Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
27
 
tiqamətli düşməncə bir layihə olaraq gördü. Həmçinin İran da ey-
niylə belə hesab edirdi. 
Türkiyə bu gün Rusiya, İran və Suriya ilə münasibətlərində 
bir  sıra  problemlər  yaşayır  ki,  bu  halda  “0  problem”  siyasətini 
fərqli  tərəfdən  nəzərdən  keçirməyi  məcbur  edir.  Davudoğlu  “0 
problem”  nəzəriyyəsini  Türk  diplomatiyasının  təməli  olaraq  irəli 
sürdüyündə bu nəzəriyyə Türkiyənin Şimali Atlantika Müqaviləsi 
Təşkilatı üzvü və Amerika Birləşmiş Ştatları ilə koalisiya strategi-
yası ilə “obyektiv olaraq” üst-üstə düşmürdü. 
Bundan başqa Türkiyənin iqtisadi inkişafı qarşısında da cid-
di problemlər yaranmışdır. Burada diqqət  yetirilməli olan bir mə-
sələ  də  dövlətlərin  müdafiə  sənayesinin  necə  inkişaf  etməsidir. 
Demək olar ki,  bütün silah ehtiyacını özü təmin edən ABŞ üçün 
Suriyaya hərbi müdaxilə onun silah arsenalının yenilənməsi və iq-
tisadiyyatının canlanmasına təkan verə bilər. Ancaq müdafiə səna-
yesi ABŞ-dakı qədər güclü olmayan Türkiyə kimi dövlətlərin Su-
riyaya  müdaxilədən  sonra  iqtisadiyyatını  canlandırması  ehtimalı 
olduqca azdır. 
Bütün  bunlar  yekun  olaraq  bizə  bu  fikri  deməyə  əsas  verir 
ki, Türkiyə hökumətinin Yaxın Şərq siyasəti iflas etmişdir. 
İstənilən halda, hesab etmək olar ki, Türkiyə “0 problem” 
siyasəti çərçivəsində münasibətləri nizama salmağa, qonşularla 
daha uğurlu siyasət mərhələsinə keçməyə cəhd etdi. Lakin nəti-
cə olaraq deyə bilərik ki, Türkiyənin “0 problem” başlıqlı xarici 
siyasəti  istənilən  nəticəni  vermədi.  Bu  məsələdə  beynəlxalq 
aləmdə baş verən hadisələr də, təsirsiz ötüşmədi. 
ƏDƏBİYYAT 
1. Ahmet DAVUTOĞLU. Stratejik derinlik. Türkiyenin uluslar-
arası konumu. 80 Baskı. İstanbul; Küre Yayınları, 2012. – 585 s. 
2. Ahmet DAVUTOĞLU. Teoriden pratiğe. Türk dış politikası 
üzerine konuşmalar. 4 Baskı. İstanbul; Küre Yayınları, 2013. – 
441 s. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
28
 
3. Sevinc RUİNTƏN. Türkiyə Cümhuriyyətinin xarici siyasəti 
(konsepsiya məsələləri) // Tarix və onun problemləri, 2015, №2, 
s.198-216. 
4. http://sam.gov.tr/wp-
content/uploads/2012/09/Vision_Papers_no3_Azerice.pdf 
5. http://www.hurriyet.com.tr/davutoglu-sifir-sorun-politikasi-
basarili-22873019 
6. http://akademikperspektif.com/2015/01/23/turkiyenin-dis-
politika-stratejileri-2/ 
7. http://www.mfa.gov.tr/yeni-donemde-sifir-sorun-
politikasi.tr.mfa 
8.http://www.orsam.org.tr/tr/trUploads/Yazilar/Dosyalar/2012619
_tarikoguzlu2.pdf  
______________________ 
 
Aygül ƏLİYEVA 
Milli Aviasiya Akademiyası, 
İqtisadiyyat və hüquq fakültəsi, I kurs tələbəsi 
E-mail: ayguleliyeva99@gmail.com 
 
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN BEYNƏLXALQ 
TƏŞKİLATLARDA İŞTİRAKI 
Elmi rəhbər: Ellada KƏRIMOVA 
tarix elmləri üzrə fəlsəfə doktoru, 
Milli Aviasiya Akademiyasının 
baş müəllimi 
Açar sözlər: Türkiyə, beynəlxalq təşkilatlar, münasibətlər, siyasət 
1923-cü  ildə  Türkiyə  Cumhuriyyətinin  birinci  prezidenti 
Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan Türkiyə siyasəti 
və beynəlxalq münasibətləri bugünkü günümüzdə böyük əhəmiy-
yətə malikdir. Müstəqil türk dövlətləri içərisində  öz çəkisi və nü-
fuzuna görə seçilən Türkiyə Cümhuriyyətinin beynəlxalq arenada 
tutduğu mövqe də xeyli böyükdür. Digər türk dövlətlərinə nisbə-
tən daha çox beynəlxalq təşkilatlarla üzv olan Türkiyə bununla ey-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
29
 
ni  zamanda  qlobal  proseslərdəki  mövqeyini  ortaya  qoymuş  olur. 
Türkiyə  BMT,  İqtisadi  İnkişaf  və  Əməkdaşlıq  Təşkilatı,  İslam 
Konfransı Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, 
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilat-
ların qurucu üzvlərindən biridir. 1951-1952, 1954-1955 və son ola-
raq 2009-2010-cu illərdə BMT-nin Təhlükəsizlik Şurasında müvəq-
qəti üzv olaraq fəaliyyət göstərmişdir. Türkiyə BMT Təhlükəsizlik 
Şurasının müvəqqəti üzvü olduğu illərdə beynəlxalq sülh və təhlü-
kəsizliyin  gücləndirilməsinə,  terrorizm,  narkotik  qaçaqmalçılığı  və 
mütəşəkkil  cinəyatkarlıqla  mübarizəyə,  inkişafa  dair  mövzulara 
beynəlxalq cəmiyyət tərəfindən daha geniş yer verilməsinə əhəmiy-
yətli töhfəsini verməyi qarşısına məqsəd qoymuşdur. 
Avropa  ilə  münasibətlər  hər  zaman  Türkiyə  xarici  siyasəti-
nin  mərkəz  hissəsi  olmuşdur.  1949-cu  ildə  Avropa  Şurasına  üzv 
olan  ölkə  1963-cü  ildə  Avropa  İttifaqının  assosiyativ  üzvü  oldu. 
Uzun  illər  davam  edən  siyasi  görüşmələrdən  sonra  1987-ci  ildə 
Avropa  İttifaqına  tamhüquqlu  üzv  olmaq  üçün  müraciət  etdi. 
2005-ci  ildə  Avropa  İttifaqı  ilə  tamhüquqlu  üzvlük  barədə  müza-
kirələrə başladı. Heç şübhə yoxdur ki, Avropa İttifaqının genişlən-
məsinin gündəliyində “Türkiyə ilə nə etməli?” sualı öz aktuallığı-
nı saxlamaqdadır. Avropa İttifaqı etiraf etməsə də onu həmişə qa-
palı “xristian bloku” adlandırıblar. Artıq 50 ildən çoxdur ki, Tür-
kiyə  Avropa  İttifaqının  assosiyativ  üzvü  statusuna  malikdir.  Bu 
ötən  dövr  ərzində  Türkiyə  cəmiyyətinin  demokratik,  hüquqi  və 
dünyəvi Avropa modeli üzrə inkişaf etməsində olduqca böyük iş-
lər  görülmüşdür.  Öz  müsəlman  və  türk  kimliyini  qoruyub  saxla-
maqla  bərabər  Avropa  dəyərlərinə  sadiq  olan  Türkiyənin  Avropa 
İttifaqına üzv qəbul edilməsini çağdaş reallıqlar da tələb edir. Tür-
kiyənin NATO çərçivəsində oynadığı konstruktiv rol,habelə terro-
rizm  əleyhinə  mübarizədə  ardıcıl  siyasəti  onun  tezliklə  Avropa 
İttifaqına üzv olmasının vacibliyini göstərir. 
Tükiyənin  xarici  əlaqələrinin  digər  həlledici  amili  ABŞ  ilə 
münasibətlər  olmuşdur.  Türkiyə  SSRİ-nin  yaratdığı  ortaq  təhdid 
səbəbilə  1952-ci  ildə  NATO-ya  üzv  oldu  və  soyuq  müharibə  bo-
yunca  Vaşinqton  hökümətləri  ilə  yaxınikili  münasibətlər  içində 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə