Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

İstanbulda  böyük  Qaracaəhməd  qəbiristanlığının  üçüncü 
hissəsində,  girişdən  sol  tərəfdə  igid  bir  eloğlumuz  uyuyur. 
Hər birimizin  İstanbula  yolu  düşəndə həmin  kədərli  ünvan­
da  uyuyan  qəhrəman  Çingiz  bəy  Şahtaxtinskini  yad  etmək 
mənəvi  borcumuzdur.  Axı  o,  həm  də  1918-1920-ci  illərdə 
doğma  Naxçıvanımızın  öndə  vuruşan  oğullarından  olub. 
Arzumuz  budur  ki,  Türkiyənin  istiqlal  savaşında  iştirak 
edən  naxçıvanlıların  həyat  və  fəaliyyətini  daha  dərindən 
araşdırıb doğma tariximizin səhifələrində yaşadaq.
33


1
g ö r k ə m l i
 
d ö v l ə t
 
x a d im i
HƏMİD AĞA ŞAHTAXTİNSKİNİN
NƏSİL ŞƏCƏRƏSİ
Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuların­
dan  olan Həmid ağa Xəlil ağa oğlu Şahtaxtinski sovet haki­
miyyəti illərində çap edilən ensiklopediyalarda sovet maarif­
çisi kimi təqdim edilirdi. Onun elmi xidmətlərini səthi olaraq 
sadalasalar  da,  1918-20-ci  illərdəki  siyasi  fəaliyyətindən  bir 
kəlmə də olsun yazmırdılar.
Azərbaycan  yenidən  müstəqillik  əldə  etdikdən  sonra 
nəşr edilən iki cildli  "Naxçıvan" ensiklopediyasında və Azər­
baycan  Xalq  Cümhuriyyətinin  iki  cildli  ensiklopediyasında 
Həmid  ağanın  Azərbaycanın  müstəqilliyi  uğrunda  apardığı 
mübarizədən  və  gördüyü  işlərdən  ətraflı  məlumat  verilmiş­
dir.  Şahtaxtinskilərin  şəcərəsini  işləyərkən  onun  ulu  əcdad­
ları  haqqında  yeni  məlumatlar  əldə  etdik.  Məqsədimiz  bir 
daha  Həmid  ağa  haqqında  bildiklərimizi  yada  salmaq  və 
araşdırmalar  nəticəsində  öyrəndiklərimizlə  bu  bilgilərimizi 
daha da zənginləşdirməkdir.
Həmid  ağa Xəlil  ağa  oğlu  Şahtaxtinski  12 mart  1880-ci 
ildə  Şərur  mahalının  Şahtaxtı  kəndində  anadan  olmuşdur. 
Onun  atası  Xəlil  ağa da əmiləri,  qardaşları və babaları kimi 
hərbçi  idi.  Əvvəllərdə  dediyimiz  kimi  onların  qılıncları  iti 
olduğu  kimi,  qələmləri  də çox kəskin  idi.  Çünki  maarifçiliyi 
də hərbçilik kimi çox müqəddəs  iş bilirdilər.
Xəlil  ağanın  atası  Hüseynqulu  Sultan  I  isa  Sultanın 
oğludur.  I  İsa  Sultan  özü  və  oğlanlarının  hamısı  çox  baca­
rıqlı  hərbçilər  olub.  Moskva  və  Tiflis  arxivlərində  bunlar 
haqqında xeyli maraqlı sənədlər vardır. Yeri gəlmişkən, I isa 
Sultan  Naxçıvan  xanlığında  çox  nüfuzlu  şəxslərdən  olub və 
1838-ci  ildə vəfat edib.
Xəlil  ağanın  Həmid  ağa,  Əkbər  ağa  və  Şəmsəddin  bəy 
(ona  Şamil  bəy  də  deyirmişlər)  adlı  oğlanlarının  olduğu
34


sənədlərdə  qeyd  edilib.  Həmid  ağa  ilk  təhsilini  rus  ibtidai 
məktəbində almış,  1895-ci ildə isə üçüncü  dərəcəli Naxçıvan 
şəhər  məktəbini  bitirmişdir.  Sonralar  Şahtaxtinskilərin 
doğma  şəhərləri  olan  İrəvanda  Müəllimlər  Seminariyasında 
təhsilini davam etdirmişdir.  1899-cu ildə həmin seminariyanı 
əla  qiymətlərlə  bitirərək  orada  işləmək  üçün  saxlanılmışdır. 
Həmin  seminariyada  Azərbaycan  və  rus  dillərindən  dərs 
deyən Həmid ağa bu illərdə qədim türk şəhəri olan  İrəvanda 
Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur.
Sonralar  o,  daha  da  mükəmməl  təhsil  almaq  arzusu  ilə 
Odessaya  getmiş  və  Novorossiysk  Universitetində  oxumuş­
dur.  Amma Həmid ağa burada hüquq fakültəsində oxumuş­
dur.  1912-ci ildə universiteti bitirən Həmid ağa Gəncəyə işlə­
məyə dəvət olunmuşdur.  Həmid  ağa da digər qohumları  ki­
mi  təhsil aldığı  illərdə ictimai-siyasi işlərdə fəallıq göstərmiş­
dir. Yeri gəlmişkən, Odessada oxuyarkən "Azərbaycan həm­
yerlilər təşkilatf'mn  başçılarından  olmuşdur.  Gəncədə yaşa­
dığı illərdə Gəncə şəhərində, daha doğrusu, o vaxtlar Yeliza- 
vetpol  adlanan  quberniyanın  xalq  məktəbləri  inspektoru 
vəzifəsində  çalışmışdır.  O  həm  də  Gəncədə  yaşadığı  illərdə 
Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin kömək­
çisi vəzifəsində işləmişdi.
1916-cı ildə Bakıya köçüb dairə məhkəməsində fəaliyyə­
tini davam etdirən Həmid ağa  1917-ci ildən siyasi işlərə ciddi 
maraq  göstərmişdir.  1917-ci  ildə  baş  verən  fevral  inqilabın­
dan  sonra  öz  həyatını  tamamilə  siyasi  işə  həsr  edən  Həmid 
ağa  bu vaxtlar  "ittihad"  partiyasına üzv  olur.  Həmin  ilin  29 
avqustundan  etibarən  Cənubi  Qafqaz Təhsil  İdarəsinin  ko­
missarı vəzifəsində işləyən Həmid ağa Şahtaxtinski Azərbay­
can  Milli  Şurasının  üzvü  olmuş,  2,3  və  4-cü  hökumət  ka­
binələrində maarif nazirinin  müavini,  5-ci  hökumət  kabinə­
sində maarif və  dini  etiqad  naziri  işləmişdir.  Ancaq  1920-ci 
ildə mart ayının  5-də bu vəzifələrdən  istefa vermişdir.
35


Azərbaycan  parlamentinin  üzvü  olan  Həmid  ağa 
maarifçilik ənənələrinə sadiq qalmışdır.  Dərsliklər yazmaqla 
bərabər,  Bakı  Dövlət  Universitetinin  təşkilində  yaxından 
iştirak  etmiş,  burada  müəllim və prorektor  (1919-1925-ci  il­
lərdə)  vəzifəsində  özünün  elm  sahəsində  fenomenal  alim 
olduğunu önə çəkmişdir.
Azərbaycanda  sovet  hökuməti  qurulduqdan  sonra 
siyasi  fəaliyyətdən  uzaqlaşan  Həmid  ağa  müəllimliklə  məş­
ğul olmuşdur. Təqiblərdən yaxa qurtarmaq üçün Tiflisə get­
miş  və  Zaqafqaziya  Universitetinin  tibb  fakültəsində  oxu­
muşdur.
1929-cu  ildə  Bakıya  dönmüş  və  Azərbaycan  Dövlət 


Tibb  institutunda dərs  demişdir.  O,  1929-cu  ildən professor
elmi  adını  ləyaqətlə  daşımışdır.  1930-1940-cı  illərdə  Bakı- 
• 
• 

dakı  ikiillik  Müəllimlər  institutunda  da  işləmişdir.  O,  bu 
illərdə  dərsliklərin  yazılmasında,  lüğətlərin  tərtib  edilməsin­
də,  yeni  Azərbaycan  əlifbasının  yaradılmasında  nəinki  işti­
rak  etmiş,  həm  də  bu  istiqamətdə  iş  görən  bir  çox  komissi­
yaların sədri olmuşdur.
1920-ci  ildən  təqib  edilən  Həmid  ağa  1941-ci  ildə  həbs 
edilmiş və uzaq şimala - Arxangelsk vilayətinə sürgünə gön­
dərilmişdir.  Arxangelskin ölüm düşərgələrinin hələ də sirləri 
çox  açılmayıb.  Buradakı  dəhşətləri  oxuyanda  adamın  sü­
mükləri göynəyir.  Azərbaycan xalqının  mərd,  mübariz oğlu 
Həmid  ağa  1944-cü  ilin  3  fevralında  uzaq  Arxangelsk  vila­
yətində  məhv  edilmişdir.  Həmid  ağanın  Səidə  xanım,  Aliyə 
xanım,  Məsmə xanım və  Leyla xanım  adında qızları  olmuş­
dur.
Qızı  Leyla  əmisi  Şəmdin  ağanın  oğlu  Qəzənfər  ağa  ilə 
ailə  qurmuşdur.  Qəzənfər  ağanın  Zəhra  xanım,  Şamil  ağa, 
Aydın  ağa  və  Şövkət  xanım  adında  övladları  olmuşdur. 
Onun  övladlarının  varisləri  bu  gün  Balada  yaşayır  və  müs­
təqil  Azərbaycanın  tərəqqisi  naminə  xalq  təsərrüfatının
36


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə