Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   2   3   4   5   6   7   8   9   10   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
21
 
PKK terror qrupu 1996-cı ildən intihar yolu ilə yüzlərlə sivil 
vətəndaşın  ölümünə  səbəb  olmuşdur.  Buna  cavab  olaraq  Türkiyə 
höküməti  geniş  miqyaslı  anti-terror  əməliyyatlarına  başlamışdır. 
Əməliyyatın  nəticəsində  PKK  lideri  ələ  keçirilmişdir.  PKK  terror 
qrupunun lideri Abdullah Öcalanın 1999-cu ildə Nairobidəki Yuna-
nıstaın səfirliyində gizlənmiş və saxta adla, Cənub Kipr Rum dövlə-
tinə məxsus diplomatik pasportla ələ keçirilmişdir. Bu faktlar göstə-
rir ki, Türkiyə bir çox hallarda terrorla mübarizədə tək qalır. 
Bu  gün  Türkiyə  “Xəndək  mübarizəsi”  adı  altında  PKK  ilə 
mübarizəni davam etdirir. Fikrimcə, dünya dövlətləri özləri üçündə 
təhdid mənbəyi olan PKK-dan Türkiyəyə qarşı istifadə etmək əvə-
zinə, bu mübarizədə Türkiyəyə dəstək olmalıdırlar. 
ƏDƏBİYYAT 
1. Türkiye Ve Terrorizm. TBB Tarafından Oluşturulan Proje Grupu 
Tarafından Hazırlanmışdır. 
2. Türkiyedeki Terrörün Nedenleri / www.emniyet.gov.tr 
3. Yunanistanin Türkiyedeki Bugünkü Terröre Etkilerı / 
www.emniyet.gov.tr 
4. Terrorun Yayılma Sebebleri / www.etarih.net 
5. Terrörün Ekonomik, Siyasal Ve Yönetıme İlıskın Nedenleri / 
www.kenandabiuyku org 
6. Türkiyenın Terörlemücadilesı / www.mfa.gov.tr 
7. Terorle Mücadilede Uluslararası İşbirligı Ve Tanım Sonu / 
www.mfa.gov.tr  
8. PKK /Kongra - Gel ile mucadelenin uluslararası boyutu / 
www.mfa.gov.tr  
______________________ 
 
 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
22
 
 
II Bölmə 
T
ÜRKIYƏ BEYNƏLXALQ MÜNASIBƏTLƏR SISTEMINDƏ
 
Sevinc İBADOVA 
Bakı Dövlət Universiteti
Tarix fakültəsi, Sabah qrupu III kurs tələbəsi 
E-mail: Sevincibadova.212@mail.ru 
 
XX ƏSRİN 20-30-CU İLLƏRİNİN BİRİNCİ YARISINDA 
TÜRKİYƏ-İRAN MÜNASİBƏTLƏRİ 
Elmi rəhbər: İqbal AĞAYEV 
Bakı Dövlət Universitetinin dosenti 
Açar  sözlər:  Türkiyə,  İran,  diplomatik  münasibətlər,  dostluq  və 
təhlükəsizlik müqavilələri 
“Dünya  adasının mərkəzi” hesab  edilən Türkiyə tarixən  çox 
ağrılı, lakin şərəfli mübarizə yolu keçmiş, I DM-dən sonra başlanan 
milli-azadlıq  hərəkatı  1923-cü  il  oktyabrın  29-da  Türkiyə  Cümhu-
riyyətinin  yaradılması ilə nəticələnmişdi.  Lozannada  əldə  olunmuş 
diplomatik  qələbə  sonrakı  dövrdə  Türkiyə  Cümhuriyyətinin  xarici 
siyasətində ilk uğurlu addımların təməli oldu. “Yurdda sülh, cahan-
da sülh” şüarı əsasında formalaşmış xarici siyasət xətti əsas tutula-
raq  qonşu  ölkələrlə  əlaqələr  yaradılmağa  başlanıldı.  Bu  dövrdə 
Türkiyə Cümhuriyyətinin xarici siyasət fəaliyyətinin Şərq istiqamə-
tində başlıca yerlərdən birini də yaxın qonşusu İranla münasibətlər 
tutur. 
Mürəkkəb və ziddiyyətli inkişaf yolu keçmiş Türkiyə ilə İran 
arasındakı dövlətlərarası əlaqələr müasir dövrümüzdə də arzuolun-
maz səviyyədədir. Hər şeydən öncə, Türk -  İran əlaqələrini araşdı-
rarkən nəzərdən qaçılmaması lazım olan faktor iki ölkənin xarici si-
yasətinin ortaq parametrlərə söykənməsidir. İki ölkənin də xarici si-
yasətləri təhlükəsizlik oxunda istiqamətlənməkdədir. Bu vəziyyətin 
ən əhəmiyyətli səbəbi iki ölkənin də geopolitik strateji əhəmiyyətə 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
23
 
sahib olmasıdır. Digər ortaq parametr isə hər iki ölkənin bu bölgədə 
regional bir güc mərkəzi olma istəyidir. 
Bu dövr Türkiyə-İran əlaqələri münasibətlərə təsir edən amil-
lər baxımından müsbət və mənfi məzmunda olub. Əlaqələrin müs-
bət məzmunu İran və Türkiyənin yeni rejimlərinin oxşar xüsusiyyət 
göstərməsi,  mənfi  məzmunu  isə  türkçülük,  kürdçülük  cərəyanları, 
məzhəb, sərhəd anlaşılmazlıqlarıından doğan problemlər idi. 
Türkiyə-İran  diplomatik  əlaqələri  1921-ci  ildə  başlamışdır. 
1920-ci  ildə  Mustafa  Kamal  yeni  rejimin  təməllərini  qoyduqdan 
sonra, İranda da Rza şah oxşar xüsusiyyətli yeni bir rejimə keçməyə 
çalışmışdır. Dövrün türk tədqiqatçılarının əksəriyyəti hesab edir ki, 
Rza şah Mustafa Kamalın həyata keçirdiyi reformlardan çox təsir-
lənmiş  və  buna  görə  də  Mustafa  Kamal  örnəyindəki  kimi  İranda 
köklü  reformalar  etmək  və  ölkəsini  müasirləşdirmək  istəmişdir. 
Baskın Orana görə, rəsmi ideologiyalarının (din yerinə milliyyətçi-
lik), daxili (ənənəvi iqtisadi siniflər) və xarici düşmənlərin (İngiltə-
rə) eyniliyi yeni rejimləri yaxınlaşdırırdı. Lakin 1924-cü ildə xəlifə-
liyin ləvği İranda mürtəce qüvvələr tərəfindən yaxşı qarşılanmamış 
və  bu  da  iki  ölkə  arasındakı  əlaqələrə  təsirsiz  ötüşməmişdi.  İranın 
hakim  dairələri  yeni  Türkiyə  hökumətinin  siyasi  xəttinə  şübhə  və 
inamsızlıqla  yanaşmağa  başlamışdılar.  Əlaqələrin  mənfi  məcrada 
inkişafında məzhəb, sərhəd məsələləri də öz rolunu oynamışdır. 
İki ölkənin qarşılıqlı kompromisə getməsində SSRİ əlaqələn-
dirici körpü rolunu oynamışdır. Öz cənub sərhədlərinin təhlükəsiz-
liyi qayğısına qalan SSRİ-nin vasitəçiliyi ilə 1926-cı il 22 apreldə 
Tehranda Türkiyə və İran arasında dostluq və təhlükəsizlik haqqın-
da müqavilə imzalanmışdır. Tehran müqaviləsinin imzalanması ilə, 
əsrlər boyu davam edən düşmənçiliyə və sərhəd münaqişələrinə son 
qoyulmuş oldu, regional təhlükəsizlik bərqərar edildi. 
SSRİ, Yaxın və Orta Şərqdə sülhü qorumaq bəhanəsi ilə Tür-
kiyə,  İran  və  Əfqanıstan  arasında  mövcud  əlaqələri  genişləndirib 
özünün iştirakı ilə dördtərəfli ittifaqa çevirmək fikrində idi. 1927-ci 
ildə Türkiyə və  İran arasında müvəqqəti ticarət sazişi, 1928-ci ildə 
Tehranda İran-Əfqanıstan və İran-Türk protokolu imzalanmışdır. 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə