Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   2   3   4   5   6   7   8   9   ...   21

vana  uçdu.  Aleksisin  o  zaman  24  yaşı  vardı.  Atasının  arzu­
sunu yerinə yetirdiyinə görə çox sevinirdi.  Poliqlot və diplo­
mat  olan  Aleksis  NATO-nun  Rusiyada  nümayəndəsi  olan­
da,  keçmiş  SSRİ  məkanında  olan  bütün  Şahtaxtinskiləri 
tapmaq,  onlarla görüşmək  arzusu  ilə çalışırdı.
Öz  ömürlərini  və  talelərini  Azərbaycanın  xoş  gələcəyi 
naminə şam kimi əridən, lazım gələndə bu amal naminə can­
larını qurban verən Şahtaxtinskilərin tariximizdə əbədi yaşa­
mağa  mənəvi  haqları  var.  Onları  yaşatmaq,  örnək  ömür­
lərini  gələcək  nəsillərə də öyrətmək  bizim borcumuzdur.
S
9
19


ELİMİZİN  BÖYÜK  OĞLU -  
ƏBÜLFƏT AĞA ŞAHTAXTİNSKİ.
O,  DÖVRÜNÜN TANINMIŞ ZİYALISI VƏ YAZIÇISI 
OLMAQLA BƏRABƏR, HƏM  DƏ  ÇAR ORDUSUNUN
YÜKSƏK  RÜTBƏLİ ZABİTİ OLUB
Azərbaycan  tarixində  mühüm  yer  tutan,  elm,  sənət  xa­
dimi,  eləcə də  mahir  hərbçi  kimi  şöhrət  tapan  Şahtaxtinski­
lər  nəslinin  nümayəndələrindən  biri  də  Əbiilfət  ağa  Nəcəf- 
qulıı  oğlu  Şahtaxtinskidir.
O,  1858-ci  ilin  oktyabr  ayında  indiki  Kəngərli  rayonu- 
nun  (keçmiş  İrəvan  quberniyasının)  Şahtaxtı  kəndində,  za­
dəgan  ailəsində doğulmuşdur.
Onun  atası  İrəvan  quberniyasının  əsilli-köklü  bəylərin­
dən idi. Onların İrəvan və Naxçıvan şəhərlərində də mülkləri 
vardı.  Elə  Əbülfət  ağanın  böyük  qardaşı  İsa  Sultan  da  İrə­
vanda  doğulmuşdu.  Dövrünün  tanınmış  ziyalısı  olan  Nə- 
cəfqulu ağa övladlarına ilk təhsili evdə vermişdi. Sonra isə o, 
oğlanlarını Naxçıvan şəhərindəki rus dili  təmayüllü məktəb­
də oxutdurmuşdu.
1865-ci  ildə  Nəcəfqulu  ağa  14  yaşlı  İsa  Sultanı  Tiflisə 
aparmış  və  məşhur  gürcü  maarifçisi  D.Kipianinin  pansio- 
nunda oxumağa qoymuşdu.
1871-ci  ildə  isə  o,  kicik  oğlu  Əbülfət  ağanı  Tiflis  Real
/  
J  
C ?  
W
Gimnaziyasına  qoyur.  Əbülfət  ağa  1877-ci  ildə gimnaziyanı 
uğurla  başa vurub  həmin  il  də Peterburq Texnologiya  insti­
tutuna daxil olmuşdu.  Ruhən azadlıq mücahidi olan Əbülfət 
ağa  institutda  tələbə  hərəkatına  qoşulmuş,  tələbələri  qada­
ğan  olunmuş  toplantılara  təhrik  etdiyinə  görə  1879-cu  ilin 
dekabr ayında  institutdan xaric edilmişdir.
Qeyd  edək  ki, Əbülfət ağa qafqazlı, əsasən azərbaycanlı 
və dağlı xalqları birləşdirən  "İmdadiyyə"  təşkilatının  fəal  üz­
vü  olmuşdur.  Bu  təşkilatın  qurucusu  və  ona  rəhbərlik  edən 
isə  Azərbaycanın  gələcək  görkəmli  dramaturqu  Nəcəf  bəy
20


Vəzirov idi. Nəcəf bəy də həmin vaxt tələbə idi. 3 mart  1878-ci 
ildə  19  yaşlı  Əbiilfət  ağa  Nəcəf  bəy  Vəzirova  çılğınlıqla 
yazmışdı: "İmdadiyyə"nin nizamnaməsini aldım. Yaxınlaşan 
yay  "İmdadiyyə"nin  əsas  müddəalarının  müzakirəsini  təxi­
rəsalınmaz  vəzifəmizə  çevirir.  Müzakirə  ona  görə  lazımdır 
ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir məqsəd uğ- 
runda  hərəkət  edə  bilək.  Biz  öz  məqsədimizə  nail  olmaq 
üçün bütün vasitələri nəzərdən  keçirməliyik.  Həmin məqsəd 
kifayət qədər aydın  və dəqiq  şəkildə müəyyənləşdirilməlidir. 
Məqsədimiz  sakitliyimizi  pozan  vicdan  əzabının  burjııa  ra­
hatlığı  naminə dəf edilməsi deyil.  Məqsədimiz pisliyin  kökü­
nü  yerli-dibli  kəsmək  üçün  mümkün  qədər  çox  işlək  əl 
hazırlamaqdır. Biz vasitə və vəsait axtarırıq, deməli onda işçi 
əllər,  ağırlığı  öz üzərinə  götürən  qüvvələr  tərbiyə  etməliyik. 
Biz  tərəqqipərvər  adamlar  kimi,  nəzərlərimizi  yalnız cəmiy­
yətin aşağı  təbəqələrinə yönəltməliyik".
Bu  məktub  Rusiya  İmperiya  Təhlükəsizlik  İdarəsinin 
əlinə keçir. Onlar məktubu çar II Aleksandra təqdim edirlər. 
Çar isə  belə bir dərkənar yazır:  "Göstərilən şəxslərin  üzərinə 
diqqət hökmən  gücləndirilməlidir".
Təqib  edilən  Əbülfət  ağa  institutdan  qovulmuş  və  ona 
Rusiyanın ali məktəblərində oxumaq  qadağan edilmişdi.
1879-cu  ildə  Əbülfət  ağa  Moskvaya  gəlir  və  Lazarev 
adma Şərq  Dilləri institutunda oxumağa başlayır.  Amma o, 
burada da diplom ala bilmir. Əbülfət ağa  i 880-ci  ildə Alma­
niyaya gedir və Heydelberq Universitetində diplom işini mü­
dafiə edir və bakalavr dərəcəsini alır. Sonra  Rusiyaya dönən
w  
m /
Əbülfət  ağanı  həmin  diplomla  qulluğa  götürmürlər.  Və 
Əbülfət ağa  artıq  dördüncü dəfə ali məktəbdə oxumaq  məc­
buriyyətində  qalır.  Hərbçi  olmağı  qərara  alan  Əbülfət  ağa
• •
1883-cü  ildə  Peterburqda  yunker  məktəbində  oxuyur.  Öm­
rünün  qalan  illərini  də ordu  ilə  bağlayır.
Peterburq  yunkerlər  məktəbini  fərqlənmə  diplomu  ilə
21


t
qurtaran  Əbülfət  ağa  1904-1905-ci  illərdə  rus-yapon  müha­
ribəsində  batalyon  komandiri  olmuşdur.  25  yaşından  tale­
yini  hərbi  sənətlə  bağlayan  Əbülfət  ağa  müharibəyə  qədər 
özünü  mahir  bir  hərbçi  kimi  tanıtmışdır.  Əgər  biz  onun 
Moskva,  Tiflis  və  Peterburq  arxivlərində  saxlanılan  xidmət 
kitabçasını əldə edə bilsək,  bu cəsur sərkərdənin  çox yüksək 
hərbi  mükafatlar  aldığını  görərik.  Onu  da  deyək  ki,  rus-ya­
pon  müharibəsində  məharətlə  vuruşanda  Əbülfət  ağanın 47 
yaşı  var  idi.  Yunker  məktəbini  bitirəndən  sonra  haralarda 
xidmət etməsi isə hələlik  araşdırılmayıb.
Müharibədən  sonra  yenə  də  hərbi  işdən  ayrılmayan 
Əbülfət  ağa  1912-ci  ildə  polkovnik  rütbəsi  alır.  Mənbələrdə 
onun  həmin  illərdə Rusiyanın hərbi nümayəndəsi kimi İsveç 
ordusunun manevrlərini müşahidə etdiyini göstərirlər.
Bir neçə dili  kamil  bilən və tariximizdə filoloq, yazıçı və 
döyüşçü  kimi  qalan  Əbülfət  ağa  XIX-XX  yüzillikdə  azər­
baycanlı  ziyalıların  ən  məşhur  nümayəndələrindən  biri  idi. 
O,  tərcümə  işi  ilə də məşğul  olmuş,  İ.V.Qotenin  "Gənc Ver- 
terin  iztirabları"  kitabını  ilk  dəfə  Azərbaycan  dilinə  çevir­
mişdir.
Əbülfət ağa iki dəfə ailə qurmuşdur.  Onun  birinci arva­
dı  Minqrel  zadəganlarından  birinin  qızı  olmuşdur.  Əbülfət 
ağa  ikinci  dəfə  yaxın  qohumu,  məşhur  publisist  və  ictimai 
xadim, "Şərqi-rus" qəzetinin yaradıcısı Məhəmməd ağa Şah- 
taxtinskinin qızı Balabəyimlə ailə qurmuşdur.  Həmin nikah­
dan  onun  üç oğlu olmuşdur:  Sadıq, Abbas və Nəcəf.  Və on­
ların  üçü  də  hərbçi  sənətini  seçmişdir.  Nəcəf  bəy  Şahtax­
tinski  (1898-1937)  Tiflisdə  hərbi  kadet  məktəbini,  sonra  isə 
Sankt-Peterburq  şəhərində  Mixaylovsk  Artilleriya  Məktə­
bini  bitirmiş,  çar  ordusunda  xidmət  etmişdir.  Onu  da  qeyd 
edək ki, Nəcəf bəy Şahtaxtinski  1918-ci ildə Azərbaycan De­
mokratik  Respublikasının  milli  ordusunda  zabit  olmuşdur. 
Bolşevik hökuməti qurulandan sonra yenə də orduda qalmış
22


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə