Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   2   3   4   5   6   7   8   9   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
12
 
rin hər birinin müəyyən maraq çərçivəsində Türkiyə öz əhəmiyyətli 
mövqeyini tuturdu. Bəhs edilən bu dövrdə İngiltərə Ankara hökü-
mətini rəsmən tanımamışdı. Fransa və İtaliya ilə müqayisədə İngil-
tərə Türkiyəyə qarşı qeyri-səmimi mövqe tutur və bütün məsələlər-
də  Yunanıstanın  tərəfini  saxlayırdı.  İngiltərənin  xarici  işlər  naziri 
Lord Kerzonun Lozan konfransında iştirak etməkdə ən ümdə məq-
sədləri  Türkiyə  ilə  Yunanıstan  arasında  sülh  yaratmaq,  Ankaranı 
Rusiya, İran və Əfqanıstandan uzaqlaşdırıb, ölkəni Qərbi Avropaya 
doğru istiqamətləndirmək idi. Amerika Birləşmiş Ştatlarının Türki-
yəyə  qarşı müharibədə iştirak etməməsinə baxmayaraq, boğazların 
sərbəstliyinin qorunmasında, kapitulyasiya rejiminin müdafiə olun-
masında,  təhsil,  xeyriyyə  və  dini  institutların  qorunmasında,  milli 
azlıqlara təminat verilməsi məsələlərində xeyli maraqlı idi. Boğaz-
lar məsələsində Türkiyə ilə siyasi cəhətdən maraqlı olan ölkələr So-
vet  Rusiyası,  Ukrayna  və  Gürcüstan  idi.  Sovet  Rusiyası  məhz  öz 
mənafeyi  naminə  Türkiyənin  maraqlarının  müdafiəçisi  kimi  çıxış 
edirdi. 
1922-ci il noyabrın 20-də İsveçrənin Lozan şəhərində İngiltə-
rə, Fransa, İtaliyanın iştirakı ilə Türkiyə ilə sülh müqaviləsi imzala-
maq üçün beynəlxalq konfrans öz işinə başladı. Konfransda Türki-
yə,  Yunanıstan,  İngiltərə,  Fransa,  İtaliya,  Yaponiya,  Rumınya  və 
Yuqoslaviya  iştirak  etmişdisə,  boğzalarla  bağlı  görüşlərdə  Sovet 
Rusiyası və Bolqarıstan da qatılmışdı. Türkiyə tərəfində İsmət Paşa, 
Rıza Nur bəy və Həsən bəydən ibarət olan komissiya çıxış etməli 
idi. Reqlamentdə qəbul edilən qanuna görə konfransa Türkiyə tərə-
finin  etirazına  baxmayaraq,  birinci  komissiyaya  İngiltərədən  Ker-
zon,  ikinci  komissiyaya  İtalyadan  Harroni  və  üçüncü  komissiyaya 
Fransadan  Barrer  təyin  olundu.  Konfransı  İsveçrə  federasiyasının 
prezidenti M.Haab açdı. Türkiyə tərəfinin konfransda həll olunma-
sını gözlədiyi əsas məsələlər bunlar idi: 
1)  Mudanya  müqaviləsində  göstərilən  məsələləri  gerçəkləş-
dirmək; 
2) Kapitulyasiyaları aradan qaldırmaq; 
3) Şərqi Anadoluda erməni dövlətinin yaranmasına əngəl ya-
ratmaq; 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
13
 
4) Yunanıstanla mövcud olan mübahisələri həll etmək.  
Konfransda həll olunması tələb olunan mühüm məsələlər: 
1) Türk-yunan sülhü; 
2) Yeni Türk dövlətinin sahib olacağı hüquqlar; 
3) Kapitulyasiya rejiminin aradan qaldırılması; 
4) Frakiya sərhədi, Egey adaları, boğzalar rejimi, Mosul mə-
sələsi; 
5) Milli azlıqlar məsələsi; 
6) Konsessiyalar və iqtisadi-maliyyə məsələləri. 
Müttəfiq  dövlətlərə  görə  4  fevral  1923-cü  ildə  konfrans  gö-
rüşləri  kəsilmiş  və  türk  heyyəti  yenidən  Ankaraya  geri  qayıdaraq 
yarana biləcək çətinliklərə qarşı tədbirlər gördü və 23 aprel 1923-cü 
ildə TBMM-in dəvəti ilə konfrans təkrar başladı. Lozana sülh mü-
qaviləsinin maddələri xarakter etibarı ilə bu cür səciyyələndirilirdi: 
- Sərhədlərlə bağlı olan; 
- Boğzalarla bağlı olan;  
- Adalarla bağlı olan;  
- Kapitulyasiya rejiminin ləğvi ilə bağlı; 
- Təzminat məsələləri ilə bağlı; 
- Erməni dövləti ilə bağlı;  
Lozan sülh müqaviləsi işğalçı dövlətlərə qarşı qələbənin par-
laq göstəricisi idi. Bu müqavilənin nəticəsi olaraq Müttəfiq dövlət-
ləri Türkiyə ərazisini tərk etdilər. Mustafa Kamal Atatürkün 4 il ön-
cə  dediyi  kimi,  gəldikləri  kimi  də  geri  qayıtdılar.  Bu  müqavilənin 
tarixi əhəmiyyətini M.K.Atatürkün kəlmələri ilə bu cür qiymətlən-
dirmək  olar: “Bu müqavilə  türk milləti  əleyhinə  yüz illərdir  hazır-
lanmış və Sevr müqaviləsi ilə tamamlandığı hesab edilən böyük bir 
sui-qəsdin çökdüyünü bildirən bir sənəddir”. 
ƏDƏBİYYAT 
1. Məmməd FƏTƏLİYEV. Türkiyə, Yunanıstan və böyük dövlətlər 
Lozan konfransında. Bakı, Elm, 2013. – 235 s. 
2. İqbal AĞAYEV. Türkiyə 1918 – 1945-ci illərdə. Bakı: N.Tusi 
adına ADPU-nun mətbəəsi, 1998. – 104 s. 
______________________ 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
14
 
 
Bənövşə SOLTANOVA  
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, Regionşünaslıq 
(Qafqazşünaslıq) ixtisası üzrə IV kurs tələbəsi 
E-mail:banovshasultan@gmail.com 
Şahruz SULTANZADƏ 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, Regionşünaslıq 
(Qafqazşünaslıq) ixtisası üzrə  IV kurs tələbəsi 
E-mail: sahruz.sultanzade@mail.ru 
 
XX ƏSR – XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ 
OSMANLIDA VƏ TÜRKİYƏDƏ DÖVLƏTÇİLİK 
İDEOLOGİYALARI HAQQINDA 
(Osmançılıq – Kamalçılıq – Yeni osmançılıq) 
Elmi rəhbər: Cavid ƏLISGƏNDƏRLI 
Bakı Dövlət Universitetinin müəllimi 
Açar  sözlər:  Osmanlı  imperiyası,  Türkiyə  Cümhuriyyəti,  ideolo-
giya, osmançılıq, kamalçılıq, yeni osmançılıq 
Günümüzdə Türkiyə dövlətini və hökümətini həm xarici, həm 
də daxili siyasətdə  Atatürkçülükdən uzaqlaşmada,  yeni osmançılıq 
siyasəti yürütməkdə ittiham edən fikirlər eşidilməkdədir. Bu fikirlə-
rin nə  dərəcədə  əsaslı olduğunu müəyyənləşdirmək baxımdan  aşa-
ğıdakı anlayışlara aydınlıq gətirməyi lazımlı hesab edirik: 
- Kamalçılıq, yaxud Atatürk düşüncə tərzi nə deməkdir. 
- Osmançılıq nə deməkdir. Yeni osmançılıq deyərkən nə nə-
zərdə tutulur. 
-  Osmançılıqla  yeni  osmançılığın  oxşar  və  fərqli  çəhətləri 
hansılardır. 
İlk olaraq, Kamalçılıq, yaxud Atatürk düşüncə tərzi anlayışı-
na aydınlıq gətirək. Kamalçılıq – Türkiyə Cümhuriyyətinin Osman-
lı sələfindən fərqli olaraq, qərbyönümlü inkişafını nəzərdə tutan və 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə