Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə2/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   2   3   4   5   6   7   8   9   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
5
 
Sani HACIYEV 
– 
Bakı Dövlət Universiteti
tarix elmləri doktoru, professor 
Sevinc QASIMOVA 
– 
Bakı Dövlət Universiteti, 
tarix üzrə fəlsəfə doktoru, dosent 
Sevinc RUİNTƏN 
– 
Bakı Dövlət Universiteti, 
tarix üzrə fəlsəfə doktoru, dosent 
Səidə QULİYEVA 
– 
Bakı Dövlət Universiteti, 
tarix üzrə fəlsəfə doktoru 
Sənubər İSMAYILOVA 
– 
Bakı Dövlət Universiteti, 
tarix üzrə fəlsəfə doktoru, dosent 
Şəhla NURUZADƏ 
– 
Bakı Slavyan Universiteti
tarix üzrə fəlsəfə doktoru, dosent 
Şəlalə MƏMMƏDOVA 
– 
Bakı Dövlət Universiteti, 
tarix elmləri doktoru 
Şirinbəy ƏLİYEV 
– 
Bakı Slavyan Universiteti, 
tarix üzrə fəlsəfə doktoru, dosent 
Tayyar ARI 
– 
Uludağ Universiteti, Bursa, Türkiyə, 
elmlər doktoru, professor 
Vəkil HƏSƏNOV 
– 
Azərbaycan Dövlət İqtisad 
Universiteti, tarix elmləri doktoru, 
professor 
Ziya SƏMƏDLİ 
– 
Bakı Slavyan Universiteti, 
siyasi elmlər üzrə fəlsəfə doktoru 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
6
 
 
19 may 2016-cı il 
A
ÇILIŞ TOPLANTISI

 
 
Doç.Dr.Barış ÖZDAL (Uludağ Universiteti, Bursa, Türkiyə) – 
 ATATÜRK DÖNEMİ TÜRK DIŞ POLİTİKASI 
Javid  ALİSGANDARLİ (Baku State University, Azerbaijan) – 
 CHALLENGES FOR TURKISH FOREIGN POLICY 
IN THE NEW ERA 
________________________ 
I Bölmə 
T
ÜRKIYƏNIN 
C
ÜMHURIYYƏT DÖVR TARIXI
 
Aygün BAYRAMOVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: bayramova9595@gmail.com 
 
BATUM KONFRANSININ TÜRKİYƏ 
VƏ AZƏRBAYCAN ÜZRƏ NƏTİCƏLƏRİ 
 
Elmi rəhbər: Sevinc RUİNTƏN 
Bakı Dövlət Universitetinin dosenti 
 
Açar sözlər: Batum müqaviləsi, AXC-nin xarici siyasəti, “erməni 
məsələsi”, itirilmiş ərazilər 
11 may – 4 iyun 1918-ci il tarixlərində Osmanlı və Zaqafqa-
ziya  Seymi  nümayəndələrinin  iştirakı  ilə  keçirilmiş  Batum  konf-
ransında  45  nəfərlik  Cənubi  Qafqaz  nümayəndə  heyətinə  Akaki 
Çxenkeli başçılıq edrdi. Qeyd edək ki, o, Zaqafqaziya hökumətinin 
                                                           

 
Açılış toplantısında dinləniləcək çıxışlar “Tarix və onun problemləri” 
jurnalının 2016-cil tarixli 2-cı sayında dərc olunacaqlar. – Təşkilat 
Komitəsi
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
7
 
sədri  və  Xarici  işlər  naziri  idi.  Nümayəndəliyin  xüsusi  önəm  kəsb 
edən  6  üzvü  arasında  Məmməd  Əmin  Rəsulzadə  və  Məhəmməd 
Həsən  Hacınski  də  vardı.  Bu  vaxt  Osmanlı  nümayəndə  heyətinə 
Ədliyyə naziri Xəlil bəy Mentşe rəhbərlik edirdi. O, Brest müqavi-
ləsi şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini bil-
dirdi. Qeyd edək ki, bu dövrdə “erməni məsəsləsi” ilə bağlı Osman-
lı siyasi dairələrində müəyyən fikir ayrılıqları vardır. Tələt və Ən-
vər Paşalar “erməni məsələsində” bölgədə  erməni  dövlətinin  yara-
dılmasına  imkan  verməmək,  bunun  mümkün  olmayacağı  təqdirdə 
isə  yaşanmayacaq  dərəcədə  çox  zəif  bir  Ermənistanın  təşəkkül  et-
məsi fikri ilə razılaşırdılarsa, Xəlil bəy və Vahid Paşa kimi siyasilər 
ən azından beynəlxalq aləm qarşısında ermənilərə bir mövcudiyyət 
və müəyyən güzəştlər verilməsinin vacib olduğunu bildirdilər. Ba-
tum müqaviləsinə görə Azərbaycan da ərazi itkilərinə məruz qaldı. 
Müqaviləyə əsasən Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Or-
dubad  istisna  olmaqla  Naxçıvan  qəzası  Türkiyəyə  keçdi.  Bundan 
başqa  İrəvan  qəzasının  Kəmərli,  Uluxanlı  və  Vedibasar  bölgələri 
Türkiyəyə verildi, habelə Azərbaycan İrəvan şəhərini də Ermənista-
na güzəştə getməli oldu. Trabzon konfransında Osmanlı dövlətinin 
Brest-Litovsk sülhü ilə bağlı tələblərini qəbul etməyən və nəticədə 
müharibəyə rəvac verən erməni və gürcülərdən fərqli olaraq Azər-
baycan nümayəndələrinin sülh tərəfdarı olmalarına və sonadək Tür-
kiyə  ilə  müharibəyə  qarşı  mübarizə  aparmalarına  baxmayaraq, 
Türkiyənin  Zaqafqaziya  ilə  müharibədə  axıdılmış  qanların  əvəzi 
olaraq Batum konfransında Ermənistan və Gürcüstanla paralel ola-
raq  Azərbaycandan  da  ərazi  tələb  etməsini  və  son  nəticə  etibarilə 
buna nail olmasını təbii və normal qəbul etmək mümükün deyil. 
Beləliklə,  Osmanlı  dövləti  Azərbaycan,  Gürcüstan  və  Ermə-
nistanla imzaladığı Batum müqavilələrinin ikinci maddələrində təs-
bit  edilən  sərhədlərlə  Qars,  Ərdahan,  Batum  vilayətlərindən  əlavə 
Tiflis quberniyasının Abastuman və Askueri istisna olmaqla, Axıs-
ka  və  Axalkəlik  qəzalarını,  İrəvan  quberniyasının  Aleksandropol 
(Gümrü) və Sürməli (İgdır) qəzalarını, Eçmiədzin qəzasının Sərdar-
abad  hissəsini,  İrəvan  qəzasının  Kəmərli,  Uluxanlı  və  Vedibasar 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
8
 
bölgələrini,  Şərur-Dərələyəz  qəzasının  Şərur  hissəsi  və  Ordubad 
istisna olmaqla Naxçıvan qəzasını əldə etdi. 
Beləliklə, 1918-ci il may ayının 11-dən iyun ayının 4-ə qədər 
davam  edən  Batum  konfransının  Azərbaycan  üçün  aşağıdakı  nəti-
cələri oldu. Batum müqaviləsi 12 maddə və 3 əlavədən ibarət idi. 
Birincisi,  Osmanlı  dövlətinin  Trabzon  konfransından  fərqli 
olaraq, Batum müqaviləsinin daha da sərtləşən tələbləri qarşısında 
vahid  fikirə  gələ  bilməyən  Zaqafqaziya  sülh  nümayəndə  heyəti,  o 
cümlədən  seym  fraksiyaları  arasında  onsuz  da  mövcud  olan  fikir 
ayrılıqları və ziddiyətlər daha da dərinləşdi və nəticədə Zaqafqaziya 
Federasiyası dağıldı. Gürcüstanın müstəqilliyi elan olunandan sonra 
seymdəki  Müsəlman  fraksiyası  tərəfindən  1918-ci  il  mayın  28-də 
Azərbaycanın da müstəqilliyi elan edildi. Azərbaycan Cümhuriyyə-
tinin yaranması ilə XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçilik 
bərpa edildi. Ümumiyyətlə qeyd edək ki, bu müqavilə ilə AXC-nin 
xarici siyasətində ilk uğurlu addımı oldu və “Sülh və  dostluq haq-
qında”  müqavilə  adlandı.  Xüsusilə  bu  müqavilə  ilə  Azərbaycanın 
dövlət  müstəqilliyini  tanıyan  ilk  dövlət  Osmanlı  dövləti  oldu.  Bu 
müqavilənin 4-cü bəndi xüsusi önəm kəsb edirdi. Çünki, 4-cü bən-
də  əsasən,  Azərbaycan  hökuməti  tərəfindən  tələb  edildiyi  təqdirdə 
Osmanlı hökuməti ölkədə qayda-qanun və daxili asayişi təmin et-
mək  və  möhkəmləndirmək  üçün  Azərbaycana  zəruri  hərbi  yardım 
göstərməyi öz üzərinə götürdü. 
Batum konfransı başa çatdıqdan sonra erməni quldur dəstələri 
bu müqaviləni tanımadıqlarını bəyan edib türklərə qarşı silahlı mü-
barizəni davam etdirsələr də, bunun elə bir əhəmiyyəti olmadı. Os-
manlı dövləti Batum müqavilələri ilə əldə etdiyi ərazilərə yiyələndi. 
1918-ci il iyulun 20-də Osmanlı ordusu erməni quldur dəstələrinin 
müqavimətini qıraraq Naxçıvana girdi və beləliklə Naxçıvanda türk 
bayrağı dalğalanmağa başladı. 
Qeyd etmək istəyirəm ki, Batum konfransının bizim üçün xü-
susi önəm kəsb etməsi Azərbaycanın müstəqilliyinin elan edilməsi 
ilə  oldu.  Çünki  bu  dövrdə  müstəqilliyimiz  elan  edilməsəydi  Azər-
baycan  ərazisi  Rusiya,  Ermənistan,  Gürcüstan  arasında  bölüşdürü-
ləcəkdi. Eyni zamanda da Batum müqavilələri ilə Osmanlı dövləti, 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə