Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   2   3   4   5   6   7   8   9   ...   21

t a r i x i m i z d ə
 
v ə
 
t a l e y i m i z d ə
ŞAHTAXTİNSKİLƏR
Azərbaycan  və  onun  ayrılmaz  lərkib  hissəsi  olan  Nax­
çıvanın  tarixinin,  mədəniyyətinin,  ictimai-siyasi  fikrinin  tə­
rəqqisində  bir çox  nəsillərin  əvəzsiz rolu  olub.  Belə  nəsillər­
dən biri də Şahtaxtinskilərdir ki, onlar Azərbaycan tarixində 
öz  adlarını  ön  sırada  yazmışlar.  Bu  məşhur  nəsil  Azərbay­
cana görkəmli  alimlər, həkimlər, dövlət adamları, diplomat­
lar,  incəsənət  xadimləri  və eyni  zamanda  böyük  sərkərdələr 
bəxş etmişdir.
Onların  ata-baba yurdu  olan  Şahtaxtı  kəndi  çox  qədim 
tarixə malik bir yurd yeridir.  Hətta məxəzlərdə Şahtaxtı kən­
dinin  yerində  eradan  əvvəl  III  minilliyin  sonu.  II  minilliyin 
əvvəlində  şəhər  olduğu  göstərilir.  Bir  az  da  dərinə  getsək, 
əvvəlki  yüzilliklərdə  -  XIII-XIV  əsrlərdə  Şahtaxtının  sahib­
ləri  Şahtaxtinskilər  olub.  Bu  kənd  onlara  miras  kimi  nəsil- 
dən-nəslə ötürülüb.  Onlar hər zaman Şahtaxtı - öz ata-baba 
yurdları ilə öyünüblər.  Bu fakt da fikrimizi təsdiqləyir ki, bir 
dəfə İrəvan qubernatoruna Şahtaxtinskilərin  ağsaqqalı Hacı 
Vəli ağa çox qürurla deyib:  Bizim təzə familiya qəbul etməyə 
ehtiyacımız  yoxdur.  Biz  500  ildən  artıqdır  ki.  Şahtaxtılı 
familiyasını daşıyırıq.
Şahtaxtinskilər  Rusiya  imperiyasının,  Avropanın  hansı 
şəhərlərində,  eləcə  də  dünyanın  hansı  ölkəsində  yaşayıb- 
yaratsalar da, öz doğma yurdlarını heç vaxt unutmamışdılar 
və Şahtaxtı  kəndi  ilə əlaqələri  olmuşdur.
XIX və XX əsrdə elm aləmində böyük nailiyyətlər, uğur­
lar  əldə  edən  alimlərin  əksəriyyəti  Şahtaxtinskilərdəıı  olub. 
Amma  çox  təəssüf ki,  onların  nəsil  şəcərələri  az  öyrənilib. 
Ümumiyyətlə, Azərbaycanda şəcərə tarixi demək olar ki,  iş­
lənilməyib.  Elə  bu  unutqanlığın  nəticəsidir  ki,  Azərbaycan 
diplomatiyasında  mühüm  rol  oynamış  böyük  diplomat
13


Behbud  ağa  Şahtaxtinskinin  atasının  adı  da  elmi  əsərlərdə, 
ensiklopediyalarda göstərilməmişdir.
Bir  neçə  ildir  biz  Şahtaxtinskilərin  nəsil  şəcərəsini 
araşdırırıq.  Sənədlərdə  bu  nəslin  adı  Ağacıq  kimi  də  qeyd 
olunub.  Məsələn,  I  isa  Sultan  Ağacıq,  Əli  bəy  Ağacıq  və  s. 
Son  illərə qədər Şahtaxtı kəndində onların malikanələri yer­
ləşən  əraziyə  də  "Ağalıq"  deyirdilər.  Elə  indinin  özündə  də 
həmin ərazi yaşlılar tərəfindən "Ağalıq" adlandırılır. Çox eh­
timal  ki,  bu  söz  "Ağacığ"m  təhrif olunmuş variantıdır,  çün- 
ki  1840-1859-cu  illərdə  İrəvan  bəy komissiyasında onlar ulu 
babalarının adının Ağa-Cir ağa kimi  qeyd etmişlər.
Əlimizdə  olan  sənədlərə  görə  1  isa  Sultan  Şahsultanm
oğludur.  Və  bu  gün  200  ildən  artıqdır  ki,  dünyam  heyrətdə
•  

qoyan  Şahtaxtinskilər  I  isa  Sultanın  törəmələridir.  II  isa 
Sultan  Nəcəfqulu  Sultan  oğlu  isə  onun  nəvəsidir.  II  İsa 
Sultanın  həyatı  və  şəxsiyyəti,  eləcə  də  fəaliyyəti  nəsillərə  bir 
nümunədir.  Onun  haqqında  ədəbiyyatşünas  alim V.Quliye- 
vin  "isa  Sultan  Şahtaxtinskinin  qəribə  həyatı"  (Bakı.  1999) 
monoqrafiyasında  yazdıqlarını  təkrarlamaq  istəmirik.  Bir 
onu  demək  istəyirik  ki,  qürbətdə əbədiyyətə  gedən  bu  həm­
yerlimizin həyatını və fəaliyyətini lazımınca təbliğ edə bilmə­
mişik.  O,  bütün  həyatını  imperiya  əsarətinə  qarşı  mübari­
zəyə həsr edib.
Yeri  gəlmişkən  onu da deyək  ki,  Şahtaxtinskilər əsasən 
Şahtaxtı,  Naxçıvan,  İrəvan və Tiflisdə yaşayıblar.  Bu yerlər­
də  onların  iri  torpaq  sahələri  və  mülkləri  olub.  Naxçıvanın 
Kəngərlilər  yaşayan  kəndlərinin  bir  neçəsində  -  Cəhridə, 
Xəlillidə,  Yamxaııada,  Tumbulda,  Şahtaxtında  və  Yurdçu- 
da da onların çox böyük  torpaq sahələri  var  idi.  Onlar yük­
sək  təbəqəyə  daxil  olsalar  da,  həmişə  sadə  xalqla  birgə  ol­
muşlar.  Övladlarını  sadə  xalqın  içərisində  böyüdüb  tərbiyə 
etmişdilər və təhsillərinin də qayğısına qalmışdılar.  Məsələn, 
I  İsa  Sultanın  oğlu  Məhəmmədtağı  Sultan  öz  oğlu
14


Məhəmməd  ağa  Şahtaxtinskini  (1846-1931)  Moskvada,  Al­
maniyada  və  Parisdə  oxutmuşdu.  Məhəmməd  ağa  Şahtax­
tinski  ensiklopedik  biliyə  malik  bir  alim  kimi  8  dildə  mü­
kəmməl yazıb-oxumuş, məqalələr yazmışdır.  Onun elmi  fəa­
liyyətinə  nəzər  yetirsək,  görərik  ki,  o,  ömrünü  Azərbaycan 
xalqının gələcəyi  naminə sərf edib.
Məhəmməd  ağanın  qardaşı  Baxşəli  ağa  da  Peterburq 
Universitetinin  hüquq  fakültəsini  bitirib  Naxçıvana  qayıt­
mışdı.  Onun  oğlu  Hüseyn  ağa  da  Peterburq  Universitetinin 
hüquq  fakültəsində  təhsil  alırdı.  Lakin  1918-ci  ildə  ata  və 
oğul  Culfadan  Naxçıvana qayıdarkən  Nehrəm  kəndi  yaxın­
lığındakı  "Dərəlik"  adlı  yerdə  irticaçılar  tərəfindən  vəhşicə­
sinə  qətl  olunurlar.  Qatillərin  dediklərinə  görə,  Baxşəli  ağa 
yalvarırmış ki, əvvəlcə məni öldürün, sonra oğlumu.  Amma 
qatillər atanın gözləri önündə oğlunu əzabla,  işgəncə ilə qət­
lə yetirirlər.  Sonra da  Baxşəli  ağanı  öldürürlər.  Onlar həmin 
yerdə dəfn olunublar.  Məzarları yaxınlıqdakı C'amaldın kən­
dindədir.
Yeri  gəlmişkən,  bu  ölüm  haqqında  müxtəlif versiyalar 
var. Ancaq  1918-20-ci illərdə baş verən hadisələr düzgün təh­
lil edilməyincə,  yazılanlara inanmaq  çətindir.  Çünki  1920-ci 
ildən  sonra  yazılanların  hamısı  o  dövrün  siyasətinə  uyğun­
laşdırılıb.  Guya  Araz-Türk  Respublikası  daxilində  gedən 
feodal çəkişmələri bu  qətldə əsas rol oynayıb.
Baxşəli ağanın o  biri oğlanları -  Nemətulla bəy,  Ətaulla 
bəy  və  Həbi bulla  bəy  Azərbaycan  elmində  çox  böyük  xid­
mətlər göstərmişlər.  Onların üçü də  Bəhmən  Mirzənin  nəvə­
ləri olan 3 bacıyla - Zəlııa, Ziba və Leyla xanımlarla ailə qur­
muşlar.  Bu  nikahlardan doğulan övladlar da Azərbaycan el­
minə,  mədəniyyətinə,  incəsənətinə böyük  töhfələr vermişlər. 
Belə  ki,  Nemətulla  bəy  Şahtaxtinski  ilə Zəhra  xanımın  oğlu 
Toğrul  Şahtaxtinski  akademikdir.  Həbibulla  bəy  də  akade­
mik  olub.  Övladlarının  digərləri  də  elmin  müxtəlif sahələri
15


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə