Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   12   13   14   15   16   17   18   19   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
48
 
dərimizdir", Umummilli lider Heydər Əliyevin "Biz bir millət, iki 
dövlətik" sözləri də bu qardaşlıq bağının göstəriciləridir. 
Türkiyə ilə müasir Azərbaycan arasındakı siyasi əlaqələr ilk 
dəfə - Azərbaycan Xalq Cümhuriyyətinin 28 May 1918 tarixində 
müstəqilliyini elan etməsindən sonra başlamışdır. Nuru Paşa əm-
rindəki Türkiyə və Azərbaycan əsgərlərindən ibarət Qafqaz İslam 
Ordusunun 1918-ci ildə Azərbaycanı erməni və bolşevik Rus işğa-
lından  qurtarması  iki  ölkə  arasındakı  sarsılmaz  qardaşlıq  bağını 
daha da gücləndirmişdir. Çiyin-çiyinə döyüşərkən canını fəda edən 
və bir qismi eyni məzarda yatan Anadolulu və azərbaycanlı şəhid-
lərin ruhu bu sarsılmaz qardaşlıq bağının isbatı olmuşdur. 
Türkiyə Böyük Millət Məclisinin açılmasının ardınca, güvən 
məktubu TBMM sədri Mustafa Kamal Paşa tərəfindən imzalanan 
Mehduh Şövkət Esendalın, 1920-ci ildə TBMM nümayəndəsi ola-
raq Bakıya təyin edilməsi də tarixi bir inkişaf təşkil etmişdir. Eyni 
şəkildə, Azərbaycan hökuməti də İbrahim Əbilovu Ankaraya nü-
mayəndə  olaraq  təyin  etmiş,  Əbilov  güvən  məktubunu  TBMM 
sədri  Mustafa  Kamal  Paşaya  14  oktyabr  1921-ci  ildə  təqdim  et-
mişdi. Mustafa Kamal Paşa bu mərasimdəki çıxışında, ölkələrimiz 
arasındakı  qardaşlıq  bağını  "Azərbaycan  türklərinin  dərdləri  öz 
dərdlərimiz  və  sevincləri  öz  sevinçlerimiz  olduğu  üçün  onların 
muradlarına nail olmaları, azad və müstəqil olaraq yaşamaları bizi 
bir çox sevindirir" sözləri ilə ifadə etmişdir. 18 Oktyabr 1921-ci il 
tarixində  Azərbaycanın  Ankara  nümayəndəliyinin  açılışında  da 
Azərbaycan bayrağı göndərən şəxsən Mustafa Kamal Paşa tərəfin-
dən çəkilmişdir. 
2016-ci  ildə  25-ci  ilini  qeyd  etdiyimiz  Azərbaycanın  yeni-
dən müstəqilliyinin 18 Oktyabr 1991 tarixində elan edilməsindən 
sonra, onun müstəqilliyini  ilk tanıyan dövlət 1918-ci  ildə olduğu 
kimi  yenə  Türkiyə  Respublikası  olmuş  və  iki  ölkə  arasında  14 
yanvar 1992-ci ildə "Diplomatik münasibətlərin yenidən qurulma-
sına dair Saziş" imzalanmışdır. 
Azərbaycan 25 illik qısa müddət ərzində özünü yenidən inşa 
etmiş, 71 illik çətin bir dövrün ardından, beynəlxalq arenada haqq 
etdiyi mövqeyə çatmışdır. Bu uğurlar şübhəsiz ki, həm də Ümum-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
49
 
milli lider Heydər Əliyev və Prezident cənab İlham Əliyevin orta-
ya qoyduğu vizyon və iradənin nəticəsidir. 
Bu gün gəlinən nöqtədə, Türkiyə-Azərbaycan əlaqələri "stra-
teji ortaqlıq" səviyyəsinə çatmışdır. 2011-ci ildən bu  yana reallaş-
dırılmaqda olan "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının" 
yığıncaqları,  əlaqələrin  hər  sahədə  daha  da  dərinləşməsinə  dəstək 
təmin etməkdədir. 
Ölkələrimiz arasında, qardaşlıq və qarşılıqlı güvən əsasında 
formalaşan  siyasi,  iqtisadi,  ticarət,  mədəni  və  hərbi  əməkdaşlıq, 
iki  ölkənin  hədəflədiyi  uğurlara  birlikdə  çatmasını  asanlaşdırır. 
Türkiyə  və  Azərbaycan,  sahib  olduqları  imkan  və  qabiliyyətləri, 
eyni  zamanda,  daha  firavan,  daha  ədalətli  bir  dünyanın  təşkili 
üçün də səfərbər etmiş vəziyyətdədirlər. Ölkələrimiz bu məqsədlə, 
başda Birləşmiş Millətlər Təşkilatı olmaqla beynəlxalq və regional 
təşkilatlarla yaxın əməkdaşlıq edirlər. 
İki  qardaş  ölkə,  iqtisadi  və  digər  bütün  imkanlarını  bəşəri 
dərinliyi bütünləşdirib, regional və qlobal rifah ilə dincliyə xidmət 
etməkdədir. Bunun ən gözəl nümunəsi, inkişaf etdirdiyimiz ortaq 
layihələrdir.  Bakı-Tbilisi-Ceyhan  neft  boru  kəməri  ilə  başlayan, 
Bakı-Tbilisi-Ərzurum təbii qaz boru xətti ilə davam edən "sülh və 
rifah" koridorumuz, Bakı-Tbilisi-Qars dəmiryoluyla yeni bir ölçü 
qazanacaq. Artıq "XXI Əsrin müqaviləsi" olaraq adlandırılan, Xə-
zər  təbii  qazını  Qərbi  Avropaya  nəql  edəcək  olan  Cənubi  Qaz 
Dəhlizi layihəsi də, yenə Türkiyə və Azərbaycanın imzasını daşı-
yır. Haqqında danışılan layihənin əsasını təşkil edən TANAP layi-
həsinin inşası planlandığı şəkildə sürətlə davam etməkdədir. 
Türkiyə  və  Azərbaycan  bu  layihələrlə  kifayətlənməyərək, 
beynəlxalq sülh səylərinə da aktiv şəkildə dəstək olmaqdadır. Bu 
gün, Əfqanıstanda NATO komandanlığı iştirak edən birliklərimiz 
çiyin-çiyinə vəzifə yerinə yetirməkdədir. Terrorla mübarizə sahə-
sindəki beynəlxalq səylərin ön cərgəsində yenə Türkiyə və Azər-
baycan var. Çox mədəniyyətlilik və tolerantlığa əsaslanan ictimai 
davranışlarımız hər cür  ekstremizmlə müharibəyə bütün  dünyaya 
nümunə təşkil edir. Türk dünyasının genlərinə işləyən və ən gözəl 
nümunələrini  Türkiyə  ilə  Azərbaycanda  tapa  biləcəyimiz  bu  ən-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
50
 
ənə, indiki vaxtda gedərək artmaqda olan ksenofobiya, irqçilik və 
ayrı-seçkilik  axınlarının qarşısındakı ən primitiv və mənalı daya-
nar. Bu çərçivədə 2016-ci ilin Azərbaycanda "Multikulturalizm ili" 
elan  edilməsi,  Azərbaycanın  Mədəniyyətlər  İttifaqı  7  Qlobal  Fo-
rumunda, Türkiyənin isə ilk dəfə keçiriləcək olan Beynəlxalq Hu-
manitar Zirvədə 2016-ci ildə ev sahibliyi edəcək olması mənalıdır. 
Türkiyə və Azərbaycanın "rifaha və sülhə ortaq olmaq" şək-
lində yekunlaşdırılan yanaşmasını, qarşılıqlı söykənən əməkdaşlı-
ğın genişləndirilməsini, halqalar şəklində yayılmasını və xüsusilə 
bölgəmizin taleyini müsbət istiqamətdə dəyişdirılməsini qarşısına 
məqsəd qoymuşdur. 
Dağlıq  Qarabağ  münaqişəsi,  bu  vizyonumuzu  bölgəmizdə 
tam mənasıyla həyata keçməsinə, çox təəssüf ki mane olmaqdadır. 
Şübhəsiz  ki,  Qafqazda  davamlı  sabitlik,  sülh  və  əmin-amanlığın 
olması üçün Dağlıq Qarabağ probleminin sülh yolu ilə, Azərbay-
canın  tam  suverenliyi,  ərazi  bütövlüyü  və  sərhədlərinin  toxunul-
mazlığı prinsipləri əsasında həll olunması lazımdır. 
Türkiyə  Cumhuriyyəti  beynəlxalq  hüququn  lazımi  olaraq 
oyandırdığı bu gözləntinin daha çox zaman keçmədən yerinə yeti-
rilməsini arzu edir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin danı-
şıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivə-
sində  və  digər  beynəlxalq  platformalarda  aktiv  səy  göstərmək-
dədir. 
Türkiyə,  enerji  və  nəqliyyat  xətlərinin  mərkəzində  iştirak 
edən Qafqazda sabitliyin qarşısında maneə təşkil edən, hər şeydən 
əhəmiyyətlisi  qardaş  Azərbaycanın  qanayan  yarası  şəklindəki  bu 
problemin  unudulmasına  icazə  verməyəcək  və  Azərbaycan  tor-
paqlarının işğalının yaratdığı çətinlikləri hər platformada gündəmə 
daşımağa davam edəcək. Bu problem də gec və ya tez, Azərbay-
canın  ərazi  bütövlüyü  içində  həll  ediləcək.  Bunun  tez  vaxtda  ol-
ması  və  bütün  bölgə  xalqlarının  mənfəətinə  xidmət  edəcək  dina-
miklərin tezliklə işləməyə başlaması ortaq gözləntimizdir. 
Bu gün Türkiyə və Azərbaycan, tam müstəqil və suveren, sü-
rətlə inkişaf edən, hər keçən gün böyüyən və zənginləşən iki qardaş 
ölkədir. Ölkələrimiz tarix boyunca həyat birliyi içərisində olduqları 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə