Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   2   3   4   5   6   7   8   9   ...   21

2010-cu  il  tarixli  Sərəncamı  tariximizdə  böyük  xidmətləri 
olan Şahtaxtinskilərin fəaliyyətlərinə dövlətimizin göstərdiyi 
qayğının ən yaxşı ifadəsidir.  İnanırıq  ki, Şahtaxtinskilər nəs­
linin yetirmələrinin fəaliyyətləri hələ bıından sonra da onlar­
la tədqiqat işinin mövzusuna çevriləcəkdir. Tədqiqatçı Musa 
Quliyevin  bu  kitabı  Şahtaxtinskilərin  tanıdılmasında böyük 
rol oynayacaqdır.
İsmayıl  HACIYEV
Akademik
6


TARİXİMİZDƏ ŞAHTAXTİNSKİLƏR
NƏSLİ - ÖYRƏNİLƏSİ VƏ TƏDQİQ  OLUNASI
MÖVZULAR HƏLƏ ÇOXDUR
Azərbaycan  tarixinin  maraqlı  və  mühüm  sahələrindən 
biri  ailə  sülalələrinin  öyrənilməsidir.  Keçən  əsrin,  yəni  XX 
yüzilliyin  90-cı  illərindən  başlayaraq  Azərbaycanda  bu  sa­
hədə  xeyli  işlər  görülüb  və  maraqlı  kitablar  çap  olunub. 
Ancaq araşdırmalar göstərir ki, hələ elə ailə sülalələri vardır 
ki,  bu  gün  də  öyrənilməyə  və  araşdırılmağa  möhtacdır.  Bu 
ailə  sülalələri  tariximizlə  çox  bağlı  olduqları  üçün  öyrənil­
məsi  zəruridir.  Belə  məşhur  sülalələrdən  biri  də  Şahtax- 
tinskilərdir.
Onu da qeyd edək ki, Naxçıvan xanlığına dair sənədlər­
də  Şahtaxtinskilər  əsasən  Cəmşidli,  Yurdçulu  və  Şahtaxtlı, 
yaxud Qazaxlar tayfası  soyadı  ilə yazılıb.  1828-ci ildən,  yəni 
Naxçıvan  xanlığı  Rusiya  tərəfindən  işğal  edildikdən  sonra 
isə  onlar  Şahtaxtinski  familiyasını  daşıyıblar.  Əvvəlki  dövr­
lərə dair sənədlərin az,  1828-ci ildən sonra isə yazılan sənəd­
lərin  çox  olduğunu,  həmçinin  axtarışlar  zamanı  tapılan  sə­
nədlərin  zənginliyini  nəzərdə  tutaraq  yazılarımızda  əsasən 
Şahtaxtinski  familiyasını  işlədirik,  çünki  sonralar  bu  nəslə 
aid  olmayanlar  da  Şahtaxtlı  imzasını  qəbul  ediblər.  Bu  isə 
qarışıqlıq yaradır. Arxivlərdə sənədləri araşdırarkən çox ma­
raqlı məlumatlara rast gəldik. Başqa ailə sülalələrindən fərq­
li  olaraq  Şahtaxtinskilər  Azərbaycana  hərbiçilər,  alimlər, 
dövlət adamları, diplomatlar,  incəsənət xadimləri və  həkim­
lər  bəxş  edib.  Bu  insanların,  məşhur şəxsiyyətlərin  çoxunun 
həyatı  XIX-XX  yüzilliyin  "tufanlarında"  məhv  olub,  çünki 
qürurlu  və  mərd,  vətənpərvər,  cəsur  Şahtaxtinskilər  Azər­
baycanın ayrılmaz hissəsi  Naxçıvanın müstəqilliyi  üçün  mü­
hüm işlər görüblər və  hərb  meydanlarında döyüşüblər.
Araşdırmalar göstərir ki,  bu qədim nəslə aid sənədlər əsasən
•  
___  


____
İrəvan,  Tiflis,  Moskva,  Sankt-Peterburq,  Bakı,  Tehran  və
7


İstanbul  arxivlərinin  fondlarmdadır.  Məlum  səbəblərə  görə 
İrəvan  arxivlərinə  baxmaq  mümkün  olmadığından  bir  çox 
məsələlərə aydınlıq gətirmək çətinləşir.  Digər tərəfdən isə ya­
ranmış tarixləri yaddaşlarına köçürən insanlar da əbədiyyətə 
qovuşublar.  Buna görə də bu sahədə görülən  işləri  - axtarış­
ları sürətləndirməyi qərara aldıq. Naxçıvan Muxtar Respub­
likası  Ali  Məclisi  Sədrinin  27  fevral  2006-cı  il  tarixli  sərən­
camı  ilə görkəmli  ictimai xadim və maarifçi  Məhəmməd ağa 
Şahtaxtinskinin  anadan  olmasının  160  illiyinin  qeyd  olun­
ması və xatirəsinin əbədiləşdirilməsi ürəyimizcə oldu.
Məhəmməd  ağa Şahtaxtinskinin atası  Məhəmməd Tağı
Sultan  dövrünün  açıqfikirli  və  zəngin  zadəganlarından  biri 
olub.  Arxiv sənədlərinə əsasən məlum olur ki,  onun Şahtax­
tıda,  Yurdçuda,  Vərməziyarda,  Yamxanada,  Xəlillidə  (ora 
Cəmşidli də deyilib), Cəhridə, Orta Aıızırda və digər yerlərdə 
geniş  torpaq sahələri olub.  Naxçıvan xanlığında da çox mö­
təbər bir hərbçi,  təəssübkeş, xeyirxah  bir insan kimi tanınan
<• 
•  
.... 
»
Məhəmməd  Tacı  Sultanın  atası  Hacı  isa  Sultan  I  Kalbalı
O
xanın  çox  ehtiram  bəslədiyi  sultan  olub.  Onu  da  deyək  ki, 
hələ  1828-ci  ildən  əvvəl  sultan  hərbi  titulu  mahir  döyüşçü­
lərə,  əsasən  süvarilərə  verilirdi.  Yüz  nəfər  atlıya  rəhbərlik 
edən  sultanın  ixtiyarında bir  naib  və  iki  vəkil olurdu.  4 belə 
dəstə  iri  bir  qoşun  növünü-polku  təşkil  edirdi.  I  Hacı  İsa 
Sultan  I  Kalbalı xanın  oğlanlarından  Nəzərəli  xanla  və  Eh­
san  xanla  yaxın  dost  və  qohum  olmuşdur.  Bu  ailədə  dün­
yaya  gələn  Məhəmməd Tağı  Sultan  bacarıqlı  bir hərbiçi  idi.
O,  hərbçi  olmaqla yanaşı,  maarifə,  torpağa çox  vurğun 
bir  insan  olub.  Atasının  Naxçıvan,  İrəvan  şəhərlərində  çox 
sayda mülklərinin olmasına baxmayaraq qədim baba yurdu 
Şahtaxtı  kəndində  yaşamağı  üstün  tutub.  Və  öz  övladlarını 
da bu ruhda böyüdüb.  Əldə etdiyimiz sənədlərə əsasən  Hacı 
isa  Sultanın  Məhəmmədtağı  sultan,  Nəcəfqulu  sultan,  Hü­
seynqulu sultan, kapitan Zeynalabdin sultan  Hacı  Vəli  ağa,
8


Cəfərqulu  sultan,  Məmmədqıılu  sultan  adında  övladları 
olub.
Deyilənlərə  görə  onun  Cahangir  və  Mahmud  ağa  adlı 
oğlanları  da  olub.  Məhəmmədtağı sultanın  varisləri  Baxşəli 
ağa,  Məhəmməd  ağa,  Cahangir  ağa,  Tovuz  xanım,  Fatma 
xanım...  Məhəmmədtağı  Sultan oğlu  Məhəmməd ağanın əla 
təhsil alması üçün var-dövlətini əsirgəməmişdir.
Məhəmməd  ağa  Şahtaxtinski  geniş  elmi  diapazonlu 
alim, jurnalist, müəllim və şərqşünas olmuşdur. Həmçinin o, 
həm də ilk azərbaycanlı poliqlotdur. Ömrünün çox ilini Şərq 
və Avropa ölkələrində, İranda,  İraqda və digər ölkələrdə ya­
şayan  Məhəmməd ağa  1875-ci  ildə atasını  itirir.  Məhəmməd 
ağa  Şahtaxtinski  bir  sıra  məqalələrini  "Türkiyədən  yenilik­
lər"  başlığı  ilə  verirdi.  Məsələn,  onlardan  biri  türk  xalqının 
xalqlar  arasında  təmiz  dostluğa,  sülhə  necə  həssaslıqla  ya­
naşdığını açıq-aydın göstərir. O, "Türkiyədən yeniliklər" mə­
qaləsində  rus  şərqşünası  Olqa  Lebedeva  haqqında  rəğbətlə 
söhbət  açıb.  Qeyd  edək  ki,  Olqa  türk,  Azərbaycan  və  tatar 
dillərini  mükəmməl  bilirdi.  Onu  Şərq  ölkələrində  "Gülnar 
xanım" - deyə çağırırdılar. Türkiyə hökuməti ona rus yazıçı­
larının əsərlərini  türkcəyə çevirdiyi üçün  "Məcidiyyə" ordeni 
vermişdi.  Bu  yaxınlarda  akademik  İsa  Həbibbəyli  alimin 
seçilmiş  əsərlərini  gərgin  zəhmətlə  hazırlayıb  çap  etdirib. 
"Giriş"də verilən maraqlı bir cümlə Məhəmməd ağanın mən­
sub  olduğu  soyun  qorxmazlığını,  hünərliliyini  bir  daha  sü­
buta  yetirir:  "Rusiya  hökumətinin  qəddar  Baş  naziri  Stolı- 
pinin  də  iştirak  etdiyi  Duma  iclasından  birində  Məhəmməd 
ağa  Şahtaxtinskiniıı  Varşava  nümayəndəsi  Dmovskinin 
nitqini  kəsərək  söylədiyi  "Yalandır!  Hətta  asiyalı  yaponlar 
və farslar da Fizə nisbətən daha azad yaşayırlar"  kimi  tutar­
lı  cavabı,  ciddi  etirazı  Dövlət  Duması  üzvlərini  lərzəyə  sal­
mışdır".  Məhəmməd  ağa  Şahtaxtinski  ömrünün  son  illərini 
Bakıda  təqiblər  içində  yaşayaraq  müəllimlik  edirdi.  Onun
9


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə