Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   2   3   4   5   6   7   8   9   ...   21

yaxın  qohumları  söyləyirlər  ki,  o,  vəfat  edəndə  onu  dəfn 
etməyə gedənlər o  qədər də çox  olmayıb.  Və yəqin ki,  1937- 
ci  ilədək  yaşasaydı,  onu  da  digər  Şahtaxtinskilər  kimi  həbs 
edəcəkdilər.  Bəlkə də Ulu Yaradan belə bir taleyə qıymamış- 
dı,  çünki  onun  əmisi  Nəcəfqulu  Sultanın  oğlu  II  isa  Sultan 
kimi  görkəmli  bir  şəxsiyyətin  qızı,  istedadlı,  tanınmış  gine- 
koloq  həkim  Adilə  xanımın  başına  gətirilənlər  bu  gün  də 
adamı  ağrıdır.  Atasının  Rusiya  imperiyasındakı  böyük  xid­
mətlərinə baxmayaraq, o, əksinqilabçı kimi bolşevik Rusiya­
sı  tərəfindən  həbs  edilmişdi.  Bu  illərdə  Məhəmmədtağı  Sul­
tanın sağ qalan övladlarını, qızlarını  və nəvələrini güllələyir, 
sürgün edir, ən asanı isə təqib edirdilər. Onları Naxçıvandan 
və  Şahtaxtından  köçürürdülər.  Məhəmmədtağı  Sultanın  di­
gər oğlu  Baxşəli ağa uzun  illər Culfada, Şahtaxtıda, Şərurda 
və  Həştərxanda  gömrükdə  işləmişdir.  Onu  1918-ci  ildə  iki 
oğlu ilə birlikdə doğradılar, qalan övladlarını isə  1937-ci ildə 
təhlükəsizlik  idarələrinin  zirzəmilərində  amansız  üsullarla 
istintaq edirdilər.  Bütün bunların hamısının sənədləri durur. 
Yeri  gəlmişkən,  o əzablara  baxmayaraq,  onların  böyütdük­
ləri  övladları bu gün  Azərbaycanın  texniki  elmlər sahəsində 
əvəzolunmaz alimləridir.  Məhəmmədtağı  Sultanın digər  oğ­
lu  Cahangirin  inqilabdan  əvvəl  Naxçıvanda  polis  məmuru 
işlədiyi  haqqında  arxiv  sənədləri  var.  1920-ci  ildən  sonra 
başqa Şahtaxtinskilər kimi  onun  da  izləri  itir. Naxçıvanı er­
məni  daşnaklarından  qoruyan  Araz-Türk  Respublikasının 
ən  fəal  üzvlərindən  olan  Şahtaxtinskilər  türk  qoşunlarının 
Naxçıvana gətirilməsində  böyük  xidmətlər göstəriblər.  Şah­
taxtı  kəndinin  Ağalıq  meydanında  qoşunlara  başçılıq  edən 
Xəlil  bəyin  oturduğu  bina  indiyədək  durur.  Qeyd  etmək 
yerinə  düşər  ki,  Mahəmmədəli  xan  Naxçıvanskinin  qızı  ilə 
evlənən Xəlil bəy türk qoşunları Çanaqqalaya dönərkən onu 
da  özü  ilə  aparıb.  Mirzə  Cəlil  Məmmədquluzadənin  həyat 
yoldaşı  Həmidə  xanım  xatirələrinin  birində  belə  yazır:
10


"iMirzə  Cəlil  1900-cü  il  iyun  ayının  13-də  ikinci  dəfə  evlənə­
rək  Məmmədqulıı  bəy  Kəngərlinin  bacısı  Nazlı  xanımı 
(onun əsl  adı Zeynəb xanımdır) almışdır.  Nazlı xanım əvvəl­
lər Əliqulu  Şahtaxtlının arvadı  olmuş  və ondan  Heydər adlı 
on yaşlı bir oğlu var imiş".  Ancaq  Şahtaxtinskilərə aid  arxiv 
sənədlərinə baxanda  aşkar olur ki,  Mirzə  Cəlilin  böyütdüyü 
Heydər ağa mayor Əliqulu ağanın yox, onun qardaşı Heydər 
ağa  Şahtaxtinskinin  oğludur.  Hacı  İsa  Sultanın  oğul  nəvəsi 
Heydər ağa Hacı  Vəli ağa oğlu Şahtaxtinski IX dərəcəli polis 
məmuru  kimi,  həm  də  tərcüməçi  qismində  Qarsda,  Kaqız- 
maııda  və  Ərzurumda  işləmişdir.  Təzə  ailə  qurandan  sonra 
1889-cu  ildə  vəfat  etmiş,  bir  müddət  sonra  doğulan  oğluna 
Nazlı  xanım  ərinin  adını  vermişdir.  Bu  haqda  Heydər  ağa 
Şahtaxtinski Tiflisdə yaşadığı illərdə - 24 sentyabr  1916-cı il­
də Naxçıvan şəhər məhkəməsinə yazdığı ərizədə bildirmişdir.
Bundan  başqa,  Heydər ağa  Hacı  Vəli  ağa  oğlu  Şahtax­
tinskinin  də  arxiv  işini  əldə  etmişik.  Çox  maraqlıdır  ki, 
Heydər  ağa  Kəngərli  kimi  tanınan  Heydər  ağa  Şahtax­
tinskinin  yazdığına  görə,  ona  qəyyumluğu  ata  babası  Hacı 
Vəli  ağa  edib,  hər  cür  köməklik  göstərib.  Qohumlarının 
dediklərinə  görə,  Heydər  ağa  Almaniya  və  Moskva  univer­
sitetlərində təhsil  alaraq bacarıqlı hüquqşünas olmuşdur.
Naxçıvan  MR  Dövlət  Arxivində  Şahtaxtinskilərin  və 
Kəngəıiilərin  çar  hökuməti  tərəfindən  mükafatlandırılması 
ilə  bağlı  maraqlı  sənədlər  var.  Bu  sənədlər  Culfa  -  Uluxanlı 
dəmiryolunun  çəkilməsi  ilə  bağlı  torpaq  sənədləridir.  Bura­
da  adı  siyahıda  tez-tez  çəkilən  Əsgər  ağa  Həsən  ağa  oğlu 
Kəngərlinski  Məhəmmədtağı  Sultanın  qızı  Pəricahan  xanı­
mın  həyat yoldaşıdır.
Məhəmməd  ağa  Şahtaxtinskinin  ona  xüsusi  rəğbəti 
olub.  Təəssüf  ki,  Əsgər  ağanın  20-ci  illərdən  sonrakı 
taleyindən ətraflı  məlumat əldə edə  bilməmişik.
Hacı  isa  Sultanın  bir  oğlunun  varislərindən  -  yəni  Mə-
11


həmrnəd  ağanın  qardaş-bacılarından  azacıq  da  olsa  söhbət 
açdıq.  Onun  digər  oğlanları  Nəcəfqulıı  sultanın.  Hacı  Vəli 
ağanın,  qaraman  Zeynalabdin  sultanın  (arxiv  sənədlərində 
ona  aid işlərdə şəxsi işin üzərində "qaraman" yazılıb,  içəridə 
isə kapitan hərbi titulu göstərilib.
Onu  da  qeyd  edək  ki,  ADR-iıı  1918-ci  ildə  hökumət 
üzvlərindən biri olan Həmid ağa Şahtaxtinski Xəlil ağa oğlu 
da  Hacı  İsa  Sultanın  varislərindəndir.  Repressiya  illərində 
onu uzaq Arxangelskdə, çox qorxulu yer olan Solovetsk mo- 
nastrında məhv etdilər.  Həmin monastırda insanlar üzərində 
dəhşətli  təcrübələr aparırdılar...
Bir vaxtlar müstəqil Türkiyə dövlətinin yaradıcısı  Mus­
tafa Kamal Atatürkün və Rusiyada bolşevik hakimiyyətinin 
lideri  Vladimir  İliç  Leninin  yaxından  tanıdığı  Behbud  ağa 
Şahtaxtinskinin  tariximizdə xidmətləri  də əvəzsizdir.  Amma 
çox təəssüf ki, onu da Tiflisdə qətlə yetirə biliblər.  Və qəribə 
sənədlər tərtibləyib, arxivlərə, mənzilinə qoyublar ki, intihar 
edib.  Belə  bir əsas  da  irəli  sürüblər ki,  həyat  yoldaşı  ilə yola 
getmirmiş.  Əlbəttə,  bunlar  uydurulmuş,  DTK  tərəfindən 
qurulmuş  bir  tələ  idi.  Çünki  Qars  müqaviləsinin  əsas  sə­
bəbkarı  Behbud  ağanın  ağlı  və  hünəri  sonrakı  illərdə  bol­
şevik daşnaklara mane ola  bilərdi.
Fikrimizcə,  ciddi  axtarışlar  aparılsa,  əsl  həqiqətləri  üzə 
çıxaracaq.
Bir vaxtlar Tehranda şah saraylarında, sonralar  Rusiya 
və  Osmanlı  imperiyalarında  çox  namusla  Azərbaycan  və 
onun  ayrılmaz  hissəsi  Naxçıvanın  müstəqilliyi  amalı  ilə  ya­
şayan  və dövlət  işlərində çalışan  Şahtaxtinskilərin  fəaliyyəti 
olduqca  maraqlıdır.  Onların  Qars,  Kaqızman,  Ərzurum, 
İğdır və digər yerlərdə dövlət  işlərində çalışmaları  haqqında 
olan  arxiv  sənədlərinin  öyrənilməsi  tariximiz  üçün  olduqca 
faydalıdır.
12


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə