Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

müxtəlif sahələrində ləyaqətlə çalışırlar.
90  il  bundan  əvvəl  Qafqazın,  o  cümlədən  dünyanın  ən 
demokratik  ölkələrindən  biri  olan  Azərbaycan  Xalq  Cüm- 
huriyətinin yaradıcıları sırasında Həmid ağa Şahtaxtinskinin 
adı  bu  gün  onun  vətəni  Naxçıvanda  da hörmətlə yad edilir. 
Görkəmli dövlət xadiminin elmi və siyasi fəaliyyəti dərindən 
tədqiq  edilərək  gənc nəslə öyrədilir.  Çünki  müstəqilliyi can­
larından  əziz  bilən  şəxsiyyətlər  bütün  nəsillərin  yaşıdı  və 
amal dostudur.
37


İSA SULTAN ŞAHTAXTİNSKİ 
VƏ  ONUN VARİSLƏRİ
Naxçıvanda vətənpərvər, təəssübkeş və qeyrətli ziyalılar 
çoxdur.  Onlardan  biri  də  İsa  Sultan  Şahtaxtinskidir.  Onun 
haqqında  elmi  monoqrafiyalar  yazıldığından  biz  İsa  Sulta­
nın  həyatının  məlum  tərəflərini  təkrarlamayacağıq.  Amma 
bəzi  məqamlara  toxunaraq,  bu  unudulmaz  eloğlumuzun 
əsasən  nəsil  şəcərəsindən  söhbət  açacağıq.  Çar  Rusiyasında 
hərbçi  olmuş  Nəcəfqulu  ağa  1851-ci  il  mayın  5-də  İrəvanda 
doğulan oğlunun adını  İsa Sultan qoydu.  Bu adı  1838-ci  ilə-
dək Nəcəfqulu ağanın atası  isa Sultan şərəflə daşımışdı.  Ba- 
• 

ba  isa Sultan (Şəcərədə onu  I  isa Sultan  kimi yazırıq) əvvəl­
cə  İran  ordusunda,  sonralar  isə  Çar  Rusiyasında  hərbçi  ol­
muşdu.  Tiflis  arxivindəki  sənədlərdə  onun  praporşik  (gizir) 
olması haqqında məlumatı da tapdıq. Yeri gəlmişkən onu da 
deyək  ki,  Şahtaxtinskilərin hərbi  fəaliyyətləri dərindən  araş­
dırılmadığı  üçün  onların  bir  çox  hərbi  təltiflərindən  xəbər­
sizik.
Nəcəfqulu  ağa əsasən Şərur mahalının Şahtaxtı kəndin­
də  və  Naxçıvan  şəhərində  yaşadığından  oğlu  İsa  Sultan  da 
bir  müddət  Naxçıvandakı  "rus-tatar  (azərbaycanlı)"  ıııəktə-
bində  təhsil  almışdı.  Sonralar  İrəvanda  təhsilini  davam  et-
• 
__ 
____
dirmişdi.  1865-ci ildə atası  14 yaşlı isa Sultanı Tiflisə gətirdi. 
O  vaxtlar  Tiflis  Qafqazın  elm  mərkəzi  sayılırdı,  isa  Sultan 
gürcü maarifçisi Dmitri Kipianinin  pansionunda oxuyarkən 
alman, fransız, latın və yunan dillərini öyrənmişdi. O, bu dil­
lərlə yanaşı rus, gürcü və ingilis dillərini də bilmişdir.  Demə­
li,  bizim  diplomat, jurnalist,  aqronom,  naşir,  dövlət  məmu­
ru kimi tanıdığımız İsa  Sultan  həm  də yaxşı poliqlotlarımız- 
dan  (çox dil bilənlərdən)  biri  kimi  tanınmışdır.
1871-ci ilin sentyabrından onun  Peterburq dövrü başla- 
yır.  O,  Sankt-Peterburqdakı  Əkinçilik  institutunun  II  kur-
38


sunda təhsilini davam etdirir. Yəqin ki,  onun bu sahəyə təh­
sil  almağa  gəlişi  Qafqazdakı  torpaq  münasibətlərini,  necə 
deyərlər,  aqrar  sahəni  kifayət  qədər  dərindən  öyrənmək, 
araşdırmaq məqsədini daşıyırdı.  Onun babaları Naxçıvanda 
torpaq  sahibkarlarından  idilər.  Elə  atası  Nəcəfqulu  ağanın 
Cəhri,  Xəlilli (Cümşüdlü),  Dib Anzır,  Yamxana,  Yurdçu və
Şahtaxtı  kəndlərində  əkin  sahələri  vardı.  Bu  torpaqlar  son- 

ralar isa Sultana atasından miras  kimi qalmışdı.
Sankt-Peterburqdakı  tələbəlik  həyatı  gənc  isa  Sultanı 
daha da açıqfikirli  və mübariz bir ziyalı  kimi yetişdirdi.  Və­
tənpərvər  və çətin  məqamlarda  belə  sözünü  qorxmadan  de­
yən  İsa Sultan çar xəfiyyəsinin gizlində çox izlədiyi adamlar­
dan  biri  idi.  1874-cü  ildə  o,  Sankt-Peterburqda  təhsil  aldığı 
ixtisas  üzrə  tam  kursu  vaxtından  əvvəl  başa  vurdu.  Ancaq 
Tiflisə  və  Naxçıvana  dönməzdən  əvvəl  Avropanı  səyahətə 
çıxdı.  O,  Londonda,  Parisdə və  Sürixdə  təbiət  elmlərinə  aid 
mühazirələrin dinləyicisi oldu. Uşaqlıqdan dağların və meşə­
lərin vurğunu idi.  Buradaca bir haşiyə çıxmaq istərdik. Onun 
Şahtaxtında  yaşayan  ata-babalarının  Dərəiəyəzin  ən  gözəl 
yerlərində  yaylaqları  vardı.  Hələ  uşaqkən  getdiyi  gözəl  yay­
laqlardan  biri Gədikvəngin yuxarısındakı dağların sinəsində 
idi.  Bu  dağlardan  başlayan və çox sürətlə Arpaçayla qovuş­
mağa  tələsən  Kəngərli  çayının  sahilindəki  yurd  yerlərini 
Şahtaxtinskilərin  ağsaqqalları  və  ağbirçəkləri  son  illərdə  də 
yaxşı xatırlayırdılar. XX yüzilliyin əvvəllərində İbrahim ağa­
nın  şərəfinə  adlandırılan  "İbrahim  ağanın  yurdu"  bu  gün 
Dərələyəzə aid  yazılan  kitablarda  tez-tez xatırlanır.
Meşələrin  insanlara  verdiyi  fayda  isa  Sultanın  o  qədər 
marağında  idi  ki,  buna  aid çoxsəhifəlik  bir elmi  iş yazdı.  Bu 
dissertasiyaya  görə  ona  kənd  təsərrüfatı  və  meşəçilik  nami­
zədi elmi dərəcəsi verildi ("Kavkaz" qəzeti, 7 noyabr  1894-cü 
il  tarixli nömrəsində).

1876-cı  ilin  sentyabr  ayında  Tiflisə  dönən  isa  Sultanın
39


25  yaşı  vardı.  O,  Tiflisdə  "Tiflis  xəbərləri"  qəzetində  yazılar 
çap etdirməklə bərabər, həm də qəzetə maddi yardım edirdi. 
Sonralar elə oldu ki, o, qəzetin siyasət şöbəsinə rəhbərlik et­
di. Və Tiflisdə nəşr olunacaq məşhur "Molla Nəsrəddin" jur­
nalının təsisinə hələ 30 il qalırdı.  O, qəzetdə işləsə də, ata və­
təni  Naxçıvanı unutmurdu.
Təqiblərə baxmayaraq, isa Sultan  1877-ci il martın  11-də 
"Kavkazski  almanax"m  nəşrinə  rəsmi  icazə  aldı.  Bu  alma­
naxda  əsasən  Qafqazşünaslıq  və  Qafqazın  iqtisadiyyatı 
ümdə  yer  tuturdu,  isa  Sultanın  fəaliyyətinə  ciddi  maneələr 
yaradan  çar xəfiyyələri  onun  xalqın  mənafeyini  müdafiə  et­
mək  çağırışı  olan  məcmuəsini  ləğv  etmək  üçün  dəridən-qa­
bıqdan çıxırdılar.
1877-ci ilin aprelində başlanan  Rusiya-Türkiyə mühari­
bəsi Tiflisdə də sakitliyi pozdu.  Rus ordusu  1877-ci il oktyab­
rın  15-də  Qarsı  işğal  etdi.  Çar Rusiyasının  rus  və  türk dillə­
rini  bilən  dövlət  məmurlarına  böyük  ehtiyacı  vardı.  Rusiya
istəyirdi  ki,  Qafqazı  həmişə öz tabeliyində saxlasın.  Belə bir
•  
_
zamanda isa Sultan Şahtaxtinski səfərbərliyə alındı və  1877- 
ci ilin axırında Qarsa göndərildi. Onun həyatının  16 ili Qars- 
la  bağlı  olub.  Rusiya  hökuməti  1878-ci  il  yanvarın  1-də  İsa 
Sultanı  Qars  vilayəti  rəisi  yanında  xüsusi  tapşırıqlar  üzrə 
məmur vəzifəsinə təyin etdi.
1879-cu il yanvarın  1-dən etibarən o,  bu sahədə baş mə­
mur təyin edilir.  1879-cu  ilin dekabrında  Rusiya ilə Osman­
lı  imperiyası  arasında gedən  danışıqlarda  bəzi məsələləri  ni­
zama salmaq  üçün  İstanbul  şəhərinə üç ay  ezamiyyətə  gön- 
dərilən  isa  Sultan  bu  müddətdə  uşaqlıqdan  görmək  istədiyi 
bu qədim şəhərlə yaxından  tanış  olur.  Axı  o,  hər şeydən  əv­
vəl qələm sahibi idi.  1880-ci ildə Ərzurumda da olmuşdu. O, 
bu  vaxtlar  Qars  hərbi  qubernatorluğunun  mülki  işlər  üzrə 
dəftərxanasının rəisi idi.
isa  Sultan  Şahtaxtinski  Rusiya  imperiyası  ilə  Osmanlı
40


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə