Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə51/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   47   48   49   50   51   52   53   54   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
155
 
 
IV Bölmə 
A
TATÜRK VƏ BIZ
 
 
Aysel ABBASLI 
Bakı Dövlət Universiteti
Filologiya fakültəsi, III kurs tələbəsi 
E-mail: abbaszade6@gmail.com 
SƏBAHƏDDİN ƏLİ VƏ ATATÜRK 
Elmi rəhbər: Pərvin EYVAZOV 
Bakı Dövlət Universitetinin doktorantı, 
"Türkoloji Araşdırmalar Mərkəzi"nin elmi işçisi 
Açar sözlər: Səbahəddin Əli, Atatürk, Türkiyə, türk ədəbiyyatı 
Səbahəddin  Əli  25  fevral  1907-ci  ildə  Gümülcində  anadan 
olub. Atası hərbi kapitan olduğu üçün tez-tez təyinat alırdı. İlk ya-
zıları 1925-ci ildə, Balıkəsirdə dərc edilən “Irmak” jurnalında işıq 
üzü  görüb.  Səbahəddin  Əli  öz  yaradıcılığına  şeirlə  başlayıb.  İlk 
şeirləri  Orhan  Şaiq  Gökyayın  redaktorluğu  ilə  Balıkəəsirdə  dərc 
olunan “Çağlayan” jurnalında çıxıb. 
Konya şəhərində müəllimlik edərkən bir içki süfrəsində Mus-
tafa Kamal Atatürkə qarşı şeir oxuduğunu əsas götürərək həbs olun-
muşdur.  Bu  məlumatı  dövlətə  çatdıran  şəxs  90-cı  illərin  məşhur 
atatürkçüsü Cemal Kutay idi. Şair Səbahəddin Əli Konyada olar-
kən,  Mustafa  Kamal  Atatürkü  tənqid  edən  “Məmləkətdən  xəbər” 
adlı şeirini oxuduğu iddiasi ilə 1932-ci ildə həbs olunmuşdur. 
 
MEMLEKETTEN HABER 
Hey anavatandan ayrılmayanlar 
Bulanık dereler durulmuş mudur? 
Dinmiş mi olukla akan o kanlar? 
Büyük hedeflere varılmış mıdır? 
Asarlar mı hala Hakk’a tapanı? 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
156
 
Mebus yaparlar mı her şaklabanı? 
Köylünün elinde var mı sabanı? 
Sıska öküzleri dirilmiş midir? 
 
Cümlesi beli der enelhak dese 
Hala taparlar mı koca terese? 
İsmet girmedi mi hala kodese? 
Kel Ali’nin boynu vurulmuş mudur? 
 
Cemal Kutay Səbahəddin Əlinin iş yoldaşı olub. Cəmal Ku-
tayın həmin dövrdə Konyada dərc etdiyi “Yeni Anadolu” qəzetin-
də Səbahəddin  Əlinin  yazıları  yer  alırdı.  Lakin  müəyyən müddət 
bu yazıların qarşılığında ödəniş ala bilməyən ədib artıq yazılarını 
dayandırmağa qərar verir. Elə bu da Cəmalla Səbahəddin arasında 
soyuqluğun yaranmasına səbəb olur. Cümhuriyyətin qurulmasının 
10-cu il dönümü münasibətiylə 1933-cü ildə əfv sərəncamı imza-
lanır və Səbahəddin Əli həbsdən azad edilir. Bundan sonra Anka-
raya  gələn  ədib,  Təhsil  Nazirliyinə  müraciət  edərək  yenidən  işə 
qaytarılmasını  xahiş  edir.  Dövrünün  təhsil  naziri  Hikmet  Bavur 
onun  keçmiş  fikirlərindən  daşındığını  bilmək  istəyib.  Bu  səbəblə 
də Səbahəddin Əli “Varlıq” jurnalında “Mənim Eşqim” adlı şeiri-
ni dərc etdirib. 
Benim Aşkım 
Bir kalemin ucundan hislerimiz akınca 
Bir ince yol onları sıkıyor, daraltıyor; 
Beni anlayamazsan gözlerime bakınca 
Göğsümü parçala bak kalbim nasıl atıyor. 
Daha pek doymamışken yaşamın tadına 
Gönül bağlanmaz oldu ne kıza, ne kadına 
Gönlüm yüz sürmek ister yalnız senin katına 
Senden başka her şeyi bir mangıra satıyor. 
Sensin, kalbim değildir, böyle göğsüme vuran, 
Sensin Ülkü adıyla beynimde dimdik duran 
Sensin çeyrek asırlık günlerimi dolduran; 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
157
 
Seni çıkarsam, ömrüm başlamadan bitiyor. 
Hem bunları ne çıkar anlatsam bir dizeye? 
Hisler kambur oluyor dökülünce yazıya 
Kısacası gönlümü verdim Ulu Gazi’ye 
Göğsümde şimdi yalnız onun aşkı yatıyor. 
 
 “İçimizdəki  Şeytan”  adlı  romanı  milliyyətçilər  tərəfindən 
çox tənqid edilmişdir. Sabahattin Ali Nihal Atsızın ona qarşı yaz-
dığı təhqir dolu yazıya cavab olaraq onu məhkəməyə verib. 1944-
cü ildə məhkəmədə qalib gəlir, lakin tənqidlərdən qurtula bilmir. 
Jurnallarda  çıxan  məqalələr  səbəbiylə  3  ay  həbs  olunub  və  ona 
qarşı  olan  təzyiqlərdən  bezib.  “Ali  Baba”  adlı  jurnalda  yazdığı 
məqalədə bunları qeyd edib: “Çalmadan, çırpmadan bize ekmeği-
mizi  verenleri  aç,  bizi  giydirenleri  donsuz  bırakmadan  yaşamak 
istemek bu kadar güç, bu kadar mihnetli, hatta bu kadar tehlikeli 
mi  olmalı  idi”.  1948-ci  ildə  başqa  bir  mübahisə  səbəbiylə  üç  ay 
Paşakapısı həbsxanasında məhbus həyatı yaşayıb. Azadlığa çıxan-
dan  sonra  çox  çətin  günlər  keçirib,  iş  tapa  bilməyib.  Xaricə  get-
mək üçün pasport almaq istəyib, lakin bunun qanuni  yolla müm-
künsüz olduğunu görən Səbahəddin Əli Bolqarıstana qaçmağı qə-
rara alır. Ona yardım edən Əli Ertəkin adlı qaçaqmalçı Bolqarıstan 
sərhədinə çatanda Səbahəddin Əlini öldürür. 
ƏDƏBİYYAT 
1. Sabahattin Ali cinayeti. Cumhuriyet Ansiklopedisi, 1923-2000. 
2. Cilt (3. bas.). 
2. Sevengül Sönmez, A'dan Z'ye Sabahattin Ali, Yapı Kredi Ya-
yınları, 2009. 
______________________ 
 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
158
 
 
Sevanə ABBASOVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, IV kurs tələbəsi 
E-mail: sevane.abbasli@gmail.com 
 
NƏRIMANOV-ATATÜRK 
Elmi rəhbər: Sevinc QASIMOVA 
Bakı Dövlət Universitetinin dosenti 
Açar  sözlər:  Azərbaycan,  Türkiyə,  turançılıq,  Atatürk,  Nəriman 
Nərimanov 
Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edərkən mühüm bir 
tarixi dönəmi qeyd etmək yerinə düşər. Hansı ki, Aprel işğalından 
sonrakı Azərbaycan ərazisində qurulmuş Sovet hökuməti ilə Ata-
türkün  rəhbərlik  etdiyi  Türkiyə  Cümhuriyyətinin  əlaqələrini  vur-
ğulamaq lazımdır. Bu dövrdə isə Sovet Azərbaycanına Nərimanov 
rəhbərlik edirdi. Azərbaycanda sovet hökuməti qurulan ilk illərdə 
Türkiyə  ilə  münasibətlər  müsbət  idi.  Bu  iki  şəxsiyyəti  müqayisə 
edərkən ortaya maraqlı nüanslar çıxır. Nərimanov kommunist ide-
ologiyasının  daşıyıcısı  olsa  da  onun  turançılıq  ideyaları  da  bir  o 
qədər qabarıqdı. Buna misal olaraq onun özünün yazdığı şeiri nü-
munə gətirmək olar: 
 
Atamız bir, babamız bir, 
Azərbaycan öz qardaşdır. 
Zatən biriz, fəqət yarın, 
Bütün, bütün birləşəriz 
Azərbaycan, Azərbaycan 
Bildin, xəyal deyil Turan! 
 
Burdan da aydın şəkildə görürük ki, Nərimanov türk birliyi 
tərəfdarı olub. Bundan əlavə onun rəhbərliyi dövründə Türkiyəyə 
olan yardımları da buna əyani sübutdur. Bəllidir, XX əsrin əvvəl-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə