Mustafa Kamal Atatürk 135 Türkiyə Cümhuriyyəti



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə22/61
tarix19.10.2018
ölçüsü1,73 Mb.
#74709
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
66
 
Bu baxımdan A.Y.Krımskinin “История Турции и ее лите-
ратуры от расцвета до начала упадка” əsəri (Москва, 1910) Os-
manlı  tarixinin  araşdırılması  üçün  istifadə  edilə  biləcək  mühüm 
mənbə rolunda çıxış edə bilər. Əsərdə Osmanlı dövlətinin yaranma-
sı,  Osmanlı  sultanları,  onların  yaratdıqları  dövləti  möhkəmləndir-
mək  cəhdləri,  ərazilərini  genişləndirmək  üçün  həyata  keçirdikləri 
tədbir və  yürüşləri, qonşu dövlətlər  –  Bizans, Slavyan, Teymurilər 
və  Səfəvilər  dövləti  ilə  münasibətlər  öz  əksini  tapmışdır.  Bundan 
başqa müəllif əsərdə  Osmanlı dövlətinin qüdrətli dövrü  haqda da-
nışmış, bir çox tarixçilər kimi o da, bu dövrün Fateh II Mehmedin 
1453-cü  ildə  Konstantinopolu  (İstanbul)  tutmasından  başladığını 
qeyd etmiş və bu yöndə II Bəyazidin xidmətlərini də unutmamışdır. 
A.Y.Krımskinin əsərdə xüsusi olaraq diqqət ayırdığı Sultan 
I Səlim  və  Sultan I  Süleyman Qanunini olmuşdur. Qeyd edək ki, 
müəllif Sultan I Səlimin xristianları himayə etməsi diqqət mərkə-
zinə  gətirsə  də,  sərhəd  ərazilərdə  40000  şiəni  öldürtməsi  məsələ-
sindən də yan keçməmişdir. Bundan başqa əsərdə Sultan I Süley-
man dövrü, onun apardığı siyasət də yüksək qiymətləndirilmişdir. 
A.Y.Krımskinin  əsas  önəm  verdiyi  məsələlərdən  biri  də 
XVI əsrdə Avropa və Rusiyada “türk heyranlığı”nın meydana gəl-
məsi məsələsidir. A.Y.Krımskiyə görə «türk heyranlığı» öncə Al-
maniyada  yayılmağa başlamışdır. Bunun isə əsas səbəbi  o idi ki, 
bu ölkədə həmin dövrdə həyatın bütün sahələrində, xüsusilə də di-
ni, sosial sahələrdə böyük və köklü dəyişikliklər edilməsinə ciddi 
ehtiyac yaranmışdı. Bunu başa düşən ziyalılar isə Osmanlı dövlə-
tinin yaxşı nümunə olacağını düşünürdülər. 
Ancaq biz daha çox Osmanlı dövlətçilik ənənələrinin Moskva 
-rus  knyazlığı  quruculuğuna  təsiri  haqda  danışmaq  istərdik.  Mər-
kəzləşdirilmə siyasəti başa çatdıqdan sonra qonşu dövlətlətlərlə si-
yasi  və  diplomatik  münasibətlər  qurulmağa  başlanıldı.  Bununla 
bağlı olaraq Moskva-rus knyazlığı ilə Osmanlı dövləti arasında ilk 
diplomatik  münasibətlər  hələ  1492-ci  ildə  III  İvan  (1462-1505) 
dövründən  başlamışdır.  İki  dövlət  arasında  diplomatik  münasibət-
lərin qurulması Krım xanı Məngli Gərayın adı ilə bağlıdır. Daha də-
qiq desək, Məngli Gəray bir növ vasitəçi rolunda çıxış etmişdir. Və 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
67
 
elə  Osmanlı  təsiri  də  özünü  bu  vaxtdan  göstərməyə  başlamışdır. 
Araşdırmaların  nəticəsi  olaraq  onu  qeyd  edə  bilərik  ki,  Osmanlı 
dövlətçiliyinin  təsiri  daha  çox  III  İvan  və  IV  İvanın  hakimiyyəti 
dövrlərinə aiddir. Bu təsiri inzibati idarəçilik, torpaq mülkiyyət for-
maları, ordunun təşkili və s. kimi sahələrə aid etmək olar. Məhz bu 
təsirin nəticəsi idi ki, XVI-XVII əsrlərdə Rusiyaya gələn Avropalı 
səfirlər və səyahətçilər  Moskvanı şərq ölkəsi hesab edirdilər.  V.O. 
Klyuçevski  qeyd  edirdi:  "Moskva  hökmdarlarının  xarakteristikası-
nın verilməsi zamanı onların Osmanlı sultanları ilə müqayisə olun-
ması əcnəbi yazıçıların ümumi ortaq nöqtəsinə çevrilmişdir". 
Sonda  Osmanlı  dövlətinin  tarixinin  bütün  sahələrinin  mü-
kəmməl  araşdırılmasının  nəzərə  alınmasını  göz  önünə  gətirərək, 
Osmanlı dövlətçilik ənənələrinin digər dövlətlərə təsiri məsələsinin 
də araşdırılmasına ciddi ehtiyac duyulduğunu qeyd etmək istərdik. 
ƏDƏBİYYAT 
1. İsmayılov R.İ. A.Y.Krımski XVI əsr Avropasında “Türk heyran-
lığı” haqqında // Bakı Universitetinin Xəbərləri, №1, Humanitar 
elmlər seriyası, Bakı, 2014, s.44-49.  
2. Крымский А.Е. История Турции и ее литературы от рассве-
та до начала упадка, Москва 1910, 164 с. 
3. Нефедов С.А. Реформы Иван III и Иван IV: Османское 
влияние, журнал Вопросы истории, Москва 2003, ст.30-52. 
4. Selim Hilmi Özkan XVII yüzyıl sonları XVIII yüzyılın başla-
rında Osmanlı-rus ilişkileri ve Karadenizin güvenliği meselesi
Karadeniz Araştırmaları, Ankara 2007, №14, s.47-62. 
______________________ 
 
 
 
 
 
 
 
 
 


M.K.Atatürk – 135 
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında 
68
 
 
Ağca BAXŞƏLİYEVA 
Bakı Dövlət Universiteti, 
Tarix fakültəsi, Yaxın və Orta Şərq ölkələri tarixi 
ixtisası üzrə II kurs magistrant 
E-mail: agca44@mail.ru 
RZA ŞAH PƏHLƏVİNİN İSLAHATLARINDA 
ATATÜRKÜN ROLU 
Elmi rəhbər: Aida BAĞIROVA 
Bakı Dövlət Universitetinin dosenti 
Açar sözlər: Türkiyə Cumhuriyyəti,  İran, Atatürk, Rza Şah, isla-
hatlar 
I dünya müharibəsindən sonra həm İranda, həm də Türkiyə-
də mərkəzi hakimiyyəti möhkəmləndirmək və dövlətlərini müasir 
yönümlü  istiqamətdə  qurmaq  istəyən  şəxslər  hakimiyyətə  gəldi. 
Ona görə də müharibədən sonra hər iki dövlət demək olar ki, eyni 
mərhələdən keçdilər. Türkiyə və İran rəhbərləri eyni dövrdə yaşa-
dıqları  üçün  onların  həyata  keçirdikləri  islahatlarda  da  müəyyən 
oxşarlıqlar görmək mümkündür. 
Bir  çox tarixi şəxsiyyətlər kimi Atatürk də bütün sərhədləri 
aşan bir nüfuza sahib olub. O, I dünya müharibəsindən sonra Orta 
Şərqdəki  müasirləşmənin  əsas  müdafiəçisi  olaraq,  texnologiyada 
geri qalmış xalqının Qərbə çatması üçün xeyli əmək sərf etdi. Ata-
türk həyata keçirdiyi islahatlarla təkcə öz xalqının inkişafına nail 
olmadı, eyni zamanda iranlılara, iraqlılara, əfqanlara da təsir etdi. 
Rza Şah Pəhləvi, Bəkir Sidqi, Əmənullah xan həyata keçirdiyi is-
lahatlarda Atatürkdən ilham almışdılar. 
Həm  Mustafa  Kamal,  həm  də  Rza  Şah  ifrat  dərəcədə  qərb-
pərəst idilər. 1925-1941-ci illərdə İranı idarə edən Rza Şah Atatür-
kün islahatlarından təsirlənərək Qərb modelindən istifadə etmiş və 
islahatlar  keçirmişdir.  İrandakı  islahatların  əsas  memarları  olan 
Avropa təhsilli Abdül Hüseyin Teymurtaş və Ali Əkbər Dəvəri də 
Rza Şah kimi Atatürkə böyük heyranlıq duymuşdular. Atatürk və 


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə