Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə15/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

Məhəmməd  ağa  Şahtaxtinski  də  cənazənin  yanında  addım­
layırdı.  Əbülfət  ağanı  Şahtaxtinskilərin  yolun  yaxınlığında 
olan  ailə sərdabəsində dəfn etməyə gətirirdilər.  Özü  belə və­
siyyət  etmişdi.  Burada  onun  ulu  babaları  Şahsultan,  onun 
oğlu  I  İsa  Sultan,  oğlanlarından  Məmmədtağı  Sultan,  Hacı 
Vəli ağa və digərləri  dəfn olunmuşdular.  Onu  torpağa tapşı­
randan  sonra  yaylım  atəşləri  açdılar  və  nitq  söyləyənlər  də 
oldu.  Balabəyim xanım və üç oğlu bir müddət Şahtaxtı kən­
dində  qaldılar.  Çünki  İbrahim  ağa  Şahtaxtinski  əmisi  oğlu 
Əbülfət  ağaya el  adətincə matəm mərasimi  saxladı.
Sovet  hakimiyyəti  illərində  qızıl  axtaranlar  o  sərdabəni 
dağıdıb  ələk-vələk  edirdilər.  Hətta  buldozerə  də  verdilər  bir 
hissəsini.  Yol  çəkdilər  ki,  gələcək  nəsillərin  bu  məşhur  Şah- 
taxtinskilərdən xəbəri olmasın. Amma Allah həmin sərdabə­
dən  bir  məzarı  bu  günədək  saxlayıb.  Əbülfət  ağa  nəhəng 
gövdəli  olduğundan  məzar  da  böyükdür.  Məzarı  nə  vaxtsa 
tar-mar ediblər,  qızıl-gümüş  axtarıblar.  Nə yaxşı  ki,  tamam 
yox  etməyiblər.  Bəlkə  də  qürbətdə  ikən  doğulduğu  kənddə 
babalarının  yanında  dəfn  olunmağı  vəsiyyət  etdiyindəndir 
ki,  hərbçinin məzarını zaman  indiyədək  Qıvraqdan Şahtaxtı 
gömrük  keçid  məntəqəsinə gedən  yolun  kənarında  qoruyub 
saxlayıb.  Tənha,  kədərli  görkəmli  bu  məzarda  uyuyan 
polkovnik  Əbülfət  ağanın  keçdiyi  elmi  və  hərbi  yolu,  bir də 
vətən təəssübü  bütiın  yüzilliklərdə gəncliyimizə nümunədir.
50


ELM  KORİFEYLƏRİ - ŞAHTAXTİNSKİLƏR
Azərbaycanın  hərb  və  diplomatiya  tarixində  böyük  zə­
fərləri  tarixə yazmış  Şahtaxtinskilər həm də elm fədailəri ol­
muşlar.  Elə  indinin  özündə  də  onların  elmi  korifeyliyi  da­
vam etməkdədir. Tarixi  keçmişimizi əks etdirən salnamələri, 
yazılmış elmi monoqrafiyaları və arxiv sənədlərini öyrəndik­
cə Şahtaxtinskilər haqqında yeni-yeni maraqlı faktlarla rast­
laşırıq.
I  İsa  Sultanın  hərbçi  varislərindən  biri  olan  Məmməd- 
tağı  Sultan  öz dövrünün zəngin  zadəganlarından  olmuşdur. 
Ulu  babalarından  gəlmə  həssaslıqla  hər bir  peşənin  və sənə­
tin  önündə elm öyrənməyi,  bilik  almağı  olduqca  vacib  bilən 
Məmmədtağı  Sultan  övladlarım  Qərbi  Avropanın  və  Rusi­
yanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmiş­
dir.  Onun  böyük  oğlu  Məhəmməd  ağa  Şahtaxtinski  (1846- 
1931)  haqqında  axır illərdə  xeyli  elmi  monoqrafiyalar yazıl­
mışdır.  1920-ci  ilədək  Şahtaxtinski  soyadını  daşıyan  böyük 
alim  Sovet  hakimiyyəti  illərində  "Şahtaxtlı"  familiyasını  iş­
lətmişdir.  Onu  da  qeyd  edək  ki,  bu  alimin  şərəfinə  əmi 
uşaqlarından  da  Məhəmməd  adını  daşıyanlar  olmuşdur. 
Məsələn,  Behbud  ağa  Şahtaxtiııskinin  qardaşı  Məhəmməd 
ağa (Aleksis  Şahtaxtiııskinin  babası) da  1918-1920-ci  illərdə 
tanınmış şəxsiyyət  olmuşdur.
Biz  burada  Məhəmmədtağı  Sultanın  digər  oğlu  Baxşəli 
ağa və onun  varislərinin  haqqında danışmaq  istəyirik.
Böyük  ensiklopedik  alim  Əziz  Şərif  "Molla  Nəsrəddin 
necə  yarandı"  kitabında  Naxçıvanın  maarifçi  və  demokrat­
ları  arasında  Baxşəli  ağanın  da  adım  dönə-dönə  ehtiramla 
çəkmiş,  onu  ictimai  həyata  tənqidi  münasibət  bəsləyən,  qa­
51


baqcıl ideyaların təbliğatçısı, rus və Qərbi Avropa ədəbiyyatı 
və  mədəniyyətinə  bələd  olan  şəxsiyyət  kimi  xarakterizə  et­
mişdir.  Alim  yazır  ki,  bir  zaman  Culfa  gömriikxanasında 
işləmiş,  1907-1911 -ci  illərdə  Səttarxan  azadlıq  hərəkatında 
fəal  iştirak  etmiş  və  1918-ci  ildə  irticaçılar  tərəfindən  Neh­
rəm kəndində öldürülmüşdür.  Baxşəli ağa Şahtaxtinski Şah­
taxtı  kəndində  doğulmuş,  əsasən  Naxçıvan  şəhərində  yaşa­
mışdır.  Onun  şəxsi  işi  əlimizdə  olmadığından  harada  təhsil 
almasından  hələlikdə  xəbərsizik.  Ancaq  belə  məlumdur  ki, 
o, bütün həyatı boyu Şahtaxtı və Culfa gömriikxanasında iş­
ləmişdir.  Hətta  1897-ci  ildə  Həştərxan  şəhərində  gömrük- 
xanada  da  işləmişdir.  XIX  yüzillikdə  Şahtaxtı  kəndində  ti­
kilmiş böyük  bir bina - gömrükxana son illərə qədər qalırdı. 
Şahtaxtinskilərin  malikanələrinin  lap  yaxınlığında  tikilmiş­
di.  Şərur mahalındakı ən  böyük gömrükxana sayılırdı.  Bax­
şəli  ağa  və  onun  bacısı  Pəricahan  xanımın  həyat  yoldaşı 
Əsgər  ağa  Kəngərli  də  bu  sistemin  layiqli  işçiləri  olmuşlar. 
Baxşəli  ağa  özünün  ən  yaxın  qohumu,  əmisi  Hacı  Vəli  ağa­
nın  qızı  Sona  xanımla  ailə  qurmuşdur.  Onların  bu  nikahın­
dan  Nemətulla  ağa (1885-1954),  Ətaulla  ağa  (1904-1974)  və 
Həbibulla  ağa  (1900-1986),  Tarixçi  alim  Əli  Əliyevin 
yazdığına görə Hüseyn ağa Peterburq  Universitetinin hüquq 
fakültəsində oxumuş və azadlıq  ideyalarını Şahtaxtı kəndinə 
də gətirmişdir.  Baxşəli ağanın  faciəli ölümündən sonra Sona 
xanım  övladlarının  ali  təhsil  alması  üçün  bütün  əziyyətlərə, 
təqiblərə  dözmüşdür.  Elə  bunun  bəhrəsidir  ki,  bu  gün 
Azərbaycan  həmin  elm  koıifeyləri  ilə  fəxr  edir.  Nemətulla 
ağa  Bəhmən  Mirzə  Qacarın  Çiçək  xanımdan  olan  qızı  Nur- 
cahan  xanımın  kürəkəni  olmuşdur.  Şahtaxtinskilərlə Qacar­
ların qohumluğu  bu ailə nikahından başlanır. Onu deyək ki,
52


Nurcahan xanım Tiflisdə  işləyən Mustafa  bəy Ağayevlə ailə 
qurmuş və Zəhra xanım. Ziba xanım, Leyla xanım, Çingiz və 
Bəhram adlı  övladları olmuşdur.
Onların  qızı Zəhra xanım  (1891,  Xankəndi-1977.  Bakı) 
biologiya  elmləri  doktoru  (1953),  professor  (1954),  Azər­
baycanın  əməkdar elm xadimi  (1960)  fəxri  adlarını daşımış­
dır. Onun Nemətulla ağa Şahtaxtinski ilə nikahından Toğrul 
(1925)  və  Teymur  (1929-1992)  adlı  oğlanları  dünyaya  gəl­
mişdir.
Toğrul  Şahtaxtinski  -  məşhur  kimyaçı  akademik,  500- 
dən çox elmi əsərin,  11  monoqrafiyanın,  130  ixtira və paten­
tin  müəllifidir.  Mühüm  xidmətlərinə  görə  "Şərəf nişanı"  və 
"Xalqlar  dostluğu"  ordenləri  ilə  təltif  edilmişdir.  Hazırda 
AMEA-nm  Baş  akademik katibidir.
Zəhra  xanımın  bacısı  Ziba  xanım  (1905.26.04.  Bakı) 
Ətaulla  ağa  Şahtaxtinski  ilə ailə qurmuş,  Baxşəli  ağa (1930- 
1992) və Aza (1925) adlı  övladları olmuşdur.
Zəhra  xanımın  digər  bacısı  Leyla  xanım  (25.12.1906- 
5.03.1995)  Həbibulla ağa Şahtaxtinski  ilə ailə qurmuşdur.
Həbibulla ağa Azərbaycanın ən  məşhur kimyaçı akade­
miklərindən  olmuşdur.  Analitik  və  qeyri-üzvi  kimya  üzrə 
dünyada məşhur olan alim  1900-cii  ilin  9  sentyabrında  Şah­
taxtı  kəndində doğulmuş  və  1926-cı  ildə Azərbaycan  Dövlət 
Universitetinin  (indiki  BDU-nun)  tibb  fakültəsini,  1930-cu 
ildə  isə  Azərbaycan  Politexnik  institutunun  kimya-texnolo­
giya  fakültəsini  bitirmişdir.  O,  ən  qiymətli  dərs  vəsaitinin 
("Miqdari kimyəvi analiz"), 7 monoqrafiya və dərsliyin.  380- 
dən  çox məqalə,  həmçinin digər əsərlərin  müəllifi olmuşdur. 
Ömrünün sonuna  kimi  Azərbaycanda yüksək ixtisaslı kadr­
ların  hazırlanması  işində  mühüm  xidmətlər  göstərmiş  və
53


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə