Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   13   14   15   16   17   18   19   20   21

hökumətinin rəsmi  nümayəndələri  tərəfindən hörmət-izzətlə 
qarşılanır.  Və ona Naxçıvanın ən mərkəzində,  Bazar çayının 
üzərində (indiki Came məscidinin yaxınlığında) gözoxşayan 
mülk  tikməyə  icazə  verilir.  Sözarası  deyək  ki,  həmin  mülk 
çox  böyük  ərazidə yerləşirdi.  Hətta  ətrafında  böyük  bağ da 
vardı.  1920-ci  ildən  sonra  orada  Naxçıvanın  NKVD-si 
(enkavede)  yerləşirdi.  Onun  yay  evi  isə  Pionerlər  Sarayı 
olmuşdu.  Yeri  gəlmişkən,  bir  maraqlı  faktı  da  demək  istə­
yirik.  İbrahim ağanın  həyat  yoldaşı  Zivər xanım  Şahtaxtin- 
skaya deyirdi ki, ora bizim yay mülkümüz idi. Əksər ziyafət­
lər  yayda,  o  mülkün  üstündəki  meydançada  verilərdi.  Biz 
orta  məktəbdə  təhsil  alanda  həmin  meydançada  pionerlər 
rəqs edirdilər.  Hər  iki mülk  bitişik  idi.  O  mülk  indi  də qalır. 
Böyük,  memarlıq  üslubu  ilə  fərqlənən  nəhəng  binanı  isə 
1972-73-cü  illərdə sökdülər.  Hacı  Vəli  ağanın şəhərdə  ikinci 
mülkü  indiki respublika kitabxanasının yerində,  Bazarçayın 
üstündə idi. Onun ata-baba kəndi olan Şahtaxtında mərkəz­
də,  "Ağalıq"  deyilən  meydanda,  axarlı-baxarlı  yerdə  böyük 
mülkü  vardı.  Həyətindəki  bağın  bir  hissəsi  indi  də  qalmaq­
dadır.  Şahtaxtinskilərin  böyük  dövlət  imtiyazları  olduğun­
dan  onlar  yaşayan  əraziyə  indi  də  "Ağalıq  yeri"  deyirlər. 
Həmin  mülkün  bir  hissəsi  1920-ci  ildən  sonra  məktəbə  çev­
rilmiş, XX  yüzilliyin axırlarında sökülmüşdür.
İbrahim  ağanın  atası  Hacı  Vəli  ağa  dövrünün  maarif­
pərvər  ziyalılarından  olub.  Varidatının  xeyli  hissəsini  Şah­
taxtı  kəndindəki  məktəbə  xərcləyib.  Biz  Naxçıvan  maarifi­
nin tarixini səhifələsək, Şahtaxtı məktəbinin o illərdə məşhur 
təhsil ocağı olduğunu görərik.  Hacı Vəli ağanın adını Naxçı­
van ziyalılarının, yazıçılarının  adları  ilə bağlı sənədlərdə tez- 
tez  oxumaq  mümkündür.  O,  Şahtaxtinskilərin  başbiləni  və
58


ağsaqqalı  sayılıb.  Çünki  bu  nəsildən  olanların  Avropanın, 
Rusiyanın  ən  nüfuzlu  zadəgan  gimnaziyalarında,  univer­
sitetlərində  təhsil  almalarına  himayədarlıq  etmişdir.  Hələ- 
likdə tapdığımız sənədlərdə onun  aşağıdakı övladlarının  adı 
qeyd edilib (deyilənə görə bu siyahı  tam deyil):  İbrahim ağa, 
Əliqulu  ağa,  Kərim ağa,  Uribanu xanım,  Səkinə xanım,  So­
na xanım və Heydər ağa.
Sənədlərin  dili  ilə  desək,  Əliqulu  ağa  rus  ordusunun 
mayoru  olub.  Varisləri Naxçıvandan  Qaxa sürgün ediliblər. 
Onlarla  əlaqə  yarada  bilmişik,  indi  Bakıda,  Moskvada  və 
Bərdədə  yaşayırlar.  Əliqulu  ağanın  iki  oğlu  Çingiz  ağa  və 
İlyas ağa məşhur Çanaqqala döyüşlərinin qazilərindən olub.
ibrahim  ağanın şəxsi  işini  hələlik  tapa  bilmədiyimizdən 
onun təhsil illəri haqqında ətraflı heç nə deyə bilmirik. Təkcə 
o  məlumdur  ki,  1913-1914-cü  illərdə  Bakıda,  Suraxanıda 
jandarm idarəsində polis işləyib.  Bu geyimdə şəkli  də var.
Hacı  Vəli  ağa  1911 -ci  ildə vəfat  etdiyindən  (arxiv  sənə­
dinə  görə)  onun  oğlanları  Kərim  ağa,  Əliqulu  ağa  Şahtaxtı 
kəndində  yaşamalı  olurlar.  Heydər  ağa  isə  Qarsda,  Sürmə­
lidə polis  işləyib.  Gənc ikən qəzaya düşüb həlak olub.  Onun 
Nazlı xanım (əsl  adı Zeynəbağa xanım)  Kəngərlidən
Oxucuların  marağı  üçün  deyək  ki,  görkəmli  akademik 
Həbibulla Şahtaxtinski ibrahim ağanın bacısı Sona xanımın 
oğludur.  Sona  xanımın  həyat  yoldaşı  isə  əmisi  oğlu  Baxşəli 
ağa  olmuşdur.  Elə  görkəmli  alim  Məhəmməd  ağa  Şahtax­
tinski  də  İbrahim  ağanın  doğmaca  əmisi  oğludur.  İbrahim
ağanın  anası  Fatma  xanım  Şərur  mahalının  Aşağı  Aralıq
'  
t
kəndində  yaşayan  Seyidbəylilərdəndir.  Oz  vəsiyyətinə  görə 
həmin  kənddə məscidin yanında dəfn olunmuşdur.
1915-ci  ildən  sonra  Naxçıvana  qayıdan  ibrahim  ağa


1918-ci  ildə Zivər xanım  Rzabəyli  ilə  ailə qurur.  Onun  atası 
qarxunlu  Hacı  Ağa da  1920-ci  ildən  sonra sürgün edilib.  Bu 
izdivacdan  onların  beş  övladı  -  Böyükağa,  İsa  Sultan,  Kə- 
rimağa, Kamil ağa və uşaqkən vəfat edən digər bir oğlu dün­
yaya gəlib. İbrahim ağanın  1929-cu ildə doğulan oğlu Kamil 
ağa  hazırda  Naxçıvan  şəhərində  yaşayır.  Uzun  illər  Kənd 
Təsərrüfatı  Nazirliyində  işləyib,  indi  təqaüddədir.  Şahtax- 
tinskilərin  şəcərələrinin  hazırlanmasında  Zivər  xanımın, 
onların  ailəvi  dostları  Əziz Şərifin  və  Kamil  ağanın  kömək­
ləri  olub.  Şəcərəni  akademik  İsa  Həbibbəyli  ilə  birlikdə 
işləmişik. Uzun illərin axtarışlarının bəhrəsi olan şəcərə artıq 
nəşr olunub.
İbrahim  ağanın  1920-ci  ildən  sonrakı  taleyi  yaxşı,  son- 
ralar isə acınacaqlı olmuşdur. Əvvəlcə onu deyək ki, İbrahim 
ağa  1918-1920-ci  illərdə Naxçıvanın,  o  cümlədən  Şərur  ma­
halının  fəal  müdafiəçisi  olmuşdur.  Həmin  illərdə  Şahtaxtı 
kəndi  mühüm  geosiyasi-strateji  əhəmiyyət  kəsb  etdiyindən 
daşnakların hədəfində idi.  Bir növ döyüşlərin mərkəzinə çev­
rilmişdi. Naxçıvanın köməyinə gələn türk qoşunları Şahtaxtı 
kəndində  qərargah  yaratmışdılar.  Bu  haqda  türk  hərbçilə­
rinin  maraqlı  xatirələri  də  işıq  üzü  görüb.  Məsələn,  məşhur 
türk generalı Veysəl Ünüvar yazdığı kitabında onu hörmətlə 
xatırlamışdır: "Saat  13:30-da Araz körpüsünü keçdik və şah- 
taxtılıların  səmimiyyəti  ilə  qarşılandıq.  Buranın  ziyalıların­
dan  İbrahim  ağa  hamı  kimi  bizi  də  qonaq  etdi.  1918-ci  ilin 
yazında  tanıdığım  ibrahim  ağaya  Qafqazın  ən  iri  adamı 
deyərdilər.  Kommunist  Behbud  Şahtaxtinskinin  qohumu  və
Naxçıvan:  təlatüm  və  burulğanlar  (1920-1921),  Naxçıvan- 
2006,səh.  15)
60


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə