Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

sonra müəyyən qədər bu qayda pozulub.  Buna baxmayaraq, 
yenə də çarın və onun canişininin göstərişi olmadan heç kim 
istədiyi  titulu  və  familiyanı  işlədə  bilməzdi.  Arxivlərimizdə 
bunlar  haqqında  maraqlı  sənədlər  var.  Yəqin  ki,  gələcəkdə 
tədqiqatçılar  öz  tədqiqatlarında  bu  barədə  ətraflı  məlumat 
verəcəklər.  Belıbud ağanın babaları da (əlimizdə olan sənəd­
lərə  görə)  XII-XIII  yüzilliklərdən  "ağa"  titulunu  çox  səda­
qətlə  daşımışlar.  Naxçıvan  tarixini  kompleks  şəkildə  öyrən­
dikcə və tədqiqat  apardıqca Şahtaxtinskiləriıı də xidmətləri­
nin çox  əvəzsiz  olduğu  görünür.  Bəzən  aralarında  olan  mü­
naqişələrə  baxmayaraq  onlar  həmişə  Naxçıvan  xanlığının 
əsas aparıcı  qüvvələri  olmuşlar.
Rəsmi  sənədlərə əsasən  I  isa  Sultan  Şahsultan  oğlunun 
Cəfərqulu  sultan,  Hacı  Vəli  ağa,  Nəcəfqulu  sultan,  Məm- 
mədtağı  sultan,  Hüseynqulu  sultan,  Zeynalabdin  sultan  və 
Məmmədqulu sultan  adlı  oğlanları  olub.  Ola  bilsin  ki,  gələ­
cəkdə  digər  övladlarının  da  adlarına  rast  gəlinsin.  Onun  bu 
övladlarının  hamısı  məşhur  hərbçilər  olub.  Həmin  şəxslər­
dən biri də  Məmmədqulu sultandır. Şahtaxtinskilərdən olan 
ağsaqqalların  və  ağbirçəklərin  (1978-80-ci  illərdə)  dedikləri­
nə görə,  Belıbud ağanın atası Əli ağa  Məmmədqulu sultanın 
oğludur. Əlimizdə olan məlumata görə, Əli ağanın Məmməd 
ağa  və  Belıbud  ağa  adında  iki  oğlu  olub.  Ancaq  Belıbud 
ağanın  sağ qalan qohumlarının  dediklərinə görə,  Əli  ağanın 
Mustafa  ağa  adında  da  oğlu  olub.  Varisləri  indi  Şərurdakı 
Dərvişlər  kəndində  və  Bakıda yaşayırlar.  Hələlik  biz əsasən 
Behbud  ağanın  qardaşı  Məmməd  ağa  haqqında  danışmaq 
istərdik.
Məmməd  ağa  Əli  ağa  oğlu  Şahtaxtinski  1886-cı  ildə 
Şərur mahalının  Kəngərli  elində,  Şahtaxtı kəndində  anadan 
olub.  Onun  babaları  təməli  Elxanilər  tərəfindən  qoyulan 
Şahtaxtı  şəhərinin  (XII1-XIV  əsrlər)  sahibləri  olmuşlar  və 
Ağacıq  titulunu  daşımışlar  (bu  haqda  I  isa  Sultanın  rus
26


elçilərinə  dediyi  cümlələrin  sənədi  Naxçıvan  MR  Dövləl 
Arxivində saxlanılır).
Məmməd ağa haqqında olan məlumata görə o, mükəm­
məl  təhsilli  vol  mühəndisi  kimi  1918-ci  ildə  demokratik  hö- 
kumətdə  çalışmışdır.  Ancaq  XI  Qızıl  Ordu  Bakını  işğal 
edəndən sonra  dərhal  həbs edilənlərdən  biri də o  olmuşdur. 
Ağıllı  başları  dərhal  gilyotində  (edam  maşını)  kəsən  erməni 
bolşevikləri  Məmməd ağaya da əlüstü ölüm hökmü kəsirlər. 
Ancaq  özünün  iti  ağlı  və  bacarığı  onu  ölümdən  qurtarır. 
Həbsxanada  olan  qarışıqlıqdan  istifadə  edən  Məmməd  ağa 
məhbuslarla  görüşə  gəlmiş  adam  kimi  çıxıb  gedir.  Bəzi  qo­
humlarının  dediyinə  görə  o,  gözətçiyə  xeyli  miqdarda  qızıl 
onluq  verib  aradan  çıxır.  Həmin  gecə  yubanmadan  qatarla 
Naxçıvana  yola  düşür.  Naxçıvanda  buraxılış  sənədi  əldə 
edir.  Əvvəlcə qatarla irana gedir.  Orada bolşeviklərin casus­
larından ehtiyat edərək Türkiyəyə yollanan  Məmməd ağaya 
buraxılış  vəsiqəsini  böyük  qardaşı  Behbud  ağa  vermişdir, 
ideya  cəhətdən  tamam  ayrı  fərdlər  olsalar  da,  onlar  doğma 
qardaş idilər.  Yəqin ki, doğmalıq hissi kommunist ideyaları­
na qalib gəlib.
Behbud  ağa  Azərbaycanda  sovetləşmə  dövründən 
sonra  çox  yüksək  vəzifələrdə  işləyib.  Bu  haqda  çox  yazıl­
dığından  biz  onları  təkrarlamağı  məqsədəuyğun  bilmədik. 
Hələlik  Məmməd  ağanın  Türkiyədə  nə  ilə  məşğul  olmasın­
dan,  harada yaşamasından  heç  nə deyə bilmərik.
Ancaq  tədqiqatçı  və  Şahtaxtinskilərin  yaxın  qohumu 
olan  Giılrəna  Mirzə  Qacarın  axtarışları  Məmməd  ağanın 
oğlunun və nəvəsinin Fransada - Parisdə yaşamaları haqqın­
da ilkin məlumat verdi.  Məmməd ağanın oğlu Jan ingilis dili 
professoru  olsa  da,  gənclik  illərində  Fransa  Hərbi  Dəniz 
Donanmasının  zabiti  olmuşdu.  Hətta  NATO-nun  mənzil 
qərargahı  Parisdə yerləşdiyi  illərdə  orada  əlaqələr  şöbəsinin 
işçisi  olmuşdur.  Əldə  olan  məlumatlara  görə,  Jan  Fransa
27


Prezidenti de Qolun  tərcüməçisi kimi  fəaliyyət göstərmişdir. 
Maraqlı  haldır  ki,  o,  bu  vaxtlar  Şahtaxtinski  familiyasını 
fəxrlə daşımışdır.
Jan  mahir  səyyah  kimi  öz  maşını  ilə  dünya  ölkələrini 
qarış-qarış gəzib-dolaşsa da, onu Azərbaycana və əcdadları­
nın  vətəni olan Naxçıvana buraxmırdılar.
Əlbəttə,  o  vaxt  SSRI-nin  təhlükəsizlik  orqanları  Janın 
kimlərin varisi olduğunu yaxşı bilirdilər.  1985-ci ilin yayında 
Jan  Kiyevə  gəlir  və  şəhər  telefon  kitabçasında  üç  nəfərin 
Şahtaxtinski familiyasına rast gəlir, onları axtarıb tapır. Ya­
xın  qohum  olduqları  məlum  olur.  1986-cı  ildə  Jan  ilk  dəfə 
həyat  yoldaşı,  rus  mühacirlərinin  qızı  olan  Marqarita  Ko­
valenko  və  oğlu  Aleksislə  birlikdə  Bakıya  gələ  bilir.  Amma 
onun  xahişlərinə  baxmayaraq,  ona  yenə  də  Naxçıvana  get­
məyə icazə verməyiblər.
O  da  atası  kimi  vətən  həsrətilə  1990-cı  ilin  əvvəllərində 
qürbətdə  vəfat  edir.  Atasının  arzusunu  onun  oğlu  Aleksis 
1991-ci  ildə  yerinə  yetirir.  1967-ci  ildə  Fransanın  paytaxtı 
Paris  şəhərində  anadan  olan  Aleksis  Şahtaxtinski  uşaqlıq­
dan  poliqlot  kimi tanınmışdır.  O,  10-a qədər xarici dil  bilir. 
Anası  Fransada  poliqlot  kimi  tanındığından  öz  oğluna  rus 
dilini  də  mükəmməl  öyrətmişdi,  çünki  Aleksis  siyasət  və 
diplomatiya  yolunu  seçmişdi.  O,  Fransanın ən  ali  diploma­
tiya  məktəbi  sayılan  "Sciences  Politique"də  təhsil  almışdır. 
Onun  Bakıda  yaşayan  yaxın  qohumlarının  dediyinə  görə, 
Aleksis uşaq yaşlarından fitri  istedada malik olub.
Seçdiyi  fəal  həyat  mövqeyi  -  diplomatik  fəaliyyət  onu 
Fransanın XİN-nə və Yuqoslaviyadakı hərbi xidmətə gətirib
4
çıxarmışdır.  O,  1998-ci  ilin  yanvar  ayından  Moskvada 
NATO-nun  Rusiyadakı  nümayəndəsi  vəzifəsini  çox  məha­
rətlə yerinə yetirmişdir.  O,  bu fürsətdən  istifadə edərək  keç­
miş  SSRİ  məkanını  xeyli  gəzib  dolaşmışdır.  Sonralar  isə 
yenidən  Parisə qayıtmışdır.
28
#


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə