və Artilleriya alayında qərargah rəisi vəzifəsində çalışmışdır.
1931-ci ildə bolşeviklərin təqiblərindən yaxa qurtara bilmə
yən Nəcəf bəy həbs olunmuş və sürgünə göndərilmişdir.
1937-ci ildə NKVD-nin qərarı ilə güllələnmişdir. Əbülfət ağanın
hələlik doğum və ölüm tarixi məlum olmayan oğlu Sadıq
bəy Şahtaxtinski də 1918-ci ilin fevralında Peterburqda tələ
bə olarkən könüllü olaraq Qırmızı Orduya daxil olmuşdur.
Sonralar o, orduda komanda heyətinin idarə rəisi vəzifəsin
də çalışmışdır. 1940-cı ildə yaxın qohumu, o vaxtlar təhsil
naziri işləyən Həmid bəy Şahtaxtinskinin istintaq işinə cəlb
olunmuş Sadıq bəyin sonrakı taleyi naməlumdur.
1920-ci ildə Kreml yanındakı hərbi kursantlar mək
təbini bitirmiş Abbas bəy Şahtaxtinskinin taleyi haqqında
isə hələlik heç bir məlumat yoxdur.
Bütün həyatını və fəaliyyətini Azərbaycanın və onun ay
rılmaz hissəsi olan Naxçıvanın müstəqilliyinə sərf etmiş
Əbülfət ağa Şahtaxtinski 1913-cü il martın 13-də Kutaisi şə-
• •
hərində vəfat etmişdir. Oz vəsiyyətinə görə çox sevdiyi Şah
taxtı kəndində, babalarının yanında dəfn olunmuşdur.
Topladığımız məlumatlara görə onun cənazəsi çarın və
Qafqaz canişininin əmri ilə Tiflisdən xüsusi hərbi qatarla
Şahtaxtı kəndinə gətirilmiş, vağzaldan Şahtaxtinskilərin ailə
nekropoluna kimi toplafetin üstündə, fəxri əsgərlərin əhatə
sində aparılmış və topların yaylım atəşi altında torpağa tap
şırılmışdır. Şərur mahalmdakı qədim Kəngərli yurdunun -
Şahtaxtının adını hərb tariximizə qızıl hərflərlə yazan
Əbülfət ağa Şahtaxtinskiylə fəxr etməyə dəyər.
23
GÖRKƏMLİ DÖVLƏT XADİMİ BEHBUD AĞA
ŞAHTAXTI NS К İNİN NƏSİL ŞƏCƏRƏSİ VƏ ONUN
QƏRBİ AVROPADA YAŞAYAN QOHUMLARI
Azərbaycanın xarici siyasət və diplomatiya tarixində
böyük işlər görmüş Belıbud ağa Əliağa oğlu Şahtaxtinski
haqqında son illərdə maraqlı elmi əsərlər işıq üzü görmüş
dür. Sevindirici haldır ki, bu sahədə Naxçıvanda maraqlı
tədqiqatlar aparılmışdır. Behbud ağa Şahtaxtinski qədim bir
türk nəslinin övladı olsa da, 1930-cu ildən bəri nəşr edilən
kitablarda, ensiklopediyalarda onun atasının adı qeyd olun
mamışdır.
Yalnız "Naxçıvan" (iki cildlik, 2005) ensiklopediyasında
ilk dəfə onun atasının adı göstərilmişdir. Ara-sıra mətbuat
səhifələrində Şahtaxtinskilərlə bağlı yazılar dərc etdirsək də,
bunlar heç də onların nəsil tarixlərinin, həmçinin fəaliyyətlə
rinin tamamilə öyrənilməsi rolunu yerinə yetirə bilməyib.
Ona görə də bir neçə illərdir ki, müxtəlif arxiv fondlarından
əldə etdiyimiz sənədlər əsasında Şahtaxtinskilərin nəsil şə
cərələrini hazırlayırdıq. Artıq bu iş başa çatıb. Arxiv sənəd
ləri hətta imkan verib ki, onların hərbi sahədə sörd ükləri
O
işləri və aldıqları mükafatların siyahılarını da sizlərə təqdim
edək.
Əvvəlcə bir məsələyə aydınlıq gətirmək istərdik. Çünki
bəzən bizə də bununla bağlı çox müraciətlər olur. Tarixi şəx
siyyətlərin adlarının yanında "bəy", yaxud "ağa" sözlərini
hər kəs (tədqiqatçılardan söhbət gedir) istədiyi kimi işlədə
bilərmi? Yox. Çünki bu müraciət formalarının tarixi kökü
çox qədimlərə gedib çıxır. Hələ qədim oğuz tayfaları öz tay
falarına başçılar seçirdilər. Sonralar hərbi-feodal hakimlər
müraciət formalarını da müəyyənləşdirdilər. Atlı süvari dəs
tələri döyüş aparmadığı illərdə əkinçiliklə də məşğul olurdu
lar. Ancaq hərbi işə sadiqlik həmişə diqqət mərkəzində sax
lanılırdı. O zamanlar verilən titullardan xan, bəy və ağa miı-
24
raciot formaları XXI əsrə də gəlib çatıb. Məşhur ensiklope
diyaçılar Brokhauz və Yefron 1892-ci ildə tərtib etdikləri
lüğətdə "bəy" titulu haqqında geniş izahat vermişlər. Onlar
bildirmişlər ki, bu, qədim türk sözüdür. Əvvəllər çox yüksək
mənsəb sahiblərinə verilirdi, sonralar isə bəzən xanın çox sə
daqətli nökərlərinə də "bəy" müraciət formasını işlətməsinə
əmrlə icazə verilirdi: Yüksək mənsəb sahiblərinin, o cüm
lədən xanların övladlarına bəy deyilir və yazılırdı. Gələcəkdə
"xan", yaxud "sultan" titulunu qazanmaq onların hərbi ba
carıqlarından asılı idi.
"Bəy" titulu haqqında geniş məlumatı Brokhauz və Yef-
ronun ensiklopediyasında oxumaq olar (3-cü cild, 6-cı ya-
rımcild, Sankt-Peterburq, 1892). Maraqlı haldır ki, Türkiyə
hökmdarlarına xərac verən moldav və valaxiya knyazları da
"bəy" titulu daşımışlar (bax. Yujakovun ensiklopediyası).
Sonralar bolqar, samos (yunan) knyazları da bu adı daşımış
lar.
XVIII əsrin ikinci yarısından etibarən, daha doğrusu,
1747-ci ildən, yəni, müstəqil Azərbaycan xanlıqları yarandı
ğı vaxtdan isə titullar xan, bəy, məlik, sultan, naib və ağa
formasında işlədilmişdir.
"Ağa" titulunu xanın ən yaxın qohumları və əcdadları
zadəgan, əslli-nəsilli olanlar, səfəvi şahlarının, sonralar Na
dir şahın ordusunda hərbi xidmətlər göstərən şəxslər daşıyır
dı. Qanuna görə onların övladlarına da belə müraciət olu
nurdu. Ona görə də Behbud ağa və ya Behbud bəy, həmçinin
onun atasının adının Əli bəy, yaxud Əli ağa yazılmasında elə
bir ciddi səhv yoxdur. Əsl həqiqətdə isə Şahtaxtinskilərin
mənsub olduqları qazaxlar və cəmşidli qolları (bu qollar da
Kəngərli tayfasına daxildir) "ağa" titulunu çox qədimlərdən
daşımışlar.
Naxçıvan xanlığına aid müxtəlif dilli mənbələrdə bu
haqda xeyli maraqlı məlumatlar vardır. Ancaq 1828-ci ildən
25
Dostları ilə paylaş: |