Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   2   3   4   5   6   7   8   9   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
18
 
yənin  suverenliyinə  təminatlar  verilməsi  ilə  hərbsizləşdirilməni 
qəbul  edirdi.  Sovet  Rusiyası  boğazlar  məsələsində  Türkiyəni  öz 
tərəfinə  çəkmək  üçün  ciddi  səy  göstərirdi.  Müqavilənin  layihəsi 
1923-cü il yanvarın 31-i üçün hazır oldu. Fevralın 1-də İsmət paşa 
Sovet Rusiyasının etirazına baxmayaraq, Geliboluya bir türk qar-
nizonu göndərilməsi və Frakiyadakı türk hərbi qüvvələri üçün qo-
yulan məhdudiyyəti qaldırmaq şərtilə boğazlar konvensiyasını qə-
bul etməyə hazır olduğunu bildirdi. Boğazlar haqqında konvensi-
yanın Rusiya tərəfindən imzalanmasına baxmayaraq, Türkiyə onu 
qəbul etdi. Bu konvensiya ilə müttəfiqlər boğazlardan keçidin sər-
bəstliyinə  və  Çanaqqala,  Mərmərə  dənizi  və  Bosfor  zonalarının 
hərbsizləşdirilməsinə nail oldular. 
ƏDƏBİYYAT 
1. Аралов С.И. Воспоминания советского дипломата, Москва, 
1960 
2. Alexandris Alexis. The Greek Minority of Istanbul and Greek- 
Turkish Relations 1918-1974. Athens, 1983 
3. Feridun Cemal Erkin. Türk - Sovyet İlişkileri ve Boğazlar Me-
selesi. Ankara, 2001 
4.  Məmməd  Fətəliyev.  Türkiyə,  Yunanıstan  Və  Böyük  Dövlətlər 
Lozan Konfransında. Bakı, 2013 
5. Şimşir Bilal. Lozan Teleqrafları. I.c. Ankara, 1990 
______________________ 
 
 
 
 
 
 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
19
 
 
Nərgiz BABAXANİ 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, II kurs tələbəsi 
E-mail:babxaninergiz@gmail.com 
 
TÜRKİYƏ VƏ PKK TERRORU 
Elmi rəhbər: Səidə QULİYEVA 
tarix üzrə fəlsəfə doktoru, 
Bakı Dövlət Universitetinin böyük elmi işçisi 
Açar sözlər
: Türkiyə, terrorizm, mübarizə, PKK, geosiyasət,
 
təh-
lükəsizlik 
Türkiyə  1970-ci  illərdən  etibarən  terrorizmin  ən  acımasız 
formalarıyla  mübarizə  aparmışdır.  Terror  hadisələri  bir  tərəfdən 
xarici təsirlərin nəticəsində meydana gəlirsə, digər tərəfdən savad-
sızlıq,  yoxsulluq,  mədəni  fərqlər,  sosial  dəyərlərin  dəyişməsi  və 
digər daxili təsirlərlə əlaqədar baş verir. Bundan əlavə, terror hadi-
sələrini şərtləndirən daxili səbəblərin başında etnik qruplar və on-
lar arasındakı fərqlər gəlir. Müəyyən qruplar etnik qaynaqlı ideo-
logiyadan terror məqsədiylə  istifadə  edirlər. Erməni  milliyətçiliyi 
və kürdçülük Türkiyədə  görülən etnik qaynaqlı terror fəaliyyətlə-
rinin başında gəlir. Nəzərə alsaq ki, digər ölkələrdə də etnik qrup-
lar  yaşayır  və  Türkiyədə  yaşanan  hadisələr  müşahidə  olunmur, 
belə  nəticəyə  gəlmək  mümkündür  ki,  Türkiyədə  baş  verən  terror 
hadisələri xarici təsirlərlə birbaşa bağlıdır. 
Türkiyə  Avropa,  Asiya  və  Afrika  qitələrinin  birləşdiyi  nöq-
tədə bir körpü rolunu oynamaqla, dünyanın güc tarazlığına daim tə-
sir  edə  biləcək  bir  mövqeyə  malikdir.  Bundan  başqa,  Türkiyə  çox 
yönlü  çıxar  və  güc  mübarizəsi  meydanına  çevrilən  Yaxın  Şərqin 
neft yataqlarına yaxınlığı və eyni zamanda Mərkəzi Asiyadakı türk 
dövlətləri ilə inteqrasiya ola bilmə üstünlüyü səbəbiylə önəmli geo-
politik və geostrateji mövqeyə sahibdir. Türkiyə Mərmərə dənizi və 
Boğazları  əlində  cəmləşdirməsi,  Yaxın  Şərq,  Bəsrə  Körfəzindən 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
20
 
Egey dənizinə qədər Şərqi Aralığı idarə edəbiləcək coğrafi mövqeyi 
ilə  bölgədəki  bütün  ölkələrin  təhlükəsizliyini  təmin  edə  bilən  stra-
teji  dövlətdir.  Bu  səbəblərə  görə,  bir  çox  ölkələr  Türkiyənin  geo-
strateji üstünlüyünü terrorla zəiflətməyə çalışılar. Zəif dövlətlər gər-
gin  siyasi  oyunlar  qarşısında  öz  mövqelərini  qorumaq  məqsədilə 
terrordan istifadə edirlər. Bəzi güclü dövlətlər isə beynəlxalq aləm-
də öz siyasətini həyata keçirə bilməsi eləcə də, rəqiblərini özündən 
asılı  vəziyyətə  sala  bilmək  üçün  terrordan  bir  vasitə  kimi  istifadə 
edirlər.  Türkiyə  kimi  önəmli  strateji  mövqeyə  malik  ölkəni  terror 
ortamında saxlamaqla, ölkəni hədəf olaraq seçən dövlətlər və bəzi 
qüvvələrin  çıxarları  baxımından  terroru  davam  etdirmək  zəruridir. 
Buna görə də, terrorizm bir siyasi nəticə əldə etməkdən  əlavə, bir 
ölkənin digər ölkəni zəiflətmək və mövqeyini zədələmək üçün bir 
vasitə kimi istifadə edilir. 
Türkiyədə terror idealarının yayıldığı əsas mərkəz universitet-
lərdir.  PKK  terror  təşkilatı  tələbələr,  gənclər  arasında  millətçilik, 
ideoloji fikirlər yaymaqla öz fəaliyyətini təmin edir. Ölkədə fəaliy-
yət göstərən terror təşkilatlarının üzvlərinin yaşı 15-25 yaş arasında 
dəyişir. 
PKK dəfələrlə adını dəyişmişdir, lakin adını dəyişsə də, yenə 
də  terror  fəaliyyətiylə  məşğul  olmuşdur.  Bundan  başqa  PKK  za-
man-zaman  “atəşkəs”  yaxud  “silahı  buraxmaq”  adı  ilə  əslində  bu 
dövr ərzində terror fəaliyyətlərinin hazırlığında olmuşdur. 
Terrorizimlə mübarizə mövzusunda beynəlxalq arenada birgə 
fəaliyyət  haqqında  sənədlər  qəbul  olunmuşdur.  Türkiyə  də  terror-
dan  əziyyət  çəkən  bir  dövlət  olaraq  beynəlxalq  aləmdə  anti-terror 
fəaliyyətlərində  iştirak  edir.  Türkiyə  Birləşmiş  Millətlər  Təşkilatı-
nın “Terrorla Mübarizə Komitəsi”nin üzv dövlətlərdən biri olmaq-
la, terrorla mübarizədə beynəlxalq öhdəlikləri yerinə yetirir. Türki-
yə PKK ilə yanaşı İŞİD-lə və digər terror qrupları ilə mübarizə apa-
rır. Türkiyə İŞİD-lə mübarizədə başlıca olaraq, ABŞ-la müttəfiqlik 
edir.  Lakin bir çox dövlətlər öz maraqlarına uyğun olaraq terrorla 
mübarizədə Türkiyəyə dəstək olmaq əvəzinə, terror qruplarını giz-
lədir və ya Türkiyəyə kömək etmirlər. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə