Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
24
 
Kürd  tayfalarının  fəaliyyəti  ilə  əlaqədar  olaraq  30-cu  illərin 
əvvəllərində  Türk-İran  münasibətlərində  soyuqlaşma  yarandı.  La-
kin 1932-ci ildə Türkiyə-İran müqaviləsi ilə iki ölkə arasındakı sər-
həd  anlaşılmazlıqları  aradan  qaldırıldı.  Əsası  qoyulmuş  dialoqun 
davamı olaraq 1934-cü ildə Rza şah Türkiyəyə rəsmi səfər etdi və 
ardınca  iki  ölkə  kürd  üsyanlarını  yatırmaq  barədə  razılığa  gəldi. 
1934-cü ildə MC-nin X sessiyasında İran öz namizədliyini Türkiyə-
nin xeyrinə olaraq geri götürmüşdü. 
Fikrimcə,  Türkiyə-İran  siyasi  əməkdaşlığının  genişlənməsini 
30-cu illərdəki beynəlxalq vəziyyət zəruri edirdi. 20-30-cu illərdəki 
Türk-İran diplomatik əlaqələri bu zəruriyyəti özündə birbaşa əks et-
dirən Səadabat paktının təməli oldu. 
ƏDƏBIYYAT 
1. Ağayev İ.Q. Türkiyə 1918-1945-ci illərdə. Bakı, 2008. 
2. Hüseynov V.İ. İkinci dünya müharibəsi ərəfəsində Türkiyə Cüm-
huriyyətinin Yaxın və Orta Şərq siyasəti (1923-1939). B., 1992. 
3. Hüseynov Q.H. Atatürk dövründə Türkiyənin xarici siyasətinə 
dair. B., 1970. 
4. Məmmədzadə G.M. İranın sosial-siyasi və beynəlxalq vəziyyəti 
(XX əsrin 20-ci illəri-XXI əsrin ilk illəri ). B., 2010. 
5. Baskın O. Türk dış politikası: kurtuluş savaşından bugüne 
olgular, belgeler, yorumlar (1980-2001). cild II, Istanbul, 2010. 
______________________ 
 
 
 
 
 
 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
25
 
 
İlahə KƏRİMLİ 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, “Türk dünyası tarixi” 
ixtisası üzrə I kurs magistrant 
E-mail:
 
ilahekerim@gmail.com 
 
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİNDƏ 
QONŞULARLA “0 PROBLEM” DOKTRİNASI 
 
Elmi rəhbər: Sevinc RUİNTƏN 
 Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: “qonşularla 0 problem”, Türkiyə  XXI  əsrdə, Ahmet 
Davutoğlu, “Strateji dərinlik”, xarici siyasət prinsipləri 
Avropa və Asiyada eyni zamanda yerləşməsi – iki qitəni bir-
birinə bağlaması, eləcə də, önəmli tranzit yollarını özündə birləş-
dirməsi,  zəngin  neft-qaz  qaynaqlarına  sahib  olan  ölkələrlə  qonşu 
olması və bu məhsulların dünya bazarına ən ucuz Türkiyədən da-
şınmasının mümkünlüyü, siyasi  proseslerdə fəal  iştirakı  Türkiyə-
nin region üçün əhəmiyyətini artırır ki, məhz bu baxımdan Türki-
yənin  hal-hazırda  yeritdiyi  xarici  siyasət  xətti  diqqət  mərkəzinə 
gəlir. 
Müasir dövrdə Türkiyə xarici siyasətinin əsas istiqamətlərin-
dən  birini  “qonşularla  münasibətlərin  bütünləşməsi”  təşkil  edir. 
Son dövrlər Türkiyə xarici siyasətinin müəyyən edilməsində Ah-
met  Davutoğlu  isminin mövqeyinin  analiz  edilməsi  vacibdir.  Öl-
kənin xarici siyasətinin əsasları Davutoğlunun müəyyən etdiyi nə-
zəri  əsaslara  dayanmaqdadır.  Bunlardan  ən  önəmlisi  şübhəsiz  ki, 
“Strateji dərinlik” nəzəriyyəsidir. “Strateji dərinlik” nəzəriyyəsinə 
görə Türkiyə hesab edir ki, yerləşdiyi coğrafi mövqe və zəngin ta-
rixi-mədəni  irsinin  olması  ölkənin  tək  tərəfli  və  tək  ölçülü  xarici 
siyasət aparmasını mümkünsüz edir. Bu baxımdan, Türkiyə regio-
nun mənafeyi müzakirə olunarkən özünü daimi mərkəzdə görmək 
istəyir. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
26
 
Türkiyənin xarici siyasətində “qonşularla 0 problem” prinsi-
pi  sülh  prosesinə  bütün  regional  qüvvələrin  fəal  cəlb  edilməsini 
nəzərdə  tutur.  Türkiyənin  bu  prinsip  çərçivəsində  məqsədi  qonşu 
ölkələrlə problemlərin sıfıra endirilməsi, qonşu regionlarla müna-
sibətdə səmərəli diplomatiya yeridilməsidir. Türkiyənin qonşulara 
“0 problem” siyasəti elan olunduğu ilk dönəmdə öz bəhrəsini ver-
di. Bunun nəticəsi kimi, 2005-2008-ci illərdə Türkiyənin qonşuları 
ilə ticarətinin həcmi üç dəfədən çox artmışdır. 2001-2002-ci illər-
də müqayisədə 2008-ci ildə ticarətin həcmi 30%-ə qədər artmışdır. 
Qonşularla “0 problem”inin davamı olaraq “uyğunsuzluqla-
rın çözümü və vasitəçilik” siyasəti Türkiyənin  yeni xarici siyasət 
mərhələsinin  əsasını  təşkil  etməli  idi.  Türkiyə  bu  istiqamətdə  re-
gionda baş verən bir sıra mübahisəli məsələlərdə yaxından iştirak 
edir. İsrail və Suriya arasındakı mübahisəli məsələlərdə göstərdiyi 
fəallıq, İranın nüvə proqramı ilə bağlı problemin sülh yolu ilə, da-
nışıqlarla  həlli  məsələsindəki  mövqeyi,  yenə  2001-ci  il  illərdə 
Amerikanın  İraqa  müdaxiləsi  zamanı  danışıqlar  yolu  ilə  razılığa 
gəlmək  üçün  apardığı  mübarizə  və  s.  buna  misaldır.  Lakin  qeyd 
edilməlidir ki, Türkiyənin ciddi cəhdlərinə baxmayaraq “qonşular-
la 0 problem” Türkiyənin istədiyi və gözlədiyi nəticələri vermədi. 
“Qonşularla  sıfır  problem”  yanaşması  ətrafında  formalaşan 
Türk xarici siyasəti son illər tükənmiş vəziyyətdədir. Ərəb Baharı 
əsnasında Türkiyənin  təsirli  bir xarici  siyasət  sərgiləyə bilmədiyi 
və  son  nəticədə  bölgəsində  arzu  etmədiyi  hadisələrin  ortaya  çıx-
masına mane ola bilmədiyi fikiri getdikcə yayılmaqdadır. Bəzi si-
yasətçilərə  görə  “qonşularla  sıfır  problem”dən  “problemsiz  sıfır 
qonşu”ya  doğru  bir  keçid  etməkdədir.  Belə  gedərsə  Türkiyənin 
yaxın  ətrafında  yaxşı  qonşuluq  əlaqələrində  olduğu  ölkələrin  sa-
yının gedərək azalacağı irəli sürülür. 
Türk  diplomatiyası  2011-ci  ilin  əvvəlindən  bir  çox  proble-
min  həllində  baş  qarışıqlığı  yaşamağa  başladı.  “Sıfır  problem” 
strategiyasının  tam  tərsi bir  strategiyaya  keçdi.  Belə  ki,  Amerika 
raketdən müdafiə proyektini təsdiqləməsi sonrası Rusiya ilə əlaqə-
lərində bir gərginlik müşahidə edildi. Rusiya bu layihəni özünə is-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə