Musa quliyev şahtaxtinskiLƏR


POLKOVNİK ƏBÜLFƏT AĞANIN KEÇDİYİ  HƏRBİ



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

POLKOVNİK ƏBÜLFƏT AĞANIN KEÇDİYİ  HƏRBİ
YOL GƏNCLİYİMİZƏ  NÜMUNƏDİR
1907-ci  ildə  Qafqaz  öziınün  ən  məşhur  generallarından 
birini,  Naxçıvanskilərin  kürəkəni  Maqsud  Əlixanovu  itirdi. 
Daşnaklar  onu  faciəli  surətdə  məhv  etdilər.  Onun  sədaqətli 
həyat yoldaşı, general-mayor II  Kalbalı xan Naxçıvanskinin 
qızı  Zərintac  bəyim  hökumətdən  tələb  etdi  ki,  onu  dəfn  et­
mək  üçün  doğulduğu  Xunzaxa  aparmağa  icazə  versinlər. 
Onu  yola  salanlar  arasında  Əbiilfət  ağa  və  Balabəyim  Şah­
taxtinskilər də Tiflis dəmiryol vağzalında kədərlə dayanmış­
dılar.  Artıq  qətiyyətli  generallar  ağılsız,  kütbeyin  rəqiblərin 
ucbatından məhv edilirdilər.  Bir neçə il əvvəl general Qryaz- 
nevi  də  beləcə  öldürdülər.  Aradan  6  il  keçməmiş  populyar 
“Qafqaz”  (“Kavkaz”)  qəzetində  Balabəyim  xanımla  oğlu 
Abbas  ağa dərin  kədərlə yaxın  qohumlarına,  dostlarına  bil­
dirirdilər ki,  polkovnik ƏbiiLfət ağa qəli ətə n  Kutaisidə vəfat 
edib.  Xəbərdarlıq  nekroloqu  martın  13-də  verilmişdi.  Elə 
oradaca  xəbər  verirdilər  ki,  dəfn  mərasimi  mərhumun 
vəsiyyətinə görə  martın  20-də doğulduğu Şahtaxtı  kəndində 
olacaqdır. Tiflisin nücəba insanları, məşhur hərbçiləri,  nurlu 
ziyalıları  və polkovnikin  həmyerliləri -  naxçıvanlılar perron­
da dayanıb  Kutaisidən gələn  zirehli qatarı gözləyirdilər.
Həmin nekroloqun dərc olunduğu "Kavkaz" (rusca) qə­
zetini  94  ildən  sonra Tiflisin  Mərkəzi  Kitabxanasında  tapıb 
oxuyuram.  Hər şeyi anlamağa çalışıram.  Öz hərbi  hünəri  ilə 
tarixlərə  iz  qoymuş,  elmi  ilə  müasirlərini  heyran  edən 
polkovnik  Əbiilfət  ağanın  vətənə  son  səfərini  damla-damla 
topladığım  xatirələrin  işığında  xatırlayıram.  Heç  ağlıma 
gəlməzdi  ki,  1980-ci  ildə  fəaliyyəti  ilə  maraqlandığım  bu 
cəsur  polkovnikin  həyat  səhifələrini  Tiflisdə,  Kutaisidə, 
Qoridə  vərəqləməli  olacağam.  Çox  qəribədir  ki,  qəhrəman 
naxçıvanlıların axtarışını bəzən məqsədli şəkildə aparmıram. 
Maraqlı  elmi  axtarışların  çox  gərgin  vaxtında  digər  bir
47


qəhrəmana  aid  sənədlər  müəllifi  özü  axtarıb  tapır.  Həmin 
andaca vaxtı ilə ya yazdığım, ya da yaddaşıma köçürdüyüm 
xatirələr köməyimə gəlir.
Əbülfət  ağa  haqqında  ilk  dəfə  hələ  uşaqlıq  illərində 
atamdan  eşitmişdim.  Sonralar tələbə olanda yenə atam dedi 
ki,  tarixin  elə səhifələri var ki,  onları  bilmirsiniz.  Amma  hə­
qiqət o  bilmədiklərinizdədir.
1980-ci  ildə atam məni Şahtaxtı kəndinə aparıb Əbülfət 
ağanın  məzarını  da  göstərmişdi.  İndi  bu  məzar  lap  tənha 
qalıb.
Əbülfət  ağa  haqqında  ASE-nin  1987-ci  il  nəşrində  də 
məlumat  verilib.  Ancaq  bütün  məlumatlar  yığcam  və  sovet 
ideologiyasına uyğundur.  Bu  cəsur polkovnik  Şərur  mahalı­
nın  ən  zəngin  zadəganlarından  biri  olan  Nəcəfqulu  ağanın 
ailəsində  1858-ci  ilin  oktyabrında  Şahtaxtı  kəndində  doğu- 
lub. Onun atasının Naxçıvan və İrəvan şəhərlərində də mülk­
ləri  vardı.  Ona  görə  də  digər  qardaşlarının  doğıım  sənəd­
lərində İrəvan və Naxçıvan yazılıb. Əbülfət ağanın təhsil illəri 
N axçıvan-Irəvan-Tiflis-Peterburq-M oskva-H eydelberq 
şəhərlərində  keçmişdi.  1883-cü  ildə  onu  hərbi  iş  daha  çox 
maraqlandırdığından  yunker  məktəbinə  imtahan  vermiş  və 
əla qiymətlərlə məktəbə daxil olmuşdu. Onun oxuduğu hərbi 
məktəb  Peterburqda  yerləşirdi.  Hərbi  məktəbi  bitirəndən 
sonra  həyatını  ordu  ilə  bağlayan  1904-1905-ci  illərdə  rus- 
yapon  müharibəsində  batalyon  komandiri  kimi  vuruşmuş, 
məşhur Port-Artur döyüşlərində bilavasitə iştirak etmişdir.
1912-ci  ilə aid  olan  arxiv sənədləri  onun  polkovnik  rüt­
bəsində olduğunu xəbər verir.  Həmin  ildə  Rusiya  tərəfindən 
İsveçrəyə göndərilmişdi ki, orada hərbi manevrləri müşahidə 
etsin.  Əbülfət  ağa dünya'şöhrətli alim-nasir Məhəmməd ağa 
Şahtaxtlmın  doğmaca  əmisi  oğludur  və  onun  kürəkənidir. 
Məhəmməd  ağanın  qızı  Balabəyim  xanımla  izdivacından 
Abbas,  Sadıq  və Nəcəf adlı  oğulları dünyaya gəlmişdi.  Am­
48


ma  hamısını  Sovet  hakimiyyəti  illərində  güllələdilər.  Atanın 
adını  ensiklopediyalara  salırdılar  (əlbəttə,  elə-belə),  balala­
rını  isə  məhv  edirdilər.  Arxiv  sənədlərində  Əbülfət  ağanın 
Qonçabəyim  adlı  bir  qızının  da olduğunu  yazırlar.  Fikrimiz 
var  ki,  onun  Tiflisdə  yaşayan  nəticələrini  axtarıb  tapaq. 
Çünki  onlar Əbülfət  ağanın  1879-cu  ildən  ömrünün sonuna 
kimi  sinəsində  gəzdirdiyi  11,5x17,5  sm  ölçülü  və  qızılla 
bəzədilmiş  "Quran"ını  Azərbaycan  Milli  Tarix  Muzeyinə 
təqdim  ediblər.  Onlar  indi  Mdivani  familiyasını  daşıyırlar. 
Polkovnikin  şəxsi  Quranı  haqqında  yazan  İrina  Kostinanın 
məlumatından  aşkar  olur  ki,  Qonça  xanımın  saxladığı  bu 
Quranı  Əbülfət  ağa  iştirak  etdiyi  hərbi  döyüşlərdə  həmişə 
sinəsində  gəzdirib.  Biz çalışacağıq  ki,  Qonca  xanım  haqqın­
da  da  ətraflı  məlumat  öyrənək.  Onun  şəxsi  arxivində  və 
albomunda xeyli sənədlər və fotoşəkillər var.
Polkovnik  Əbülfət  ağa  biz  düşündüyümüzdən  də  məş­
hur hərbçi  olub.  Əgər belə olmasaydı,  Kutaisidən zirehli qa­
tar onu Qafqaz canişinin göstərişi əsasında Şahtaxtı  kəndinə 
gətirməzdi.  Onun  dəfni  haqqında  ətraflı  yazılmadığından 
bunu  geniş  təsvir  elmək  istərdik.  Şahtaxtı  kəndinin  ağsaq­
qallarından  Əli  Hacı  Məmmədhüseyn  oğlu  və  sonralar  Bö- 
yükdüz  kəndində  yaşayan  Qasım  Əli  oğlu  bu  dəfnin  canlı 
iştirakçısı və şahidi olmuşdular. Vaxtı ilə onlardan öyrəndik­
lərimi yazmaq maraqlı olar. Zirehli qatar Şahtaxtına gündüz 
saat  11-də  gəlib  yetişib.  Dəmiryol  vağzalında,  Import  deyi­
lən  tarixi  binanın  önündə  toplaşan  insanların  sayı-hesabı 
yox  idi.  İrəvandan,  Naxçıvandan  da çoxlu qonaqlar gəlmiş­
di.  Zirehli  qatarı  kazaklar  (Rusiya  ordusunun  əsgərləri 
müəllif) qoruyurdular.  Hava soyuq  idi.  Rekviyemin sədaları 
altında  cənazəni  top  lafetinin  üstünə  qoydular.  Atlas 
balışlara onun  aldığı  hərbi  mükafatları düzmüşdülər.  Hətta 
qılıncı  da  yanındaydı.  Kortej  vağzaldan  kəndə  tərəf irəlilə­
məyə başladı.  Kədərli musiqi çalırdılar. Hamısı hərbçilər idi.
49


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə