Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
39
 
müxtəlif  xırda  bəhanələrlə,  bəzən  isə  təhqir  şəklində  Türkiyəni 
gözlətməsi, ciddi bir təxribat, hətta düşmənçilik yarada bilər. 
ƏDƏBİYYAT 
1. Doç.Dr.Murat ERDOĞAN, (2006), Soğuk savaş sonrasında 
Türkiye-Avrupa Birliği ilişkileri:1990-2005. s.32, 33 
2. Prof.Dr.Tayyar ARI, (1997), Full Membership- Utopia? 
Problems and Prosperity in Turco-European Relations, Marmara 
Journal of European Studies (Istanbul) pp. 211-224. 
3. Mehmet Ali BIRAND, (2001), Türkiye’nin Avrupa Macerası: 
1959-1999, s.78-81. 
4. Doç.Dr.Barış ÖZDAL, (2007). Türkiye-Avrupa Birliği İlişkileri 
Bağlamında Ermeni Sorunu II, Global Strateji Dergisi, Yıl 2, Sayı 8, 
ss.114-125. 
______________________ 
 
III Bölmə 
T
ÜRKIYƏ 
-
 
A
ZƏRBAYCAN MÜNASIBƏTLƏRI
 
 
Samir AĞABALAYEV 
Bakı Ali Neft Məktəbi
Neft-qaz mühəndisliyi, IV kurs tələbəsi 
E-mail: sagabalayev@gmail.com 
 
İKİNCİ DÜNYA MÜHARİBƏSİ İLLƏRİNDƏ TÜRKİYƏYƏ 
QARŞI SOVET İDDİALARININ BAŞLANMASI VƏ 
AZƏRBAYCAN 
Elmi rəhbər: Ələmdar ŞAHVERDİYEV 
Bakı Ali Neft Məktəbinin dosenti 
Açar  sözlər:  Sovet  İttifaqı,  Türkiyə,  Azərbaycan,  ərazi  iddiaları, 
boğazlar 
Dünyanın ikinci dünya müharibəsindən sonrakı taleyi ilə bağ-
lı  məsələlər  Sovet  İttifaqı  üçün  olduqca  mühüm  əhəmiyyət  kəsb 
edirdi. Hələ 1942-ci ilin yanvar ayının 26-da ÜİK(b)P MK-nın Si-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
40
 
yasi Bürosu Xarici İşlər Xalq Komissarı V.Molotov başda olmaqla 
“Avropa, Asiya ölkələri və dünyanın digər yerlərində müharibədən 
sonrakı  dövlət  quruculuğunun  layihəsi  üzrə  Komissiya  haqqında” 
qərar qəbul etmişdi. Komissiyanın üç işçi qrupu müharibədən son-
rakı  dünyanın  qurulması  barədə  Sovet  təkliflərini  Böyük  Üçlüyün 
Tehran  konfransında  açıqlamışdılar.  Həmçinin,  prezident  Ruzvelt 
Tehran konfransı ərəfəsində Böyük Üçlüyün görüşünü neytral əra-
zidə yerləşən və türklərin ev sahibliyi edəcəyi Ankarada keçirilmə-
sini Stalinə təklif etmişdi, amma türklərin cəzalandırmağın müxtəlif 
planlarını cızan Sovet rəhbərliyi buna razılıq vermədi. 
1943-ci ilin sentyabr ayının 9-da SSRi Xarici İşlər Xalq Ko-
missarının  müavini  M.Litvinov  müharibədən  sonrakı  sülh  konf-
ranslarının hazırlanmasını həyata keçirən komissiyanın məşğul ola-
cağı məsələlərinin siyahısını və əhatə dairəsini İ.Stalin və V.Molo-
tava  göndərmişdi.  Burada  Dodekanez  adaları  istisna  olmaqla  İtali-
yanın əvvəlki sərhadlərinin saxlanması, Şərqi Avropa və Balakanda 
istisnasız olaraq yeni hökümətlərin yaradılması, Bosfor və Dardanel 
boğazlarının öyrənilməsi nəzərə çarpırdı. Əsas məqsəd Türkiyənin 
ərazi cəhətdən nüfuz dairəsini zəiflətmək idi. 
1944-cü  ilin  yanvarında  isə  Xarici  İşlər  Xalq  Komissarının 
müavini  İ.M.Mayski  SSRİ-nin  maraqlarını  özündə  əks  etdirən 
“Gələcək sülhün arzu olunan əsasları haqqında” qeydləri V.Molo-
tova təqdim etmişdi. Bu sənədə görə, SSRİ hərbi bazanın Türkiyə-
yə yaxın olan ərazidə Rumıniyada yaradılması, Balkan ölkələri ilə 
qarşılıqlı  yardım,  SSRI  və  Yunanıstan  arasında  üçtərəfli  paktın 
bağlanması, Türkiyəyə gəldikdə isə, onun güclənməsinə mane ol-
maq təklif olunurdu. Sovet-bolqar və sovet-rumın paktları vasitə-
silə  Türkiyənin  Balkan  işlərindən  uzaqlaşdırılması  nəzərdə  tutu-
lurdu. 
1944-cü ilin  yazında Türkiyəyə qarşı sərtləşmə siyasəti Cə-
nubi  Qafqaz  sovet  respublikalarının  Xarici  İşlər  Xalq  Komissar-
lıqlarının yaranması fonunda baş verirdi. Bu daha çox SSRİ Xarici 
İşlər Xalq Komissarlığında Sovet-Türkiyə münasibətlərinin müba-
hisəli sayılan məqamlarını əks etdirən bir sıra sənədlərin hazırlan-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
41
 
ması  və  onların  Cənubi  Qafqaz  respublikalarına,  o  cümlədən, 
Azərbaycana göndərilməsində özünü büruzə verirdi. 
Qeyd  edilən  istiqamətdə  aprel  ayının  22-də  hazırlanan 
“1944-cü  ilin  aprel  ayının  15-i  üçün  SSRİ  ilə  Türkiyə  arasında 
həll edilməmiş məsələlər üzrə arayış” adlı tam məxfi sənəd Azər-
baycan  SSR  Xarici  İşlər  Komissarlığına  göndərilmişdi  və  bu  sə-
nədlə  bağlı  Yaxın  Şərq  şöbəsinin  təklifləri  Sovetlərin  Türkiyəyə 
qarşı irəli sürəcəyi iddialarının rəsmi başlanğıcı kimi səslənirdi. 
Krım  türklərinin  öz  tarixi  torpaqlarından  sürgün  edilməsi 
Türkiyə  ilə  münasibətlərin  pisləşməsi  fonunda  cərəyan  edirdi. 
Krım tüklərindən az sonra Gürcüsatn Sovet Respublikasının Tür-
kiyə ilə sərhəd rayonlarında yaşayan ahıska türkləri və onlarla ya-
naşı,  çoxlu  sayda  azərbaycanlılalar  da  deportasiyaya  məruz  qal-
ması Azərbaycan SSR üçün əlavə çətinliklər yaradırdı. 
Krım konfransı ərəfəsində Sovet İttifaqı Türkiyənin ərazi su-
ları  olan  Qara  dəniz  boğazları  üzərində  təkbaşına  nəzarətinə  son 
qoymaq üçün müxtəlif variantlar hazırlamışdı. Lakin bu, Türkiyəyə 
qarşı yönəlmiş Sovet tələblərinin ilkin mərhələsi idi. Qarşıda Anka-
ranı şərq vilayətlərinə yönəlmiş sovet torpaq tələbləri gözləyirdi. 
ƏDƏBİYYAT 
1. A.A.Данилов, А.В.Пыжиков. Рождение сверхдержавы: 
СССР в первые послевоенные годы M., 2001 
2. A.Fedosov və V.Kornev. 1944-cü ilin aprel ayının 15-i üçün 
SSRİ ilə Türkiyə arasında həll edilməmiş məsələr üzrə arayış. 
03.10.1944 
3. Cəmil Həsənli. İkinci dünya müharibəsi illərində Azərbaycan 
hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945). Bakı-2015 
4. F. Ruzveltin İ. Stalinə məktubu. 25.10.1943 
5. M.Litvinovun İ.Stalin və V.Molotova məktubu. 09.09.1943 
6. Политбюро ЦК РКП (б) – ВКП. Повестки дня заседаний 
1919-1952.  
______________________ 
 
 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə