vana uçdu. Aleksisin o zaman 24 yaşı vardı. Atasının arzu
sunu yerinə yetirdiyinə görə çox sevinirdi. Poliqlot və diplo
mat olan Aleksis NATO-nun Rusiyada nümayəndəsi olan
da, keçmiş SSRİ məkanında olan bütün Şahtaxtinskiləri
tapmaq, onlarla görüşmək arzusu ilə çalışırdı.
Öz ömürlərini və talelərini Azərbaycanın xoş gələcəyi
naminə şam kimi əridən, lazım gələndə bu amal naminə can
larını qurban verən Şahtaxtinskilərin tariximizdə əbədi yaşa
mağa mənəvi haqları var. Onları yaşatmaq, örnək ömür
lərini gələcək nəsillərə də öyrətmək bizim borcumuzdur.
S
9
19
ELİMİZİN BÖYÜK OĞLU -
ƏBÜLFƏT AĞA ŞAHTAXTİNSKİ.
O, DÖVRÜNÜN TANINMIŞ ZİYALISI VƏ YAZIÇISI
OLMAQLA BƏRABƏR, HƏM DƏ ÇAR ORDUSUNUN
YÜKSƏK RÜTBƏLİ ZABİTİ OLUB
Azərbaycan tarixində mühüm yer tutan, elm, sənət xa
dimi, eləcə də mahir hərbçi kimi şöhrət tapan Şahtaxtinski
lər nəslinin nümayəndələrindən biri də Əbiilfət ağa Nəcəf-
qulıı oğlu Şahtaxtinskidir.
O, 1858-ci ilin oktyabr ayında indiki Kəngərli rayonu-
nun (keçmiş İrəvan quberniyasının) Şahtaxtı kəndində, za
dəgan ailəsində doğulmuşdur.
Onun atası İrəvan quberniyasının əsilli-köklü bəylərin
dən idi. Onların İrəvan və Naxçıvan şəhərlərində də mülkləri
vardı. Elə Əbülfət ağanın böyük qardaşı İsa Sultan da İrə
vanda doğulmuşdu. Dövrünün tanınmış ziyalısı olan Nə-
cəfqulu ağa övladlarına ilk təhsili evdə vermişdi. Sonra isə o,
oğlanlarını Naxçıvan şəhərindəki rus dili təmayüllü məktəb
də oxutdurmuşdu.
1865-ci ildə Nəcəfqulu ağa 14 yaşlı İsa Sultanı Tiflisə
aparmış və məşhur gürcü maarifçisi D.Kipianinin pansio-
nunda oxumağa qoymuşdu.
1871-ci ildə isə o, kicik oğlu Əbülfət ağanı Tiflis Real
/
J
C ?
W
Gimnaziyasına qoyur. Əbülfət ağa 1877-ci ildə gimnaziyanı
uğurla başa vurub həmin il də Peterburq Texnologiya insti
tutuna daxil olmuşdu. Ruhən azadlıq mücahidi olan Əbülfət
ağa institutda tələbə hərəkatına qoşulmuş, tələbələri qada
ğan olunmuş toplantılara təhrik etdiyinə görə 1879-cu ilin
dekabr ayında institutdan xaric edilmişdir.
Qeyd edək ki, Əbülfət ağa qafqazlı, əsasən azərbaycanlı
və dağlı xalqları birləşdirən "İmdadiyyə" təşkilatının fəal üz
vü olmuşdur. Bu təşkilatın qurucusu və ona rəhbərlik edən
isə Azərbaycanın gələcək görkəmli dramaturqu Nəcəf bəy
20
Vəzirov idi. Nəcəf bəy də həmin vaxt tələbə idi. 3 mart 1878-ci
ildə 19 yaşlı Əbiilfət ağa Nəcəf bəy Vəzirova çılğınlıqla
yazmışdı: "İmdadiyyə"nin nizamnaməsini aldım. Yaxınlaşan
yay "İmdadiyyə"nin əsas müddəalarının müzakirəsini təxi
rəsalınmaz vəzifəmizə çevirir. Müzakirə ona görə lazımdır
ki, biz ölkənin müxtəlif yerlərinə yollanarkən bir məqsəd uğ-
runda hərəkət edə bilək. Biz öz məqsədimizə nail olmaq
üçün bütün vasitələri nəzərdən keçirməliyik. Həmin məqsəd
kifayət qədər aydın və dəqiq şəkildə müəyyənləşdirilməlidir.
Məqsədimiz sakitliyimizi pozan vicdan əzabının burjııa ra
hatlığı naminə dəf edilməsi deyil. Məqsədimiz pisliyin kökü
nü yerli-dibli kəsmək üçün mümkün qədər çox işlək əl
hazırlamaqdır. Biz vasitə və vəsait axtarırıq, deməli onda işçi
əllər, ağırlığı öz üzərinə götürən qüvvələr tərbiyə etməliyik.
Biz tərəqqipərvər adamlar kimi, nəzərlərimizi yalnız cəmiy
yətin aşağı təbəqələrinə yönəltməliyik".
Bu məktub Rusiya İmperiya Təhlükəsizlik İdarəsinin
əlinə keçir. Onlar məktubu çar II Aleksandra təqdim edirlər.
Çar isə belə bir dərkənar yazır: "Göstərilən şəxslərin üzərinə
diqqət hökmən gücləndirilməlidir".
Təqib edilən Əbülfət ağa institutdan qovulmuş və ona
Rusiyanın ali məktəblərində oxumaq qadağan edilmişdi.
1879-cu ildə Əbülfət ağa Moskvaya gəlir və Lazarev
adma Şərq Dilləri institutunda oxumağa başlayır. Amma o,
burada da diplom ala bilmir. Əbülfət ağa i 880-ci ildə Alma
niyaya gedir və Heydelberq Universitetində diplom işini mü
dafiə edir və bakalavr dərəcəsini alır. Sonra Rusiyaya dönən
w
m /
Əbülfət ağanı həmin diplomla qulluğa götürmürlər. Və
Əbülfət ağa artıq dördüncü dəfə ali məktəbdə oxumaq məc
buriyyətində qalır. Hərbçi olmağı qərara alan Əbülfət ağa
• •
1883-cü ildə Peterburqda yunker məktəbində oxuyur. Öm
rünün qalan illərini də ordu ilə bağlayır.
Peterburq yunkerlər məktəbini fərqlənmə diplomu ilə
21
t
qurtaran Əbülfət ağa 1904-1905-ci illərdə rus-yapon müha
ribəsində batalyon komandiri olmuşdur. 25 yaşından tale
yini hərbi sənətlə bağlayan Əbülfət ağa müharibəyə qədər
özünü mahir bir hərbçi kimi tanıtmışdır. Əgər biz onun
Moskva, Tiflis və Peterburq arxivlərində saxlanılan xidmət
kitabçasını əldə edə bilsək, bu cəsur sərkərdənin çox yüksək
hərbi mükafatlar aldığını görərik. Onu da deyək ki, rus-ya
pon müharibəsində məharətlə vuruşanda Əbülfət ağanın 47
yaşı var idi. Yunker məktəbini bitirəndən sonra haralarda
xidmət etməsi isə hələlik araşdırılmayıb.
Müharibədən sonra yenə də hərbi işdən ayrılmayan
Əbülfət ağa 1912-ci ildə polkovnik rütbəsi alır. Mənbələrdə
onun həmin illərdə Rusiyanın hərbi nümayəndəsi kimi İsveç
ordusunun manevrlərini müşahidə etdiyini göstərirlər.
Bir neçə dili kamil bilən və tariximizdə filoloq, yazıçı və
döyüşçü kimi qalan Əbülfət ağa XIX-XX yüzillikdə azər
baycanlı ziyalıların ən məşhur nümayəndələrindən biri idi.
O, tərcümə işi ilə də məşğul olmuş, İ.V.Qotenin "Gənc Ver-
terin iztirabları" kitabını ilk dəfə Azərbaycan dilinə çevir
mişdir.
Əbülfət ağa iki dəfə ailə qurmuşdur. Onun birinci arva
dı Minqrel zadəganlarından birinin qızı olmuşdur. Əbülfət
ağa ikinci dəfə yaxın qohumu, məşhur publisist və ictimai
xadim, "Şərqi-rus" qəzetinin yaradıcısı Məhəmməd ağa Şah-
taxtinskinin qızı Balabəyimlə ailə qurmuşdur. Həmin nikah
dan onun üç oğlu olmuşdur: Sadıq, Abbas və Nəcəf. Və on
ların üçü də hərbçi sənətini seçmişdir. Nəcəf bəy Şahtax
tinski (1898-1937) Tiflisdə hərbi kadet məktəbini, sonra isə
Sankt-Peterburq şəhərində Mixaylovsk Artilleriya Məktə
bini bitirmiş, çar ordusunda xidmət etmişdir. Onu da qeyd
edək ki, Nəcəf bəy Şahtaxtinski 1918-ci ildə Azərbaycan De
mokratik Respublikasının milli ordusunda zabit olmuşdur.
Bolşevik hökuməti qurulandan sonra yenə də orduda qalmış
22
Dostları ilə paylaş: |