Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   13   14   15   16   17   18   19   20   21

lərin  əksəriyyətində  iştirak  ediblər.  Qafqaz  müharibələrinin 
tarixi  sənədləri  faktlarla,  hadisələrlə  zəngindir.  O  dərəcədə 
zənginlik var ki, bəzən hadisələri təhlil etmək mürəkkəbləşir. 
Bütün  bunlara  baxmayaraq,  naxçıvanlı  döyüşçülərin  çər­
kəzlərdən də məharətlə döyüşən  həmyerlilərimizin  haqqında 
yazmaq  üçün  axtarış  aparmaya  bilmirsən.  Belə  döyüşçülər­
dən  biri  də Əliqulu ağa  Şahtaxtinskidir.
O,  qədim  Şərur  mahalının  Şahtaxtı  kəndində  Qafqazın 
məşhur  zadəganlarından,  hərbçilərindən  və  maarifpərvər­
lərindən  olan  Hacı  Vəli  ağanın ailəsində dünyaya  gəlib.  Hə-
•  
--  - ->  r
ləlik  Naxçıvanda,  İrəvanda  və  Tiflisdə  təhsil  alması  haq­
qında şifahi məlumatlarımız var.  Geniş məlumat üçün ən  azı 
onun  formulyar,  yəni  xidmət  kitabçasını  tapmalıyıq.  Yaxşı 
haldır  ki,  Rusiya,  eləcə  də  Gürcüstan  arxivlərində  hərbçi­
lərin  sənədləri  hələ  də  saxlanmaqdadır.  Buna  görə  də  axta­
rışların çox yaxşı  nəticələr verəcəyinə ümidimiz var.
Tapdığımız  bir  arxiv sənədində Əliqulu  ağanın  mühari­
bədə ağır yaralandığı və ordudan mayor hərbi rütbəsi alması 
haqqında  məlumat  vardır.  Amma  varislərin  dediyinə  görə, 
o, polkovnik hərbi  rütbəsini də alıb.  Bu mümkündür.  Çünki 
Əliqulu  ağa  Şahtaxtında yaşadığı  illərdə ona  Naxçıvanda və 
Yurdçu (indiki  Kəngərli  rayonunda)  kəndində ömürlük  mi­
ras  torpaq  sahələri  bağışlanılıb.  Siyahılarda  Yurdçu  kəndi- 
nin  onun  ulu  babası  I  isa  Sultana  və  atası  Hacı  Vəli  ağaya 
məxsus  olması  da  göstərilib.  Elə  məqammdaca  bir məsələni 
demək yerinə-düşərdi.  Xanlıq  dövrünün  farsdilli sənədlərin­
də  Şahtaxtinskilər  imzalarının  yanında  "yurdçulu  (yaxud 
yurdçu)"  imzasını da işlədiblər.  1916-cı ildə Heydər ağa Şah- 
taxtinskinin  Naxçıvan  məhkəməsinə  yazdığı  ərizəsində  gös­
tərilib ki, mərhum Əliqulu ağa Hacı Vəli ağanın böyük oğlu­
65
%


dur.  Oğul  Heydər  ağa  atası  Heydər  ağanın  ortancıl,  əmisi 
İbrahim ağanın  kiçik  oğul  olduqlarını  da qeyd  edib.  Bu  əri­
zənin  sahibi  -  həmin  vaxtlar  Tiflisdə  yaşayan,  bəzi  sənəd­
lərdə  "bəy"  kimi  yazılan  Heydər  ağa  -  böyük  yazıçı  Mirzə 
Cəlilin  ailəsində  də yaşayıb.  Anası  Zeynəbağa xanım  (Nazlı 
xanım)  Mirzə  Cəlillə  ailə  qurduğundan,  Heydər  ağanın  bir 
müddət  yazıçının  himayəsində,  çox  vaxt  isə  dayısı  Məm- 
mədqulu bəy Kəngərlinin yanında yaşaması haqqında kitab­
larda  məlumatlar  vardır.  Amma  Heydər  ağa  bu  ərizədə  rus 
dilində  öz  dəsti-xətti  ilə  qələmə  alıb  ki,  atasının  faciəli  ölü­
mündən  sonra  dünyaya  gələn  Heydər  ağanı  1911 -ci  ilədək 
babası  Hacı  Vəli  ağa  saxlayıb  və  ona  zəngin  miras  bağışla­
yıb.  Elə  ərizə  də  ona  çatan  mirasın  haqqındadır.  Maraqlı 
haldır  ki,  Heydər  ağa  bu  ərizədə  bir  çox  faktları  açıqlayıb. 
O, hətta əmisi Əliqulu ağanın vəfat etdiyini, onun həyat yol­
daşı  Tovuz  xanımın  kiçikyaşlı  uşaqlarla  köməksiz  qaldığı 
haqqında  da  məlumat  verib.  Yəni  o,  istəyib  ki,  Hacı  Vəli 
ağanın  torpaq  mirası  varislər  arasında  ədalətli  bölüşdürül­
sün. Nazlı xanımla Əliqulu ağanın ailə qurması  ilə bağlı mə­
sələni  isə əvvəlki yazılarımızda  təfsilatı  ilə yazmışıq.
Əliqulu  ağa Şahtaxtı  kəndində yaşadığı  illərdə gənc qo­
humlarına  hərbçilik  sənətini  öyrətməklə,  irriqasiya  ilə  də 
məşğul  olub.  Çünki  o  zamanlar  münbit  və  geniş  əkin  sahə­
ləri  olan  Kəngərli  kəndlərinin  suvarma  suyuna  çox  böyük 
ehtiyacı  var idi.
Təəssüflər  olsun  ki,  cəsur  hərbiçilərdən  olan  Əliqulu 
ağanın hərbi fəaliyyətindən geniş məlumat verə bilmirik. Əli­
qulu  ağa  Nazlı  xanımla  ayrıldıqdan  sonra  əmisi  qızı  Tovuz 
xanımla  ailə  qurmuşdur.  Tovuz xanım  Məmmədtağı  Sulta­
nın  qızıdır,  məşhur,  dünya  şöhrətli  alim  Məmmədağa  Şah-
66


taxtinskinin bacısıdır. Gələcəkdə qarışıqlıq olmasın deyə, bir 
mətləbi  də  açıq  yazmağı  lazım  bildik.  Şahtaxtı  kəndində  bu 
gün də çoxları onu İbrahim ağanın  bacısı  bilirlər.  Belə deyil, 
çünki arxiv sənədində onun  Məmmədtağı Sultanın qızı,  Ha­
cı  Vəli  ağanın  gəliııi  olması qeydə  alınıb.  Bir  neçə  tarixi  po­
vestlərdə Tovuz  xanımın  obrazı  yazıçılar  tərəfindən  qələmə 
alınıb.
Əliqulu  ağa  ilə  Tovuz  xanımın  nikahından  Məmməd- 
hüseyn  ağa,  Çingiz ağa.  İlyas ağa və  İsmayıl  ağa adlı  övlad­
ları dünyaya gəlib.
Onu da qürurla deyək  ki,  Şahtaxtinskilər nəinki  Rusiya 
ordusunda,  hətta  Türkiyə  ordusunda  da  böyük  şücaətlər 
göstəriblər.  Əliqulu  ağanın  iki  oğlu  - Çingiz ağa  və  İlyas ağa 
qardaş  Türkiyənin  istiqlal  savaşında  döyüşüblər.  Məşhur 
Çanaqqala  döyüşünün  qaziləridirlər.  Bu  il  Çanaqqala  zəfə­
rinin  95-ci  ildönümü  tamam  oldu.  Çanaqqala  uğrunda  ge­
dən döyüşlərdə 253  min türk əsgəri şəhid  olmuşdur.  Bunlar­
dan  isə  3 min əsgər azərbaycanlıdır.  Azərbaycan Çanaqqala 
savaşında 3 min şəhid verib. Əlimizin altında məlumat olma­
dığından  onlardan  neçəsinin  Naxçıvandan  olduğunu  deyə 
bilmirik.  Türk  yazarı  Fəthi  Gədikliııin  köməkliyi  ilə  Çingiz 
ağanın  azacıq  da  olsa,  Qazi  həyatı  haqqında  öyrənmiş  və 
sizlərə çatdırmışıq.
Maraq üçün deyək  ki,  Çanaqqalada döyüşən  naxçıvan­
lıları  hətta  repressiya  ediblər.  Bəziləri  sürgündən  qayıtmış­
dılar.  Amma  o  döyüş  haqqında  söhbət  açmaq  onlara  yasaq 
olsa  da,  bir  vaxtlar  biz  gənclər  onların  qəmli  -  Çanaqqala 
döyüşləri  ilə  bağlı  türkülərini dinləmişik.
Çingiz  ağa  da  hərbçi  olub.  Türkiyəli  alim  İbrahim 
Atmının  yazdığı  bir  tarixi  fakt  Çingiz  ağanın  1918-1920-ci
67


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə