Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
42
 
 
Bəhruzə NƏHMƏTOVA 
Azərbaycan Respublikasının Prezidenti 
yanında Dövlət İdarəçilik Akademiyası, 
Siyasi idarəetmə fakültəsi, II kurs magistrantı 
E-mail: behruzenehmetova@gmail.com 
AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNDƏ 
ENERJİ MƏSƏLƏLƏRİ 
Elmi rəhbər: Elçin ƏHMƏDOV 
Azərbaycan Respublikasının Prezidenti yanında  
Dövlət İdarəçilik Akademiyasının dosenti 
Açar  sözlər:  Azərbaycan,  Türkiyə,  enerji  əməkdaşlığı,  Bakı-Tbi-
lisi-Ceyhan, TANAP layihəsi 
Xəzərin  enerji  resurslarının dünya bazarlarına nəql olunması 
sahəsində  Azərbaycan  və  Türkiyənin  əməkdaşlığı  hər  iki  dövlətin 
mənafelərinin qorunmasına xidmət edir. Respublikamızın neft stra-
tegiyasının  həyata  keçirilməsi  regional  sabitliyin  möhkəmlənməsi 
və  qonşu  dövlətlərlə,  xüsusən  Türkiyə  ilə  strateji  tərəfdaşlığın  də-
rinləşməsində  mühüm  əhəmiyyətə  malikdir.  1994-cü  il  sentyabrın 
20-də “Əsrin müqaviləsi”ni imzalamış xarici neft şirkətləri konsor-
siumunda  “Türk  petrolları”  şirkətinin  də  təmsil  olunması  Türkiyə 
ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının təzahürü idi. 
Azərbaycanın yeni neft strategiyasının mühüm tərkib hissə-
lərindən biri Bakı-Tbilisi-Ceyhan Əsas  İxrac Boru Kəmərinin çə-
kilişinin gerçəkliyə çevrilməsi idi. BTC kəməri Bakı-Supsa və Ba-
kı-Novorossiysk  neft  kəmərlərinə  alternativ  olaraq  Azərbaycan 
neftinin dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılmasında mü-
hüm rol oynayır. Bakı-Supsa kəməri vasitəsilə aparılan neft qərb 
istiqamətində gəmilər vasitəsilə Bosfor boğazından keçirdi. Türki-
yə  dar  Bosfor  boğazından  neft  daşınmasını  təhlükəli  hesab  etdi-
yindən  BTC  kəmərinə  üstünlük  verir.  Ən  dar  hissəsi  cəmi  yarım 
mil olan bu “tıxac”lı su yolu ildə 50000 gəminin, o cümlədən, 5500 
neft tankerinin hərəkətinə imkan verir. Hər il bu tıxanmış nöqtədən 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
43
 
150 milyon tondan çox neft hərəkət edir. Hər hansı terrorizm aktı, 
qasırğa, yaxud sadəcə insan səhvi həm beynəlxalq neft ticarəti, həm 
də  10  milyondan  artıq  İstanbul  sakini  üçün  fəlakətli  ola  bilər.  Bu 
həm də  ekoloji  cəhətdən  təhlükəlidir.  Türkiyənin  Şərqlə  Qərb  ara-
sında körpü olmaq istəyi BTC layihəsi vasitəsilə gerçəkləşdi və o, 
Qafqaz və Mərkəzi Asiyaya daha möhkəm bağlarla bağlandı. 
Azərbaycanın yeni enerji strategiyasında Xəzərin dərinliklə-
rində olan qazın hasil edilib istifadəyə verilməsi və dünya bazarla-
rına  ötürülməsi  də  mühüm  yer  tutur.  1999-cu  il  noyabrın  18-də 
ATƏT-in  İstanbul  sammitində  “Şahdəniz”  yatağından  hasil  olu-
nan təbii qazın  Türkiyəyə  nəql  olunması  üçün Bakı-Tbilisi-Ərzu-
rum qaz boru kəmərinin inşası haqqında qərar qəbul olundu. Tür-
kiyə  bu  kəmər  vasitəsilə  Azərbaycandan  digər  ölkələrdən  aldığı 
qazla müqayisədə 30% ucuz qaz idxal edir. 
Son illərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq ge-
nişlənmiş və bu, yeni layihələrin reallaşması ilə nəticələnmişdir. 
2009-cu  il  aprelin  5-də  Azərbaycan,  Gürcüstan  və  Türkiyə 
arasında  elektrik  şəbəkələrinin  birləşdirilməsini  nəzərdə  tutan 
“Enerji Körpüsü” layihəsi üzrə Tiflisdə “Gürcüstan Dövlət Elektrik 
Sistemi”, “Azərenerji” ASC və Türkiyə Elektrik Enerjisinin Ötürül-
məsi Korporasiyası arasında memorandum imzalandı. 7 fevral 2016-
cı ildən başlayaraq Azərbaycan Gürcüstan ərazisi vasitəsilə Türki-
yəyə  sutkada  təxminən  80  meqavatt  elektrik  enerjisi  ixracına  baş-
layıb. Bununla Azərbaycan Türkiyənin Naxçıvan Muxtar Respubli-
kasına verdiyi elektrik enerjisi borcunu ödəməklə, daha sonra Avro-
pa bazarına çıxa biləcək. 
26 iyun 2012-ci ildə Azərbaycan Prezidenti İ.Əliyev və Tür-
kiyənin  Baş  naziri  R.T.Ərdoğan  “Trans-Anadolu  Təbii  Qaz  Boru 
Kəməri layihəsinə dair Hökumətlərarası Müqavilə”ni imzaladılar. 
TANAP  layihəsi  Azərbaycan  qazının  Türkiyə  ərazisindən  Avro-
paya tranzit daşınmasına imkan verəcək tarixi əhəmiyyətli layihə 
kimi  qiymətləndirilir.  Bu  layihə  ilə  əvvəlcə  6  milyard  m
3
,  daha 
sonra  10  milyard  m
3
  təbii  qazın  ötürülməsi  mümkün  olacaqdır. 
Əsas hədəf bu rəqəmi 50 milyard m
3
-ə çatdırmaqdır. TANAP, Cə-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
44
 
nubi Qafqaz Boru Kəməri (BTƏ) və Trans Adriatik Boru Kəməri 
(TAP) birlikdə Cənub Qaz Dəhlizini əmələ gətirirlər. 
Enerji layihələrinin həyata keçirilməsi Azərbaycan və Türki-
yənin  sosial-iqtisadi  inkişafında,  regional  təhlükəsizliyin  möh-
kəmlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərəfli inteq-
rasiyasında yeni səhifə açmaqdadır. 
ƏDƏBİYYAT 
1. Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracına başlayıb - 
http://az.trend.az/business/energy/2491551.html
  
2. Cənub Qaz Dəhlizi - 
http://www.bp.com/az_az/caspian/operationsprojects/Shahdeniz/S
outhernGasCorridor.html
 
3.  Elnur  Hasan  Mikail.  Türkiye  ile  Azerbaycan  arasındaki  siyasi 
ilişkiler. Konya, 2005 
4. Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Bakı, 2015 
5. Sedat Laçiner. Hazar enerji kaynakları ve enerji-siyaset ilişkisi. 
Uluslararası Stratejik Araştırmalar Kurumu. Cilt 1, № 1, 2006 
______________________ 
 
Şəhanə İSMAYILOVA 
Milli Aviasiya Akademiyası, 
İqtisadiyyat və hüquq fakültəsi, I kurs tələbəsi 
E-mail: ismayilovashan@gmail.com 
XX ƏSRİN SONU - XXI ƏSRİN ƏVVƏLLƏRINDƏ 
AZƏRBAYCAN-TÜRKİYƏ SİYASİ-İQTİSADİ 
MÜNASİBƏTLƏRİ HAQQINDA 
Elmi rəhbər: Ellada KƏRIMOVA 
tarix elmləri üzrə fəlsəfə doktoru, 
Milli Aviasiya Akademiyasının baş müəllimi 
Açar sözlər: Azərbaycan, Türkiyə, əlaqələr, iqtisadi layihələri, Dağ-
lıq Qarabağ 
Azərbaycan-Türkiyə arasında əlaqələrin böyük tarixi var. Or-
taq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əla-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə