Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə3/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   2   3   4   5   6   7   8   9   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
9
 
Brest-Litovsk  sülhünə  zidd  olmasına  baxmayaraq,  1828-ci  il  sər-
hədlərini bərpa etmiş oldu. 
ƏDƏBİYYAT 
1. Vasif Qafarov. Türkiyə-Rusiya münasibətlərində Azərbaycan 
(1917-1920). Bakı, Azərnəşr, 2011. 
2.Cəmil Həsənov. “Ağ ləkələrin” qara kölgəsi. Bakı, Gənclik, 1991. 
3.M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti, səh.82-119. – 
“M.Ə.Rəsulzadə. Bakı və Azərbaycan tarixinə dair əsərlər (1918-
1919)” kitabında. Tərtibatçı: Şirməmməd Hüseynov. Bakı, Qanun 
nəşriyyatı, 2013. – 160 səh. 
4.Azərbaycan tarixi. 7 cilddə. V cild, (1900- 1920). Bakı, Elm, 2008. 
______________________ 
 
GÜLNAR BƏŞİROVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, II kurs tələbəsi, 
E-mail: gyulnarbashir@gmail.com 
 
TURANƏ MƏMMƏDOVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail: turana.mammadova443@gmail.com 
QARS MÜQAVİLƏSİ 
Elmi rəhbər: Arzu MƏMMƏDOVA 
tarix elmləri üzrə fəlsəfə doktoru,  
Bakı Dövlət Uviversiteti 
Açar sözlər: Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan, Naxçıvan 
məsələsi 
Qərblə  Şərq  arasında  körpü  rolu  oynayan  Qafqaz  hərbi-stra-
teji  əhəmiyyətinə  görə,  hər  zaman  dövrünün,  o  cümlədən,  dünya 
dövlətlərinin mərkəzində olmuşdur. XX əsrin əvvəllərindən bu mü-
barizə daha kəskin şəkil almış və Rusiya, Türkiyə, Böyük Britani-


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
10
 
ya, Fransa və s. dövlətlər regionda baş verən siyasi hadisələrin əsas 
iştirakçısı olmuşlar. Xüsusilə, I Dünya müharibəsi dövründə ortaya 
çıxan “Böyük Ermənistan” planları iri dövlətlərin Cənubi Qafqazda 
öz  maraqlarını  təmin  etmək  üçün  istifadə  etdikləri  bir  kart  idi. 
1920-ci illərdə Azərbaycan torpaqları hesabına Ermənistan ərazisi-
nin genişləndirilməsi layihəsi Sovet hökuməti tərəfindən aparılır və 
Dağlıq Qarabağ, Naxçıvan kimi əzəli torpaqlar da təhdit altına dü-
şür.  Bu  baxımdan  “Qars  müqavilə”sinin  bağlanması  çox  mühüm 
əhəmiyyət  kəsb  edirdi.  1921-ci  il  oktyabrın  13-də  Türkiyə,  Azər-
baycan,  Gürcüstan  və  Ermənistanın  iştirakı  ilə  bağlanan  Qars  mü-
qaviləsi Naxçıvanın öz statusunu qoruyub saxlamasında mühüm rol 
oynadı.  Lakin,  bu  müqavilə  tək  Naxçıvan  məsələsini  həll  etmirdi, 
eyni zamanda İstanbul boğazları, Gürcüstan-Türkiyə sərhəd əlaqə-
ləri kimi məsələlər öz həllini tapmışdı. Ümumiyyətlə, Qars müqavi-
ləsinin əsas şərtləri, orada yer alan müddəalar bunlardır: 
1) İstanbul etibarlı olduğu müddətcə boğazda ticarət edilə bi-
ləcəkdi; 
2)  Azərbaycan  türklərinin  sıx  toplaşdığı  Naxçıvan  bölgəsinə 
muxtariyyət veriləcəkdi 
3) Batum Gürcüstana veriləcəkdi 
4) Müqavilə tərəfdaşlarından heç kəs müqaviləni məcburi im-
zalamayacaqdı 
5) Hər bir dövlət qarşı dövlətin vətəndaşlarına yaxşı davrana-
caq, onlara qarşı tolerant olacaqdı. 
Göründüyü kimi, Qars müqaviləsi bütövlükdə regionda siya-
si, iqtisadi birliyi tənzimləmək hədəfi güdürdü. O səbəbdən, müqa-
vilənin  imzalanmasında  tərəfdaşlar  arasında  məcburiyyət  qoyul-
murdu. Müddətsiz imzalanan bu müqavilə bu gün də regionda və-
ziyyətin  az  da  olsa  nəzarətdə  saxlanmasında  xüsusi  rol  oynayır. 
Çünki  Dağlıq  Qarabağ  münaqişəsindən  sonra  ermənilərin  Naxçı-
vanda  ərazi  iddiası  qaldırması  və  bunu  reallaşdırmağa  mane  olan 
əsas  səbəb  Qars  müqaviləsidir.  Buna  görə  də,  həmin  müqavilənin 
daha dərin araşdırılmasına və şərtlərinin öyrənlməsinə  ehtiyac var. 
Bizim də mövzunu götürərkən əsas hədəfimiz öz yaşıdlarımızı ba-
cardığımız qədər müqavilə haqqında məlumatlandırmaq olmuşdur. 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
11
 
ƏDƏBİYYAT 
1. Mehmet Okur. Gümrü, Moskova ve Kars antlışmaları çerçeve-
sinde ermeni sorunu üzerine genel bir değerlendirme
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident 
Kitabxanasi. Azərbaycan tarixi.  
3. H.Məmmədov. Qars müqaviləsi. Bakı, 2004. 
4. https://tr.wikisource.org/wiki/Kars_Antlaşması 
______________________ 
 
Nəsibə MİRZƏYEVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, Regionşünaslıq 
(Qafqazşünaslıq)ixtisası üzrə III kurs tələbəsi 
E-mail: flower_m.n@mail.ru 
LOZAN KONFRANSININ TÜRKİYƏNİN CÜMHURİYYƏT 
TARİXİNDƏ ROLU 
Elmi rəhbər: Məmməd FƏTƏLİYEV 
Bakı Dövlət Universitetinin professoru 
Açar sözlər: Antanta, konsessiya, kapitulyasiya, müqavilə, milli 
azlıqlar 
I Dünya Müharibəsində məğlubiyyətə düçar olan Türkiyə Lo-
zan  konfransına  qədər  ağır  məhrumiyyətlərlə  dolu  tarixi  yol  keç-
mişdir. 1922-ci ilin oktyabrına qədər davam edən Yunanıstan-Tür-
kiyə  müharibəsində  Antanta  dövlətlərinin  Yunanıstanı  dəstəklə-
məsi, türklərə qarşı törədilən özbaşınalıqlar Türkiyənin zəifləməsi-
nə  gətirib  çıxarmışdı.  İngiltərənin  xarici  işlər  naziri  Lord  Kerzon 
Türkiyədə  genişlənməkdə  olan  milli  azadlıq  hərəkətının  Sevr  mü-
qaviləsinin ləğvinə doğru apardığını irəlicədən duyduğu üçün Rusi-
ya ilə Türkiyəni bir-birindən ayırmaq və münaqişənin nizamlanma-
sında İngiltərənin aparıcı rolunu təmin etmək üçün taktika yeritmə-
yə  başladı.  Bu  plana  əsasən,  İngiltərə  İsveçrənin  Lozan  şəhərində 
Türkiyə ilə münasibətləri nizamlamaq məqsədi ilə konfrans çağırıl-
ması təşəbbüsünü irəli sürdü. Konfrans ərəfəsində böyük dövlətlə-


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə