Musa quliyev şahtaxtinskiLƏR


ALEKSİS ŞAHTAXTİNSKİ:  "ONLARDAN BİRİ



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

ALEKSİS ŞAHTAXTİNSKİ:  "ONLARDAN BİRİ 
OLDUĞUM  ÜÇÜN FƏXR  EDİRƏM"
Şahtaxtinskilər  bolşevik  inqilabından  sonra  dünyanın 
müxtəlif  ölkələrinə  köçüb  getmişlər.  Naxçıvan  xanlığının 
sonralar  da  çar  Rusiyasının  ordusunun  məşhur  hərbçilərin­
dən  olan  I  İsa  Sultanın  oğlanlarından  biri də  Məmmədqulu 
Sultan  olub.  Elə  "sultan"  titulundan  görünüı  ki,  Məmməd- 
qulu  bəy  də  dövrünün  hərbçisi  olub.  Onun  oğlu  Əli  ağanın 
Mustafa  bəy,  Behbııd  ağa.  Əhməd  bəy  və  Məhəmməd  ağa 
adında  övladları  olub. 
Ə slində 
Şahtaxtinskilərin  də  ailələri 
çoxuşaqlı  olub,  ancaq  sənədlər  itdiyindən,  yaxud  arxivlərə 
dağıdıldığından  hamısının  adını yaza  bilmirik.
Tariximizdə mühüm diplomatik  işlər görən  Behbııd ağa 
haqqında  xeyli  kitablar  yazılıb.  Onun  Fransaya  mühacirət 
edən  qardaşı  Məhəmməd  ağa  (Məmməd  də yazılır)  haqqın­
da yalnız son  illərdə geniş məlumat ala  bildik.
Azərbaycan  Demokratik  Respublikasının  qurucuların­
dan və üzvlərindən  biri  olan  Məhəmməd  ağa  həm də  höku­
mət üzvü idi. Məhəmməd ağa Əli ağa oğlu Şahtaxtinski XIX 
əsrin  80-ci  illərində  Şahtaxtı  kəndində anadan olub,  ilk təh­
silini Naxçıvanda və İrəvanda alıb. Sonralar Tiflisdə və Sankt- 
Peterburqda təhsilini  davam etdirən  Məhəmməd  ağa Zaqaf­
qaziya  dəmir  yolunun  rəisi  vəzifəsində  işləyib.  1918-1920-ci 
illərdə  müstəqil  Azərbaycan  Xalq  Cümhuriyyətinin  dəmir 
yolunun rəisi kimi çox  əhəmiyyətli  bir vəzifənin  sahibi  olub.
Həmin  vaxtlar  sovet  hökumətində  yüksək  vəzifə  tutan 
qardaşı  Behbud  ağanın  buraxılış  kağızı  iiə  öz şəxsi  qatarın­
da ailəsi  və anası  Nisə xanımla  birlikdə İstanbula gəlir,  son- 
ralar isə Fransaya yollanır. Tale onu parisli edir. Ömür boyu 
vətən  həsrəti  çəkən  Məhəmməd  bəy  1970-ci  ildə  Parisdə, 
qürbətdə vəfat edir.  Aııası  Nisə xanım da  Parisdə dünyadan
44


Məhəmməd  bəyin qızı Firuzə bəyim  1912-ci ildə  Bakıda 
doğulsa da,  ömrünü Amerikada yaşamalı olub.  Məhəmməd 
bəyin oğlu Cahangir (Jan)  1928-ci ildə Parisdə doğulııb. Sor- 
bonna universitetini  filologiya  ixtisası  üzrə  bitirsə də,  hərbi- 
dəniz zabiti  olan  Cahangir  ağa  1950-1960-cı  illərdə  Fransa- 
da  NATO-nun  Baş  qərargahında  buraya  daxil  olan  dövlət­
lərin  büro  rəisi  kimi  fəalivyət  göstərib.  1995-ci  ildə  vəfat
m  
m
 
U -
edib.  Onu  da  deyək  ki.  Cahangir ağaya  ulu əcdadlarının və­
təni olan Azərbaycana  1986-cı  ilədək gəlməyə icazə verməyib- 
lər.  Onun  bır  oğlu  və  bir qızı  olub,  onların  hər  ikisi  Parisdə 
yaşayır.
Cahangir ağanın  oğlu  Ələsgər (Aleksis) ağa  Şahtaxtins­
ki  1967-ci  ildə Strasburq  şəhərində doğulub.  Atası  Cahangir 
Kamal  Məhəmməd  ağa  oğlu  hərbçi  və professor,  anası  ma­
dam  Marqarita  Kovalenko  poliqlot olmuşdur.  Yeri  gəlmiş- 
kəıı. aııası  Livanda fransız ailəsində anadan olmuşdur. Onun
✓  
У
da  babaları  Rusiyadan  mühacirət etmişlər.
Aleksis (Ələsgər ağa) Şahtaxtinski  orla məktəbi əia qiy­
mətlərlə  başa  vmub  diplomatiya  üzrə  ali  təhsil  aimışdır. 
1993-cü  ildən,  diplomat  kimi  fəaliyyətə  başlayan  Aleksis 
Xorvatiyamı  Zaqreb  şəhərində  Fransa  səfirliyində  birinci 
katib  işləyib.  Yuqoslaviyada  müharibə  dövründə  NATO­
nun qurumlarında çalışan Aleksis, həm də Moskvada bu təş­
kilatın  təmsilçisi  olııb.  1997-ci  ildən  1999-cu  ilədək,  Rusiya 
ilə NATO arasında saziş bağlanandan sonra məlumat  büro­
sunun  rəhbəri  olmuşdur.  Sonralar  Brüsseldə  NATO-nun 
Baş  katibinin  mətbuat  katibi,  Belarusiyada  Fransa  səfirli­
yində müşavir işləyən Aleksis bu  illərdə həm də Diplomatıya 
Akademiyasını  bitirmişdir.  2007-ci  ildən ATƏT-in  Bakı ofi­
sində fəalivvət göstərir.
.  

Olduqca  vətənpərvər  'bir  insan  olan  Aleksis  ulıı babala­
rının  vətəni  Şərur  mahalını,  oradakı  Şahtaxtı  kəndini  və
•  •
Naxçıvanı  görmək  üçün  hansı  vasitələrə  əl  atmayıb.  Ozii
45
f


verdiyi  müsahibələrdə  bu  haqda  ətraflı  söhbət  açıb.  1986-cı 
ildə atası  ilə  Bakıya  gələndə  19 yaşı vardı.  Çox  sevdiyi  Nax­
çıvana  isə  1991-ci  ildə  gələ  bildi.  Baba  yurdu  Naxçıvanı, 
Şahtaxtını  görmək  üçün  həyatını təhlükəyə atmışdı.  Bu  risq 
idi.  Amma  Aleksisdə olan vətən  həsrəti, sevgisi o qədər güc­
lüdür  ki,  o,  bütün  qadağa  və  maneələri  aşa  bilmişdi.  Buna 
onun  qanında  irsən  daşıdığı  cəsarət,  qorxmazlıq  kömək  et­
mişdi.  Aleksis  iti  ağıla,  möhkəm  yaddaşa  və  fitri  istedada 
malik  insanlardandır.  Ona  yaxın  dildə danışa  bilən  həmyer­
limiz 6 dili  mükəmməl  bilir.
Hər dəfə Naxçıvana gələndə, hökmən ulu babası Əli bə­
yin  yaşadığı  evə  baş  çəkir.  Şahtaxtı  kəndindəki  bu  ev  ona 
bəlkə də dünyanın ən gözəl saraylarından daha füsunkar gö­
rünür.  Çünki  bu  evdə  onun  yeddi  babadan  da  yuxarı  ulu 
əcdadlarının ruhları  dolaşır.  Aleksis  qürbətdə yaşadığından 
Naxçıvanın  hər  qarış  torpağını  müqəddəsdən-müqəddəs  bi- 
lir. Hər yerdə fəxrlə deyir:  "Əlbəttə ki, mən azərbaycanlıyam, 
daha  dəqiq  naxçıvanlıyam,  lap  dəqiq  desək,  Kəngərli  rayo­
nunun  Şahtaxtı  kəndindənəm".  Onun  babasının  qardaşla­
rından  biri  Əhməd  bəy  olub.  İxtisasca  neft  mühəndisi  olan
•  
.
Əhməd bəy ali təhsilini İsveçdə almışdı. Sonralar Azərbayca­
na qayıdaraq Bakıda işləyib.  1929-cu ilədək qardaşı Məhəm­
məd ağa ilə əlaqə saxlaya bilirmiş. Əlbəttə, ancaq məktublaş­
maqla.  Sonradan  həbs  edilib  və  15  il  sürgündə  olub.  Azər­
baycan MTN-nin arxivində onunla bağlı sənədlər var.  Hətta 
orada fotoşəklini də əldə etdik.
Bu  günlərdə  Aleksis  Şahtaxtinski  yenə  də  Naxçıvana 
gəlmişdi.  Rəsmi səfərdə olsa da, vaxt tapıb baba yurdu ilə də 
görüşə getdi. Naxçıvanda gedən abadlıq, quruculuq və tikin­
ti işlərinə ürəkdən sevinən  Aleksis naxçıvanlıları ürəkdən al­
qışlayır və deyir: "Onlardan biri olduğum üçün fəxr edirəm".
46


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə