Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   2   3   4   5   6   7   8   9   ...   21

üzrə  alim  idilər.  Qızı  Elmira  xanım  isə  Azərbaycanın  xalq 
rəssamı olmuşdur.
Ulu babaları  İsa Sultan var-dövlətini maarifə, mədəniy­
yətə  əsirgəməyən  bir  şəxs  olduğu  kimi,  onun  varisləri  də  bu 
3
'ola sadiq  qalmışlar.  Bunu onların şəcərə tarixlərindəki fak­
tlar da sübut edir.
I  İsa  Sultan  Şahtaxtı  kəndində  məktəb,  hamam  tikdir­
mişdir.  Şahtaxtı  kəndindəki  hamam  son  vaxtlara  qədər
•  

işləyirdi.  I  İsa Sultanın oğlu Nəcəfqulıı bəyin oğlanları  II  isa 
Sultan və Əbiilfət ağa da  mükəmməl təhsil almış, yaşadıqları 
dövrün  gözəl  ziyalıları  olmuşlar.  II  İsa  Sultan  Şahtaxtinski 
Azərbaycan xalqı  iiçün çox  böyük  xidmətlər göstərib.  Onun 
43  illik ömür yolunun  16  ili  Qars şəhəri  ilə bağlı  olub.  II  İsa 
Sultanın qəflətən vəfatı ilə bağlı o vaxtlar çox populyar olan 
"Kavkaz"  qəzetinin  dərc etdiyi  nekroloqda yazılıb:  "Mərhu­
mun  xidməti  fəaliyyətinin  səciyyəsini  vermək  qəzet  rnəqa- 
ləsinin işi deyil. Ancaq təkcə onu göstərmək kifayətdir ki, isa 
Şahtaxtinski  bir  çox  rus  ordenlərindən  əlavə  rütbəyə  görə 
hədiyyəyə  -  brilyant  üzüyə,  fars  ordeni  "Şiri  Xurşid"ə,  türk 
ordeni  "Məcidiyyəyə"  (III  dərəcə)  layiq görülmüşdü".
Onlar  bolşeviklər  tərəfindən  təqib  edilərək  məhv  olun­
muşlar.
1917-ci  il  oktyabr  inqilabından  sonra  onun  6  qızından
sağ qalanlarını incidir və həbs edirdilər.  Bizə belə gəlir ki, İsa
Sultan  Şahtaxtinskinin  diplomatik  və jurnalistlik  fəaliyyəti
ciddi tədqiq olunmalıdır. Onun qardaşı Əbiilfət Şahtaxtinski
___  

Peterburqda  Texnoloji  institutda,  eləcə  də  Moskvadakı 
Lazarev  adma  Şərq  Dilləri  institutunda  təhsil  almışdı.  Son- 
ralar isə Almaniyanın Heydelberq İnstitutunu Bakalavr üzrə 
bitirmişdir.  Bütün bunları 25 yaşınadək əldə etməsi  isə onun 
fitri-istedada  malik  bir  gənc  olmasını  göstərən  faktdır.  O, 
nəsil  soyuna  sadiq  qalaraq  hərbi  məktəbə  də  daxil  olmuş, 
oranı  müvəffəqiyyətlə  bitirmiş  və  rus-yapon  müharibəsində
16


polkovnik  rütbəsi  qazanmışdır.  1913-cü  ildə  Gürcüstanın 
Kutaisi  şəhərində  vəlat  etmiş  və  öz  vəsiyyətinə  görə  doğul­
duğu  Şahtaxtı  kəndində  babalarının  yanında  dəfn  edil­
mişdir.
110 ildən çox yaşayan Əli Hacı  Məhəmmədhüseyn oğlu­
nun  dediyinə  görə  cənazəni  mart  ayında  Tiflisdən  xüsusi 
zirehli  qatar gətirmişdi.  Gəncə Şahtaxtı  Dəmiryol Vağzalın­
dan  "Ağacıq"  sərdabəsinə  qədər  top  lafetinin  üzərində  fəxri 
qarovul əhatəsində gətirilərək  torpağa  tapşırılmışdı.  Əbülfət 
Şahtaxtinski  əmisi  oğlu,  məşhur  alim  Məhəmməd  ağa  Şah- 
taxtinskinin qızı  Balabəyimlə ailə qurmuşdu.  Onların oğlan­
ları  Nəcəf,  Sadıq  və  Abbas  da  hərbçi  idilər.  Çox  təəssüf ki, 
onlar  da  bolşeviklər  tərəfindən  təqib  edilərək  məhv  edilmiş­
lər.  Burada  bir məsələni  də  oxuculara  bildirməyi  lazım  bili­
rik.  Arxiv  sənədləri  üzərində  işləyərkən  Ketevana  Mdivani 
adına tez-tez rast gəlirdim. Ən çox da Şahtaxtı -  Maku hərbi 
dəmiryolu  çəkilərkən  ixtisara  düşən  torpaq  sahələrinə  ödə­
nilən  pulun  siyahısında  Ketevana  Mdivani  adının  qabağın­
da  rus  dilində  (Ona je  Qonçabeyim)  qeydləri  vardı.  Amma 
bunun kim olduğunu dəqiq deyən yox idi.  Xatirimdədir, ke­
çən  əsrin  80-ci  illərində qarxunlu  Hacı  ağanın  qızı  Zivər xa­
nım Şahtaxtinskaya deyirdi ki, Əbülfət ağanın birinci xanımı 
Minqrel  knyazının  qızı  olub.  Hətta  o,  deyirdi  ki,  ondan  nə­
vələri də var. Amma adlarını unutmuşdu. "Azərbaycan Tari­
xi  Muzeyi"  (2004-cü  il)  toplusunu  vərəqləyərkən  bir  fakta 
rast gəldik:  "Əbülfət ağa Şahtaxtinski və onun şəxsi Quranı". 
Məqalənin müəllifi  Inna  Kostinanın yazdığına  görə (məqalə 
ruscadır)  Quran  fransız  dilindədir  və  üstündəki  (Le 
KORAN)  qızılla  işlənilib.  1879-cu  ildə  kitaba  Əbülfət  ağa 
Peterburqda özəli  ilə avtoqraf yazıb.  Kitabın üzərində onun 
şəxsi möhürü də var.
Əbülfət ağa  bütün ömrü boyu,  hətta rus-yapon  mühari­
bəsində  bu  kijtabı  özü  ilə  gəzdirib.  Ölümündən  sonra  isə
17


"Quran"  qızma  miras  qalıb.  Müəllif Kostina  yazır:  "Ə.Şah­
taxtinski  ömrünün  axırma  kimi  "Quran"dan  ayrılmayıb. 
1913-cü ildə vəfatından  sonra  "Quran"  onun qızı  Qonçə  xa­
nıma  miras  qalıb.  Qonçə  xanım  Varlan  Mdivaniyə  ərə  get­
mişdir.  Onların oğlu Nikolay  1937-ci  ildə sürgün edildikdən 
sonra,  "Quran"ı onun arvadı Nina Stas  2001-ci ilədək qoru­
yub saxlayıb.  Şahtaxtinskinin Tiflisdə yaşayan nəticələri Ni­
kolay  və  Natalya  Mdivanilər  "Quran"ı  Azərbaycan  Tarix 
Muzeyinə təqdim etmişlər".
Bu  məqalə çox maraqlıdır.  Və  bir qaranlıq  məsələyə də 
aydınlıq gətirir.  Deməli, Əbülfət ağanın Şahtaxtı kəndindəki 
torpaq siyahısındakı Ketevana Mdivani (Qönçəbəyim) onun 
qızı  imiş.  Onların şəcərə qolları  Minqreliyaya gedib çıxır.
Bu  taleyin  qəribəliyi  və  bolşevik  çekistlərinin  təqibləri 
ucbatından olub.  Belə ki,  1920-ci  il  inqilabından sonra Nax­
çıvanda  çekist  Orbelyanın,  Movsesovun,  Poqosovun  adı 
gələndə  analar  az  qala  çağalarını  gizlədirdilər.  Bu  cəlladlar 
düşünən  başların  qənimi  imiş.  Elə  bil  ki,  SSRİ  adlanan  bir 
ölkədə o vaxtlar başqa bir millət yox imiş ki, Naxçıvana on­
lardan çekist göndərsinlər. Hay dığaları  Lenindən  ilham ala­
raq  Tiflisdə,  İrəvanda  və  Naxçıvanda  söz  sahibi  olan  Şah- 
taxtinskilərə də qənim kəsilmişdilər.  Məmmədqulu bəyin oğ­
lu  Əli  ağanın  övladları  Behbudla  Məmmədin  taleyi  lap  fa­
ciəli olub.  Qardaşlardan biri sovet diplomatı, o  birisi isə bol­
şevik hökumətinin düşməni imiş. Həbsxanadan qaçan Məm­
məd  bəyə  böyük  qardaşı  Behbud  ağa  sərhədi  keçmək  üçün 
icazə  kağızı  verib.  Məmməd  ağa  çox  əziyyətlərdən  sonra 
Fransaya  gedib  çıxır.  Onun  oğlu  Jan  Fransada çox  məşhur 
hərbçi  olub.  Deyilənlərə  görə  1970-ci  ildə dünyasını dəyişən 
Məmməd  ağanın  oğlu Jan Şahtaxtını  görmək  üçün dəfələrlə 
İranın  Ərəblər kəndinə gəlibmiş.
Janın  oğlu Aleksis Şahtaxtinski  1991-ci ildə babalarının 
vətənini  görmək  üçün  riskə  getdi.  Hərbi  təyyarə  ilə  Naxçı-
18


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə