Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
45
 
qələri şərtləndirənamillər sırasında  yer alır.Türkiyə və  Azərbaycan 
öz  tarixlərinin  ən  mürəkkəb  dövrlərində  bir-birinə  dəstək  olduqla-
rını nümayiş etdirmişlər. 
Azərbaycan  -  Türkiyə  münasibətlərinin  inkişafında  hər  iki 
tərəf  maraqlıdır.  Türkiyə  Azərbaycan  üçün  beynəlxalq  aləmdə 
müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Tür-
kiyənin dünya siyasətində  gücünün və rolunun artması deməkdir. 
Ona  görə  də  bu  iki  dövlətin  münasibətlərinin  beynəlxalq  hüquq 
normalarından irəli gələn prinsiplər arasında inkişafı zəruridir. 
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim se-
vincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz 
bir millət iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbay-
canda  iki  ölkə  arasındakı  münasibətlərin  tarixini,  bu  gününü  və 
perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul ki-
mi qəbul edilməkdədir. 
Azərbaycan  1991-ci  ildə  öz  müstəqilliyini  bərpa  edəndən 
sonra  1991-ci  il  noyabrın  9-da  onu  tanıyan  ilk  dövlət  məhz  Tür-
kiyə oldu. İki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlə-
rindən biri də heç şübhəsiz ki, iqtisadi əlaqələrdir. İki ölkə arasın-
dakı iqtisadi münasibətlərdə əsas diqqəti enerji sahəsindəki əmək-
daşlıq cəlb edir. Türkiyə ilə Azərbaycan Azəri – Çıraq – Günəşli 
yataqları  üzrə  imzalanan müqavilədə  iştirak  etməklə  yanaşı,  Şah-
dəniz,  Kürdaşı,  Alov  layihələrində  də  hissələrə  malikdir.  Qlobal 
əhəmiyyət daşıyan Bakı – Tiblisi – Ceyhan, Bakı – Tbilisi – Ərzu-
rum,  Cənubi  Qafqaz  təbii  qaz  boru  xətti  layihələri  çərçivəsində 
çoxtərəfli əməkdaşlıq uğurla davam edir. 
1994-cü ilin sentyabrın 20-də imzalanmış “Əsrin müqavilə-
si”nin  xarici  neft  şirkətlərinin  konsorsiumunda  “Türk  petrolları” 
şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji 
əməkdaşlığın  inkişafının  ilk  əsas  təzahürü  idi.Belə  müqavilələrin 
imzalanması iki dövlət arasındakı münasibətlərin ən real göstərici-
si  olaraq  həm  iqtisadi,həm  də  siyasi  cəhətdən  mühüm  əhəmiyyət 
kəsb edir. 
Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihə-
lərin  həyata  keçirilməsində  Türkiyənin  yaxından  iştirakına  daim 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
46
 
xüsusi  diqqət  yetirir.  Avropa  ilə  Şərq  ölkələri  arasında  nəqliyyat 
kommunikasiya  əlaqələrinin  yaradılması  sahəsində  mühüm  əhə-
miyyət kəsb edən “Avropa – Qafqaz – Asiya – Transqafqaz” nəq-
liyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sent-
yabrın  7-8-də  32  dövlətin  və  13  beynəlxalq  təşkilatın  iştirakı  ilə 
tarixi  “Böyük  İpək  Yolu”  nun  bərpasına  dair  Bakıda  keçirilmiş 
beynəlxalq  konfrans  Azərbaycan-Türkiyə  arasında  strateji  tərəf-
daşlığın genişlənməsinə yeni stimul verdi. 
Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəf-
darı  kimi  çıxış  edərək  Azərbaycan-Ermənistan,  Dağlıq  Qarabağ 
münaqişəsinin  ədalətli  həlli  üçün  Azərbaycanın  göstərdiyi  bütün 
səyləri həmişə müdafiə etmişdir. 
Müstəqilliyin  ilk  illərində  Türkiyə  iki  qardaş  ölkə  arasında 
qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quru-
culuğu  yolunda respublikamızın səylərini dəstəkləməklə, hərtərəfli 
əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dün-
ya  birliyinə  inteqrasiyasında,  regional  təhlükəsizliyin  qorunmasın-
da, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraq-
larının  reallaşmasında  Türkiyə  dövləti  ilə  hərtərəfli  əməkdaşklığın 
genişlənməsinə xüsusi əhəmiyyət verən ümumilli lider Heydər Əli-
yev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqa-
mətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. 
Ümumillilider Heydər Əliyevin xarici siyasət kursunu dina-
mik şəkildə, eləcə də çox uğurla davam etdirən Azərbaycan Res-
publikasının  Prezidenti  İlham  Əliyev  qardaş  Türkiyə  dövləti  ilə 
münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək strateji müttəfiq-
lik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. 
Prezident  Rəcəb  Tayyip  Ərdəğan  Dağlıq  Qarabağ  məsələ-
sində Türkiyənin hər zaman Azərbaycanın yanında olduğuna diq-
qəti  çəkərək  bildirdi:  “Dağlıq  Qarabağ  mövzusundakı  mövqeyi-
miz,  düşüncəmiz,  mübarizəmiz  –  bütün  gücümuz  Azərbaycan 
üçün Dağlıq Qarabağ mövzusu necə bir qaynayan yaradırsa, bilin-
məlidir  ki,  bizim  üçün  də  elə  bir  qaynayan  yaradır.Bundan  fərqli 
bir düşüncə bizdə əsla bilinməz. Bu məsələnidə sona qədər təqib 
edirik və bundan sonra da təqib etməkdə davam edəcəyik”. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
47
 
Prezident İlham Əliyev iki ölkənin dövlət başçılarının qarşı-
lıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafın-
da əhəmiyyətli rol oynadığını bildirərək qeyd etmişdir ki,“Türkiyə 
ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inki-
şaf edir. Bu əlaqələr dostluq, qardaşlıq əsasında qurulubdur. Bizim 
çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Tür-
kiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında 
qurulur.Son  iyirmi  ilə  yaxın  müddətdə  Türkiyə  ilə  Azərbaycan 
arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gö-
zəl ənənələr davam edir və bütün məsələrdə əməkdaşlığımız yaxşı 
nəticələr verməkdədir. 
ƏDƏBİYYAT 
1. Azərbaycan Milli Ensiklopediyası  
2.Azərbaycan Respublikası Dağlıq Qarabağ - www.karabakh.az 
3. Ekspert jurnalı türkiyə - Azərbaycan iqtisadi münasibətləri 
4.  Azərbaycan  –  Türkiyə  münasibətləri  /  “Heydər  Əliyev  irsi”. 
Beynəlxalq elektron kitabxana. 
5. Azərbaycan - Türkiyə strateji tərəfdaşlığın yeni mərhələsi - 
www.strategiya.az 
______________________ 
 
Ləman AXUNDOVA 
Milli Aviasiya Akademiyası, 
Nəqliyyat texnologiyaları fakültəsi, II kurs tələbəsi 
E-mail: axundovaleman9@gmail.com  
TÜRKİYƏ – AZƏRBAYCAN SİYASİ MÜNASİBƏTLƏRİ 
Elmi rəhbər: Solmaz ƏLIYEVA 
Milli Aviasiya Akademiyasının baş müəllimi 
Açar sözlər: Türkiyə, Azərbaycan, Atatürk, Qarabağ, siyasi müna-
sibətlər 
Türkiyə ilə Azərbaycan, iki ölkə arasında yoldaşına rast gə-
linməyəcək xüsusiyyətdə bir qardaşlıq bağına malikdir. Ulu öndər 
Atatürk "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kə-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə