqında  ilk  dəfə 
yazıb.  Amma  o  da  onların  dəfn  olunduqları  yer  haqqında 
heç  nə  yazmayıb.  Bu  məsələdə  Kamil  ağa  Şahtaxtinski  bizə 
köməklik  elədi.  Onun  anasının  dediyinə  görə,  iki  oğulu  və 
atanı  birlikdə  Culfanın  Camaldın  kəndində  torpağa  tapşı­
rıblar.  Hətta  sonralar  onun  nəvəsi  məşhur  rəssam  Elmira 
xanım Şahtaxtinskaya da oraya gəlibmiş.
Bunları  övrənəndən  sonra  Camaldın  kəndinə  gedib  bu
^  
C
əhvalatı  ata-babalarından  eşidən  76  yaşlı  Tarqulu  müəllimi 
axtarıb  tapdıq.  Onun  söhbətindən  məlum  oldu  ki,  ana  ba­
bası Əhməd Xudaverdi oğlu əhvalatı bilən  kimi öküz araba­
sında  ata  və  oğulları  kəndə gətirib  və köhnə qəbiristanlıqda 
dəfn  ediblər.  Kəndin  ağsaqqalları  bu  qətlə yetirilənlərin  çox
74



i


məşhur və zəngin  olduqlarını  bilirmişlər.  Tarqulu müəllimin 
dediyinə  görə,  faytonda  olan  13-14  yaşında  uşaqlardan  biri 
Nehrəm  tərəfə,  dağlara  qaçdığından  onu  öldürə  bilmirlər. 
Kamil  ağanın  dediyinə  görə  bu,  Baxşəli  ağanın  oğlu  Əsə- 
dulla,  yaxud  Nemətulla ağa olub.  Onlar əkizdirlər.
1990-cı  ilə  qədər  məzarlar  dururmuş.  Sonralar  üstü 
uçub  dağılıb.  Mənim  xahişimlə  kəndin  ağsaqqalları  köhnə 
qəbiristanlıqda  məzarların  yerlərini  tapdılar.  Həyatını 
xalqına  həsr edən  Şahtaxtinskilərə  insanlar o  qədər ehtiram 
göstərirlər  ki,  onların  uyuduğu  məzarların  yerlərini  də 
axtarıb  tapırlar.  Bu  tariximizə  böyük  sevgi  və  ehtiramdır. 
Hər  bir  kənddə,  eldə-obada  Naxçıvanın  müdafiəsi  üçün 
döyüşənlərin xatirəsi əziz tutulur və sevgi  ilə anılır.
75


76


iM lj
*   и  ' 
f / IM
ı,«  .
! 1
\ \  
M  

[ р . .
L, ğ
TJ7^ ;  1-

j
-
^
4
 
Ш
g  
V
» — - 
v  
”  i


M  əmmə dt ağı Sultan Şahtaxtinski 
(M.Şahtaxtinskinin atası)
78


Baxşəli ağa həyat yoldaşı 
Sona xanım və uşaqları
79


Soldan İbrahim ağa Şahtaxtinski
80
M
f


Solda Məmmədtağı sultan Baxşəliağa oğlu
81


Giilnaz xaııım Məmmədi ağısult an qızı
82


Tovuz xanım gəlim Süsən 
nəvələri ilə birlikdə
isa Sultan Şahtaxtinski  (sağda)  qardaşları 
Əli ağa  və  Əbiilfət ağa ilə birlikdə


Əbiilfət ağa Şahtaxtinski
84


85
H
ii
se

ı 
a
ğ
a
 B
a
x

li
 a
ğ
a
 o
ğ
la
 Ş
a
h
ta
x
ti
n
sk

(i
k
in
c


rgə

 s
a
ğ
d
a
n
 i
k
in
c
i)


86


87
H
ii
se
yn
 a
ğ
a
 В 
a
x
 sə
li
 a
g
a
 o
ğ
lu
 Ş
a
h
ta
x
ti
n
sk

(i
k
in
c


rg
əd
ə 
sa
ğ
d
a
n
 i
k
in
c
i)


Sağdan Həbibulla  və  Ət aulla ağa Şahtaxtinskilər
(Baxşəli ağanın uşaqları)
88


89


90


Həmid ağa Şa/ıtaxtinski
91


92
H
d
b
ıb
u
ll
a
 a
ğ
a
 Ş
a
h
ta
x
ti
n
sk

B
eh
b

d
 a
g
a
 Ş
a
h
ta
x
ti
n
sk
i


vıi'vysu/jxvjı/vğ
1
  v.mıi]}{
vd'vysuııxvp/vğ ııuuvx илцеу


Cahangir ağa  Şahtaxtinski
İsa Sultan Şahtaxtinski


vA m/sınjxvjı/vğ ejıpy
vXvy/suııxvjı/vğ
1
 uııııvx 
dj
A'
ə
^
i


96


97


N?zh'd xanını Şahtaxtinskaya
Əs?dıılla ağa  Şahtaxtinski


İsmayil ağa Şahtaxtinski
İ S T İ K L A L   H A R B i   M A L U L   G A ? ; .  
A Z E R B A Y C A N   E  $  R A   F l   N  D A  N
( S A H   T  A H T  
,  N  i  S
 
İ 
U  Р А О A  ME   0  F U N D U R  
R U H U N A   F. A  T  ,  H  A
Çingiz  Əliqulu ağa oğlu Şahtaxtinskinin
İstanbuldakı məzar daşı


100



102


MÜNDƏRtCAT
Şahtaxtinskilər muzeyinin yaradılması haqqında 
Naxçıvan  Muxtar Respublikası
Ali  Məclisi Sədrinin Sərəncamı..........................................   3
Şahtaxtinskilər: Naxçıvanın məşhur soylarından biri.......   5
Tariximizdə Şahtaxtinskilər nəsli - öyrəniləsi və tədqiq
olunası mövzular hələ çoxdur..............................................  7
Tariximizdə və taleyimizdə Şahtaxtinskilər......................... 13
Elimizin  böyük  oğlu:  Əbülfət ağa Şahtaxtinski.  O, 
dövrünün  tanınmış ziyalısı və yazıçısı  olmaqla bərabər,
həm də çar ordusunun yüksək rütbəli zabiti o lu b ............. 20
Görkəmli  dövlət  xadimi  Behbud  ağa Şahtaxtinskinin 
nəsil şəcərəsi və onun Qərbi Avropada
yaşayan qohumları...............................................................24
Türkiyənin istiqlal  savaşında iştirak edən qazi
Naxçıvanlı Çingiz Yurtçu Şahtaxtinski kimdir?..............  30
Görkəmli  dövlət xadimi  Həmid  ağa Şahtaxtinskinin
nəsil şəcərəsi......................................................................... 34
İsa Sultan Şahtaxtinski və onun varisləri............................ 38
Aleksis  Şahtaxtinski:  "Onlardan  biri olduğum  üçün
fəxr edirəm "......................................................................... 44
Polkovnik Əbülfət Ağanın keçdiyi hərbi yol
gəncliyimizə nüm unədir...................................................... 47
Elm korifeyləri - Şahtaxtinskilər.........................................51


İbrahim ağa Şahtaxtinski.....................................................56
Şahtaxtinskilərin hərbi fəaliyyətləri
Naxçıvan tarixində.............................................................. 64
Şahtaxtinskilər  1918- 1920-ci  illərdə Naxçıvanın 
müdafiəsində xüsusi hünər göstəriblər............................... 70



Musa  Quliyev
Şahtaxtinskilər 
tariximizdə  və  taleyimizdə
Nəşriyyat redaktoru:
Muxtar  Oasımzadə
Korrektoru:
Fariz  Yunis /i
Kompyuter tərtibatı:
Ziya  Məmmədov
Yığılmağa verilmiş  14.07.2010. 
Çapa imzalanmış  30.07.2010. 

Yüklə 11,15 Mb.


Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə