M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
155
IV Bölmə
A
TATÜRK VƏ BIZ
Aysel ABBASLI
Bakı Dövlət Universiteti,
Filologiya fakültəsi, III kurs tələbəsi
E-mail: abbaszade6@gmail.com
SƏBAHƏDDİN ƏLİ VƏ ATATÜRK
Elmi rəhbər: Pərvin EYVAZOV
Bakı Dövlət Universitetinin doktorantı,
"Türkoloji Araşdırmalar Mərkəzi"nin elmi işçisi
Açar sözlər: Səbahəddin Əli, Atatürk, Türkiyə, türk ədəbiyyatı
Səbahəddin Əli 25 fevral 1907-ci ildə Gümülcində anadan
olub. Atası hərbi kapitan olduğu üçün tez-tez təyinat alırdı. İlk ya-
zıları 1925-ci ildə, Balıkəsirdə dərc edilən “Irmak” jurnalında işıq
üzü görüb. Səbahəddin Əli öz yaradıcılığına şeirlə başlayıb. İlk
şeirləri Orhan Şaiq Gökyayın redaktorluğu ilə Balıkəəsirdə dərc
olunan “Çağlayan” jurnalında çıxıb.
Konya şəhərində müəllimlik edərkən bir içki süfrəsində Mus-
tafa Kamal Atatürkə qarşı şeir oxuduğunu əsas götürərək həbs olun-
muşdur. Bu məlumatı dövlətə çatdıran şəxs 90-cı illərin məşhur
atatürkçüsü Cemal Kutay idi. Şair Səbahəddin Əli Konyada olar-
kən, Mustafa Kamal Atatürkü tənqid edən “Məmləkətdən xəbər”
adlı şeirini oxuduğu iddiasi ilə 1932-ci ildə həbs olunmuşdur.
MEMLEKETTEN HABER
Hey anavatandan ayrılmayanlar
Bulanık dereler durulmuş mudur?
Dinmiş mi olukla akan o kanlar?
Büyük hedeflere varılmış mıdır?
Asarlar mı hala Hakk’a tapanı?
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
156
Mebus yaparlar mı her şaklabanı?
Köylünün elinde var mı sabanı?
Sıska öküzleri dirilmiş midir?
Cümlesi beli der enelhak dese
Hala taparlar mı koca terese?
İsmet girmedi mi hala kodese?
Kel Ali’nin boynu vurulmuş mudur?
Cemal Kutay Səbahəddin Əlinin iş yoldaşı olub. Cəmal Ku-
tayın həmin dövrdə Konyada dərc etdiyi “Yeni Anadolu” qəzetin-
də Səbahəddin Əlinin yazıları yer alırdı. Lakin müəyyən müddət
bu yazıların qarşılığında ödəniş ala bilməyən ədib artıq yazılarını
dayandırmağa qərar verir. Elə bu da Cəmalla Səbahəddin arasında
soyuqluğun yaranmasına səbəb olur. Cümhuriyyətin qurulmasının
10-cu il dönümü münasibətiylə 1933-cü ildə əfv sərəncamı imza-
lanır və Səbahəddin Əli həbsdən azad edilir. Bundan sonra Anka-
raya gələn ədib, Təhsil Nazirliyinə müraciət edərək yenidən işə
qaytarılmasını xahiş edir. Dövrünün təhsil naziri Hikmet Bavur
onun keçmiş fikirlərindən daşındığını bilmək istəyib. Bu səbəblə
də Səbahəddin Əli “Varlıq” jurnalında “Mənim Eşqim” adlı şeiri-
ni dərc etdirib.
Benim Aşkım
Bir kalemin ucundan hislerimiz akınca
Bir ince yol onları sıkıyor, daraltıyor;
Beni anlayamazsan gözlerime bakınca
Göğsümü parçala bak kalbim nasıl atıyor.
Daha pek doymamışken yaşamın tadına
Gönül bağlanmaz oldu ne kıza, ne kadına
Gönlüm yüz sürmek ister yalnız senin katına
Senden başka her şeyi bir mangıra satıyor.
Sensin, kalbim değildir, böyle göğsüme vuran,
Sensin Ülkü adıyla beynimde dimdik duran
Sensin çeyrek asırlık günlerimi dolduran;
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
157
Seni çıkarsam, ömrüm başlamadan bitiyor.
Hem bunları ne çıkar anlatsam bir dizeye?
Hisler kambur oluyor dökülünce yazıya
Kısacası gönlümü verdim Ulu Gazi’ye
Göğsümde şimdi yalnız onun aşkı yatıyor.
“İçimizdəki Şeytan” adlı romanı milliyyətçilər tərəfindən
çox tənqid edilmişdir. Sabahattin Ali Nihal Atsızın ona qarşı yaz-
dığı təhqir dolu yazıya cavab olaraq onu məhkəməyə verib. 1944-
cü ildə məhkəmədə qalib gəlir, lakin tənqidlərdən qurtula bilmir.
Jurnallarda çıxan məqalələr səbəbiylə 3 ay həbs olunub və ona
qarşı olan təzyiqlərdən bezib. “Ali Baba” adlı jurnalda yazdığı
məqalədə bunları qeyd edib: “Çalmadan, çırpmadan bize ekmeği-
mizi verenleri aç, bizi giydirenleri donsuz bırakmadan yaşamak
istemek bu kadar güç, bu kadar mihnetli, hatta bu kadar tehlikeli
mi olmalı idi”. 1948-ci ildə başqa bir mübahisə səbəbiylə üç ay
Paşakapısı həbsxanasında məhbus həyatı yaşayıb. Azadlığa çıxan-
dan sonra çox çətin günlər keçirib, iş tapa bilməyib. Xaricə get-
mək üçün pasport almaq istəyib, lakin bunun qanuni yolla müm-
künsüz olduğunu görən Səbahəddin Əli Bolqarıstana qaçmağı qə-
rara alır. Ona yardım edən Əli Ertəkin adlı qaçaqmalçı Bolqarıstan
sərhədinə çatanda Səbahəddin Əlini öldürür.
ƏDƏBİYYAT
1. Sabahattin Ali cinayeti. Cumhuriyet Ansiklopedisi, 1923-2000.
2. Cilt (3. bas.).
2. Sevengül Sönmez, A'dan Z'ye Sabahattin Ali, Yapı Kredi Ya-
yınları, 2009.
______________________
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
158
Sevanə ABBASOVA
Bakı Dövlət Universiteti,
Tarix fakültəsi, IV kurs tələbəsi
E-mail: sevane.abbasli@gmail.com
NƏRIMANOV-ATATÜRK
Elmi rəhbər: Sevinc QASIMOVA
Bakı Dövlət Universitetinin dosenti
Açar sözlər: Azərbaycan, Türkiyə, turançılıq, Atatürk, Nəriman
Nərimanov
Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edərkən mühüm bir
tarixi dönəmi qeyd etmək yerinə düşər. Hansı ki, Aprel işğalından
sonrakı Azərbaycan ərazisində qurulmuş Sovet hökuməti ilə Ata-
türkün rəhbərlik etdiyi Türkiyə Cümhuriyyətinin əlaqələrini vur-
ğulamaq lazımdır. Bu dövrdə isə Sovet Azərbaycanına Nərimanov
rəhbərlik edirdi. Azərbaycanda sovet hökuməti qurulan ilk illərdə
Türkiyə ilə münasibətlər müsbət idi. Bu iki şəxsiyyəti müqayisə
edərkən ortaya maraqlı nüanslar çıxır. Nərimanov kommunist ide-
ologiyasının daşıyıcısı olsa da onun turançılıq ideyaları da bir o
qədər qabarıqdı. Buna misal olaraq onun özünün yazdığı şeiri nü-
munə gətirmək olar:
Atamız bir, babamız bir,
Azərbaycan öz qardaşdır.
Zatən biriz, fəqət yarın,
Bütün, bütün birləşəriz
Azərbaycan, Azərbaycan
Bildin, xəyal deyil Turan!
Burdan da aydın şəkildə görürük ki, Nərimanov türk birliyi
tərəfdarı olub. Bundan əlavə onun rəhbərliyi dövründə Türkiyəyə
olan yardımları da buna əyani sübutdur. Bəllidir, XX əsrin əvvəl-
Dostları ilə paylaş: |