Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə5/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   2   3   4   5   6   7   8   9   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
15
 
bu məqsədlə geniş siyasi, sosial, mədəni və dini islahatların keçiril-
məsini məqsədəuyğun hesab  edən ideologiyadır.  Qərbyönümlü in-
kişaf deyərkən –  cəmiyyətin demokratikləşdirilməsi, qadınlara və-
təndaş və siyasi hüquqlar baxımından kişiliərlə bərabər hüquqların 
verilməsi, elmə və təhsilə dövlət qayğısı və s. məsələlər nəzərdə tu-
tulurdu. Bu islahatların böyük qismi Atatürkün prezidentliyi illərin-
də (1923-1938) həyata keçirilib və “Atatürkün 6 oxu” adı ilə də ta-
nınır.  Bu  oxlar  (Atatürk  ilkeleri):  cümhuriyyətçilik  (respublikaçı-
lıq); milliyyətçilik; xalqçılıq; laiklik (dünyəvilik); dövlətçilik; inqi-
labçılıq 
Osmançılıq. Osmanlıçılık - bütün Osmanlı vətəndaşlarını irq, 
din və dil ayrı-seçkiliyi etmədən bərabər qəbul edən siyasi axın olub. 
Tənzimat  dövrünün  sonlarına  doğru  bəzi  Osmanlı  ziyalıları  “Gənç 
osmanlılar” adlı bir cəmiyyət qurdular. Onlara görə, millətçi üsyan-
larını dayandırıb, ölkənin bütövlüyünü qorumaq üçün dövlətin sər-
hədləri  daxilində  yaşayan  bütün  millətləri  osmanlıçılık  düşüncəsi 
ətrafında  birləşdirmək  lazım  idi.  Bunun  üçün  dil,  irq  və  din  fərqi 
güdmədən hər kəsin eyni hüquq və səlahiyyətlərə sahib olması şərt 
idi.  Bu  edilərdisə,  Osmanlı  birliyi  reallaşar  və  dövlət  yıxılmaqdan 
xilas ola bilərdi. Bu düşüncələr ancaq Məşrutə rəhbərliyində uygu-
lana  bilirdi.  Osmanlıçılık,  milliyyətçilik  axınının  Osmanlı  dövləti 
üzərindəki dağıdıcı təsirlərinə qarşı ortaya atılmış bir fikir axını idi. 
Yeni osmançılıq. Adından da başa düşüldüyü kimi, bu siyasi 
axın Osmanlı imperatorluğu model alınaraq Türkiyənin xarici siya-
sətinin qurulmasını irəli sürür. Geniş mənası ilə Türkiyənin keçmiş 
Osmanlı torpaqlarında iştirakçı olaraq daha təsirli  bir rol oynama-
sını nəzərdə tutur. 
Turqut Özal hökümətinin yürütdüyü siyasəti ilk “yeni osman-
çılıq” addımları olaraq hesab edən yanaşmalar mövcuddur. 2002-ci 
ildən  Ədalət  və  İnkişaf  Partiyası-nın  (AKP)  iqtidara  gəlməsindən 
sonra bu düşüncə təkrar gündəmə gəlmiş, 2009-cu ildə günümüzdə 
Türkiyə xarici siyasətinin müllifi olan Əhməd Davudoğlunun Xari-
ci İşlər Nazirliyinə gətirilməsi artıq Türk xarici siyasətinin “yeni os-
mançılıq” istiqamətdə gedəcəyinə dair təəssürat oyandırmışdı. Əh-
məd  Davudoğlu,  İngiltərənin  qurduğu  Millətlər  Birliyi  təşkilatını 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
16
 
nümunə  göstərərək,  Türkiyənin  də  Osmanlı  Millətlər  Birliyi  qura 
biləcəyini açıqlayır. Ayrıca Ə.Davudoğlu, 25 aprel 2011-ci ildə Ça-
naqqalada "Bizdən qoparılan dünya, bizimlə təkrar bütünləşək. Tür-
kiyə önümüzdəki 12 il içində dünya dövləti olacaq "şəklində şərhlər 
etdi.  Davudoğlu  Osmanlı  İmperatorluğundan  qoparılan  torpaqların 
yenidən sülh və sabitliyə qovuşmalarını istədiyini ifadə etmişdir. 
Nəticə. Osmançılıq - osmanlı imperiyasının siyasəti idi və im-
periyanın sərhədləri daxilində həyata keçirilirdi. Dövlətin möhkəm-
lənməsinə, güclənməsinə xidmət etməli idisə, neoosmançılıq Türki-
yə  Cümhuriyyətinin  səhrədlərindən  kənarda,  yəni  keçmiş  Osmanlı 
ərazilərinə aid edilir və bu, artıq Türkiyənin digər dövlətlərlə müna-
sibətləri  məsələsidir  və  Türkiyənin  hazırkı  vəziyyətinə  məni  təsir 
göstərdiyini qeyd edə bilərik. 
ƏDƏBİYYAT 
1. Mango ANDREW. Atatürk: The Biography of the Founder of 
Modern Turkey. Overlook Press, 2002. – 666 p. 
2. Atatürk ilke ve inkilapları - 
http://www.ataturkinkilaplari.com/ik/126/ataturk-ilke-ve-
inkilaplari.html  
3. Ahmet Tamer KIŞLALI. Kemalizm, Laiklik ve Demokrasi. İmge 
kitap evi yayınlari, 1999. 
4. Hami KARSLI. “Yeni Osmanlıcılık”. - 
www.hamikarsli.com/yeni-osmanlicilik 
______________________ 
 
 
 
 
 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
17
 
 
 
Nuranə HÜSEYNOVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, III kurs Sabah qrupu tələbəsi 
E-mail: nurana.huseynova.1996@gmail.com 
 
TÜRKİYƏNİN BOĞAZLAR MƏSƏLƏSİ 
LOZANNA KOFRANSINDA 
Elmi rəhbər: Yeganə GÖZƏLOVA 
Bakı Dövlət Universitetinin dosenti 
Açar  sözlər:  Türkiyə,  konfrans,  Rusiya,  boğazlarda  hegemonluq, 
diplomatik mübarizə, konvensiya  
Lozanna konfransında ən mühüm beynəlxalq məsələ Çanaq-
qala, Mərmərə dənizi və Bosfordan ibarət olan boğazlar məsələsi 
idi. Birinci dünya müharibəsi zamanı İstanbul və boğazlar Çar Ru-
siyasına vəd edilmişdi. Rusiyanın iflasından sonra Böyük Britani-
ya  özü  bu  regionda  hökmranlığa  nail  olmaq  istəyirdi.  Lozanna 
konfransında boğazlarla bağlı əsas diplomatik mübarizə Sovet Ru-
siyası ilə İngiltərə arasında gedirdi. Rusiya, Ukrayna və Gürcüstan 
nümayəndələri də problemin müzakirəsində iştirak edirdilər. Rusi-
yanın  layihə  təklifində  Qara  dənizin  əsas  dayağa  çevrilməsi  və 
Rusiyanın bu sularda və son nəticədə boğazlarda hegemonluq et-
məsi nəzərdə tutulurdu. Dekabrın 6-da keçirilən toplantıda Kerzon 
Çiçerinin  boğazlarla  bağlı  planının  əleyhinə  çıxdı  və  müttəfiq 
dövlətlərin təkliflərini açıqladı. Boğazlarda rejimi haqqında müttə-
fiqlərin  yeni  sxemi  dekabrın  18-də  təqdim  edildi.  Yeni  təkliflərə 
görə  hərbsizləşdirilmiş  zonalar  azaldılır,  Türkiyənin  qoşunlarına 
bu zonalardan keçmək və Türkiyə donanmasına boğazlarda üzmək 
və  ya  qalmaq  icazəsi  verilirdi.  Türkiyənin  təqdim  etdiyi  layihədə 
boğazlar üçün məhdudlaşdırılmış sərsəstlik nəzərdə tutulurdu. La-
yihə  hərb  gəmilərinin  məhdudlaşdırılması  və  tənzimlənməsində 
düzəlişlər etmək şərti ilə sərbəstlik prinsipi ilə razılaşır və Türki-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə