Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə20/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   13   14   15   16   17   18   19   20   21

ildə fəaliyyətinin bir anını göstərir:  "...Belə qəhrəman zabitin 
və  digər  şəxslərin  zəhmətləri  sayəsində  Araz  vadisindəki  er­
məni hücumunun qarşısına sədd çəkildi.  Dekabr ayı ərzində 
Aralıq, Zəngibasar bölgələrində,  İqdır və Üçmüəzzinin mər­
kəz  qəzalarından  başqa  məntəqələrdə  Şahtaxtılı  Çingiz  bəy 
Şura  hökuməti  yaratdı.  Beləcə  ucqarlarda  yaradılan  şura­
larla  birlikdə  Araz  vadisində  və  Arpaçaym  qərbindəki  bəzi 
mərkəzlər  istisna  olmaqla  erməni  hakimiyyətinin  nə  qədər 
zəif olduğu ortaya çıxdı".
1918-1920-ci  illərdə  Şahtaxtı  kəndinin  müdafiəsini  və 
orada yaşayan  Şahtaxtinskilərin döyüşləri  haqda  sənədlərin 
məlumatlarına görə desək, əsl  qəhrəmanlıqdır.
İlyas  ağa da qardaşı  ilə birlikdə Türkiyəyə gedib.  Onun 
da fəaliyyəti  bizi maraqlandırır.  Axtarışlar,  ancaq  axtarışlar 
bizə xəbər verəcək.
Maraqlı  bir  tarixi  fakt  üçün  haşiyə  çıxaq.  Arxiv  sə- 
nədlərindəki  məlumata  görə,  sovet  hökuməti  qurulduqdan 
sonra  Rusiya Türkiyəyə  ilk yardım  olaraq  500  kq qızıl gön­
dərib.  8  kəl  arabası  yüklənmiş  karvan  Moskva-Bakı-Qa- 
rabağ-Zəngəzur-Naxçıvan-Şahtaxtı-Maku-Bəyazid-Ağrı- 
Ərzurum  yolu  ilə  Türkiyəyə  çatdırılıb.  Bu  karvana  kömək 
edənlərin sırasında hərbçi  Şahtaxtinskilər də vardı.
Əliqulu  ağanın  oğlu  Məmmədhüseyn  ağa  Sankt-Peter-
•  

burqda Yol  Mühəndisləri  institutunu  bitirib.  Qardaşı  isma­
yıl  ağa  da  Tiflisdə  təhsil  alıb.  1926-cı  ilin  əmlak  müsadirlə- 
rindən  sonra  Əliqulu  ağanın  Naxçıvanda  yaşayan  oğulları 
təqib olunublar. Onlar Naxçıvandan çıxarılıblar və Qazaxda 
sığınacaq  tapmışlar.  Sonralar  Məmmədhüseyn  ağa  Bakıya 
köçmüş,  İsmayıl  ağa isə Qazaxda qalmışdır.
Məmmədhüseyn  ağa  Naxçıvanda  yaşayarkən  şahbuzlu
68


Süsən  xanımla  ailə  qurmuşdur.  Onların  Şəfiqə  xanım,  Əziz 
ağa,  Rəbiyyə  xanım,  Tələt  ağa  və  Nazim  ağa  adlı  övladları 
dünyaya  gəlmiş  və  onlar  atalarının  1937-ci  ildə  həbsindən 
sonra  əziyyətlərə  düçar  olmuşlar.  Bunlardan  Əziz  ağa  Bər- 
dədə yaşamışdır.  Əziz ağa orada ömrünün sonuna kimi mü­
həndislik  etmişdir.  Onun  Məmmədhüseyn,  İlyas,  Rəşid, 
Rövşən,  Əhməd,  Zülfüqar  və  Azər  adlı  övladları  Şaxtax- 
tinski  soyadını  daşıyırlar.  Oğlu  Rəşid  indi  də  ata  yurdunda 
yaşamaqdadır.  Artıq  doğma  Qarabağda  Şahtaxtinskiləıin 
çoxşaxəli  bir nəsil  qolu  yaranmışdır.  Onların  hamısı  Naxçı­
vanın  bugünkü  uğurlarından  ürəkdolusu  danışırlar.  Mos­
kvadan,  Bakıdan  telefon  zəngləri  ilə  ürək  duyğularını  bil­
dirirlər. Artıq Əziz ağanın varisləri MDU-nun, BDU-nun və 
digər  ali  məktəblərin  yetişdirmələri  və  bacarıqlı  mütəxəs- 
sisləridirlər. Onun oğlu Azər naviqasiya (gəmiçilik) üzrə gör­
kəmli  mütəxəssisdir.  Bir  müddət  Finlandiya  və  Türkiyədə 
naviqasiyada işləyib. Hazırda Bakıda öz sənəti üzrə fəaliyyət 
göstərir.  Bir  məsələni  qeyd  etməmək  insafsızlıq  olardı.  Əziz 
ağanın  nəvəsi  Toğrul  Naxçıvanı,  ulu  babalarının  uyuduğu 
Şahtaxtı kəndini elə məhəbbətlə sevir ki, ali təhsilini də artıq 
Naxçıvanda tamamlayır.
Qazilər və alimlər anası Tovuz xanım Şahtaxtından  heç 
hara çıxıb getmədi.  Nə qədər əzab-əziyyətlər görsə də, ömrü­
nün  soııunadək  öz  qürurunu  saxladı.  Qohumlarının  dedi­
yinə  görə,  təxminən  1938-ci  ildə  vəfat  edib  və  Şahtaxtı  ca­
maatı  onu  çox  hörmətlə  köhnə  qəbiristanlıqda  (ata-baba 
sərdabələrinə yaxın) torpağa tapşırıblar.
Tariximizdə  və  taleyimizdə  mühüm  izlər  qoymuş  Şah- 
taxtinskilərin  hərbi  fəaliyyətləri  də  Naxçıvan  tarixinin  unu­
dulmaz bir səhifəsidir.
69


ŞAHTAXTİNSKİLƏR  1918-1920-ci İLLƏRDƏ 
NAXÇIVANIN  MÜDAFİƏSİNDƏ XÜSUSİ
HÜNƏR GÖSTƏRİBLƏR
Tarixin bütün zamanlarında Şahtaxtı tutduğu geosiyasi 
mövqeyə görə həmişə diqqət mərkəzində olub. Ziddiyyətli və 
çox  mürəkkəb  zaman  olsa  da,  1918-1920-ci  illərdəki  hadi­
sələr,  xüsusən  Naxçıvanın  yağılardan  müdafiə  olunması  ta­
riximizdə taleyüklü, zəfər dolu səhifələrdir.  Bu illərdə hər bir 
naxçıvanlının  hünəri  təqdirəlayiqdir.  Amma  burası  da  var 
ki,  xalqı  başına yığa  biləcək  hərbçilərin,  döyüşçülərin,  həya­
tını  onların  mənsub  olduqları  sülalələrin  keçdikləri  tarixi 
yolları  daha  dərindən  araşdırmaq lazım  gəlir.  Çünki  hər  tə­
rəfdən mühasirəyə alınmış Naxçıvanı yağılardan müdafiə et­
mək,  xalqı  arxasınca  apara  bilmək  bütün  zamanlarda  əsl 
qəhrəmanlıq  sayıla  bilər.  Ona  görə  də  artıq  neçə  illərdir  ki, 
Naxçıvanskilər, Şahtaxtinskilər,  Irəvanskilər və Makinskilər 
haqqında yazmağı vacib sayırıq.

•_
Naxçıvanskilər  və  Şahtaxtinskilər-Kəngərlilər,  Irə- 
vanskilər-Ziyadoğlu  Qacarlar,  Makinskilər  isə  Bayatlardır. 
Bunlar  hamısı  qədim  oğuz  türk  tayfalarıdır.  Bu  türk  sülalə- 
ləri çox qədim zamanlardan Naxçıvanın və İrəvanın sakinlə- 
ridirlər.  Onları  dünyanın  harasına  məcburi  surətdə  köçü- 
riıblərsə də,  fürsət tapan  kimi  döyüşə-döyüşə yenə öz vətən­
lərinə  qayıtmış  və  doğma  Naxçıvanın  müdafiəsində  qəhrə­
manlıq  səhifələri yaratmışlar.  Bəzən  bir-birini  əvəz edən  ha­
kimiyyət  dəyişiklərində  torpağı  müdafiə  edən  cəsur,  mətin 
hərbiçilər  haqqında  iftira  yazanlar  tapılsa  da,  yel  qayadan 
heç nə apara bilməyib. Zaman hər bir qaranlıq məsələni vax­
tı çatınca  aydınlaşdırıb,  biz tədqiqatçılara  isə  qələmə  almaq 
nəsib olub.
Yenə  də  zəfər  dolu  doğma  tariximizin  axtarış  yolların- 
davıq...  Bu il may ayının  13-də bir daha tariximiz sevincli bir
70


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə