Musa quliyev şahtaxtinskiLƏR



Yüklə 11,15 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix04.07.2018
ölçüsü11,15 Mb.
#53541
1   ...   13   14   15   16   17   18   19   20   21

"Oktyabr inqilabı"  ordeni  ilə təltif edilmişdir.  Həbibulla ağa 
ilə  Leyla  xanımın  izdivacından  bir  oğııl  və  4  qız  da 
Azərbaycanın  elm,  incəsənət  aləmində  çox  görkəmli  şəxsiy­
yətlər  olmuşdur.  Onların  oğlu  Məhəmmədemin  (1932)  gör­
kəmli  fizikdir və AMEA-nm (1989) akademikidir.  Azərbay­
can  Fizika  Cəmiyyətinin  prezidenti  (1991),  Avropa-Asiya 
Fizika  Cəmiyyətinin  vitse-prezidentidir  (1991).  Sona  xanım 
Həbibulla  ağa  qızı  (1926)  kimya  elmləri  namizədidir.  Onun 
qızı  Naira  xanım  Şalıtaxtinskaya  22  iyun  2007-ci  ildən 
Azərbaycanın Litvada  fövqəladə və səlahiyyətli səfiridir.
Həbibulla  ağanın  qızı  Gülııarə  xanım  (1928)  -  kimya 
elmləri namizədidir.
Elmira xanım Həbibulla ağa qızı Şalıtaxtinskaya (1930- 
1996) Azərbaycanın  xalq  rəssamı  olmuşdur (1977).
Bir  çox  portretlər  qalereyasını  yaradan  Elmira  xanım
dəzgah  rəsmləri  və  boyakarlıq  əsərləri  də  yaratmışdır.  O,
•  
» 

1956-cı  ildə  V.I.Surikov  adma  Moskva  Rəssamlıq  İnstitu­
tunu bitirmişdir. Onun  rəssam Oqtay Sadıqzadə ilə nikahın­
dan  oğlu  Altay  dünyaya  gəlmişdir.  Altay  Sadıqzadə  də  rəs­
samdır.  O,  Nərgiz xanım Paşayeva  ilə ailə qurmuşdur.
Həbibulla ağanın  Nəzirə adlı  qızı  (1939)  da  kimya elm­
ləri  namizədidir.
Bütün  bu  məlumatlardan  görünür  ki,  Baxşəli  ağanın 
faciəli ölümü gələcək varislərin elm öyrənmək yolunda pessi­
mizmə səbəb  olmayıb.
•  •
Ümumiyyətlə,  Şahtaxtinskilərin  nəsil  şəcərəsini  işləyər­
kən  bizə  aydın  oldu  ki,  Azərbaycan  və  onun  ayrılmaz  bir 
hissəsi  olan  Naxçıvan  MR  Şahtaxtinskiləıiə  fəxr  edə  bilər. 
Hələ  bir  çox  sənədlər  MDB  arxivlərinin  fondlarında  tədqi­
qatçıları  gözləməkdədir.  O  sənədlər  əldə  olunduqca  bizim
54


bilmədiyimiz  bir  çox  faktlar  Şahtaxtinskilərin  Azərbaycan 
tarixində  daha  böyük  işlər  gördüklərini  aşkar  edəcək  və 
həmyerlilərimizi  sevindirəcəkdir.
55


İBRAHİM AĞA ŞAHTAXTİNSKİ
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin 
Şahtaxtinskilər  muzeyinin  yaradılması  haqqında  9  fevral 
2010-cu il tarixli Sərəncamı bir tədqiqatçı kimi məni də ürək­
dən  sevindirdi.  Bu  sərəncam  tariximizdə  böyük  xidmətləri 
olan  Şahtaxtinskilərin  ensiklopedik  irsinin  dərindən  və 
hərtərəfli  öyrənilməsi üçün  dövlətimizin  göstərdiyi qayğının 
bariz  nümunəsidir.  Gələcək  yüzilliklərdə də  böyük  əks-səda 
doğuracaq  bu  məşhur  tarixi  sərəncam  Şahtaxtinskilərə  aid 
MDB  ölkələrinin  müxtəlif arxivlərində, kitabxanalarında və 
muzeylərində  olan  sənədlərin,  dərc  olunmuş  məqalələrin  və 
fotoşəkillərin  tapılıb  üzə çıxarılması  üçün  əlverişli  bir  şərait 
yaradır.  Tarixi  əhəmiyyətə  malik  olan  bu  sərəncam  həm  də 
biz  tədqiqatçıları  daha  ciddi  məsuliyyətli  axtarışlar  aparıb 
yeni-yeni  faktları  üzə çıxarmağımızın vacibliyini önə çəkir.
Naxçıvan,  Bakı,  İrəvan, Tiflis.  Həştərxan,  Vladiqafqaz, 
Odessa,  Kiyev,  Moskva, Sankt-Peterburq, Varşava, Qars və 
digər  şəhərlərdəki  arxivlərdə  Şahtaxtinskilər  haqqında  xeyli 
sənədlər  saxlanmaqdadır.  Biz  tədqiqatçıların  ən  ümdə 
vəzifəsi də həmin sənədləri axtarıb tapmaq və doğma Naxçı­
vana gətirməkdir.
Tarixi sənədləri öyrənəndə İbrahim ağanın adma tez-tez 
rast  gəlirik.  Türkiyənin  tarixçiləri  də  yazdıqları  monoqrafi­
yalarda  onun  adını  ehtiramla  çəkirlər.  1918-1920-ci  illərdə 
Naxçıvana  köməyə  gələn  türk  hərbçiləri  sonralar yazdıqları 
memuarlarda  İbrahim  ağanın  da  həmin  illərdə  göstərdiyi 
hünərindən  və  səxavətindən  söhbət  açmışlar.  Həmin  tarixi 
monoqrafiyalardan,  memuarlardan  və  gündəliklərdən  yeri 
gəldikcə istifadə edəcəyik.  Azərbaycanın elm  tarixində şanlı,


şərəfli  səhifə  təşkil  edən,  sönməz  bir  məşəl  kimi  parlayan 
Şahtaxtinskilər nəslinin şəcərəsi də genişdir.  Bu köklü, nəca­
bətli  nəsil  haqqında  az-çox  yazılar  yazılsa  da,  lakin  sistemli 
şəkildə  tədqiq  edilməmişdir.  Hələ  çar  Rusiyası  dövründə 
xidmətlərinə  görə  bu  nəsil  Peterburqda xüsusi  imtiyaza ma­
lik  olmuşdur.  Ömürlərini  xalqın  maariflənməsinə,  sağlamlı­
ğına,  hərb  sənətinin  inkişafına  həsr  edən  və  Azərbaycanın 
xoşbəxt,  müstəqil  gələcəyi  üçün  canlarını  belə  əsirgəməyən 
bu  nəslin  nümayəndələrindən  unudulanlar  da  olub.  Əslində 
unutdurublar desək, daha doğru olar.
İbrahim  ağa  Hacı  Vəli  ağa  oğlu  Şahtaxtinski  1881-ci 
ildə  Naxçıvanda,  Şahtaxtı  kəndində  anadan  olmuşdur. 
Onun  atası  Hacı  Vəli  ağa  Naxçıvanın  ən  ünlü,  yəni  sayılıb- 
seçilən  hərbçilərindən  biri  kimi  Rusiya  imperiyasında 
məşhurlaşıb.
Tiflisdə elmi  axtarışlar  apararkən  XIX  yüzilliyin  tanın­
mış  rəsmi  qəzetlərindən  olan  "Kavkaz"  qəzetinin  1856-cı  ilə 
aid  55-ci  nömrəsində  maraqlı  bir  siyahıya  rast  gəldik.  Bu, 
Rusiyanın  Qafqazdakı  baş  komandanı  general-adyutant 
Muravyovun  əmri  idi.  7  may  1856-cı  ildəki  bu  əmrdə  Krım 
müharibəsində  şücaət  göstərən  naxçıvanlıların  da  adları 
vardır.  Onlardan  biri  Hacı  Vəli  ağa  I  İsa  Sultan  oğlu  Şah­
taxtinskidir.  Əmrdə yazılıb  ki,  kapitan  Zeynal  Sultanın  (adı 
Zeynalabdin  Sultandır-müəllif)  qardaşı  Hacı  Vəli  ağa  İsa 
Sultan oğlu müsəlman süvari  polkunun  bölük komandiri və 
naibidir.  Müharibədə  göstərdiyi  hünərə  görə  Rusiya  çarı 
onu  qızıl  medalla  təltif etmişdir.  Həmin  qızıl  medalı  rəsmi 
hərbi  geyimlərin  yaxasına  vurmağa  icazə  verilirdi.  Üstündə 
"İgidliyə  görə"  sözləri  həkk  olunmuşdu.  Elə  buna  görə  də 
müharibədən  Naxçıvana  qayıdan  Hacı  Vəli  ağa  imperiya
57


Yüklə 11,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə