M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
149
da olan Qafqaz İslam Ordusu Azərbaycanın var olma davasında
önəmli rol oynamışdır.
XX əsrin əvvəllərində, I Dünya Müharibəsinin başa çatması
ilə yeni dünya düzəninin labüd etdiyi, siyasi şərait yaranmış və
bunun nəticəsində 1920-ci ildə imzalanan Sevr müqaviləsinə əsa-
sən Osmanlı İmperiyası faktiki olaraq süquta uğramışdı. Ordu tər-
kisilah edilmiş və buraxılmışdı. Yalnız Antanta ölkələrinin nəza-
rəti altında 15 min əsgər saxlanılmasına icazə verilmişdi. Əzəli
Osmanlı torpaqları yunanlar, ermənilər arasında bölünmüş, Antan-
ta dövlətlərinin himayəsi altına keçmişdi. Belə bir ağır zamanda
Mustafa Kamal Atatürk fenomeni ortaya çıxdı. "Ya istiqlal, ya
ölüm" şüarını irəli sürən bu dahi şəxsiyyət, Anadoluya keçərək,
türk xalqının milli-azadlıq hərəkatına rəhbərlik etmiş, sonsuz şü-
caət və hərbi düha nümayiş etdirərək, bu tarixi sınaqdan üzüağ
çıxmışdır. Amma şübhəsiz ki, Atatürkün ən böyük əsəri 1923-cü
ildə yaradılmış Türkiyə Cümhuriyyətidir. Bununla da, Atatürk bö-
yük siyasi xadim olduğunu tarix qarşısında sübuta yetirmişdir.
Dünyəvi, demokratik, çağdaş dövlətin yaradılmasının həyati va-
cibliyini dərk edən Mustafa Kamal Paşa bir çox mədəni inqilab-
ların müəllifi olmuşdur. Siyasi elmlərdə “Kamalizm” adlı cərəyan
onun adı ilə bağlıdır. Müasir Azərbaycan Respublikasının qurucu-
su Heydər Əliyev hər zaman və hər yerdə Atatürkə olan xüsusi eh-
tiramını dilə gətirmiş və onun şəxsiyyətinə böyük qiymət ver-
mişdir.
Çağdaş dövrümüzdə, tarixin necə deyərlər, təkrar olunduğu-
nun şahidi oluruq. Müstəqilliyini bərpa etmiş
Azərbaycan Respub-
likasının inkişaf və rifah içində olması bir çox siyasi güclərin ra-
hatlığını pozmuşdur. Yenidən xalqımıza və dövlətimizə qarşı er-
məni kartından istifadə edilmiş, Azərbaycan Respublikasının 20
faiz ərazisi işğal edilmiş, milyondan artıq insan öz ata-baba yurd-
larından didərgin düşmüş, Qarabağ ugrunda gedən döyüşlərdə 40
minə yaxın əsgərimiz şəhid olmuşdur.
Bu konteksdə Azərbaycan və Türkiyə dövlətlərinin iqtisadi,
siyasi, hərbi əməkdaşlığı həyati önəm kəsb etməkdədir. Yaxın gə-
ləcəkdə, türkdilli dövlətlər birliyinin Azərbaycan - Türkiyə ilişki-
M.K.Atatürk – 135
Türkiyə Cümhuriyyəti azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında
150
lərini örnək qəbul edərək, həyati önəm daşıyan beynəlxalq məsə-
lələrdə eyni cəbhədən çıxış etməsi tarixi bir zərurətdir.
Unutmayaq, biz eyni köklərə, eyni dilə, eyni tarixə, eyni də-
yərlər sisteminə və nəhayət eyni mədəniyyətə sahibik. Bizi ümumi
gələcək birləşdirir. Gəlin bu gələcəyi birgə yaradaq!
ƏDƏBIYYAT
1. Dr.Mehman Ağayev.
Kurtuluş Savaşı Yıllarında Türkiye Azer-
baycan İlişkileri. 2008
2. Nəsib Nəsibli.
Azərbaycan Demokratik Respublikası. Məqalələr
toplusu. Bakı: Elm, 1990.
3. Utkan Qocatürk.
Atatürk və Türkiyə Cumhuriyyəti tarihi krono-
lojisi (1918-1938). Ankara, 1983.
______________________
Güray YILMAZ
Bakı Slavyan Universiteti,
Pedaqogika fakültəsi, magistrant
E-mail: isabaku10@gmail.com
AZƏRBAYCAN – TÜRKİYƏ QARDAŞLIĞI TARİXİNƏ
QISA BAXIŞ
Elmi rəhbər: İsa ARSLAN
Tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət
Universitetinin müəllimi
Açar sözlər: Azərbaycan-Türkiyə qardaşlığı, Mustafa Kamal Ata-
türk, Azərbaycan Xalq Cümhuriyyəti, əməkdaşlıq, mədəni əlaqələr
Azərbaycanın və Türkiyənin müxtəlif sahələrdə əlaqələrinin
tarixi kökləri vardır. Hər iki dövlət mürəkkəb tarixi
şəraitdə bir-bi-
rinə arxa, kömək olmuşdular.
Hələ XI əsrdə səlcuqlar Anadoluya axın edərkən əvvəlcə
Azərbaycana gəlmiş, buradakı türk-müsəlman dövlətləri ilə birləş-
miş, özlərinə arxa-dayaq yaratdıqdan sonra Bizansla məşhur, dünya
tarixində iz qoymuş Malazgird döyüşünü etmişlər. Bu gəliş Azər-