Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

dövləti arasında  münasibətlərin  nizama salınmasında  oyna­
dığı əhəmiyyətli  diplomatik fəaliyyətinə görə Türkiyə  höku­
məti onu üçüncü dərəcəli  "Məcidiyyə"  ordeni  ilə təltif etmiş­
di.  Axı,  İsa Sultan  Rusiya  məmuru  oisa da.  türk  balası  idi.
İsa  Sultan  Şahtaxtinskinin diplomatik  fəaliyyətinə görə 
İran  dövləti  ona  "Şiri-Xurşid”  ("Şir  və  Günəş")  ordeninə  la­
yiq görmüşdü.  Rusiya dövlətinin  də  bir çox ordenlərinin sa­
hibi  olmuşdu.  Hətta  ona  mükafat  olaraq  brılyant  üzük  də 
Qafqaz canişini  tərəfindən  təqdim edilmişdi.  1883-cü ilin ap­
rel ayında o,  Qars vilayəti hərbi qubernatorunun dəftərxana 
rəisi  təyin  olunur.
isa  Sultan hətta  Qarsda  da ədəbi,  elmi  fəaliyyətindən  əl 
çəkmir.  Burada  rus dilində "Qars" qəzetini  nəşr etdirir.
1885-ci ildə Tiflisdə yaşayan və istefada olan kapitan Allah- 
yar  Ağalarovun  qızı  Səkinə xanımla evlənir.  Tiflisdə  Səkinə 
xanımı hamı "Sofiya xanım" deyə çağırırdı. Ağalarovlar əsa­
sən Tiflisdə, Gəncədə və Bakıda yaşayırdılar. Bu nəsil də Azər­
baycan tarixində məşhur şəxsiyyətlər yetirib.  Səkinə (Sofiya) 
xanım  rus  və  Azərbaycan  dillərində  savadlı  idi.  Bu  qadın 
Mirzə  Cəlillə  Həmidə  xanımın  da  ailə  qurmasına  səbəb  ol­
muşdu.  Sonralar Mirzə Cəlil özünün sələfi olan  İsa Sultanın 
ailəsindən  maddi,  mənəvi köməyini  əsirgəməmişdi.
İsa  Sultan  ilə  Sofiya  xanımın  nikahından  6  övlad  dün­
yaya  gəlib.  Tiflisdə  arxivdə  işləyərkən  onun  əmək  (formul- 
yar)  kitabçasında  qızlarının  adlarına  rast  gəldik.  Amma  nə­
dənsə  beşinin  adı  yazılıb.  Leyla  Banu  (bəyim  deməkdir). 
(Doğulma tarixi 13 yanvar, 1886), Nazlı Banu (25 sentyabr, 1887), 
Fatma Banu  (3  may,  1889),  Adilə  Banu  (4 aprel,  1891),  Cə­
milə  Banu  (5  fevral,  1893).  Burada  bir  məsələni  deyək  ki, 
Adilə  bəyimin  doğum  tarixi sovet  hakimiyyəti illərində olan 
nəşrlərdə  17  aprel  1894-cü  il  kimi  göstərilib.  Yəqin  ki,  axta­
rışlar həqiqəti deyəcək.
Gənc ailəni kədər tez tapdı,  isa Sultan Şahtaxtinski  1894-
41


cü il oktyabrın  17-də 43 yaşında Tiflisdə vəfat etdi. O, Səkinə
xanımla  9  il  ailə sevincində yaşaya bildi.  Qarsın sərt  dağ  iq-

limi onun səhhətinə pis  təsir etsə də, çar hökuməti  isa Sulta­
nın  işdən ayrılıb  müharibəyə getməsinə imkan vermədi.
Səkinə  (Sofiya)  xanım  ərini  Qarsdan  Tiflisə  ağır  xəstə 
halında gətirdi.  Bəzən onun vəfat məkanını  Qarsda yazırlar. 
Bu, doğru deyil. Çünki o vaxtlar çox populyar "Kavkaz" qə­
zeti  verdiyi  nekroloqda  onun  haqqında  müfəssəl  məlumat 
yazıb.  Qəzetin  yazdığına  görə  dəfn  mərasimi  oktyabrın  21- 
də  olub.  Çünki  onun  ata-anasınııı,  qardaşının  (Əli  ağanın) 
və  digər  qohumlarının  gəlişini  gözləmişdilər.  O  biri  qardaşı 
Əbülfət  ağa  Rusiya  ordusunda  hərbi  xidmətdə  idi.  İsa 
Sultanın qardaşları Əbülfət ağa və Əliağa Rusiya ordusunun 
polkovniki olublar. Onu şəhərin müsəlman qəbiristanlığında 
torpağa  tapşırmışdılar.  Bu  haqda  "Kavkaz"  və  "Novoye 
obozreniye"  qəzetləri  ətraflı  məlumat  yermişdilər.  Qəzetlər 
yazırdılar  ki,  Zaqafqaziya  Şeyxülislamı  cənazə üzərində  ölü 
namazı qılıb,  ağsaçlı Qafqaz müftisi  Hüseyn əfəndi Qayıbov 
göz yaşları  içində  hamım təsirləndirən  nitq  söyləyib.
Bu isə İsa Sultanın böyük vətənpərvər və şəxsiyyət olma­
sından xəbər verirdi. O,  1891-ci ildə kollegiya müşaviri mülki 
rütbəsini almışdı.  Bu isə Rusiya ordusunda polkovnik rütbəsi 
demək  idi.  Atanın  ölümündən  sonra  gənc  ana  olmazın  əziy­
yətlərini  çəkməyə  başladı.  Səkinə  (Sofiya)  xanım  təkbaşına  6 
qızı  böyütmək və oxutmaq  üçün  bütün  iradəsi  ilə  həyatın  çə­
tinliklərinə sinə gərdi. O, Naxçıvanın kəndlərində olan torpaq 
sahələrini  satdı.  Bununla  bağlı  arxiv  sənədləri  də  var.  Elə 
indinin özündə də "Səhnə xanımın yeri (torpağı)" adı Cəhridə 
işlənməkdədir.  O,  qızı  Leyla  bəyimi  təhsil  üçün  Cenevrəyə 
göndərdi.  Lakin  Leyla xanım  İsveçrədə xəstələnib  vəfat  etdi. 
Bu  münasibətlə  hətta  satirik jurnal  olan  "Molla  Nəsrəddin" 
kədər dolu nekroloq  dərc etdi (1908-ci  il 52-ci say).  Bu  nekro­
loqu  böyük  ədib,  Şahtaxtinskilər  nəslinin  ən  sədaqətli  dost­
42


larından biri, lirəyi vətən qüssəsilə dolu  Mirzə Cəlil yazmışdı.
Hər dəfə Tbilisiyə yolum düşəndə İsa Sultanın varisləri­
nin  taleyi  məni  çox  maraqlandırıb.  Hələlikdə  Nazlı  bəyim­
dən  başqa,  o  birilər  haqqında  məlumat  öyrənmək  mümkün 
olmayıb.  Azərbaycan  MTN-nin  arxivində  elmi  axtarışlar 
zamanı  İsa  Sultanın  həkim  qızı  Adilə xanımın  həbs  kağızını 
tapa  bildik.  1937-ci  il  4  sentyabrda  Bakıda  yaşayan  Adilə 
xanımı  həbs  ediblər.  O  sənəddə  yazılıb  ki,  Tiflis  sakini  olan 
Adilə  xanımın  əri  əksinqilabçı  olduğu  üçün  evində  axtarış 
aparılsın.  Hətta onun  və əri  Qulam Həmid  oğlu  Sultanovun 
yaşadığı  ünvan  da  göstərilib.  Bakı,  Kooperativ  küçəsi,  7. 
Dindirilmə  vaxtı  məşhur  həkim  ginekoloq  babalarına  məx­
sus qürurla günahsız olduğunu etiraf edib.
Bakıda  Bayıl  həbsxanasında saxlanılan  bu ziyalı  qadını 
nahaqdan çox  incidiblər.  Onun  həbsi  haqqında  yazılan  ara­
yışda  göstərilir  ki,  25  iyun  1938-ci  ildə  Adilə  xanımın  əri, 
millətçi,  əksinqilabçı,  terrorçu  Qulam  Sultanov  Azərbaycan 
NKVD-si  tərəfindən  həbs  olunub.  Onların  18  yaşlı  oğulları 
Rauf Tiflisdə, Səkinə (Sofiya) xanımın yanında yaşayır.  Ax­
tarış zamanı  evdə olan  fotoşəkillərin,  kitabların  müsadirəsi­
ni də yazıblar. Və bu kağıza DTK-nın 8-ci şöbəsinin rəisi ley­
tenant  Roqan  imza  atıb.  Professor  Adilə  xanım  ömrünün 
sonlarını  Tiflisdə  yaşayıb.  Vətənpərvər  bir  şəxsiyyətin  -  İsa 
Sultan  Şahtaxtinskinin  ailəsindən,  övladlarından  qisas  alır­
dılar.  Müstəntiqlərin  hamısı  ermənilər  olub.  Bəs,  görəsən, 
isa  Sultanın  digər  övladlarının  taleyi  necə  olub?  Bu  barədə 
isə ancaq axtarışlar çox  həqiqətləri üzə çıxarda bilər.  Bu gün 
isa  Sultanın  məzarı  qalmasa  da,  adı  dillər  əzbəridir.  Naxçı­
vanda  İsa Sultan deyəndə,  hamı fəxrlə, səmimiyyətlə gülüm- 
səyir.  II  isa  Sultan  Şahtaxtinskinin  adı  bu  gün  də ehtiramla 
xatırlanıb yad edilir.
43


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə