Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   46   47   48   49   50   51   52   53   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
152
 
si əqidələrinə görə Türkiyəyə mühacirət edənlər kimi onlar da qar-
daş ölkəyə üz tutmuşlardır. 
1918-ci ildə Azərbaycana Nuru Paşanın komandanlığı altın-
da  Türk-Qafqaz  İslam  Ordusu  yardıma  gəlməsi  və  Azərbaycan 
ərazilərini, xüsusilə, onun siyasi və mədəniyyət mərkəzi olan Ba-
kının  türk-müsəlman  qanına  susamış  daşnaklardan  azad  edilmə-
sini  xatırladaraq  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyev  demişdir:  “...Azərbaycanı  daşnakların  təcavüzündən  Türk 
ordusunun  xilas  etməsi  hər  bir  azərbaycanlının  qəlbində  yaşayır. 
Azərbaycan  xalqı  həmin  ağır  dövrdə  türk  xalqının  köməyini  heç 
vaxt unutmayacaqdır”. 
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədə-
rimizdir”  deyən  Qazi  Mustafa  Kamal  Atatürkün  rəhbərliyi  ilə 
Anadoluda  aparılan  milli  mübarizə  zamanı  azərbaycanlılar  da 
maddi və mənəvi yardımlarını əsirgəməmişlər. Qardaşlıq münasi-
bətlərinin  bu  cür  nümunələrini  istənilən  qədər  göstərmək  olar 
Azərbaycan  Sovetlər  Birliyinin  tərkibində  olarkən  bu  iki  qardaş 
respublika  arasında  rəsmi  münasibətlər  tam  həcmdə  olmasa  da, 
qismən mövcud olmuşdur. Belə  ki,  1967-ci  ildə  Türkiyə  Cümhu-
riyyətinin  Baş  Naziri  Süleyman  Dəmirəlin,  ondan  iki  il  sonra 
1969-cu  ildə  Türkiyə  Respublikasinın  Prezidenti Cövdət  Sunayın 
Azərbaycana səfər  etməsi  xalqlarımız arasında  əlaqələrin  gələcək 
istiqamətinin  müəyyənləşdirilməsində  başlıca  amil  olmuşdur.  Tə-
sadüfi  deyil  ki,  Azərbaycan  müstəqilliyini  bərpa  etdikdən  sonra 
prezident Heydər Əliyev Türkiyəyə üç dəfə rəsmi, iki dəfə qeyri-
rəsmi, on beş dəfə işgüzar səfər etmişdir ki, bu da Heydər Əliye-
vin xarici siyasət konsepsiyasında Türkiyəyə və bu iki xalq arasın-
dakı  münasibətlərə  nə  qədər  əhəmiyyət  verdiyini  göstərmişdir. 
Qeyd etmək lazımdır ki,  hələ 1991-ci  ildə  Azərbaycan öz müstə-
qilliyini bərpa etdiyi zaman həmin ilin 9 noyabrında onun müstə-
qilliyini  tanıyan  ilk  dövlət  qardaş  Türkiyə  Cümhuriyyəti  olmuş-
dur. 1992-ci ilin yanvar və avqust aylarında müvafiq olaraq Türki-
yənin Azərbaycanda, Azərbaycanın  isə  Türkiyədə diplomatik  nü-
mayəndəlikləri  fəaliyyətə  başlamışdır.  Respublikamızın  beynəl-
xalq  inteqrasiyasında,  regiondakı  təhlükəsizliyin  qorunmasında, 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
153
 
Azərbaycanın  siyasi-iqtisadi,  elmi-mədəni  və  digər  maraqlarının, 
eləcə  də,  əlaqələrinin  genişlənməsində  Türkiyə  ilə  əməkdaşlığa 
Azərbaycan rəhbərliyi xüsusi əhəmiyyət vermişdir. Azərbaycan və 
Türkiyə arasındakı qardaşlıq münasibətləri 2003-cü ildə Azərbay-
can  Respublikasının  Prezidenti  seçilmiş  İlham  Əliyev  tərəfindən 
inkişaf etdirilmişdir. Ölkələrimiz arasındakı münasibətlərin xarak-
terinə diqqət yetirsək, görərik ki, Türkiyənin də dövlət və hökumət 
başçılarımnın xaricə ilk rəsmi səfəri Azərbaycandan başlayır. Bu 
bir ənənəyə çevrilmişdir. “Türkiyə ilə Azərbaycan arasında müna-
sibətlər  köklü,  tarixi  və  mədəni  bağlardan  qaynaqlanan  qardaşlıq 
təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. ... 
Sevinci də, kədəri də bir olan Türkiyə və Azərbaycana bütün dün-
ya qibtə ilə baxır”. 
1994-cü  il  sentyabrın  20-sində  “Əsrin  müqaviləsi”  imzala-
nan zaman xarici neft şirkətləri konsorsiumunda “ Türk petrolları” 
şirkətinin  də  təmsil  olunması  iki  qardaş  ölkənin  arasında  strateji 
əməkdaşlığın  real  təzahürü  idi.  2006-cı  ildə  Azərbaycan  neftinin 
Aralıq dənizinin Türkiyə sahillərindəki Ceyhan terminalı vasitəsi-
lə  dünyaya  çıxarılması  beynəlxalq  transkontinental  layihə  ilə  hə-
yata keçirilmişdir. 2007-ci ilin əvvəllərində Bakı-Tbilisi-Ərzurum 
qaz kəməri, 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə Tür-
kiyənin  BOTAŞ  şirkəti  arasında  imzalanmış  müqavilə,  Bakı  –
Tbilisi – Qars dəmir yolu və s. bu kimi beynəlxalq əhəmiyyətli la-
yihələrin kökündə Azərbaycan – Türkiyə qardaşlığı və bu qardaş-
lığın monolit birliyi durur. 
Hələ  sovet  dövründə  birbaşa  mədəni  əlaqələrin  olmadığı  za-
man Azərbaycana da Orxan Kamalın, Nazim Hikmətin, Rəşad Nuri 
Güntəkinin və başqa türk  yazarlarının  əsərləri sevilərək oxunmuş-
dur. O zamanlar Ankara, İstanbul, İzmir və başqa şəhərlərdə çıxış 
etmiş mayestro Niyazi, dünya şöhrətli bəstəkar Arif Məlikov, xalq 
artistləri Rəşid Behbudov, Zeynəb Xanlarova, eləcə də Leyla Vəki-
lovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı haqqında 
bütün türk qəzetləri incəsənət ustalarımızın sənətkarlıq qüdrətindən 
yazmışlar. Bu mədəniyyətlərin bir-birinə nə qədər doğma və yaxın 
olduğunu göstərən faktlardır. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
154
 
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahə-
lərdə olduğu kimi elm, təhsil və mədəni münasibətlərdə də böyük 
dirçəliş və inkişaf olmuşdur. 
Qeyd  etmək lazımdır ki,  bütün  məsələlərdə istər beynəlxalq, 
istərsə regional məsələlərdə ölkələrimizin mövqeləri demək olar ki, 
üst-üstə düşür.` Dövlətlərimiz BMT, İKT, Avropa Şurası, Qara də-
niz İqtisadi Əməkdaşlıq Təşkilat, Türkdilli dövlətlər birliyi, NATO 
və s. nüfuzlu təşkilatlarda nümunəvi  əməkdaşlıq  edirlər. Qafqazda 
sabitliyin təmin edilməsində Türkiyə-Azərbaycan əməkdaşlığı güc-
lü zəmin üzərində qurulmuşdur. Hələ 1993-cü ilin aprelində erməni 
hərbi birləşmələri Azərbaycanın zəngin sərvətə malik olan Kəlbəcər 
rayonunu işğal etdikdən sonra, BMT-nin Azərbaycanın işğal olun-
muş ərazilərini erməni silahlı birləşməsinin qeyri-şərtsiz tərk etməsi 
barədə qətnaməsini Ermənistan tərəfi icra etmədiyinə görə Türkiyə 
Respublikası  Ermənistanla  sərhədlərini  bağlamış  və  bu  problemin 
həll olunmasına qədər sərhədlərin açılmayacağını bəyan etmişdir. 
Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev respub-
likalarımızın  mövcud  vəziyyətini  aşağıdakı  kimi  dəyərləndirmiş-
dir:  “Türkiyə-Azərbaycan  əlaqələri  indi  ən  yüksək  səviyyədədir. 
Bu  əlaqələr  strateji  əlaqələrdir.  Dostluq,  qardaşlıq  prinsiplərinə 
əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni  əlaqələr, 
bizim keçmişimiz və bu günkü siyasi maraqlarımızdır”. Dövlət baş-
çılarımızın,  xalqlarımızın  qardaşlığı  və  dostluğu  daim  var  olsun. 
Yaşasın  türk  xalqlarının  qürur  mənbəyi  olan  Azərbaycan-Türkiyə 
qardaşlığı! 
ƏDƏBİYYAT 
1.Anar İSGƏNDƏROV. 1918-ci il mart qırğınının tarixşünaslığı
Bakı,1997. 
2.Aydın  HACIYEV.  Qars  və  Araz-Türk  Respublikalarının  tari-
xindən. Bakı,1994. 
3.Şahin  Fazil  FƏRZƏLİBƏYLİ. Azərbaycan və  Osmanlı İmperi-
yası. Bakı,1994. 
4.Mehmet SARAY. Yeni türk cumhuriyetleri tarihi. Ankara, 1999. 
5.İsa İbrahim ARSLAN. Qafqaz respublikalarının Türkiyə ilə əla-
qələri (1918-1920-ci illər). Bakı, 2016. 
______________________ 
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə