Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   2   3   4   5   6   7   8   9   10   ...   21

və Artilleriya alayında qərargah rəisi vəzifəsində çalışmışdır. 
1931-ci  ildə  bolşeviklərin  təqiblərindən  yaxa  qurtara  bilmə­
yən  Nəcəf  bəy  həbs  olunmuş  və  sürgünə  göndərilmişdir. 
1937-ci ildə NKVD-nin qərarı ilə güllələnmişdir. Əbülfət ağanın 
hələlik  doğum  və  ölüm  tarixi  məlum  olmayan  oğlu  Sadıq 
bəy Şahtaxtinski də  1918-ci  ilin  fevralında Peterburqda tələ­
bə olarkən  könüllü  olaraq  Qırmızı  Orduya  daxil  olmuşdur. 
Sonralar o,  orduda  komanda  heyətinin  idarə rəisi  vəzifəsin­
də  çalışmışdır.  1940-cı  ildə  yaxın  qohumu,  o  vaxtlar  təhsil 
naziri  işləyən  Həmid  bəy  Şahtaxtinskinin  istintaq  işinə  cəlb 
olunmuş Sadıq  bəyin  sonrakı  taleyi  naməlumdur.
1920-ci  ildə  Kreml  yanındakı  hərbi  kursantlar  mək­
təbini  bitirmiş  Abbas  bəy  Şahtaxtinskinin  taleyi  haqqında 
isə hələlik heç bir məlumat yoxdur.
Bütün həyatını və fəaliyyətini Azərbaycanın və onun ay­
rılmaz  hissəsi  olan  Naxçıvanın  müstəqilliyinə  sərf  etmiş
Əbülfət ağa Şahtaxtinski  1913-cü il martın  13-də  Kutaisi şə-
•  •
hərində vəfat  etmişdir.  Oz vəsiyyətinə görə çox sevdiyi  Şah­
taxtı kəndində,  babalarının  yanında dəfn  olunmuşdur.
Topladığımız məlumatlara görə  onun  cənazəsi  çarın  və 
Qafqaz  canişininin  əmri  ilə  Tiflisdən  xüsusi  hərbi  qatarla 
Şahtaxtı kəndinə gətirilmiş, vağzaldan  Şahtaxtinskilərin  ailə 
nekropoluna kimi  toplafetin  üstündə,  fəxri əsgərlərin  əhatə­
sində aparılmış və topların yaylım atəşi altında torpağa  tap­
şırılmışdır.  Şərur  mahalmdakı  qədim  Kəngərli  yurdunun  - 
Şahtaxtının  adını  hərb  tariximizə  qızıl  hərflərlə  yazan 
Əbülfət ağa Şahtaxtinskiylə fəxr etməyə dəyər.
23


GÖRKƏMLİ  DÖVLƏT XADİMİ  BEHBUD AĞA 
ŞAHTAXTI NS К İNİN NƏSİL ŞƏCƏRƏSİ VƏ  ONUN
QƏRBİ AVROPADA  YAŞAYAN QOHUMLARI
Azərbaycanın  xarici  siyasət  və  diplomatiya  tarixində 
böyük  işlər  görmüş  Belıbud  ağa  Əliağa  oğlu  Şahtaxtinski 
haqqında  son  illərdə  maraqlı  elmi  əsərlər  işıq  üzü  görmüş­
dür.  Sevindirici  haldır  ki,  bu  sahədə  Naxçıvanda  maraqlı 
tədqiqatlar aparılmışdır.  Behbud  ağa Şahtaxtinski qədim bir 
türk  nəslinin  övladı  olsa  da,  1930-cu  ildən  bəri  nəşr  edilən 
kitablarda, ensiklopediyalarda onun atasının adı qeyd olun­
mamışdır.
Yalnız "Naxçıvan" (iki cildlik, 2005) ensiklopediyasında 
ilk  dəfə  onun  atasının  adı  göstərilmişdir.  Ara-sıra  mətbuat 
səhifələrində Şahtaxtinskilərlə  bağlı yazılar dərc etdirsək də, 
bunlar heç də onların nəsil  tarixlərinin, həmçinin fəaliyyətlə­
rinin  tamamilə  öyrənilməsi  rolunu  yerinə  yetirə  bilməyib. 
Ona görə də bir neçə  illərdir ki,  müxtəlif arxiv  fondlarından 
əldə  etdiyimiz  sənədlər  əsasında  Şahtaxtinskilərin  nəsil  şə­
cərələrini  hazırlayırdıq.  Artıq  bu  iş  başa çatıb.  Arxiv sənəd­
ləri  hətta  imkan  verib  ki,  onların  hərbi  sahədə  sörd ükləri
O
işləri və aldıqları  mükafatların  siyahılarını  da sizlərə təqdim 
edək.
Əvvəlcə  bir  məsələyə  aydınlıq  gətirmək  istərdik.  Çünki 
bəzən bizə də bununla bağlı çox müraciətlər olur. Tarixi şəx­
siyyətlərin  adlarının  yanında  "bəy",  yaxud  "ağa"  sözlərini 
hər  kəs  (tədqiqatçılardan  söhbət  gedir)  istədiyi  kimi  işlədə 
bilərmi?  Yox.  Çünki  bu  müraciət  formalarının  tarixi  kökü 
çox qədimlərə gedib çıxır.  Hələ qədim oğuz tayfaları öz tay­
falarına  başçılar  seçirdilər.  Sonralar  hərbi-feodal  hakimlər 
müraciət formalarını da müəyyənləşdirdilər.  Atlı süvari dəs­
tələri döyüş aparmadığı  illərdə əkinçiliklə də məşğul olurdu­
lar.  Ancaq  hərbi  işə  sadiqlik  həmişə diqqət  mərkəzində sax­
lanılırdı.  O zamanlar verilən  titullardan xan, bəy və ağa miı-
24


raciot  formaları  XXI  əsrə  də  gəlib  çatıb.  Məşhur ensiklope­
diyaçılar  Brokhauz  və  Yefron  1892-ci  ildə  tərtib  etdikləri 
lüğətdə  "bəy"  titulu  haqqında  geniş  izahat  vermişlər.  Onlar 
bildirmişlər ki, bu, qədim türk sözüdür. Əvvəllər çox yüksək 
mənsəb sahiblərinə verilirdi, sonralar isə bəzən xanın çox sə­
daqətli  nökərlərinə  də  "bəy"  müraciət  formasını  işlətməsinə 
əmrlə  icazə  verilirdi:  Yüksək  mənsəb  sahiblərinin,  o  cüm­
lədən xanların övladlarına bəy deyilir və yazılırdı. Gələcəkdə 
"xan",  yaxud  "sultan"  titulunu  qazanmaq  onların  hərbi  ba­
carıqlarından asılı  idi.
"Bəy"  titulu haqqında geniş məlumatı  Brokhauz və Yef- 
ronun  ensiklopediyasında  oxumaq  olar  (3-cü  cild,  6-cı  ya- 
rımcild,  Sankt-Peterburq,  1892).  Maraqlı  haldır ki, Türkiyə 
hökmdarlarına xərac verən moldav və valaxiya knyazları da 
"bəy"  titulu  daşımışlar  (bax.  Yujakovun  ensiklopediyası). 
Sonralar bolqar, samos (yunan) knyazları da bu adı daşımış­
lar.
XVIII  əsrin  ikinci  yarısından  etibarən,  daha  doğrusu, 
1747-ci  ildən, yəni,  müstəqil  Azərbaycan xanlıqları  yarandı­
ğı  vaxtdan  isə  titullar  xan,  bəy,  məlik,  sultan,  naib  və  ağa 
formasında işlədilmişdir.
"Ağa"  titulunu  xanın  ən  yaxın  qohumları  və  əcdadları 
zadəgan,  əslli-nəsilli  olanlar,  səfəvi  şahlarının,  sonralar  Na­
dir şahın ordusunda hərbi xidmətlər göstərən şəxslər daşıyır­
dı.  Qanuna  görə  onların  övladlarına  da  belə  müraciət  olu­
nurdu. Ona görə də Behbud ağa və ya Behbud bəy, həmçinin 
onun atasının adının Əli bəy, yaxud Əli ağa yazılmasında elə 
bir  ciddi  səhv  yoxdur.  Əsl  həqiqətdə  isə  Şahtaxtinskilərin 
mənsub  olduqları  qazaxlar və cəmşidli  qolları  (bu  qollar  da 
Kəngərli  tayfasına daxildir)  "ağa"  titulunu  çox  qədimlərdən 
daşımışlar.
Naxçıvan  xanlığına  aid  müxtəlif  dilli  mənbələrdə  bu 
haqda xeyli maraqlı  məlumatlar vardır.  Ancaq  1828-ci  ildən
25


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə